Posts

Showing posts from August, 2014

Təcrübə - The Internship - Кадры

Image
Billi və Nik artıq neçə ildir ki satış işi ilə məşğul olurlar. Yeni kompüter dünyası isə karyeralarına son qoyur. Geridəqalmış olmadıqlarını sübut etmək üçün onlar həyata meydan oxuyaraq ən yaxşı tələbələrin toplandıqları təcrübə proqramında iştrak hüququ qazanırlar. Təcrübə proqramı dünyanın bir nömrəli axtarış sistemi və bir çox digər inqilabi xidmətləri ilə tanınan "Google"-da reallaşır. Belə bir fantastik dünyaya bilet əldə etmək işin sadəcə yarısıdır. İndi onlar ən qəddar rəqabətə də davam gətirməlidirlər ki, sübut etsinlər ki, yaxşı komanda ilə hər şey etmək olar və ən əsası isə zəruriyyət yenilənmənin anasıdır. 

Paralel Dünyalar - Параллельные миры - Upside Down

Image
Uzun zaman öncə iki planet bir-birinə yaxınlaşır. Hal-hazırda hər ikisində də insan yaşayır və hər iki planetin öz cazibə qüvvəsi var. Əşya və ya canlı hansı planetə məxsusdursa, onun cazibə qüvvəsinə tabedir.  Yuxarı və aşağı planet qruplaşdırması var. Yuxarı planet maddi cəhətdən varlıqlıdır, sülh və əmin-əmanlıq hökm sürür. Aşağı planetdə isə səfalət. Səfalətin səbəbi isə yuxarı planetin aşağı planetin təbii resurslarını istismar etməsidir. Yuxarının aşağıya satdığı məhsulların qiyməti isə aşağı planetlilərin üstlənə bilməyəcəkləri dərəcədə çox yüksəkdir. Planetlərarası hərəkət çox ciddi idarə olunur. İki qravitasiya, ikili həyat standartları. 

Bir görüş - Одна встреча - Une rencontre

Image
Mən əbədiyyətə üstünlük verirəm... Hadisə (təsadüf) allahın anonim qalmaq seçiminin nəticəsidir.   Sadəcə bircə görüş. Elə bir görüş ki, insanın bütün həyatını dəyişir, onun mikro-kainatını alt-üst edir. Ürəyi tez-tez döyündürür və gözlərinə xoşbəxtlik sözünü hərflərlə yazır. Bütün bunlar yaşdan aslı deyil, necə ki bunu bu səmimi film sübut edir.  Pyer 15 ildi ki, həyat yoldaşını sevir və iki uşaq tərbiyə edir. Uğurlu vəkil və sevimli atadır. Elzanın üç uşağı var və olduqca uğurlu yazıçıdır. Hərəsinin öz xoşbəxt ailəsi olsa da kainatın görünməyən əli onları bir-biriləri ilə görüşdürür. Bir növ təcrübə aparır. 

Largo Winch II - Ларго Винч 2: Заговор в Бирме

Image
Atasının ölümündən sonra Larqo Uinç "Uinç Group" şirkətini satmaq və əvəzində xeyriyyə ilə məşğul olan Uinç fondunu yaratmaq qərarına gəlir. Elə bu ərəfədə  onu  Birmada  insanlıq əleyhinə cinayət işləməkdə günahlandırırlar. Ardınca Larqonun düşmənlərinin sayı intensiv olaraq artır. Yeni məqamlar öyrənən Larqo dost və düşmənlərini tanımaqda çətinlik çəkir.  Yuxarıdakı cümlələr Larqo 2 üçün hər nə qədər əhatəedicidirsə də, birinci hissədən fərqli olaraq ikinci seriyada mənim narazı qaldığım daha çox məqam oldu nəinki birinci hissə. Hər şey qeyri-müəyyən və dinamik başlayır və elə bir o qədər də narahat sonlanır. Bəzəb böyük problemlərin həlli çox sadə olur. Reklamlarda deyildiyi kimi bir zəng qədər yaxın. 

Largo Winch - Ларго Винч: Начало

Image
Mən uğura inanmıram, təsadüfə də inanmıram. Mən inanıram ki, insan özü öz həyatının sahibidir.  Larqo Uinç məşhur milyarder tərəfindən oğulluğa götürülən yetim uşaq idi. 26 yaşında Larqo atasının milyarlarda dollar dəyərində olan şirkətini miras alır. Böyük pullar eyni zamanda böyük problemlər deməkdir. O, Forbesin siyahısına düşsə də, dişlərini onun üzərinə qıcayan rəqbilərinin və yaxın dostlarının da siyahısına düşür. İndi onu hətta ən yaxın dostları belə satmağa hazırdır. Larqo döyüşü qəbul etməyə hazırdır. Yaraşıqlı və tənha döyüşçü oddan da sudan da keçməyə hazırdır ki, haqq-ədaləti bərpa etsin və şərin hücumlarını dəf etsin. 

Qor Vidal - Kiçik planetə səyahət - Gore Vidal - Visit to a Small Planet

Image
İnsanlar haqqında həddindən artıq maraqlanan Kreton, başqa planetdəndir. Müəlliminin iradəsinə zidd olaraq o, insanları öyrənmək üçün Yer planetinə baş çəkir. Adi bir ailədə qonaq və gəlmə statusu qazanan Kreton, qısa müddətdən sonra müəlliminə verdiyi "insanların həyatına qarışmamaq" sözünü pozur. İnsanların həyatına qarışan Kreton, insan olmağı həmişə primitiv və vəhşi hesab etsə də, onların hisslərinin olduğunun fərqinə varır. Kədər, paxıllıq, kin-küdurət, şöhrətpərəstlik, qorxu və s. Onun bir xüsusiyyəti isə həm ona, həm də ətrafındakı insanlara çox mənfi təsir göstərir. Bu fikirləri oxumaqdır. O, bu bacarığı sayəsində bütün dünyada siyasi hakimiyyəti ələ keçirməyə nail olur. Hakimiyyəti ələ keçirən Kreton deyir ki, insanlara onların istədiyini verəcək. İnsanların istədiyi isə bir-birilərini əzmək, öldürmək, qanlı rəqabət aparmaq, bir sözlə müharibədir.

Splinterheads - Отчаянные головы

Image
Life is full of attractions... Kiçik bir qəsəbəyə səyyar atraksiyonla birlikdə Castinin arzuladığı qız da gəlir. Onun həyatı başdan ayağa dəyişsə də, nəticədə səmimi və romantik komediya yaranır. 

Aleksandr Belyaev - Professor Douelin başı - Александр Беляев - Голова профессора Доуэля

Image
Aleksandr Belyaevin ən çox tanınmış əsərlərindən olan "Professor Douelin başı" illərdir ki gələcəyin elm dünyasına elmi əxlaq dərsi keçir. İllər keçsə də aktuallığını itirmir. Baş ayrılıqda bədənsiz öz mövcudluğunu təmin edə bilərmi? Professor Douel üçün bu sadəcə elmi məqsəd daşıyır, amma professor Kern üçün isə şöhrətpərəstlik xəstəliyi öz sözünü deyir. Yazıçı mümkünsüzü mümkün edib onun  nəticələrini dəyərləndirməyə çağırır.