Posts

Showing posts from July, 2014

İtan Rasiel - MakKenzi metodu - Итан Расиел - Метод McKinsey -

Image
Deməli bu dəfəki qiraət obyektim, kifayət qədər çox faydalanacağımı düşünərək oxuduğum "MakKenzi metodu" kitabı oldu. Başladım oxumağa, kitab da öz növbəsində başladı biznes problemlərdən, biznes problemlərin həllinin necə vacib və heç də sadə olmayan bir şey kimi bizlərə təqdim edilməsindən. Bu mövzular və onlara dair məsləhətlər ilə başlayan kitab elə bu mövzuda da sonlandı. Nəticədə biz "MakKenzi" adlanan dünyaca məşhur konsaltinq şirkətinə kənardan quşbaxışı bir baxışa - ekskursiyaya nail olduq. Lakin kitabın adında yer alan "metod" sözü ilə əlaqədar olan biznes problemlərin həllinə aid dəyərli və sanballı məsləhətlər çox-çox az oldu. Əgər biznes problemlərin həllinə aid hər hansı nəzəriyyələr, üsullar, yanaşmalar və ya məsləhətlər olsa idi, onda kitabı əhəmiyyətli hesab etmək olardı. Çünki konkret problemlər elə konkret də çıxış yolları tələb edir. Oxşar xüsusiyyətli problemləri qruplaşdırsaq və onlara yanaşma tərzləri inkişaf etdirsən ortaya dəyərl

Təmənnalı dostluq - Friends with Benefits - Секс по дружбе

Image
         Təəssüratlar - Təəssüratlar filmin özü kimi normaldır. Süjet adidir və məncə, belə də olmalıdır. Aktyorlar qane edir. Timberleyki bəyənməyənlər çoxdu, amma mən onu bəyənirəm. Adətən o, pafossuz və artıq-əskik mimikasız rolların öhdəsindən gəlir ki bu da, zənnimcə, filmə təbiilik verir. Mila Kunis da öz yerində. Rola çox yaraşıb. Sadəcə düşünürəm ki, filmdə probel - ara məsafəsi azdı. Bəzi səhnələr dalbadal tez-tez, dinamik və həzmə imkan vermədən çəkilib. İzləyicinin sinir sistemi sürətli işləyirsə filmi anlamaqda bu ona çox kömək olacaq         Dilan və Ceminin dostluğunu olduqları şəhərlərin dostluğu kimi də  qəbul etmək olar. Filmdə bu açıq-aşkar bildirilməsə də, açıq-aşkar görmək olur ki, Los Ancelas və Nyu York müqayisə olunur. Los Ancelas Dilanın, Nyu York da Ceminin şəxsiyyətlərinə və onun bir parçası olan xarakterlərinə tam uyğun gəlir. 

Bruklinin ən qəzəbli sakini - The Angriest Man in Brooklyn - Этим утром в Нью-Йорке

Image
Henri Oltman biləndə ki, onun cəmisi 90 dəqiqə vaxtı qalıb, qərara gəlir ki, keçmişdə etdiyi bütün səhvləri düzəltsin, lakin o, bixəbərdir ki, 90 dəqiqənin özü də böyük bir səhvdir. Fil Robinsonun "Bruklinin ən qəzəbli sakini" adlı ekran əsəri, haqqında ölüm diaqnozu qoyulmuş əsəbi, dözülməz və eqoist bir insanın 90 dəqiqəlik həyat hekayəsidir.  Robin Uilyamsın bundan öncəki rollarından fərqli olaraq onu əsəbi və qəddar insan rolunda görmək bir az qəribə oldu. O, həmişə hər şeydən narazıdır və narazı qalanda, kim onu qıcıqlandırırsa onun düz üzünə hər şeyi deyir. Təqdirəlayiqdir ki, baş obraz filmin sonuna qədər elə belə də qaldı. Bu filmi özünəməxsus edir. Film bizə həyatda olan insanların müxtəlif olduğuna və bizim elə onları məhz müxtəlifliklərinə görə sevməli olduğumuzu göstərməyə çalışır.

Daha soyuq qış - Steel Cold Winter - Зима холодной стали

Image
Bu yazını yazmaqda əsas məqsədim, tez-tez başıma gələn "sağollaşa bilməmək" sindromu ilə əlaqədardır. Bilmirəm sizdə olur yoxsa yox, amma məndə olur. Hansısa filmi və ya kitabın yaratdığı təəssüratlar o qədər güclü olur ki, mən onun haqqında kiməsə danışmasam, beynimi tərk etmir.  Yun Su Seulda çox uğurlu bir şagird idi. Bir gün axmaq zarafata görə dostu intihar edir. Bunda Yun Sunu günahlandırmağa can atsalar da, atası tərəfindən müdaxilə olunur və Yun Sunun günahsızlığı sübut edilir. Atası başa düşür ki, oğlu daha Seulda rahatlıq tapa bilməyəcək. Ona görə də kənd yerinə köçmək qərarını verir. Yun Su burada He Von adlı qəribə qızı müşahidə edir. Bu qızı hamı özündən kənara qovsa da, Yun Su üçün bu qız əsrarəngiz gəlir və onunla ünsiyyət qurduqca tədricən keçmişdə olan xoşagəlməz hadisələri unutmağa başlayır. 

Həyat açarı - Ключ жизни - Key of life

Image
          Sakuray adlı uğursuz gənc aktyor, intihardan öncə ictimai hamamda yaxşıca çimmək qərarına gəlir. Kondo adlı çox zəngin birisinin hamamda sürüşərək yıxılıb yaddaşını itirməsi Sakuray üçün bəzi yeni fikirlər qazandırır. O, Kondonun şkafının açarını özünkü ilə dəyişdirərək, bir müddətlik Kondo olur. Bir növ müəyyən müddətlik yeni nəfəs əldə edir, lakin yeni problemlər qazanır desək, daha doğru olardı.          Film ilk dəqiqələrdən izləyicidə qara yumorun yaratdığı qəribə hissləri yaradır. Mən ilk dəqiqələrdən “İroniya” sözünün bu filmə necə də tam uyğum gəldiyini başa düşdüm. Ədəbiyyat və kinematoqrafiya talelərin yerdəyişməsi və dəyişməsi haqqında nümunələrlə az tanış olmasa da, rejissorun uğurudur ki, bu mövzuya müasir yeni nəfəs qazandırmışdır. Səmimi, rahat və axıcı film.

Sıfır teoremi - The Zero Theorem - Теорема Зеро

Image
         Özünəməxsus kompüter dahisi olan Koen Let sübut edilə bilinməyən “Sıfır teoremi” üzərində çalışır. Bob adlı uşaq tərəfindən kəşf edilən kostyum sayəsində Koen ruhunun  dərinliklərinə enərək bəzi şeyləri öyrənir. O, öz dünyasını yaradır. Koenin cavab axtardığı suallara hər tərəfdə kamera quraşdıraraq hamıya nəzarət edən sirli Menecment də cavab axtarır. Onların yolları həm kəsişir, həm ayrılır.

Xatırla məni - Remember me

Image
Ətrafı ilə ünsiyyətdə çətinlikləri olan tələbə Tayler. O, qardaşının ölümündən sonra bütün dünyaya acıqlıdı – atasına, anasına və atalığına. O, özünü yalnız hiss edir, amma xoşbəxtlikdən onun dostu Eydan var. Onlar bir gün küçə davasının iştirakçısı olurlar və hər şey həmin gündən sonra dəyişir.  Robert Pattinson – Bu aktyoru “Alatoranlıq” filmindən tanıyıram və onu  da deyim ki, heç bəyənmirdim. Bu aktyor həmişə mənə məhdud bacarıqlı, emosiyasız, ərköyün və s. xüsusiyyətli aktyor kimi təəssürat bağışlayırdı. Bəlkə də bu təəssüratları “Alatornlıq” filmi yaradıb, amma sadaladığım xüsusiyyətlərin bəzi konturlarını elə bu filmdə də görürdüm. Hər halda Robert bu filmin sayəsində şəxsən mənim gözümdə 1 pillə qalxdı. 

Mark Fişer - Milyonerin sirri - Марк Фишер - Секрет миллионера

Image
Kitabın annotasiyası bizi inandırmağa çalışır ki, kitabda maddi cəhətdən zəngin insanların əsas sirri bizə izah olunacaq. Kitabı oxuduqdan sonra biz də bu sirri öyrənib tətbiq etsək, özümüzə olan inam və güvən artar və maddi zənginliyə gedən yolda əsas alətə sahiblənmiş olarıq. Gəlin görək bu həqiqətən də belədirmi? Hər şeydən öncə kitabın adını təhlil edirəm – Milyonerin sirri. Bu addan milyoner sözünü götürürəm və başa düşürəm ki tək-tənha qalmış sirr sözü elə bax həmən o “sirr”-di. Məşhur Sirr filmi və kitabı haqqında çoxları kifayət qədər məlumatlıdır. Bir çox insan Ronda Bernin dünyada bestseller olmuş “The Secret” əsəri və əsasında çəkilmiş filmi izləyib. Mən də istisna deyiləm. The Secret mənə çox şeyi izah etdi və bir çox məsələyə yanaşmamı dəyişdi.

Kuki - Куки - Cookie

Image
                 Qulluqçusu Çinə deportasiya olunmuş cazibədar stüardessa Adelinin öhdəsində onun (qulluqçunun) övladı qalır. Çox qəribə bir vəziyyətə düşsə də, ailəsi və bəzi dostları sayəsində Kukinin anasının axtarışına çıxırlar. Nəticədə isə ortaya çıxan detalları ilə obrazların daxili dünyalarını və onların mürəkkəb münasibətlərini izləyiciyə təqdim edən mehriban, sevimli, maraqlı və maceravi bir film yaranır.          Təsadüfi hadisələr zənciri uşağı anasından ayrı salaraq yad bir yerdə yalnız qoyur. Gördüyümüz kimi  mövzu yeni olmasa da, hər bir mövzu öz-özlüyündə individual və maraqlıdır. “Kuki”-də isə çox az filmə xas olan istilik, səmimiyyət məni cəlb etdi. Filmdə rahatlıq hiss edəndə ondan maksimum faydalanıram.

Evə aparan yol - Way back home

Image
Zaman-məkan kəsiyində təsadüflər olmasa da, saflıq və ürəyi təmizliyinə görə aldanaraq narkotik ticarətində günahlandırılan və buna görə də bir zamanlar şirin xəyalları olan yerdə (məkanda) uzun müddət ailəsindən ayrı qalaraq (zaman) həbsxanaya düşən evdar bir qadının ürək ağrıdan təsiredici həyat dramı. Onun dünyası bir andaca, hər şeyin yaxşı olduğu vaxtda dəyişdi – qaraldı. Ailəsi ilə avto-təmir emalatxanasıda çalışan, çətin olsa belə, xoşbəxt olan ata və ana çox çətin vəziyyətə düşürlər. Gözlənilməz hadisələrin nəticəsində maddi yoxsulluq əllərindən hər şeyi alır və çox çətin sınaqlar başlayır.

Ceyms Uayt - İnsansız həyat - Рэт Джеймс Уайт - Жизнь без людей

Image
Təsəvvür edin ki, ən çox maraqlandığınız mövzuya aid bir kitab qarşınıza çıxır. Nə edərdiniz? Həmin dəqiqəcə oxumağa başlardınız? Şəxsən mən elə də etdim.

Qolqofa - Голгофа - Calvary

Image
Pis rahibi öldürməyin bir mənası yoxdur müqəddəs ata. Əsas məsələ yaxşı rahibi öldürməkdədi, ona görə də mən sizi öldürəcəm müqəddəs ata...

Haruki Murakami - Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu - Харуки Мураками - Страна Чудес без Тормозов и Конец Света

Image
Sevimli yazıçımın növbəti kitabı haqqında danışmağa başlamazdan öncə onu qeyd edim ki, kitabın ilk səhifələrindən bu kitabın Haruki Murakaminin əsəri olub olmaması barəsində şübhələrə qapılmışdım. Çünki 80-ci illərdə yazılmış olan bu roman dövrünü müasirlik baxımından çox qabaqlayır və Murakaminin indiyə qədər oxuduğum kitablarından fərqli süjetə və üsluba sahib idi. Zaman keçdikcə başa düşdüm ki, kitab elə məhz Murakaminin əsəridir. Özünü itirmiş, yalnız, arvadı tərəfindən tərk edilmiş, hardasa 40 yaşında olan baş qəhrəman, mistika və yalnızlıq. Bax bu elementlər Murakami dünyasının ayrılmaz parçalarıdırlar (digər əsərlərində isə sadaladıqlarıma əlavə olaraq yapon mətbəxi və amerikan cazz musiqisinin təmsilçilərinin əsərlərini də əlavə etməliyik).

Ryu Murakami - Mavinin bütün çalarları - Рю Мураками - Все оттенки голубого

Image
Mavinin bütün çalarları – Həyat tərzləri  narkotik və qrup seksindən ibarət olan marjinal gənclik. Nə keçmiş var, nə gələcək. Məqsəd, ideallar və insana aid olan müsbət hisslər onların bu qorxulu dünyalarında sadəcə mövcud deyil. Onlar tez-tez reallıq və illüziya arasında olan sərhəddi itirirlər. Yazıçı bizə nə deyir?: Yazıçı bizə deyir ki, məni maraqlandırmır ki, oxucu əsərimdən nə başa düşəcək. Bəli bu həqiqətən də belədir. Yazıçı oxucuya tamamilə laqeyddir. O, yazmaq istədi. Öz həyatını yazmaq istədi və yazdı. Kitabın və özünün taleyi onu maraqlandırmadı. Bilmirəm niyə belə düşünürəm, amma romanı oxuduqca sanki insanın, xüsusilə də gənc insanın qlobal problemlər müstəvisində istənilən süni problemlərə, maneələrə qarşı olan etirazını görürdüm. Sanki, hər bir qəbul edilən narkotik dozada, sərxoşluğu artırıb beyni al-duman edən hər bir qədəhdə, humanist insanı yoran və bezdirən problemlərə (problem sözünün altında həddindən artıq çox şeyi nəzərdə tuturam) qarşı etirazını,

Külək güclənir - The Wind Rises - Ветер крепчает

Image
Külək güclənir animesi səma xəstəliyinə düçar olub, həyatdan səmada qanadlarla uçmadan getmək istəməyən uşağın həyat hekayəsidir. Bu həyat hekayəsində biz yuxular və arzular dünyasının “real” həyatımızla necə əlaqədar olduğunu, onun bizim bu günümüzə, dünənimizə və gələcəyimizə necə təsir etdiyini əla görürük. Əsəri uşaqlar üçün adlandırmaq çətindi və deyərdim ki Yapon animeləri arasında belə nümunələr az deyil. Bu kifayət qədər yetkin insanlar üçün nəzərdə tutulmuş, diqqətlə izlədikdə onlara arzular və insanın həyatda yeri haqqında düşünməyə vadar edəcək bir ekran əsəridir.