Thursday, 17 April 2014

Manyak / Маньяк / Maniac - 2012

         Los-Ancelesin küçələri sakit və təhlükəsiz görsənsə də, bu belə deyil. Gecələr Frenk əlində skalpel ova çıxır. Onun uşaqlıqda aldığı psixoloji travmaların əziyyətini günahsız insanlar çəkir. Onun daxili dünyası qorxulu və qaranlıqdır. O, özü də qorxur. Həyatına sevgi daxil olsa da, onu başa düşə bilmir. Dəyişmək istəsə də alınmır. Manyaklık əslində nədir?       

Monday, 14 April 2014

Qiraətçi - The Reader - Чтец

         Qiraətçi öz sadəliyi və realistikliyi ilə digər bütün sevgi hekayələrindən fərqlidir. Bizim seçimlərimiz, səhvlərimiz və səthi olaraq başa düşdüyümüz məsələlər haqqında olan bir film. Filmi izləsəz onu rahatlıqla bir neçə hissəyə bölə biləcəksiz. Filmin əsas hissəsi haqqında söz demək çətindir. Çünki bu hissə bəşəriyyətin inkişafa gedən yolunda ağır və ağrılı mövzularındandır. Nəinki mən, ümumiyyətlə böyük əksəriyyət bu mövzuda kimin haqqlı kimin haqsız olduğunu deməyə obyektivliyi çatmaz. Filmin əsas hissəsində sadəcə qlobal mövzunu deyil, eyni zamanda əsərin baş qəhrəmanı Hanna Şmitzin çox güclü şəxsiyyət olduğunu kəşf edirik. Güclü və sirli. Qəddar, qəribə, bədbəxt və tənha. Biz başa düşürük ki, bildiyini demək necə də vacib, necə də tale dəyişdirən, həlledici bir şeydir. Gördüyümüz kimi film bizi düşünməyə vadar edir (filmin ilk dəqiqələrini çıxmaq şərtilə. Bəlkə də çıxmamaq şərtilə).