Posts

Showing posts from January, 2014

Stiven Kinq - Mobil - Мобильник - Cep - Cell

Image
Dünya şöhrətli yazıçı Stiven Kinqin oxuduğum ilk kitabı haqqında yazıram. Kitabları əsasında çəkilmiş filmlərə baxsam da, indiyə qədər heç bir kitabını oxumamışdım. “Mobil” romanı haqqında məlumat topladıqdan sonra maraqlı olacağını düşündüm və qərar verdim ki, bu kitabı oxumalıyam. Müəyyən mənada isə buna peşman oldum. Aydınlaşdırıram: Ümumiyyətlə apokalipsis (bəşəriyyətin sonu və ya məhvi) mövzusu mənim üçün ən maraqlı gələn mövzulardandı və mənim burulğanlı fantaziyam həmişə dünyanın sonu haqqında müxtəlif versiyalar hazırlayıb qarşıma qoyub. Rezerv kopyalama və zombi-tematika əsasında yazılan kitabın ideyası odur ki, insanlar mobil telefonların dalğaları vasitəsi ilə zombiləşib bir-birilərini qanına qəltan edirlər. daha sonra isə zombiləşmiş kütlə özlərinin soçiumlarını yaradırlar. Lakin Kinq əsərində heç nəyi izah etməyib. Mən çox gözlədim ki, ciddi əsaslandırmalar və izahlar olacaq, amma olmadı ki, bu da mənim əhvalımı pozdu. Kitabı türkiyə türkcəsində oxuduğumdan onu da deyə

Haruki Murakami - Leksinqton Kabusları (2-ci hissə) - Харуки Мураками-Призраки Лексингтона

Image
Bəzən elə anlar olur ki, sanki, hiss edirəm ki, zövqüm formalaşır. Hansısa musiqi parçasını dinləyəndə, hansısa reklama tamaşa edəndə olur ki, ani olaraq içimdə dəyişiklik hiss edirəm. Murakaminin bu hekayələri zövqəmələgətirmədə mənim üçün müstəsna rola sahib oldu. Leksinqton kabusları (Призраки Лексингтона) – Yuxular, xəyallar və arzular dünyası necə də al-əlvan, rəngarəngdir. Əsl əbədiyyət və sonsuzluğu yuxularda, xəyallarda hiss etmək olur. Murakaminin əsərlərində bu çalarlar mövcuddur. Hekayə yazıçının Keysi adlı caz plastinkalarının kolleksiyoneri ilə baş vermiş görüşü və onun evində bir neçə gün gecələməsi haqqındadır. Hekayədə dolğun süjet və razvyazka yoxdur. Hekayələr toplusuna ad vermiş bu hekayə, yazıçının dediyinə görə real hadisələrə əsaslanır. Bəsit məişət-proza fantastikasıdır. Hekayənin baş qəhrəmanı (yazıçının özü) tanışının evində gecə  ruhların peydə olduğunu hiss edir. Ruhlar öz aralarında nə isə danışırlar, amma başa düşmək olmur. Bax belə şeylər də o

1+1 - Intouchables - Неприкасаемые

Image
         Qəza nəticəsində əlil qalmış aristokrat Filipp, onun qayğısına qalmaq üçün işçi götürür və bunun üçün də bu işə ən az uyğun gələn, həbsxanadan yenicə azadlığa çıxmış Drissi seçir. Bu seçim sidq-ürəkdən gələn seçimdir. Filipp Drissdə ona lazım olanı hiss etməyi bacarır. Driss Filipin hər dəqiqəsi ölçülüb-biçilmiş və çərçivələnmiş həyatına bir xeyli macera qatır. Driss Filippə göstərir ki, hətta əlil arabasında olsa da, qeyri-adi ad günü, yüksəksürətli maşın sərgüzəşti və hətta gözəl qadınla görüş sayəsində həyat gözəl ola bilər.

Cek London - Əcdadların Harayı - Джек Лондон - Зов предков

Image
                 Əslində belə klasiklərə şərh vermək, razılaşarsız ki, kifayət qədər çətindi. Adətən belə əsərlərdən sonra insan elə böyük bir okeanın ortasına düşür ki, oradan quru parçası tapıb okeanın gözəlliyini təsvir etmək çətin olur. Məhz belə əsərlər insanın zövqünü, mənəviyyatını, tərbiyəsini formalaşdırır.

Çingiz Abdullayev - Bakı Bulvarı

Image
         Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün on­ların arxasında kim dayanıb…   

Elxan Elatlı - Xəyanət

Image
         Azərbaycanımızın qiraət gündəmində uzun müddətdi ki populyar olan dedektiv əsərlərin müəllifi Elxan Elatlının təsadüfi olaraq bir romanı ilə tanış olmaq axır ki, mənə də qismət oldu. "Xəyanət" romanı ilə tanışlığım mənə bu yazıçı haqqında müəyyən məlumatlar verdi. Gördüyüm nöqsanlar məni narahat etdi. Bəlkə də başqa bir yazıçıda bu nöqsanlara mən çox fikir verməzdim, amma bu yazıçı ictimayət arasında çox məşhurdur və insanların zövqünün və düşüncə tərzinin formalaşmasında müəyyən rolu vardır. Bu yazıçını oxuyub bəyənənlər çoxdur və ona görə də üzərində çox daurmağa dəyər. Beləliklə açıram sandığı, tökürəm panbığı: İlk növbədə əsərdə qeyri-professionallıq var. Roman daha çox həvəskar xarakterli, sadəcə müəyyən qrup insanlara ünvanlanmış formata sahibdir (əsasən yaşlı və az qiraət etmiş insanlara). Romanda obrazların çox olmağı, onlardan pərakəndə və bayağı istifadə olunmları romanı mənim üçün sönük və maraqsız etdi. Motivlərdən asılı olaraq obraz az və ya çox ola bi