Posts

Showing posts from June, 2013

Cared Daymond - Tənəzzül - Jared Diamond - Çöküş

Image
  Sivilizasiyalar necə yaranıb necə tənəzzülə uğrayırlar? Yaranmağa və məhv olmağa təsir edən faktorlar hansılardır? Müasir ABŞ ərazisində mövcud olmuş Anasazi və Çako kanyonu sivilizasiyaları, Mərkəzi Amerikada Maya mədəniyyəti, Cənubi Amerikada Moçe və Tivanaku, qədim Yunanıstanda Miken və Giritdəki Minos sivilizasiyaları, Asiyada Anqkor Vat və Harapp mədəniyyətləri, Sakit Okeanda çox məşhur Pasxa adası populyasiyası necə olub ki yaranıb və tənəzzül ediblər? Kitabda bu suallara ətraflı cavab verilmiş və müasir həyat tərzimizin hansı problemlərə səbəb olacağı haqqında sistemli və elmi dəyərləndirmələr edilmişdir.

The Oranges - Любовный переплет

Image
         Ostroff və Uoullinq ailəsi uzun illərdir ki, bir-biriləri ilə dostluq edirlər və Oreyndj Drayv (Orange Drive) adlı yerdə də qonşudurlar. Hər şey normal idi. Səhərlər qaçış, səhər yenəyinə omlet və portağal şirəsi, adama elə gəlir ki, elə əsl xoşbəxtlik budur və heç bir şey bu xoşbəxtliyi dağıtmaq iqtidarında deyil. Gündəlik monotonluğun rahatlığını heç nə əvəz edə bilməz. Bu normallığı tufandan öncəki səssizlik də adlandırmaq olar. Tufan isə baş verdi nə baş verdi. İstəməzdim ki spoyler olsun, amma süjet belədir: bir ailənin qızı digər ailənin başçısı ilə sevgi maceraları yaşamağa başlayır. Bunun nəticələri isə, filmi əmələ gətirir.

Herman Hesse - Yalquzaq

Image
         Hermann Hessenin “Yalquzaq” əsəri, iyirminci əsrin ikinci yarısında, nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki niyə və necə? Oxuyun o zaman anlayacaqsınız.      Son vaxtlar çalışıram ki, fəlsəfə və ezoterika vasitəsiylə əsas mövzusu özünü, “mən”-i tapmaq olan kitablar oxuyum. Niyə? Belə hesab edərdim ki, mən gözəl, firavan ailə qurub uşaq dünyaya gətirmək istəməyən, gözəl karyera qurmaq istəməyən, səs-küylü qələbəlikdən uzaq durub qürub edən günəşə baxıb, yanımda olan kağıza cızma-qara etmək istəyən birisiyəm. Mən tək qalmaq və sərhədləri aşmaq istəyirəm. Halbuki, tam olaraq belə deyiləm. Əgər təsvir etdiyim kimi olsaydım, mənə Budda demək olardı. “Yalquzaq” isə yuxarıdakı cümlələrdə öz əksi

Qəzetçi - The Paperboy - Газетчик

Image
         60-cı illərin sonu. Jurnalist Uord, cənubda yerləşən şəhərlərin birində, qəddarlıqla öldürülmüş şerifin qatilini axtarıb tapmaq istəyir. Bir nəfər həbs olunub, amma Uord belə hesab edir ki, bu haqsızlıqla olub. Uord haqsızlıqla mühakimə olunmuş və elektrik stulunda ölüm hökmünə hazırlaşdırılan qatili həbsxanadan çıxarmaq və kolleqası ilə birlikdə sensasiyalı material yayımlamaq istəyirlər. Jurnalistlərə qəzetlərin çatdırılması işiylə məşğul olan, Uordun kiçik qardaşı Cek və cazibadar sarışın Şarlotta kömək edir. Şarlotta həbsdə olan qatilə aşiq olub. Obazların hamısının gizlətməyə nəyisə var. Lakin ifşaedici cənub küləyi ən qaranlıq və isti arzuları oyadır. Gözlənilməz hadisələr. Gözlənilməz insanlar. Qorxulu aqibətlər. Şokedici faktlar. Sarsılan və dəyişən dünya. Qəzetlərdə çox şeylər yazılmır.

Yasunari Kavabata - "Ölü sifətlə baş verən hadisə", "Bakirələrin ibadəti" və digər hekayələr haqqında

Image
          Ölü sifətlə baş verən hadisə (Случай с мертвым лицом) - Bu hekayə olduqca maraqlı nüansları özündə ehtiva edir. Dünyasını dəyişmiş həyat yoldaşı ilə sağollaşan bir kişinin, həyat yoldaşının açıq qalmış çənəsini bağlamaq cəhdləri boşa çıxır. Otağa daxil olan mərhumun bacısı isə, mərhumun sifətində ərinin toxunuşları sayəsində əmələ gəlmiş yumşaqlıq və rahatlığı, ali insan ruhunun gücü və  yoldaşının onunla sağollaşmasının nəticəsi kimi başa düşür. Bilirsiz maraqlı nədir, maraqlı burasıdır ki, bəzi hadisələrin səbəbini bilmədən biz onu ilahiləşdirirk. Bu şirin yalandı. Hətta deyərdim ki, müəyyən mənada da lazımlı şeydi. Bir növ hekayə də saxta ilahiliyi simvolizə edir. Bəlkə də bütün ilahilik saxta illüziyadır. Bəlkə də, həm materiya, həm də ruhanilik illüziyadır. Çox irəli getdim deyəsən.

Andrey Leviskiy - Anomallar. Sirli Kitab - Андрей Левицкий - Аномалы. Тайная книга

Image
Bəzi hadisələr var ki, kifayət qədər şübhəli görsənirlər. O hadisələr, hansısa şüurlu gücün beynimizə daxil olub davranışlarımıza təsir göstərdiyindən xəbər verir. Mən özüm həyatımda iki dəfə belə hadisələrin canlı şahidi olmuşam və ona görə də onları qəbul etməyə bilmərəm. – Konstantin Siolkovskiy.          Hər şeydən öncə onu deyim ki, Andrey Leviskiy (Андрей Левицкий),  çox məşhur S.T.A.L.K.E.R oyunu və kitablarınının müəllifidir. Yazıçının uşaqlığı Ukraynada, Çernoblda keçib. Kiyev Dövlət Universitetində filologiya üzrə təhsil alsa da, heç vaxt ixtisası üzrə işləməyib. Yazıçının böyük həvəslə oxunan digər bir çox məşhur əsərləri də var.

Velosipedli oğlan - The kid with a bike - Le gamin au vélo

Image
Siril          Bu hekayə, atası tərəfindənm uşaq evinə atılmış, amma atası ilə mənəvi əlaqəni itirməyən 12 yaşlı oğlanın hekayəsidir. Tamamilə təsadüfən Siril (oğlanın adı) Samanta ilə tanış olur. Samanta gözəllik salonunun sahibəsidir və Sirilə icazə verir ki, bazar günləri onunla birlikdə qalsın. Siril böyük daxili xaos, yaşıyla tərs mütənasib hadisələrə yaşayır. Sığınacaq təklif edən iki cəbhə arasından seçim etməlidir. Hətta, sığınacaq tapmaq məsələsində də xeyir və şər mübarizə aparır. Lakin, Siril çox çətin günlər yaşasa da, həqiqi sevgi qalib gəlir. Filmdə sakit və tipik fransız şəhərciyində həyat, azyaşlıların kriminallıq tələsinə düşməsi, fransız insanlarının bir-birinə olan münasibətləri, çətin xasiyyətli uşağın tərbiyəsi, sosial problemlər, pozulan uşaq psixologiyası, düşünülməmiş addımlar və onların yaratdığı nəticələr kimi məsələlər təsvir olunub. Film bizə çox şey haqqında düşünməyə imkan yaradır.

Stiven Hokinq - Böyük Dizayn

Image
Stephen Hawking Hesab edirəm ki, günümüzdə Stiven Hokinq oxumaq bir lüks sayılır. Müəllifin geniş kütləyə xitabən yazdığı kitabları (buna hələ qayıdacam) kifayət qədər populyardır. Şübhəsiz ki, burada amerikan marketoloqlarının rolu heç də az deyil. Buna baxmayaraq, Stiven Hokinq müasir dünya elminə öz tövhələrini vermiş simadır. Gəlin onunla qısaca tanış olaq: Günümüzün ən tanınmış nəzəri-fizik və kosmoloqu Stiven Uilyam Hokinq, 8 yanvar, 1948-ci ildə, İngiltərədə, Oksford şəhərində dünyaya gəlmişdir. Atası Hamsted şəhərində bir tibb mərkəzində tətqiatçı olaraq işləyib. Anası da həmi tibb mərkəzində katibə olaraq çalışıb. 1962-ci ildə Oksford Universitetini bitirərək, 1966-cı ildə Kembridc Universiteti, Tirinti-Holl kollecindən Ph.D. dərəcəsini qazanmışdır. 60-cı illərdən etibarən Stivendə artıq iflicə səbəb olan, yantərəfli amiotrofik sklerozun əlamətləri yaranmağa başladı. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməlliyatdan

Old Dogs - Так себе каникулы

Image
         İki köhnə dost və iş ortağı əvvəllər birliktə etdikləri “dəcəllik”-lərə görə, iki əkiz uşağın məsuliyyətini üstlənib, tərbiyəsi ilə məşğul olmaq məcburiyyətində qalırlar. Bu gözlənilməz sürpriz olur. Onlar uşaqların qayğısına qalmaqla yanaşı, vacib biznes partnyorluğunun qurulması ərəfəsində, uşaqların nazlarını çəkməli, onları yay düşərgəsinə aparmalıdırlar. Orada onların başlarına nələr gəlir nələr. Müxtəlif maceralar qarşıda onları gözləyir. Onlar bu heç də asan olmayan missiyanın öhdəsindən gələ biləcəklərmi?

Özünəqəsd Dükanı - Магазинчик самоубийств - Le magasin des suicides

Image
         Hər şeyin cansıxıcı və dözülməz olduğu bir şəhərdə, artıq uzun illərdir ki insanların intihar etməsi üçün lazımi ləvazimatlar satan Tuvanş ailəsinə məxsus dükan var. İntihar etmiş şəhərin həyatda olan və ondan canını qurtarmağa çalışan sakinləri, müxtəlif üsullarla qaçıb getmək istəyirlər: kimisi özünü maşının altına ataraq, kimisi evində özünü asaraq bunu edir. Bəzi hörmətli və yenilik axtarışında olan insanlar isə daha kreativ intihar üsulları üçün “Özünəqəsd dükanı”-na müraciət edirlər. Bu dükanda dərhal və ağrısız öldürən zəhərdən tutmuş, seppuku (harakiri) üçün samuray qılınclarına qədər zəngin seçimlər var. Ailədə Alan adlı həyatsevər və şən uşaq doğulana qədər hər şey əla idi. Biznes çiçəklənirdi və həyatdan narazı sakinlərin yaşadığı şəhərdə həyatdan razı dükan sahibləri var idi.  

Oşo - Zəka

Image
Kitabın Türkiyə türkcəsində adı: Osho – Zeka Kitabın ingiliscə adı: OshoIntelligence: The Creative Response to Now Kitabı yüklə (Türkiyə türkcəsində) Zeka hayatın özünde vardır Zeka hayatın doğal bir niteliğidir. Tıpkı ateşin sıcak olması Ve havanın görünmez olması Ve suyun aşağı doğru akması gibi Hayat da zekidir. Tarixən Şərq ruhi yolda uğurla addımlamış, Qrəb isə maddiyatçılığı ilə dünyada ən istehlakçı cəmiyyətlərin əsasını qoymuşdur. Qərb alimləri müxtəlif suallara müvəqqəti və qəti cavablar verərkən, Şərq filosofları cavabları ilə zaman-məkan kəsişməsini aşmış və tamamilə qeyri-qəti olmuşlar. Qərbin ekzistensializm fəlsəfəsi ilə yaşayan insan bədbəxt insandır. O, hal-hazırda sahib olduğunu görməyi bacarmayan, yaşadığı anı hiss etməyən və həmişə hər şeydən şikayətçi olan birisidir. Tamamilə şərq fəlsəfəsi ilə yaşayan insan da bədbəxt insandır. Çünki o, ifrat güvən və ya ifrat xurafat və mövhumata bulaşa bilər. Hər iki fəlsəfəni özündə birləşdirməyi bacara

Bob Şou - Yadların gəmisi - Боб Шоу - Корабль странников

Image
         “Yadların gəmisi” elmi,kosmik, fantasik, dramatik, macera və psixo-sosial janrın ucu-bucağı görünməyən görünməz sularında üzür. İlıq, əbədi, kosmik küləksə gəminin yelkənini bir uludzdan (limandan) o birisinə istiqamət-ləndirir. Hərdənbir çox güclü tufanlar olur. Yeni limanların kəşfi xatirinə sağ qalmaq lazımdır.  Gəmi lövbər salaraq, sonzuluğun xəritəsini hazırlamağa çalışır. Topoqrafiq modullar dayanmadan çalışır. Bir-birinə yad heyət üzvlərindən bəziləri çox qısa müddətliyinə bu riskli işlə məşğul olsalar da, artıq veteran olan və böyük hörmət-izzət sahibi, Devid Sercenner, kosmosun əbədiyyəti və rəngarəngliyindən uzaq qalmaq istəmir. Kainatın sonzuluğu bir-birinə yad olanları bir-birinə doğmalaşdırmağa çalışır. Nə qəribədir ki, insan övladı Yer planetini tərk etdiyi andan etibarən hər yerə yaddır. Bəlkə də bu belə deyil. Bəlkə də uzaq və yaxın deyə bir anlayış yoxdur. Əsas məsələ niyyətdir. İnsan xoş niyyətlə kainatın kəşfinə çıxırsa, onun üçün hər yer doğma, müstəmləkə

Yasunari Kavabata - "Ürək", "Ariqato" və "Kameliya" hekayələri haqqında

Image
          Ürək – Bu miniatür hekayə ailə sevgisini o qədər gözəl təsvir edir ki, əlavə şərhə ehtiyac yoxdur əslində. Bu kiçicik hekayədə ailə sevgisinin klassik qayda-qanunları alt-üst edib möcüzələr yarada biləcəyi təsvir olunub. Yasunari Kavabata ucsuz-bucaqsız kainata sığışmayan sevgini kiçik bir hekayəyə sığışdırmağı bacarıb. Bu hekayədə insanı insan edən xüsusiyyətləri, insanın necə özünü aşdığını görmək olar. Hekayədəki sevgi ilə ətrafımdakı real həyatda gördüyüm sevgiləri müqayisə edəndə, ətrafımda şahidi olduqlarımın necə də cılız və zəif qaldığını gördüm. Çünki insan alver eləməyi sevən canlıdır. Sevgini də ticari münasibətlər və qarşılıqlı şərtlər qəlibinə salıb. Kavabata bizi məhdudiyyətsizliyə, əbədiyyətə çağırır. O, tipik insan məntiqi-təfəkkürünün yaratdığı qruplaşdırmalardan olan yaxın və uzaq anlayışlarını ələ salır. Səmimi deyirəm, hekayə məndə əvvəllər tamamilə başqa cür düşündüyüm ailə sevgisinə fərqli yanaşmağı vadar etdi. Buna baxmayaraq içimdəki son nəticəyə ge