Posts

Showing posts from May, 2013

Sabahın xeyir, Vyetnam - Good Morning, Vietnam (1987)

Image
         1965-ci ildə Vyetnam skandallı radio aparıcı karyerasına başlayan Edrian Kronauerin “sabahın xeyir Vyetnaaaaaaam!” çığırtısı ilə sarsıldı. O, dərhal ictimayətin sevimlisi, yüksək vəzifəlilərin (sistemin) isə düşməninə çevrildi. Bayram və karnaval əhval-ruhiyəli Edrian sadəcə sistemlə deyil, eyni zamanda anti-humanizm, millətlərarası düşmənçiliklə də kəllə-kəlləyə gəlir. Edrianın sadə Vyetnam insanları, xoşməramlı amerikan missiyası və sevgidə ola illüziyaları dağılır. Bu radio aparıcısı öz zarafatları və şadyanalığı ilə həqiqətən də hərbi intizama təhlükə yaradır. Hərbi fəaliyyətəlrin episentrində olsa da, öz ləyaqətini və yumor hissini itirmir. Radio qəbuledicilərdə “sabahın xeyir Vyetnaaaaaaam!” cümləsi eşidiləndən sonra insanlara elə gəlir ki, heç vaxt axşam düşməyəcək.

Miçio Kaku - Vizyonlar

Image
Michio Kaku             Miçio Kaku (Michio Kaku) kimdir? – Miçio Kaku Nyu York Universitetində uzun müddətdir ki çalışan nəzəri fizik və futuristdir. Fizika və gələcəyin dünyası ilə əalqdar bir çox kitabların müəllfidir. Yazıçı “Mümkünsüzün fizikası”, “Gələcəyin fizikası”, “Hiperkosmos”, “Paralel dünyalar”, “Eynşteynin kosmosu və başqa bir çox bestsellerlərin müəllifidir. BBC, Discovery, History Chnanel və Science Chanel kimi kanallarda bəzi verlişlərin çəkilişində iştirak etmişdir. Bildiyim qədəriylə müəllif Silikon Vadisində də çalışmışdır. Silikon Vadisi isə elə bir yerdir ki, bizim 10 il sonra istifadə edəcəyimiz texnologiyalar artıq orda hazırdır. Hələ portotipləri demirəm.

Yukio Misima - Qızıl Məbəd - Юкио Мисима - Золотой Храм

Image
            Təqdimat – “Qızıl məbəd”, baş qəhrəmanın arxasınca qaçdığı, amma tuta bilmədiyi gözəllik haqqında olan bir romandır. Yukio Misima gözəllik anlayışı haqqında mükəmməl fikirlər irəli sürüb. Gözəllik hamıya özünü müvəqqəti olaraq göstərər, lakin heç kimə aid olmaz. Gözəllik çox qəddardır. Romanı oxuduqca həmin mühitə düşməmək mümkün deyil. Bunun səbəbkarı isə Boris Akunindir. Əsəri yapon dilindən möhtəşəm formada tərcümə etmişdir. Mən hələ belə tərcümə oxumamışdım. Kiyotoda yerləşən Kinkakudzi məbədində xidmət edən cavan rahib haqqında olan “Qızıl Məbəd” romanı, yazıçının dünyada və Yaponiyada ən çox oxunan və tanınan əsərlərindən hesab olunur. 1950-ci ildə Kinkakudzi məbədini alova qərq edən buddist rahibliyinə hazırlaşan şagird, Misimada dərin hisslər oyadır. Misima hesab edir ki, məhv və ya ölüm gözəlliyi daha da təkmilləşdirir. Beləliklə də roman yazılmağa başlanılır və 1956-cı ildə tamamlanır.

Fridrix Engels - İnsanın meymundan yaranmasında əməyin rolu

Image
         İxtisasca yüksəksəviyyəli biyoloq olan xalamdan canlılar aləmi haqqında çox şey öyrənmişəm. 2 ay bundan öncə insanın yaranması və təkamülü haqqında söhbət edirdik. Bir çox mövzuda yenə də bəzi şeyləri öyrəndim. Xalam mənə dedi ki, Fridirix Engelsin çox qısa bir məqaləsi var ki, adı da belədir: İnsannın meymundan yaranmasında əməyin rolu. Çox maraqlı məqalə olduğunu dedi. Sözün düzü, əvvəlcə bunun kitab olduğunu başa düşmüşdüm. Oturdum interneti ələk-vələk etdim, amma axırda məqalə olaraq tapa bildim və əsərin kitab olmadığını məqalə olduğunun şahidi oldum. Universitetdə yaranmış boş vaxtımda oxudum. 

Mixayıl Yelizarov - Burattini. Faşizm keçdi getdi - Михаил Елизаров - Бураттини. Фашизм прошел

Image
Yelizarovun bu esseistikası, bizə başda sovet cizgi filmlərinə və bəzi digər filmlərə fərqli yanaşıb, gizli motivləri deşifrə etmək üçün imkan yaradır. Məsələn, Üç donuz balası Nif-nif, Naf-naf və Nuf-nuf haqqında olan cizgi filmi göründüyü kimi deyil. Əslində bu cizgi filmində massonlar və templier ordeni haqqında maraqlı məqamlar var. Tutuquşu Keşa isə, bir yerdən başqa yerə miqrasiya edən, həmişə məyus olan yəhudi dissidentlərini simvolizə edir.  Buratino day demə Mussoliniymiş. Bəs onun Pinokyodan fərqi nədir? Pinokyo nəyi simvolizə edir? Hamımızın sevdiyi “Nu Paqodi” cizgi filmi hansı cəmiyyəti təsvir edir? Oradakı canavarla dovşan arasındakı münasibətlər çoxlarını şok edə bilər. Elə vaxtıykən bir çox sovet hərbi generalları və başbilənləri, canavarın uşaqlara pis nümunə təşkil etdiyini (avara, tüfeyli həyat tərzi sürən, tikintidə az-maz işləyib maaş alan, ağlı ancaq dovaşnda olan fərd) deyib, cizgi filminin nümayişini qadağan etmək istəyirdilər.  Qoğalın nağılı isə əslində d

Qabriel Qarsiya Markes - Mənim Hüznlü Fahişələrim

Image
Təəssüratlarım mənfi kontekstdədir. Təsəvvürə gətirmək çətindir ki, 90 yaşlı qoca bir kişi 90-cı ad gününnə 14 yaşlı bakirə qız hədiyyə almaq istəyir. Bu 90 illik ömründə qoca ailə həyatı qurmayıb, heç sevməyib də. Əvəzinə ömrü günü fahişəxanalarda keçib. Hətta siyahı da tutub. İndi 90 yaşında sevgi sevmək istəyir. Bu canlı meyit aşiq olur deyəsən. Elə bil səsinizi eşidirəm: “Axı sevgi yaş tanımaz”. Nə deyim. Bir şeyi dəqiq deyə bilərm ki, 90 yaşlı bu qoca yaşından başından utanmalıdır ki, belə istəklər arxasınca qaçır. Onun bu yersiz istəkləri vaxtında ödənməyən ailə uşaq, nəvə sevgisinin psixoloji travmalarından başqa bir şey deyil. Ona görə də ölənə qədər o bunun ağrılarını bütün bədənində hiss edəcək. Yazıçı da boş bir illüziya yaratmaqdan başqa bir şey etməyib. Mənə elə gəlir ki, 90 yaşında bir insanın heç bir əxlaqi dəyərlərinin olmaması yaxşı şey deyil. Əgər sən doymamısansa, həmişə aclıq səni izləyəcək. Markesin yazı üslubunu bəyənmirəm. Bundan əvvəl “Yüz ilin tənhalığı” (ya

Nitsşe Ağlayanda - When Nietzche Wept

Image
Hərgah ki, Nitsşe bir çox sahədə peyğəmbər olsa da, şəxsiyyətlərarası münasibətlərdə mütəxəssis deyildi.  Yəni dünyada ondan da yalnız insan olub? – İrvin Yalom – Eşqdən müalicə Süjet – İrvin Yalomun eyniadlı əsərinin ekranizasiyası, 19-cu əsr psixoanalizin doğulmaq ərəfəsində olduğu intellektual Vyana cəmiyyətini nümayiş etdirir. Filmdə Josef Breur, Fridirix Nitsşe, Lu Salome və Ziqmund Freyd kimi şəxsiyyətlər iştirak edir. Onların bir-biriləriylə münasibətini, insan yalnızlığını, insan psixologiyasının fövqəladəliliyini göstərən bir film. Filmin şüarı: We Are More In Love With Desire Than The Desired

Fridirix Nitsşe - Zərdüşt Belə Dedi

Image
...kömək elə mənə Nitsşe. Hamı məni tək qoyur. Elə sənin aqibətini mən də yaşayıram. Sən özün deyirdin: “Nə vaxt ki, dostlaşmağa çalışırdım, satqınlığa məruz qalırdım.” Ətdən sümükdən olan insanlar məni tək qoyur, Nitsşe. Bilirəm onlar niyə belə edirlər. Sən də bir daha bunu mənə göstərdin. Ancaq ki, bir şeyi deyim ki, yalnızlaşdıqca dəlisovlaşıram. Bu hal mənim özümü hərdən qorxudur, amma başqa alternativim yoxdur. Səndən də, digər yazıçılardan da kömək istəyirəm. kömək edin ki, yalnızlığıma qərq ola bilim...