Monday, 29 April 2013

Edward Luce - Tanrılara Rəğmən Hindistanın Fövqəl İnkişafı

Edward Luce

         Bu yaxınlarda internetdə maraqlı bir kitab özətinə rast gəldim. Bu kitab mənim həm fəlsəfi-dini görüşləri, həm də iqtisadi-siyasi durumu ilə mütəmmadi olaraq maraqlandığım nəhəng Cənubi Asiya ölkəsi olan Hindistan haqqında idi. Kitabın adı çox diqqət cəlb edəndir: Tanrılara rəğmən Hindistanın fövqəl inkişafı. Dünya iqtisadiyyatı ilə az da olsa maraqlananlar bilir ki, son 15 ildə Hindistan, dünyanın ən ucuz intellektual qüvvəsinə sahiblənməyi bacarmış, xidmət sektorunda böyük nəaliyyətlər əldə etmiş və çox önməli tərəqqilər nümayiş etdirə bilmişdir. Hindistan həmişə özünəməxsus coğrafi məkan olmuşdur. Bəşər sivilizasiyasına çox tövhələr verməyi bacarmış və tarixdə bir çox iz buraxmışdır. Mən həmişə demişəm və yenə də deyirəm: Hindistan elə-belə yer deyil!

Saturday, 27 April 2013

7 Həyat


Filmin ingiliscə adı: 7 pounds
Filmin rusca adı: Семь жизней
İl: 2008
Janr: Drama
Filmin şüarı: Onlar tanış deyillər. Onların müxtəlif taleləri var. Lakin onların ümumi sirri var.
Rejissor: Gabriele Muccino
Aktyorlar: Will Smith, Rosario Dawson, Woody Harrelson
Mükafatlar: BET Award, Image Award,

Süjet – Keçmiş mühəndis Tim, etdiyi fatal səhvləri düzəltmək üçün inanılmaz bir səyahətə çıxır. Səyahət müddətində, birisi ölümcül xəstə olan və özünü qanadı qırılmış qız adlandıran Emili olmaq üzrə, 7 nəfəri axtarıb tapır. O, ən çətin suala cavab axtarır. Gözlənilmədən Tim qıza aşiq olur və bu da öz növbəsində onun ilkin planlarını pozur. Bəs yaxşı, Tim planlaşdırdığını edə biləcəkmi? Onun nə planlaşdırdığımı öyrənəndə isə çox təsirlənəcəksiniz. Hətta ola bilər ki, hisslərinizi cilovlaya bilməyib ağlayasız.

Thursday, 25 April 2013

Haruki Murakami - Pinbol,1973 - Пинбол-1973


         Sinopsis – Bağlılıq. Asılılıq. Yalnızlıq. Kədər. Qeyb. Fərqli düşünən insanlar. Fərqli davranışlar. Seçimlər. Axtarmaq və tapmaq. Azad olmaq. Yeni şans.      
“Siçovul Triologiyası”-nın ikinci kitabı. Siçovul (obrazın ləqəbi belədir) haqqındadırmı kitab? Deyil. Siçovul sadəcə periferik bir obrazdır. Hardasa buralardadır, amma mərkəzdə deyil. Gəlin birlikdə axtaraq. Həm siçovulu, həm də cavablarımızı. Bunu bir növ qısa səyahət kimi qəbul edin (ya da pazzl quraşdırmaq kimi). İki yalnızlıq haqqında, melanxolik energetik vampir olan Haruki Murakaminin, Murakamaniya yaradan növbəti toru. Obrazlar həyatdakı yerləri haqqında düşünür, keçmişi yada salır və xəyallar qururlar...

Tuesday, 23 April 2013

Ən yaxşı vaxtlar - The Best of Times


Filmin ingiliscə adı: The Best of Times
Filmin rusca adı: Лучшие времена
İl: 1986
Janr: komediya, idman, dram
Filmin şüarı: A film with a catch (or two)
Rejissor: Roger Spottiswoode
Aktyorlar: Robin Williams, Kurt Russell, Pamela Reed, Holly Palance
Mükafatlar:          ---

Sunday, 21 April 2013

Tıq-tıq xanımın metamorfozu


    Deməli, bu yaxınlarda “Kitabı Karandaşla Oxuyanlar” facebook səhifəsində adı çəkilən səhifənin və saytın (http://www.kkoworld.com/) üzvləri tərəfindən “Tıq-tıq xanımın metamorfozu” adlı kiçik esselər toplusunu hazırlandığını gördüm. Dərhal marağıma səbəb oldu və Mixail Yelizarovun “Burattini: Faşizm keçdi getdi” (Михаил Юрьевич Елизаров - Бураттини. Фашизм прошел) kitabını xatırladım. Əlbəttə, “Tıq-tıq xanımın metamorfozu” adlı esseləri oxuduqdan sonra bu iki kitab arasında fərqlərin çox olduğunu (və ya heç bənzəmədiklərini) də gördüm (bu məsələyə aşağıda qısaca yenə də toxunacam).

Friday, 19 April 2013

Benjamin Battonun sirli hekayəsi


Filmin ingiliscə adı: The Curious Case of Benjamin Button
Filmin rusca adı: Загадочная история Бенджамина Баттона
İl: 2008
Rejissor: David Fincher
Aktyorlar: Cate Blanchett, Brad Pitt, Julia Ormond, Faune A. Chambers
Mükafatlar: 3 oskar, AFI Award, Saturn Award


İçimdə elə bir hiss var ki, sanki, bütöv bir ömür yaşamışam, amma heç nə xatırlamıram.

Monday, 15 April 2013

Haruki Murakami - Küləyin Nəğməsini Dinlə


Kitabın ingiliscə adı: Hear the Wind Sing
Kitabın rusca adı: Слушай песню ветра
Janr: Roman
Ümumi xarakteristika: Fəlsəfə, Psixologiya, Sosiologiya 

Qısaca süjet – Romanın konkret süjet xətti yoxdur. Roman, demək olar ki,  obrazların fəlsəfi dialoqlarından ibarətdir. Həyatları kəsişən maraqlı, fərqli insanlar. Murakaminin ilk romanı (1979-cu ildə yazılıb) olan “Küləyin nəğməsini dinlə”, sizi düşüncə dalğalarında sörfinqə dəvət edir. Vaxtaşırı dalğalar gəlir və sizi göylərə qaldırır. Kitabı oxumaq yox , hiss etmək lazımdır.

Təəssüratlarım - Kitabı vərəqlədikcə Haruki Murakami, Viktor Pelevin, Çingiz Aytmatov və Riçard Bax kimi yazıçıların, mənim üçün etalon funksiyasını icra etdiklərini bir daha yaxşı başa düşürdüm, çünki bu yazıçılar mənə gələcək qiraətlərimdə nəyin keyfiyytəli, nəyin keyfiyyətsiz olduğunu seçməyə köməkçi olacaqlar. Haruki Murakaminin obrazları yalnız obrazlardır. Elə bu aspekt məni çox qane edir və zövq verir. Bu yazıçının əsərləri gəncliyimin dinamik tələblərinə cavab verir.

Saturday, 13 April 2013

Qiraətin Qiymət Anatomiyası


Giriş - Bir neçə il bundan öncəki dövrlərlə müqayisədə, son zamanlar cəmiyyətimizdə kitab oxumağa, kitab almağa, kitabxana yaratmağa və kitab müzakirə etməyə həvəs artmışdır. Azərbaycanın kitab sənayesində həm idxal həm də yerli kitab seqmentində canlanma baş verir. Bu artışın səbəbi həm makroiqtisadi faktorlar həm də sosial şəbəkələrdə kitab oxumağın təbliğ olunması və bir çox kitabların dilimizə tərcüməsidir. Əvvəllər metroda gedərkən çox nadir hallarda kitab oxuyan insanlar görürdümsə də (rus dillilər istisnadır), hal-hazırda bunun sayında artış var. Bu sevindirici haldır. Hər halda kitaba həvəs artır və əvvəlki entropik vəziyyəti sıradan çıxarır. Dəyişməyən isə, ictimai nəqliyyatlarda rus nənələrinin dəyişməz hobbisi olan qiraətdir. Mən həqiqətən də, rus qarılarına heyranam (səhv anlamayın :D). Heç vaxt qiraətlərini saxlamazlar.
Bu yazını yazmaqda əsas məqsədim, kitabsevərlərə kitablar haqqında səhnəarxası bəzi məlumatları verməkdir. Aldığımız kitabların qiymətinin əmələ gəlməsi ilə əlaqədar son vaxtlar maraqlananların çox olması, məni də belə bir yazı yazmağa həvəsləndirdi. Məqalədəki məlumatları oxuduqdan sonra, inanıram ki, oxucuların bir çoxunda ictimai rəy və qınaq formalaşacaq. Bir cəmiyyət olaraqsa bu bizim ən yaralı yerimizdir. Vəziyyətin düzəməsi aydınlanmaq və maksimum məlumat əldə etməkdən keçir.