Thursday, 28 February 2013

Həmid Herisçi - SSSR


 Deməli kitabı iki hissədə dəyər-ləndirmək olar. İlk 22 səhifə və 22 səhifədən sonrakı hissə. Birinci hissədə yazıçı “semiotika” (rəmzlər aləmindəki sözü, şeiri, nəsri öyrənən sahə çağdaş filologiyada semiotika adlanır) elmi haqqında məlumat verib onun ətrafında süjet quraraq, Stalin-Trotski münasibətlərindən, Sovet cəmiyyətində yaşayan fərdlərin yuxarılar tərəfindən cızılmış lazımi inkişaf yolu, Dədə Qorqud fenomeninə öz yanaşması haqqında məlumat verir. Stalin-Trotski münasibətləri və ardınca da “Xəzər Sahilində” başlığı altında bəzi qapalı mətnlərin şərhi olduqca maraqlıdır. 

Wednesday, 27 February 2013

Good Bye Lenin! - Гуд бай, Ленин!

Anam ömrünün sonuna qədər tərk etdiyi ölkəyə inandı. Biz də əlimizdən gələni etdik ki, onda olan bu inamı dəstəkləyək. O ölkəyə ki, əslində o heç vaxt mövcud olmayıb. O ölkə ki, yaddaşımda həmişəlik olaraq anamla əlaqədardır.

Təqdimat: Berlin divarının çöküşünə az qalmış, Aleksin anası komaya düşür. Özünə gələndə isə artıq ADR (Almaniya Demokratik Respublikası) yox idi. Anasının sağlamlığını düşünərək, Aleks, “yenilik”ləri anasına demir. Fanatik komunist üçün kapitalizmin “qələbəsi”ndən daha ölümcül nə ola bilər? Hər nə qədər Sovet İttifaqı süqut etsə də, Aleks üçün bunu demək düz olmazdı. Sizcə, Aleks həm komunizmdə həm də kapitalizmdə yaşaya biləcək? Komunizm və kapitalizm arasındaki sərhədlər, məgər həssasmış.

Tuesday, 26 February 2013

Zər Dünyası - Dice World


     “Zər Adam” və “Zər Adam Gündəliyi” adlı yazılarımı paylaşdıqdan sonra sonuncu izlədiyim və adını çəkdiyim romanla bilavasitə əlaqləli olan sənədli film haqqında da yazı paylaşmağı lazım bildim. Bu sənədli filmdə yazıçının özü Corc Krokfort (George Crockfort (pen name: Luke Rhinehart)) özü də iştirak edərək bir çox insanlara yaxınlaşır onlarla ünsiyyətdə olur, özü və yaradıcıllığı haqqında çoxlu məlumatlar verir. Olduqca maraqlı insan olan Corc özündə dəlisov bir dünya daşıyır. Yazıçının bəyəndiyim xüsusiyyəti ondan ibarətdir ki, o, müasir cəmiyyətlərin problemlərini işıqlandıra bilir. Özümüzə sual verək: indi insanlar daha çox haralarda yaşayırlar? Cavab şəhərlərdədir? Həm hə həm də yox. Cavab sadəcə və yalnızca “xaotik şəhərlər” olmamalıdır. Cavab “Zər Adam” və ona bənzər romanlar olmalıdır. Həmid Herisçi demiş, cavab roman, hekayə, şeir, bayatı, atalar sözü, dastan, mif, əfsanə olmalıdır. Yalnız o zaman biz məsələni dərindən anlaya bilərik. Qısa cavablara aldanmamalıyıq. İllərdir ki, qısa cavablar bizim beynimizi yuyur. ”Zər Adam” romanıyla biz haradayıq və nə edirik sualına cavab aldığımızı hesab etmək olar.

Sunday, 24 February 2013

Zər Adam Gündəliyim


 Xəbərdarlıq: Yazıda spoyler ola bilər!

22 yanvar 2013-cü il: Olduqca məşhur olan və əziz dostum, qardaşımın hədiyyəsi olan «Zar Adam» romanını oxumağa başlayıram. Gözləntilərim böyükdür. Yazıçı ilk səhifələrdən bizə tipik Amerikan ailəsinin - tipik 21-ci əsr ailəsinin və şəhər ailəsinin həyatını qısaca göstərir. Bu gün qərb cəmiyyəti bir çox problemlərin – xüsusiylə maliyyə məsələlərinin – həllini tapıb (ən azından 2009-cu ilə qədər bu belə idi). Odur ki, boş vaxt və onun xərclənməsi ilə əlaqədar məsələlərlə tez-tez rastlaşır. Şərq cəmiyyətlərinin çoxusunda belə vəziyyət hələ sözkonusu deyildir.
Luke və arvadı Lillian bir-birilərini tamamlamayan iki cütlükdür. Lukun da, Lillianın da problemləri var. Luke problemləri haqqında daxilində, Lillian isə tamamilə xaricində fikirlərşir (ümumilikdə isə bu qadınlara xas xüsusiyyətdir). Romanın ilk səhifələrindən bunları görə bildim.

Friday, 22 February 2013

Luke Rhineart - Zər Adam - The Dice Man

Luke Rhinehart

 Təqdimat: Gündelik hayatın monotonluğundan sıkılmış psikiyatrist Luke Rhinehart Manhattan'da eşi ve iki çocuğuyla yaşamaktadır. Hem Batı hem de Doğu felsefelerinin hayatın anlamı alternatiflerinden tatminsizlik yaşayarak basit zar atışlarıyla kendi dinini oluşturarak hayatını sonsuza kadar değiştirir. Rhinehart ve hastaları kısa zaman içinde ebedi kurtuluşlarının tek yolunun her şeyi zarların kararına bırakmak olduğuna inanmaya başlarlar. Luke, seks, uyuşturucu ve terapi hakkındaki zar atışlarıyla yeni dinini muhafazakar davranış ve ahlak çöküntüsünün esprili bir birleşimine dönüştürür. O bu düşünceyle kendi yaşantısını ve dünyayı değiştirmeyi amaçlamaktadır.. Amerikan psikoanalitik kültürünün fütursuz bir parodisi ve rahat okunan Zar Adam kitabı eğlenceli, mizahi, şok edici ve altüst edici....             

Sunday, 17 February 2013

Robin Şarma - Ferrarisini Satmış Rahib

Kitabın ingiliscə adı: Robin Sharma - The   Monk Who Sold His Ferrari
Kitabın rusca adı: Робин Шарма - Монах, который продал свой "Феррари"
Kitabın türkcə adı: Robin Sharma - Ferrarisini Satan Bilge

İqtisadiyyat və biznes terminləri ilə danışsam, kitab, real dəyəri nominal dəyərindən qat-qat yüksək olan bir mənbədir və sizin ona invistisiya olaraq qoyacağınız vaxtınız, enerjiniz və yeri gəlsə sağlamlğınız sizə artıqlaması ilə geri qayıdacaq. İndiysə keçək qeyri-iqtisadi terminlərlə kitabın təhlilinə: Dünyanın bir çox ölkələrində (18 ölkədə 15 dildə) bestseller olmuş və ən əsası isə bu ada həqiqətən də layiq olmuş, «Ferrarisini Satan Monax», 50 yaşlarında və çox uğurlu karyeraya sahib, ruhi böhran yaşamış Culian Mentalın həyat hekayəsini bizə anladır. Qədim mədəniyyəti mənimsəməyi onu xilas edir: o bizi öyrədən müdrik və gerçək biliklər əldə edir: 

Friday, 15 February 2013

Güntay Gəncalp - Yüksəl Birol


Fikirlərim: Hər şeydən öncə elə kitabın adı çox şeyi ifadə edir: yüksəlmək və birləşmək. Aydınlanmaq və həmrəyliyə çağıran əsər. Roman Azərbaycan türklərinin İrandakı həyatını hər cəhətdən əhatə edir. Həm hərbi, həm dini, həm kültürəl-ədəbi həm də ailə-məişət. Şəxsən mən romanı oxuduqca Cənubi Azərbaycanın mənim üçün necə də doğma olduğunu dəfələrlə və dəfələrlə şahidi olurdum. Çox eşitmişdim ki, Cənubi Azərcabaycan türkləri, bizə nisbətən milli kimlik anlayışı cəhətdən çox irəlidədirlər. Roman bunun bir daha əyani sübutu oldu. Sadə Cənubi Azərbaycan türkü kəndiçisinin milli kimlik anlayışı və azadlıq eşqi, Şimali Azərbaycanın şəhərlərində oturan «inteligent şəhər insan»larından qat-qat çoxdur. Oxuduqca uzaq düşdüyümüzə, düşürüldüyümüzə təəssüflənirdim. Buna baxmayaraq romandakı obrazlar mənə ümid verdi. Ümid verdi ki, Azərbaycan Türklərinin tarixini, dilini və mədəniyyətini qoruyan, yaşadan və gələcəyə miras saxlaya biləcək insanlar var. Mən özüm bu gün orta məktəbdə bilmədiyim çox şeyi bilirəm və ətrafımdakı insanları və gələcəktəki ailəmi məhz tarixi-milli-mənəvi dəyərlərimiz istiqamətində formalaşdırmağa çalışacam. İnanıram ki, yalnız olmayacam. Yalnız olmaq belə məni qorxutmur. Çalışmaq lazımdır ki, aydınlanaq. Aydınlandıqdan sonra qorxu məhv olur. Qorxu məhv olduqda isə haqsızlıq-ədalətsizlik də məhv olur. Mən cəmiyyətimizi aydınlanma-qorxudan azad olma sivilləşmə yoluna dəvət edirəm. Mən hamını tariximizi və mədəniyyətimizi yaxından öyrənməyə çağırıram. Çünki qətiyyətlə əminəm ki, biz milli kimlik anlayışımızı nə qədər çox dərindən anlasaq, bir o qədər də heç bir siyasi sistemə məğlub olmarıq.

Wednesday, 13 February 2013

İbrahim Niftiyev - Müayinə



        “Mən hardayam?” sualını versəm də artıq cavabını anlamışdım. Deyəsən bura xəstəxanadır. Daha doğrusu xəstəxanın dəhlizi. İçərisi çox soyuqdur və mən də çılpaq olduğuma görə hərəkətdə olan hava kütləsini çox gözəl hiss edirəm. Dəhliz çox uzundur. Tipik xəstəxana dəhlizindən fərqlənəməsə də normal olmayaraq işıqları tez-tez yanıb-sönür, bəzən uzun müddət hər şey qaydasında olur, bəzənsə uzun müddət zülmət qaranlığa bürünürdü. Bundan əlavə divarlar çox qəribə formada tez-tez rəng dəyişirdilər. Yoxsa rənglər divar dəyişirdilər?  Hər otağın yanında boş xərəkləri saymasaq, dəhliz bomboşdur. Bir otaqdan çıxıb o birisinə gedən həkimlər ya da növbə gözləyən pasiyentlər gözə dəymir. Mən əminən ki, səsli nitqdən istifadə etmirəm, amma səsim dəhlizdə əks-səda tapır. Çox üşüyürəm. Dəhlizdə mənə çox tanış gələn, amma adını və sözlərini xatırlamadığım musiqi səslənir:

Tuesday, 12 February 2013

Utanmadan - Без стыда - Bez Wstydu

          Süjet: Uzun ayrılıqdan sonra, Tadek bacısını ziyarətə gəlir. Yay tətilini onunla keçirmək istəyir. Bacısı isə əslində istəmir. Səbəb isə keçmişi xatırlamaqdır. Tadek bir çox şeyi aydınlaşdıra bilir. Bacısı isə çox əziyyətlər çəkir. Hər ikisi də bir-birindən azad olmaldırlar. Azad olmalıdırlar ki, rahat yaşaya bilsinlər.

Sunday, 10 February 2013

Ronda Bern - The Secret

 İnsan şüurunun təsəvvür edə bildiyi hər şeyi, eyni zamanda o əldə də edə bilər. («Все, что человеческое сознание способно вообразить, оно способно и получить»).
         Yuxarıdakı fikri kitabın əsas məğzi hesab etmək olar. İnsan istədiyi hər şeyi əldə edə bilər. Kitabın 215 səhifəsi bu fikri həyatın hər aspektindən izah edir: xoşbəxtlik, sağlamlıq, bəxt, zənginlik. Ronda Bern, «sirr»in izinə, yaşadığı bir çox dərdlərdən sonra düşmüşdür. O, bütün dünyada sirri bilən insanları axtardı və tapdı. Kitabda uğurunun sirrini bölüşməyə hazır olan insanların müsahibələri yer alıb.
         Şəxsi düşüncələrim və təcrübələrim: İlk öncə kitabı və filmi izlədikdən sonra insan optimizm pristupu yaşayır. Bizə çox çətin və ağır təqdim olunan bu dünyanın iş prinsipləri əslində çox daha sadə və əziyyətsiz imiş. Bu fikrə mən hələ qayıdacam. İkinci növbədə isə, kitabda (eyni zamanda filmdə) arzulamağın qısa və konkret alqoritmi təsvir olunub. Bu çox şeyin açarıdır, həllidir. Xüsusiylə Ələddinin cini ilə əlaqədar olan epzidou həddindən artıq bəyəndim. Kainat bizim istəklərimizi Ələddinin cini kimi reaksiya verir: «Sənin istəyin mənim üçün qanundur!» Üçüncü çox önəmli məqam isə, məktublarla olan epizodlardır və orada kitabda nəzəri olaraq təqdim olunan məlumatların əyani sübutu ilə rastlaşırıq.

Friday, 8 February 2013

Maxatma Qandi

 Qandi - Bu, feodalına silahsız qalib gəlmiş qulun hekayəsidir.

Hər bir xarizmatik və tarixi şəxsiyyət, gec ya da tez, məşğul olduğu işdən aslı olmayaraq, filmlərə, sənədli filmlərərə mövzu olur. Adını dünyaya eşitdirmiş bütün insanalrı ortaq xüsusiyyəti, böyük enerjiyə sahib olmalarıdır. Maxatma Qandi filminin əsas mövzusu, dünyanın ən böyük humanistlərindən birisinin həyat və fəaliyyətini canlandırmaqdır. Maxatma Qandini mübarizəyə çağıran, hər yerdə mövcud olan sosial bərabərsizlik olmuşdur. Ona görə də Qandi fəaliyyətə başlamaq qərarını verir və öz keçid biletini CAR-da yandırır.

Wednesday, 6 February 2013

Tokyo Story



          Təqdimat: Yaşlı cütlük, həkim olmuş oğullarını və gözəllik salonu açmış qızlarını görmək üçün Tokyoya gedirlər. Uşaqlar valideynləri ilə maraqlanmaq üçün çox məşğuldurlar. Ona görə də onları kurorta göndərirlər. Səs-küylü kurort gecəsindən sonra cütlük Tokyoya qayıdır. Evə qayıtmazdan bir gün əvvəl ana dul qalmış gəlini və ata isə içkiyə düşgün köhnə dostları ilə vaxt keçirirlər. Üzücü bir vəziyyət yaranır ki, yaşlı cütlüyə doğma övladları deyil, dul qalmış gəlinləri şəfqət, diqqət və qayğı göstərir. Bir müddət sonra uşaqların valideynlərini yad etməyə səbəbləri olacaq, amma o vaxtadək, bütün emosional bağlar qırılacaq.

Tuesday, 5 February 2013

Viktor Pelevin - Çapayev və Pustota | Виктор Пелевин - Чапаев и Пустота


          Təqdimat: 1996-cı ildə yazılmış «Çapayev və Pustota» romanı haqqında müəllifin özü deyir: «Bu əsər dünyada, hadisələrin tamamilə boşluqda baş verdiyi  ilk ədəbiyyat nümunəsidir». Əslində isə hadisələr 1919-cu ildə, Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota, bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bu günkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək, «Kavabata», «Şvaşneqr» və «Sadəcə Mariya» ilə görüşür. Tənqidçilərin fikrinə görə, «Çapayev və Pustota» rus ədəbiyyatında ilk den-buddist romandır. Roamn 2001-ci ildə, ingiliscə tərcümədə - «The Clay Machine-Gun» (Глиняный пулемет), Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır.



Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən hardayam? – Çingiz Xan

Saturday, 2 February 2013

Sakuralı Yuxu

          Həmişəki kimi əynimdə qara palto və əlimdə də portfelimdi. Ətrafı çox bulanıq görsəm də eynəyə ehtiyacımın olmadığını düşünürəm. Qasrşımda açıq-mavi rəngdə darvaza var. Darvazadan içəri girdim. Adi həyətdir. Sadəcə həyətin düz ortasında çox da hündür olmayan, çəhrayı, qollu-budaqlı, qəribə bir ağac var. Ağacın arxasındakı qapını görürəm və ora doğru istiqamət alıram. Mən bilmirəm niyə bura gəlmişəm. Heç o qapıya da niyə getdiyimi bilmirəm. Qapı varsa deməli harasa açılır. Qarşıma çıxan ilk otağa daxil oluram. Otağın divarları boyunca oturmuş çoxlu insan var burda. Heç birini tanımıram və bir az da təəssüflənirəm. Çünki bütün yerlər tutulub deyəsən. Otağın havası çox boğanaqdır. Pəncərəsindən də qara pərdə asılıb. Belə otaqda bu adamlar necə otururlar? Özüdə elə hey danışırlar. Heç biri də bir-birni başa düşmür. Bəziləri iki stulda oturublar, bəziləri də stulun yarısında. Əslində stulda deyil oturduqları. Ağac kötüyünə bənzəyir. Bəli bəli ağac kötüyüdür ki var. Bir şey başa düşmürəm bu dəlixanadan. Ən yaxşısı burdan çıxım gedim. Bura mənlik deyil. Daha sakit yer axtarmalıyam deyə düşünüb otaqdan çıxıram. Nə gəldiyimi sezən oldu nə də getdiyimi. Deyəsən başqa otaqlar da var idi. Gərək axtarardım deyə düşünürəm öz-özümə. Yenidən həyətdəyəm. Ağaca baxıram. Çox gözəldir. Albalı ağacına oxşayır. Belə gözəl çəhrayı çiçəkləri olan ağac albalı ağacıdır. Yaponlar bu ağaca Sakura deyilər. Sakura ağacı çiçəkəlyəndə Yaponiyaya gedəsən. Bəh-bəh nə gözəl olar. Çiçəkləri hələ tam açılmayıb. Tumurcuqlarına baxa-baxa çox tanış gələn musiqi səsi eşidirəm. Mən bu musiqini tanıyıram. Daha doğrusu musiqinin ifa olunduğu aləti. Bu neydir. Elə bu zaman ağacın tumurcuqlarının birisindən gözlərimə koredici işıq şüası düşür. Bundan sonra  hər tərəf işıqdan oldu. Mən özüm də işıqdan idim, amma qarşıdan mənim seçim etməli olduğumu dedilər. Çox az vaxtım var idi. Kədərləndim. Deməli belə tez. Kədərləndiyimə görə də qalmağı seçdim. Elə bu dəm dərhal yuxudan oyandım. Bir neçə dəqiqə heç nə görmədim, görə bilmədim. Görmə qabiliyyətim düzəlsə də, bədənimi hərəkət elətdirə bilmidim. Bir neçə dəqiqədən sonra o da düzəldi. Gördüklərim isə həmişəlik yaddaşımda qaldı. Bu hadisəni isə heç kimə deməməyi qərara aldım. Hazırlaşdım və işə getmək üçün evdən çıxdım. Evdən çıxanda bilirdim ki, burada da çox yerdə hara gedəcəkdimsə heç kimin vecinə də olmayacaqdı. Əgər belədirsə, hansıdır yuxu?  

İbrahim Niftiyev, Bakı, 2013-cü il 2 fevral.