Skip to main content

Posts

Showing posts from December, 2012

Əminə Pakrəvan - Abbas Mirzə və Azərbaycan

Annotasiya: "Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı  və mübarizəsi haqqındadır. XİX  əsrin  əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə  gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına cavab verən bu qiymətli  əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.

Süper Türk

Bu yaxınlardan belə bir filmin olduğu haqqında məlumat aldım və izlədim. Supermen fenomeninin türk xüsusiyyətləri ilə sintez edilməsi, məncə, əla konsepsiyadır. Çünki bu komediyanı biz daha yaxından anlayıb, daha maraqla və həvəslə izləyə bilərik. Yəni ki, doğmalıq var.

21.12.12

Niyə dünyanın sonu?: Əlbəttə ki, bir neçə versiya var. Bir neçəsini araşdırmışam, amma mənim üçün ən ağlabatanı Anatoliy Vessermsnın dəfələrlə vurğuladığı bu fikirdir: «İnsanlar elə hesab edirlər ki, onların bu qədər problemini dünyanın sonu konsepsiyası həll edəcək. Dünyanın sonu və bütün problemlərin həlli. Qulağa yaxşı gəlir. Oturub çətinliklərə sinə gəlmək, onlarla üzləşmək, mütəmmadi olaraq psixoloji gigiyenaya əməl etmək isə qulağa yorucu və zəhmətli bir şey kimi gəlir.» İnsan kütləsinin 90%-i eynidir. İnsanlar bu qədər həvəslə öz problemlərini həll etsəydilər, məncə, yenidən doğulardırlar, nəinki, ölərdilər.

The Dark Knight Rises

Gotham Bəyaz Cəngavərini itirmiş və Qara Cəngavəri qovmuşdur...
Süjet: Harvey Dentin cinayətlərini üstlənərək, reputasiyası pozulmuş Dark Knight, Banenin terroru ilə mübarizə aparmaq üçün şəhər polisinə köməklik etməkdə müşkülə düşmüşdür. Harvey Dentin cinayətlərinin üstlənməsi, Batmani meydandan qaçmağa məcbur etdi. O, komisar Gordonla  düşündü ki,  belə daha yaxşı olacaq. Buna baxmayaraq, Banenin terroru onu improvizə olunmuş sürgündən geri dönməyə məcbur etdi. Sifəti maskalı Bane güclüdür, amma hiyləgər Pişik-qadının köməkliyi ilə ssenari dəyişə bilər.

The Dark Knight

Dark Knight filmi son zamanları ən həyəcanverici və unudulmaz filmlərindəndir. Onun atmosferinə bir dəfə tutulmaq kifayət edir ki, həmişəlik onunla qalasan. Çünki müəyyən müddətdən sonra bu cür gözəl aktyor performansı insanı unutdurur ki, o, film izləyir. Janr etibariylə bu filmi konkret janra aid etmək olmur. Burda həm action var, həm drama var, həm dedektiv var, həm fəlsəfə, həm də psixoloji triller var.

Batman Begins - Бэтмен: Начало

Legend begins... - Легенда начинается...
Qəlbimin dərinliyində kim olduğum vacib deyil. İnsanı davranışlarına görə mühakimə edirlər - Неважно, кто я в глубине души, о человеке судят по поступкам.
Tarixçə: Batman və Robin filminin həm kommersiya həm də bədii uğursuzluğundan sonra səkkiz il keçmişdir. Bildiyimiz kimi Batman, milyoner Brus Veynin, uydurulmuş Gotham şəhərində ədaləti bərpa etmək üçün çevrildiyi obrazdır. Batmanin komikslərinin ekranlaşdırılması prosesi heç də uğurlu tendensiya göstərməyib. Coel Şumaxer (Джоэл Шумакер) bu kino-serialı tupikə dirəmiş, Frank Miller isə “Batman Yer One” ilə Batmanə aid ən uğurlu nəticələrdən birinə imza atmışdır.

Louise Hay - Düşünce Gücüyle Tedavi

Yazıçıdan:Düşünce Gücüyle Tedavi adlı kitabımın ilk baskısını yazdığımda bugün aynı kitabın dördüncü ve geliştirilmiş  baskısını yazacağımı doğrusu hiç düşünmemiştim. Binlerce kişi tarafından "küçük mavi kitap" olarak adlandırılan, yüz binlerce adet satılan, bu söz konusu yapıt birçok kişinin yaşamında olmazsa olmaz kitaplardan biri olarak yer almıştır. Düşünce Gücüyle Tedavi adlı kitabım bana sayısız kapı açmakla kalmayıp dünyanın her yerinde dostlarımın olmasını da sağladı. Gittiğim her yerde okuyucularım beni artık okumaktan yıpranmış ve yanlarından asla ayır madıkları bu kitapla karşılıyorlar.

Batman "Under The Red Hood"

Süjet: Batman qəribə bir vəziyyətlə qarşı-qarşıyadır. Yeni peyda olmuş Red Hood, Gotham şəhərini alovun içindən dartıb çıxarmaq istəyir (bu alov cinayətkarlıq və özbaşınalıqdır). O, Batman qədər effektiv olaraq mübarizə aparsa da, Batmanla eyni etik qayda-qanunlara əməl etmir. Onun üçün öldürmək məqbuldur. Batman bu şəxsin kimliyini araşdırır və inanılmaz faktlar ortaya çıxır. Bu oyuna Joker də qoşulur. Keçmiş vərəqlənir, faktlar üzə çıxır və yenidən suallar yaranır. Qabıq bağlamış yaralar yenidən qanayır.

Batman Gotham Knight

“Batman begins”dən sonra baş vermiş hadisələr əsasında 6 epizoddan ibarət “Batman Gotham Knight”da Batman yeni və köhnə düşmənlərlə qarşılaşır. "Have I Got A Story For You" epizodunda üç nəfər uşaq Batman haqqında üç müxtəlif hekayə danışırlar və beləliklə biz əsrarəngiz və sirli Batmanin uşaqların gözündə necə göründüyü haqqında bilgi əldə edirik.

Batman Year One

Süjet: Gotham City-yə iki nəfər gəlir: Birisi illərdir kənarda yaşayan və haqq-ədalət ehtiyacını ödəməyən Bruce Wayne, digəri, yalnış yerdə və yalnış insanlarla olan, dürüst polis Jim Gordon.  Rüşvət şəhərin küçələrində meydan sulayır. Onların hər ikisi də cinayətkarların arxasınca düşürlər və aralarında dostluq toxumu əkilir. Bax beləcə böyük dostluğun əsası qoyulur.

Viktor Pelevin - Dəhşət Dəbilqəsi - Виктор Пелевин - Шлем ужаса

Pelevin, mən səni “Omon Ra” və “Həşəratların Həyatı” kitablarına görə çox sevirəm, bəyənirəm. Postmodernizmin gözəl təmsilçisi və əvvəlki yazımda da qeyd etdiyim kimi, yazıları mənim üçün sanki meditasiya olan Pelevini bu əsərini bəyənmədim. Pelevindən nə gözləyəcəyini bilmirsən. Çünki o, həyat fəlsəfəsini, fantastikasını sözlərə, cümlələrə yaya bilir. Heç də hamı onun kitablarını başa düşə bilməz.
Tarixçə: Povest, Canongate nəşriyyatının, müasir dövrün ən parlaq yazıçılarına müraciət edərək, mifləri yeni versiyada yazmaq üçün təşkil etdiyi  beynəlxalq layihəsi əsasında hazırlanmışdır.

Paulo Ceolho - Elif

“Əlkimyagər” (1988), “Rio-Pyedranın Sahilində Oturdum və Ağladım...” (1994), “Veronika ölmək istəyir” (1998) kimi əsərlərin müəllifi, dünya şöhrətli, məşhur, Braziliya yazıçısı, Paulo Keolyo, bu dəfə bizlərə mistikanın müşayəti ilə avtobioqrafik romanını təqdim edir. Gəlin baxaq görək nə alınıb.

Monten - Təcrübələr

Kitabın rusca adı:Монтень Мишель - Опыты Kitabın türkcə adı:Montaigne-Denemeler
Çox məşhur olan bu kitab nə romandır nə də elmi əsər. Bu əsər Montenin insan həyatını əmələ gətirən ən önəmli mövzular ətrafında bildirdiyi olduqca dəyərli fəlsəfi fikirlərdir. Həcmcə kiçik məqalələr toplusu olan bu kitabı istədiyiniz səhifədən başlayıb oxuya bilərsiniz. Məsələn mən vaxtaşırı düşündürücü bir şey oxumaq istəyəndə kitabın təsadüfi səhifəsini açıram və qarşıma çıxan başlığı oxuyub daha sonra mətninə keçirəm. Aralarında elələri də olub ki, elə bir ciddi əhəmiyyət kəsb etməyib amma ümumilikdə çox dəyərli kitabdır.

House of D - Тайны прошлого

Ehh, köhnə dost David Dukhovny. Ondan nə gözləmək olar? Çox gözəl bir ssenari, yüksək səviyyəli aktyor performansı və  çoxlu təəssüratlar dənizi. Bəs Robin Williams? Ondan da möhtəşəm, unudulmaz aktyor performansı. Başqa nə ola bilər?

Abramoviç prinsipi - Принцип Абрамовича. Талант делать деньги - Владислав Дорофеев, Татьяна Костылева

Motivlər: Kitabda planetin ən varlı insanlarından birisi olan Roman Abramoviçin həyat yolundan bəhs edilir. O, dünya şöhrətini kapitalı ilə deyil, davranışları, şəxsiyyəti ilə əldə etdi. Çukotkada yeddi illik qubernatorluqda o, ölən regionu diriltdi, onun dəvəti ilə gəlmiş Guus Hiddinkin başçılığıyla hazırlaşmış Rusiya millisi isə Avro-2008-də bürünc mükafatçı oldu. Onun sayəsində ölkənin alüminium və maşınqayırma sənayesi, neft yataqlarının üçdə biri dövlət tərəfindən tam nəzarət altında alındı. Bəs onun prinsipləri nələrdir? 10 illik biznes fəaliyyətinə 18 milyard dollar. Bəs bu uğurun tələb etdiyi qurbanlar?

Viktor Pelevin - Həşəratların Həyatı - Виктор Пелевин - Жизнь насекомых

Süjet: Süjet başlığına yazmağa çox şey tapa bilmirəm. Çünki əsərin konkret 3-5 obrazın hərəkətvericiliyi ilə süjeti, motivləri yoxdur. Əsər özü bir neçə fəsildən ibarətdir və müasir yazıçı olan Pelevin, həşəratların timsalında fəlsəfə, mistika, narkomaniya və sadəcə adi qadın həyatını təsvir edir. 
Təəssüratlar: İlk öncə əsərdə metaforaların nə ifadə etdikləri və məqsədlərinin nə olduqları ilə əlaqədar heç bir təsəvvürə malik olmursan, amma əsərin obrazları ilə birlikdə quyuda daha dərinə endikcə hər şey aydınlanır. İnsanlar və həşəratların möhtəşəm qarışığı...

Bob Şou - Dayan, kimdir gələn?

Kitabın rusca adı:Боб Шоу - Стой, кто идёт?
Kitabın ingiliscə adı: Bob Shaw - Who Goes Here?
Bob Şou (Bob Shaw) kimdir?: Fantastikanın məşhur və dəyərli təmsilcisi Bob Şou, 1931-ci il 12 dekabrda, Belfastda (Şimali İrlandiya) anadan olmuşdur. Yerli ali texniki məktəbi bitirdikdən sonra aviassiya sənayesində mühəndis olaraq, daha sonra taksi sürücüsü, ictimaiyyətlə əlaqələr (PR) sahəsində və jurnalist kimi çalışmışdır. 1975-ci ildən isə professional yazıçı kimi fəaliyyət göstərmişdir. Əsərlərini həvəskar pressada nəşr etdirməyə çox erkən başlamışdır. 12 fevral 1996-cı ildə isə dünyasını dəyişmişdir. Əsərlərinin siyahısı haqqında daha ətraflı: burada

Ziyarətçi - The Visitor

Süjet: Dul qalmış yaşlı professor Walter Vale, Connecticutda darıxdırıcı həyat yaşayır. Yerli kollecdə sadəcə bir sinifə dərs deyir və musiqi istedadı olmamasına baxmayaraq pianoda ifa etməyi öyrənməyə çalışır. Walter New York universitetində “Qlobal Siyasət və İnkişaf” mövzusunda, həmmüəllifi olduğu məqaləni oxumaq üçün konfransa qatılır. New Yorkdakı mənzilinə çatanda o, görür ki, mənzilində yad insanlar var. Bu mənzilin onun olduğunu bildirməsinə baxmayaraq, Walter Suriyalı musiqiçi Tareka və onun Seneqallı küçə ticarətçisi sevgilisi Zeynəbə ev tapana qədər qala biləcəklərini deyir. Tarek Afrika barabanında ifa edir və Walter bu musiqi alətinə heyran qalır. Sonra baş vermiş hadisələr isə Walterin daxili dünyasını açığa çıxarır və dünya görüşünü dəyişir.

9

9: Deməli bu dəfəki analiz obyektimiz “9”dur. 9 animasiyası haqqında məlumatı mən hələ 11-ci sinifdə oxuyanda əldə etmişdim. Maraqlı gəlmişdi və dördüncü kursda oxuyanda isə izlədim. Çoxları bəlkə də bunun uşaqlar üçün çəkilmiş nağıl olduğunu düşünür, amma mən belə düşünmürəm (animasiyanın +14 bildirişi var). Həm İmdbdə həm də kinopoisk.ru saytında yazılmış resenziyalarda apardığım araşdırmalar göstərdi ki, vəziyyət 50-nin 50-yədir. Yəni izləyicilərin 50%-i bəyənir və çox şeyi görürlər, 50%-i isə animasiyada çoxlu səhv tapıb, plaqiatdıqda itiham edirlər.