Posts

Showing posts from November, 2012

Sağ qalmışlar - The survivors

Image
Filmin rusca adı: Школа выживания Filmin ingiliscə adı: The Survivors Əvvəlki yazılarımda da qeyd etmişdim ki, Robin Williamsın bütün filmlərini izləmək kimi bir məqsədim var. Elə bu yaxınlarda bu filmi izlədim və gənc Robinin və təcrübəli Walter Matthaunun rollarının öhdəsindən necə də gözəl gəldiklərinin şahidi oldum. İlk öncə film mənə mənasız gəlirdi. Belə ki, 80-ci illərin komediyası, bürokratiya, militarizm, cəmiyyətin mövcud və gələcəkdəki durumu, kapitalizmin, cəmiyyətdəki fərdlərarası aqresiyyanın nəticələri göstərən bir film, lakin metroda, dərsdə bu film haqqında düşünərkən, bizi əhatələyən reallıqların necə də gözəl formada filmləşdirildiyi nəticəsinə gəldim.

Yusuf Akçura - Türkçülüyün tarixi

Image
  Annotasiya: Bu kitab türk dünyasının tanınmış mütəfəkkiri Akçuraoğlu Yusufun Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabda böyük mütəfəkkirin özünün xüsusi önəm verdiyi “Türkçülüyün tarixi” əsəri ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim edilir. Kitab filosoflar, sosioloqlar, tarixçilər, türkoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Olivye Rolən - Bakıda son günlər

Image
Bu kitab adından göründüyü kimi Bakıdan bəhs edir. Müəllif üç ay Bakıda yaşamış, gördüklərini, eşitdiklərini, duyduqlarını bittə-bittə yazmışdır.  Bir əcnəbi yazarın gözüylə Bakıya baxın, burdakı sosial və ictimai, siyasi durumu təhlil edin. “Bu kitab öləcəyimi güman etdiyim şəhərdə keçirdiyim günlər  haqqında gündəliyə bənzəyir: portretlər, gördüklərim, fantaziyalarım, oxuduqlarım, səyahət qeydlərim, keçmiş simaların xatirimdə canlanması və s. Əlbəttə, bu, bir oyun idi. Ölüm oyunu olaraq  başlanmışdı. Bununla belə, bu oyun  mənim düşüncələrimə rəng qatır, müəyyən həddədək fantaziyalarımı, hətta baxışlarımı belə  istiqamətləndirirdi.”

Riçard Bax - Məsihin sorğu kitabçası

Image
Kitabın rusca adı: Ричард Бах - Карманный справочник Мессии Kitabın ingiliscə adı: Richard Bach - Messiah's Handbook Твоя миссия – сияющий путь, которым ты следуешь, и не важно, насколько темна ночь вокруг. Donald Şimoda, “İllüziyalar”da, Riçardı bu kitabdan necə istifadə etməyi öyrətdi. Sonra isə Məsihin sorğu kitabçası (və ya Məsihin bələdçisi, Məsihin cib bələdçisi) uzun illərlə yoxa çıxdı. 20 ildən sonra budur, o tapılıb. Beləliklə: fikri olaraq sizi narahat edən sualı soruşun, gözlərinizi yumun, kitabın təsadüfi səhifəsini açın, gözlərinizi açın və oxuyun. Bu maneəsiz və arası kəsilmədən, mütləq şəkildə işləyəcək: qorxu təbəssümün nəticəsində məhv olacaq, şübhələr gözlənilməz və parlaq aydınlanmanın nəticəsində uzaqlaşacaqlar.

Viktor Pelevin - Omon Ra

Image
  Viktor Pelevin Kmdir?: 1962-ci il, 22 noyabrda Moskvada anadan olan yazıçı, 31 nömrəli xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il “Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir. İlk yaradıcıllıq məhsulu “Cadugar İqnat və insanlar” olmuşdur (Колдун Игнат и люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.

Haruki Murakami - Qaçış deyərkən nəyi nəzərdə tuturam

Image
Kitabın rusca adı:   О чем я говорю, когда говорю о беге Kitabın ingiliscə adı:   What I Talk About When I Talk About Running   Wikipedia məlumat : Qaçış deyərkən nəyi nəzərdə tuturam – Haruki Murakaminin 2007-ci ildə yazdığı avtobioqrafik oçerklər toplusudur. Xatirələrinə müraciət edərək yazıçı uzun məsafələrə qaçışını, marafonlarda və ultramarafonlarda iştirakını təsvir edir və idmanla ədəbi zəhməti müqayisə edir. Söhbət: Haruki Murakami ilə bu dəfəki söhbətim, bəli bəli söhbətim, yazarın qaçış və onunla əlaqədar xatirələri oldu. Kitabın formatı mənə imkan verir ki, bu dəfəki mütaliəyə söhbət deyim. Bu kitab, Murakaminin əvvəl oxuduğum kitablarından fərqli oldu. Özünə məxsus tərzdə yazılan kitabın məqsədi hansısa obrazların başına gələn əhvalatları təsvir etmək deyil, sadəcə yazarın öz təəssüratlarını esse formasında yazmasıdır. Mən əvvəlki yazılarımda da demişəm ki, Murakaminin əsərləri avtobioqrafikdir. Bu kitabı isə onun əsərləri arasında avtoqbioqrafiyanın pikidir

Gattaca

Image
Motivlər: Film arzu haqqındadır. Uğruna ailəndən, adından imtina etdirəcək qüvvəyə malik arzu haqqındadır. Bu arzuya görə Vinsent həyatda ola-ola ikinci dəfə doğulmalı oldu. Hər şey bu qədər sadə də deyil. Eyni zamanda bir çox çətinliklərlə mübarizə aparmalı, başqası olmalıdır. Başqa insanın xətti ilə yazmaq, başqası qədər hündür olmaq. Qulağa çox mümkünsüz kimi gəlir amma o, bunların hamsına razıdır. Vinsent hələ uşaqlıqdan ulduzlara uçmaq istəyirdi. O, uğursuzluqdan, ağrıdan, problemlərdən, ən əsası isə doğulduğu bu dünyadan uçub gedmək istəyirdi.

Wall Street: Pullar yatmır

Image
Filmin rusca adı:  Уолл Стрит: Деньги не спят Filmin ingiliscə adı:  Wall Street: Money Never Sleeps Motivlər: Dünya 2008-ci il böhranının bir addımlığındadı və Ceykob ağlına da gətirə bilməz ki, türmədən təzə çıxmış, bir zamanlar Wall Streetin ən məşhur oyunçusu Qorden Gekko onun həyatında bu dərəcədə vacib rol oynayacaq. Doğrudur onun qızı ilə münasibətdə olsa da, keçmiş xatirələrə görə əlaqə saxlamamaq lazım idi. Ceykob özü elə-belə adam deyil. O, isə hal-hazırda Wall Streetin ən “bərk gedən” oyunçularındandır. Film ABŞ maliyyə və dünya maliyyə sistemləri haqqında maraqlı nüanslara sahib olsa da sadəcə bu da deyil. Film eyni zamanda ailə dramıdır. Filmin birinci hissəsini izləmişdim və ikinci hissənin mövcudluğu haqqında xəbərdar idim. Odur ki, izlədim.

The Woman in The Fifth

Image
Filmin rusca adı: Женщина из Пятого округа Filmin ingiliscə adı:  The Woman in The Fifth Filmin fransızca adı: La femme du Vème    Motivlər : Bu film passiv-depressiv janra aiddir. Hərgah ki, film triller janrına aid edilir, lakin mən belə deməzdim. Amerikalı ədəbiyyat müəllimi, yazıçı Tom, Fransaya qızını görməyə gəlir. Arvadı isə keçmişi xatırlayır, qorxur və Toma qızının yanında olmğa haqqının olmadığını deyir. Tom özünü itirib. Həyatda özünə yer tapa bilmir. O, özünə yazıçı da deyir, çünki bütöv bir kitab yazıb – Meşə Həyatı (Forest Life). Başına gələn hadisələri dərk edə bilmir. Bunu elə bir çox film izləyicilərinə də aid etmək olar. Boş vaxtlarında qızına məktublar yazır, amma göndərə bilmir. Sehrli meşə: ya da Forest Life. Bu Tomun yazdığı yeganə kitabdır və onun həyatı nə qədər absurdlaşırsa bir o qədər əvvəllər yazdığı bu meşəyə daxil olur: “Mənə elə gəlir ki, həqiqi “mən” hardasa başqa yerdədi. Hardasa ədəbiyyat mükafatı alır, arvadının necə geyindiyini izlə

Qarpın dünyası - The World According to Garp

Image
Filmin rusca adı:  Мир от Гарпа Filmin ingiliscə adı:  The World According to Garp Filmlə necə rastlaşdım?: Robin Williamsın bütün filmlərinə baxmaq kimi məqsədim var. Odur ki, mütəmmadi olaraq onun izləmədiyim filmlərini izləyirəm və bu dəfə də bu filmi izləmək qismət oldu. Qısaca təqdimatını oxuduqdan sora mütləq ən qısa zamanda izləməliyəm fikri mənə hakim kəsildi və izlədim. İzlədikdən sonra nələri müşahidə etdim? Oxumağa davam edin o zaman. Robin Williams və Qarp: Robin Williams bu filmində çox cavandı. 31 yaşında o, bu filmdə əvvəlcə 18 yaşlı cavan tələbəni daha sonra isə prespektivli yazıçını və gözəl ailə sahibini canlandıra bilib. Həqiqətən də aktyordan çox şey aslıdır. Robin Williams cavan olmasına baxmyaraq rolun ifasını əla edib. Filmin baş obrazı Qarp, yuxarıda sadaladığım kimi dəyişiklik keçirdir. Əvvəlcə o, həyatda nəyəsə nail olmaq barəsində düşünməyən gənc olur, daha sonra qarşısına Heleni əldə etmək kimi məqsəd qoyur, bir az sonra isə uğurlu yazıçı

The Fountain

Image
  Təəssüratlar: Bu film beyin üçün deyil, ruh üçündür. Burada çoxlu sözlərə ehtiyac yoxdur. Ona görə ki, sükut özü çox şeyi deyə bilər. Bu filmdən sonrakı təəssüratlar məhz belədir: izahedici sükut. Yaxşı ki, doğulana qədər bildiyimiz və həyatda olduğumuz zaman unutmadığımız bəzi şeylər haqqında belə filmlər var. Elə buna görə də filmin rejissoru elə məhz izləyicinin özüdür. Çünki izləyici dünyanı dərketmə üsullarından və dəyərlərindən asılı olaraq filmdə müxtəlif məqamları görəcək. Başqa sözlə məna tapacaq, müxtəlif nəticələrə gələcək. Aktyor performansı: Hyu Cekmana (Hugh Jackman) belə dramatik rola necə yaraşacağını düşünürdüm. Aktyorun ideallarına sadiq qalması, mübarizə aparması, çıxılmaz vəziyyətlərə düşməsi, sonra nə etmək lazımdır barəsində düşünməsi - bütün bu hisslər qamması şəxsən mənim özümdə də baş qaldırdı. Rachel Weisz də öz təbii və möhtəşəm performansı ilə unudulmur. Bu iki aktyor bu filmdə bir-birilərini çox gözəl tamamlayıblar. Musiqi: Filmin tam də

Ölü şairlər dərnəyi

Image
Filmin türkcə adı: Ölü Ozanlar Derneği Filmin rusca adı: Общество мёртвых поэтов Filmin ingiliscə adı: Dead Poets Society Ümumi təəssüratlarım: 80-ci illərin mühitini və insanlarını çox gözəl ifadə edən bir film. O dövrün çox uğurlu nümunəsi olan “Ölü Ozanlar Derneği” həqiqətən kinematoqrafiyanın ən dəyərli təmsilçisidir. Məsələn indi oturub o dövrün mənzərələrini canlandrmaq istəsələr, məncə, çox süni alınar. Obrazlar: Filmin açar obrazı cənab Kittinqdir. O, şagirdlərini digər müəllimlərdən fərqli olaraq düşünməyə, hiss etməyə, ən əsası isə qorxmamağa öyrədirdi. Mənası həqiqətən də möhtəşəm olan  “Anı tut” ifadəsi filmdə təkrarlanan ən əsas fikir oldu. Obraz cəhətdən digər cəbhədə isə şagirdlər dayanır. Hansı ki, onlar Cənab Kittinqin vasitəsi ilə daxillərində donub qalmış enerjilərini kəşf edirlər. Aktyorlar: Robin Williamsın başçılığı ilə akytorlar ideal performans göstərdilər. Ethan Hawk cavan olsa da heç bir aktyorun həmin yaşda ifa edə bilməyəcəyi formada ro

Ted

Image
  Hələ sosial şəbəkələrdən, film təqdimat və müzakirəsi edilən saytlardan bu film haqqında məlumatım var idi. Bir çox filmə rus dilində baxdığıma görə, film hələ Rusiya ekranlarına çıxmamış, Rusiyada ayıcıq Tedi çox sevməyə başladılar. Gördüyünüz kimi günümüzdə film və kitablarda təqdimat, PR, marketinq həddindən çox önəm qazanmışdır. Qısaca motivlər. Bəlkə marağınıza səbəb ola bilər: Con, gözəl qız Loriyə aşiqdir. Lorinin yaxşı işi və gələcəyə aid böyük planları var. Ted – Conun uşaqlıq və əbədi dostu onların münasibətlərinə qarışır. Ayrılmağa məcbur olsalar da (Con və Ted) bir-birilərini itirmirlər. Başlarına bir çox macera gəlir. Ted çox şeyə qadirdir. Çünki o, sadə ayıcıqdan üstündür. Filmin rejissoru - Seth MacFarlane, ABŞ-da və bütün dünyada çox məşhur “American Dad”, “Family Guy”, “The Cleveland Show”, “Cavalcade of Cartoon Comedy” və s. kimi məşhur yumoristik və yetkin insanlara yönəlik cizgi filmlərinin müəllifidir. Məhz buna görə bu film şəxsən mənə yeni olmadı. K

Budda utandığından yerlə yeksan oldu - Buddha Collapsed Out of Shame

Image
  “Deyirlər Buddanı partlatmayıblar. O, özü Əfqanıstanda baş verənlərdən utandığından yerlə yeksan olub....” Hanna Mahbalbaf: Amerikada yaşayan və zorakılıq haqqında sadəcə Hollivud filmlərindən xəbər tutan həmyaşıdlarımdan fərqli olaraq onu deyə bilərəm ki, Əfqanıstandakı uşaqlar bu dəhşətli kabusları öz gözləri ilə müşahidə edirlər. Onlar əzizlərinin elə yaşadıqları evin həyətindəcə başlarının kəsilməsini görüblər. Təkcə Budda yox, məncə bu filmi izləyən hamı utanmalıdır. Çünki şükürlər olsun ki, hər imkanımız ola ola “oxumaqdan bezdim”, “oxumaq istəmirəm”, kimi fikirlər səsləndiririk. Halbuki filmdə ucqar bir kənddə, balaca qız uşağının dəftər almaqdan ötəri keçdiyi min-bir əzab-əziyyəti görürük. Biz isə dəftər almaq istəyərkən çox da böyük çətinlik çəkmirik. Elə deyilmi? Yayın qızmarında kondisonerli otaqda, qışın şaxtasında isti otağımızda oturub dərslərdən gileylənirik. Bunu edərkən vicdanımız görəsən harda olur? Filmi izləsəz, balaca qız uşağının məktəbə gedməsi üç

The Dictator

Image
Filmdən sitatlar: -           İnternetə gündəlik 20 dollar? Onlar da məni beynəlxalq soyğunçuluqda ittiham edirlər. -           Ahh Amerika... Zəncilər tərəfindən qurulub və çinlillərə məxsusdur. -         Mənim bütün dostlarımda nüvə silahı var. Hətta Əmədi Nejatda da var. O, isə Miami polisininin stukaçına oxşuyur. -         Təəssüf edirəm. Bu qızdı. Zibil qabı hardadı? Satira: Filmdə demokratiya və diktatura, qız uşaqlarına qarşı şərqdə olan münasibət, nüvə məsələləri və gündəlik həyat tərzləri ilə əlaqədar satiralar çoxdur. Filmi diqqətlə izləsəniz bu məqamları görə bilərsiz. Xüsusilə xoşuma gələn məqam, ABŞ demokratiyasıyla əlaqədar olan tənqidi epizodlar oldu. Film özlüyündə də ABŞ insanına bəzi banal və əsas məsələləri bir daha fərqli rakursdan çatdırmağa çalışır. Film demokratiyanı prapaqanda etmir. Onsuz da film əyləncə üçündür. Niyə onu çirkli siyasətə bulaşdıraq? Finalda isə əyləncəli də olsa kifayət qədər sağlam fikirlər var. Saşa Baron Koen (Саша Барон

İnfarkt (müəllifi olduğum ilk şəxsi hekayəm)

Image
Hayatı bilinçli yaşamak için ormana gittim, Hayatın tüm iliğini emmek için doğaya koştum, Hayat olmuyan şeyleri iticem, Ve öldüğüm zaman aslında yaşamamış olduğumu görmeyeceğim.  Henry David Toro     Bunu daha çox üçüncü, lakin görünməz əlin boğmağı kimi təsvir etmək olar. Bunun dəhşəti də ondadır ki, boğmaq adətən kənar şəxs tərəfindən icra olununan prosesdir amma bunda sanki sən özün özünü boğursan. Ona görə də qarşı gəlmək qeyri-mümkün olur. Bir yol var o da təslim olmaq. Bu vəziyyətdə mübarizə aparmaq təslim olmağın bir hissəsinə çevrilir.    Qəribə bir istilik bütün bədənə yayılır. Nəfəs kəsilir. Əvvəl görmədiklərini görməyə başlayırsan. Hər tərəf qaralır. Əvvəllər eşitmədiklərini eşitməyə başlayırsan. Uzun, arasıkəsilməz fit səsinə bənzər ürküdücü səs eşidirsən. Sanki bir nöqtə ətrafında fırlanırsan. Əlbəttə ki, ağrı da olur. Bu, başqalarına bənzəməyən ağrını bütün bədən hüceyrələrinlə hiss edirsən. Bilirmirsən nə edəsən və mütləq şəkildə təslim olursan. Univers