Saturday, 29 September 2012

Təkrarlayıcı Zar - Aleksandr Rıjkov - "Зар Повторитель" Александр Рыжков


Deməli belə. Bu hekayə fərqli bir hekayədir. Janr etibariylə kosmik fantastika olsa da, mənim üçün əvvəl oxuduqlarımdan fərqli oldu. Belə ki, burda kainatın bir küncündə yaşayan şüurlu varlıqların həyatı və onların insanlarla olan münasibətindən söhbət gedir. Zar adlı bir gəlmə əcdadlarından birisinin etdiyini yenidən edir (ona görə də hekayənin adı Zar təkrarlayıcıdır). Belə ki, onun əcdadlarından birisi, Yer planetinə gəlmiş və insanlarla həmin bu gəlmələr arasında dostluq münasibətləri qurmuş birisi olmuşdur amma sonra insanlarla onların arası dəymiş və qanlı müharibə olmuşdur. Zənnimcə, günah insanlarda olmuşdur. Zar Yer planetinə yenidən qayıdanda burada insan tapmır. Belə ki, insan təkamül etmişdir. İnsanlar fiziki bədənin ağırlığını ataraq virtual reallıq və əbədiyyətdə mövcudluqlarını davam etdirirlər. Zar da fiziki bədənini virtual reallığa çevirir.

Hekayənin fərqliliyi də məhz buradadır. Biz öyrəşmişik ki, həmişə gəlmələr bizdən üstün olsunlar və bizim üzərimizdə təhlillər aparsınlar. Bu dəfə isə belə olmadı))) Eyni zamanda insanın artıq sadəcə virtual olaraq yaşaması da diqqətə layiqdir.
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Mixail Boçkaryov - Fırıldaqçılar - Михаил Бочкарёв — Мошенники

Və bu da internetdə yazarın son səsli hekayəsi. Bu hekayəni əvvəlkilər qədər bəyənməsəm də, heç də pis deyil. Üstəlik müəyyən mənada ixtisasımla da əlaqədardır. Belə ki, hekayə kreditlərin verilməsi üzrə aparıcı mütəxxəsisin həyatından olan 3 günü təsvir edir. Ən müxtəlif ixtiraçılar onun yanına kredit almaq ümidiylə gəlirlər amma o, onların hamsını fırıldaqçı adlandırır. Hekayənin ən yadda qalan şəxsi, özünə Allah deyən birisi olur və o, qəhrəmanımıza müəyyən bir bacarıq bəxş edir. Belə ki, qəhrəmanımız günah iş görərkən onu bir balaca tok vurur. Sonra yanına gələn cazibədar qadına “padxod” etmək istəyəndə, qadın onu elektroşokla vurur və beləliklə qəhrəmanımız 6 ay reanimasiyada qalır.

Xəstəxanada olarkən televizora baxır və fırıldaqçı adlandırdığı insanların necə uğur qazandıqlarının şahidi olur (hərgah bu çox mənasız və məntiqsiz final oldu). Bilirsiz, əvvəlki hekayələrdə aktual problemlər bəddi dillə ifadə olunmuşdu, amma burda şəxsən mənim üçün yadda qalan və mənalı əsas mütəxxəssisin ixtiraçılarla görüşməyi və onlarla olan söhbətləri oldu. Belə deyək, gələcəkdə lazım ola bilər.)))
                                      Hekayəni Dinləmək üçün tıkla (Rusca)
                                                       Çay Göbələyi - Mixail Boçkaryov
                                                             Mixail Boçkaryov - Pullar
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Friday, 28 September 2012

Mixail Boçkaryov - Pullar


Михаил Бочкарёв — Деньги-денежки: Mixail Boçkaryovun bir digər hekayəsi ilə davam edirik: Çox insan daha çox və daha çox qazanmaq üçün özünü əldən salır. Daha yaxşı yaşamaq. İstehlak edib həzz almaq. Daha çox və daha çox. Bir az da çox. İnsanların çoxusu elə əsas bədən haqqında düşünür. Ruh və mənəviyyat haqqında düşünən isə olduqca azdı. Davam edin. Həzz alın. Lüks maşınlar, bahalı geyimlər, yemək-içmək və villalar...

Hekayə, anidən içi heç vaxt boşalmayan və miqdarı sabit – 365 ABŞ dolları və 12340 Rusiya Rublu olan pul qabı tapan birisinin başına gələnləri təsvir edir. Yazıçı bizə həyatda ən dəyərli şeyin vaxt olduğunu açıq-aşkar deyir. Pul miqdarının 365 olması bir ilin gün sayısıdır. Biz maddi imkanlarımızı ən müxtəlif yollarla artırmaq potensialımız var. Pul qabımız boşalıb dola bilir amma balansımızda olan zaman miqdarı özümüz tərəfindən təəssüf ki, artırıla bilinmir, yalnız boşalır, dolmur.

Hər şey bununla da bitmir. Belə bir möcüzəni əldə edən insan hansı hissləri keçirdə bilər? Axrı nə ola bilər? Bax bütün bunlar həcmcə qısa, üfüqcə sonsuz hekayədə çox gözəl və diqqətə layiq formada yer alıb. Əslində isə mövzu mənə yad deyil. Qaraqanın “Bir Milyon Dollarım Olsaydı” kitabı da bu hekayə ilə 90% üst-üstə düşür. Ona görə də əslində yeni bir şey olmadı. Sadəcə “Bir Milyon Dollarım Olsaydı” mövzunun milli versiyada olan formasıdır.
                                                       Çay Göbələyi - Mixail Boçkaryov
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Thursday, 27 September 2012

Çay Göbələyi - Mixail Boçkaryov

Rusca Adı: "Чайный гриб" Михаил Бочкарев


Son vaxtlar kefim-əhvalım heç yaxşı deyil. Elə günlərin birinin sonunda yaradıcıllığına yaxşı bələd olduğum Mixail Boçkaryovun “Çay Göbələyi” hekayəsini internetdən yükləyərək dinlədim. Yazarın çox fərqli üslubu var. Bəlkə də dostumuz, tanışımız və ya yazmağı aşağı yuxarı bacaran birisi belə bir şey yazsa onu lağa qoyarıq amma bu yazar fantastikanı elə ustalıqla istifadə edir ki, “Təkamülün Sirləri” hekəyəsində tısbağanın dil açıb bəşər haqqında dedikləri kimi burada da göbələyin dil açması və planlarını reallaşdırmasına təəccüb etmədim. Yumşaq həyəcan və simamda tez-tez peydə olan təbəssüm günün yorğunluğunu unutdurdu mənə.

Qısaca deyim ki, hekayədə qəhrəmanın uzun zamandı sağlamlıq məqsədilə böyütdüyü çay göbələyinin, zibilliyə atılma təhlükəsi qarşısında dil açıb, insanı daha sonra insanlar qrupunu müstəmləkə etməsi təsvir olunub. Bu metaforadır. Əgər diqqətlə baxsaq, rahatca görərik ki, bu gün Amerikanın populyar mədəniyyət vasitəsiylə etdikləri ilə bizim bu kiçik amma olduqca maraqlı hekayədə yer alan göbələyin (onun hətta adı da var) etdikləri fərqli deyil. O, özünün imperator nəslindən gəldiyini deyir və əməlləri də imperialistcəsinədir. Bir imperialistin qısa xülasəsi də demək olar.

Sonda isə aydın olur ki, hekayənin insan olan baş qəhrəmanı bu göbələyi yeyərkən zəhərlənib və bütün hadisələr halüsinasiyalar imiş. Maraqlı oldu. 

Hekayəni dinləmək üçün: Buraya tıkla
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Tuesday, 25 September 2012

Melissa P. +18


Qeyd: + 18 mövzulardan narahat olan insanlardan çox xahiş edirəm nə bu yazını oxusunlar nə də filmi izləsinlər. Yazıda mənim film və mövzu haqqında fikirlərim yer alıb. 

Bu yaxınlarda erotik janra aid edilən bu filmi izlədim. Bu janra daxil edilməsi filmdə olan 3-4 epizoda əsaslanır. Ümumiyyətlə isə filmi bu kateqoriyaya aid etmək olmaz. Film bizə sadəcə yeniyetməlikdə keçid dövrünün problemləri ilə əlaqədardır.

Film real faktlar, hadisələr və proseslərə əsasən çəkildiyinə görə, səmimi və maraqlıdır. Zənnimcə mövzuyla maraqlananlar izləsə peşman olmazlar. Çünki filmfə çox şey yaxşı təsvir olunub.

Qısaca motivlər: Filmdə Melissa adlı səfeh qızın qadın olması və daha sonra da sevgiylə tanış olması yer alıb. Melissanın başına çox işlər gəlir və bu da onun daxili dünyasını inkişaf etdirir. Nəticədə də onun dünyası qızın özündən də yaşlı olur (bu real həyatda da belədir. 15 yaşında qız ilə 15 yaşlı oğlan, psixoloji cəhətdən eyni deyildir.). O, yeniyetmədir. O, təkdir. O, bilmir nə etsin və budur özünü itirir. Filmin şüuarı isə: “özünü tapmaq üçün birinci özünü itirməlisən”-dir (You have to lose yourself before you can find yourself).

Yeniyetməlik dövrü: Valideynlər həmişə elə düşünürlər ki, uşaqlarına həmişə yaxşılıq edirlər. Uşaqlarını yaxşı tanıyırlar amma bu heç də həmişə belə deyil. Film də bunu göstərir. Valideynlər həmişə paradiqmalarını dəyişdirərək problemlərə yanaşmalıdırlar.

Nəticə: Çoxları Melissaya fahişə dedi, amma mən deyirəm ki, o, sadəcə özünü itirdi və ətrtafındakı dünyanı özünəməxsus formada öyrəndi. Melissa onsuz da sevgidə xəyal qırıqlığı yaşamışdı, sonra da başıboş oğlanlarla müxtəlif oyunlar oynadı. Qadınların formalaşmağında biz kişilərin rolu çox böyükdür.

Sonluq isə yaxşı oldu. Melissa həqiqi sevgiylə rastlaşdı və bunun da bədəli bütün bu çətinliklər oldu.

Digər erotik filmlər haqqında yazılarm: BURADA
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Monday, 24 September 2012

Komanda və Azərbaycan



Məqsəd və məqsədləri istiqamətində bir yerə toplanmış və vəzifələri müəyyənləşdirilmiş insanlar çoxluğuna komanda deyilir. Unutmayın! Qrup və komanda anlayışları fərqlidir. Komanda anlayışı günümüzdə çox vacib anlayışa çevrilib. Niyə? Dünya bunu tələb edir. Müasir sistemlər bunu tələb edir. Biz isə kor tutduğun buraxmadığı kimi mənasız fərdi rəqabətdən bərk-bərk yapışmışıq. Əslində qınamamalıyıq. Səbəb şəxsən bizim özümüzdə deyil. Uşaqlıqdan ətrafımızda sayca çoxluq təşkil edən öz şəxsi, xudbin mənfəətlərini güdən insancıqları görürük. Çox təəssüf. Çox təəssüf....


Dəyişiklik baş verə bilər mi? Mən həmişəki kimi nikbinəm. Bilirsiz, rəqabətdə qalib gəlməyin ən əsas üsulu məhz müəyyən miqyasda, arealda ondan imtina etməkdir. Böyük düşünürsünüzsə, o zaman siz maksimum dərəcədə fərdi və əzici rəqabətdən qaçmalı, eyni dəyərlər və məqsədlər sistemini bölüşən insanlarla bir yerə toplanıb, ürəyinizin ritmini eyniləşdirməlisiniz. Komanda ruhu söz birləşməsini yəqin ki, eşitmisiniz. Bu elə-belə, təsadüfi deyilən söz deyil. Bu sübut edir ki, əsl komanda üzvləri vahid ruhda birləşə bilirlər.

Bizim əcdadlarımız fərdiliyə meyl ediblər (adicə elə götür xanlıqlar dövrün). Bu da bizim, Azərbaycan Türklərinin böööyük eqosunun olduğunu göstərir. Amma bir məsələ var ki, artıq bu günün dünyası bundan qaçır, qaldı ki, sabahın dünyası.

Azərbaycanda komanda qurmaq, komanda anlayışını, sistemini oturtmaq bir xeyli çətin bir şeydi. Mövzunun özü çox dərin mövzudur. Unutmayaq: Zəncir, ən zəyif halqası qədər güclüdür.

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Sunday, 23 September 2012

Carbon Nation

 Alternativ enerji haqqında, ekoloji problemlər və ümumiyyətlə ekosistem haqqında, hələ belə gözəl sənədli filmə baxmamışdım....

Peter Byckın həyat yoldaşı ilə birlikdə dörd ilə ərsəyə gətirdiyi filmin möhtəşəmliyi, ekosistem və dünya iqtisadiyyatı üçün fəaliyyət göstərən optimist fərdlərin işlərinə işıq tutması və bizə göstərməsidir. Sənədli filmin ingiliscə şüarı: “A climate change solutions movie”

Filmdə ən müxtəlif vəzifələrdə çalışan və ekologiya ilə əlaqədar müxtəlif sahələrdə fəaliyyətdə olan insanlar fikirlərini və şəxsi təcrübələrini bölüşürlər. Yaxşı tanıdığımız, dünyaca məşhur aktyor Arnold Schwarzenegger də günəş enerjisinin faydalı haqqında qubernator olaraq qısaca niqt deyir.))

21-ci iəsrin peyğəmbərləri: 21-ci əsrin peyğəmbərləri o kəslərdir ki, onlar təbiəti qorumaq üçün həyatlarını buna həsr edirlər. Belə insanlar var. Onlar dünyanın hər bir güşəsini öz evləri, hər bir insanı isə ailədən birisi kimi qəbul edirlər. Bax əsl insanlıq budur. Sənədli filmdə belə insanların olduğunu gördüm. Onlar gəcəkdə də təmiz ətraf mühitə sahib olacağımıza inanırlar. Düşünmədən enerjilərini bu yöndə sərf edirlər. Bu heç də asan bir şey deyil. Əhsən.

Ekologiya ilə əlaqədar məhz bu əsrdə biz çox iş görməliyik. Çünki 22-ci əsr bundan aslıdır. Ona görə də hər şeyin idarə altından çıxacağı “o nöqtə”-ni keçməməliyik.

Öyrəndiyim terminlər: Külək fermeri, külək turbinləri zavodu, karbon fermeri, iqlim dəyişiliyi məsləhətçisi, karbon vergisi, 

Texniki göstəricilər: Sənədli film kreativcəsinə çəkilmişdir. Operator işi əla, müşayət edən musiqi superdir. Filmdə hər hansı xoşuma gəlməyən məqam olmadı.

Nəticə: Əslində çox şeyi bu gün etmək olar, amma neft, qaz və bənzəri bizneslərdən milyonlar, milyardlar qazananlar süni manelər yaradırlar.  Əsas olan yeni nəslin belə mövzularda maksimum məlumatlandırılması və problemlərə həll yolunun tapılması uğrunda yetişdirilmələridir. Yeni liderlər, yeni düşüncə tərzləri məhz ekologiya sahəsində yetişməlidir.

İnsan belədir. Vəziyyət ağırlaşmadan ağlı başına gəlmir. Mən optimst olmasam da nikbinəm (necə ki, bir çox mövzuda beləyəm). Qənaət çox vacib məsələdir amma indiki kapitalizm sisteminin ifrat istehlakçı cəmiyyəti insanı bundan işıq sürətiylə uzaqlaşdırır. İnsanlar maksimum dərəcədə istehlak və ifratçılıq etməsi təbliğ olunur.

Yaşasın yaşıl texnologiya və yaşıl iqtisadiyyat!

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Saturday, 22 September 2012

Into The Wild (Özgürlük Yolu) filmindən seçmə epizod

Aleks
Wayne
 -       Aleks:Buralarda kitabxana ya da qasid filan varmı?
-         Wayne:Ovçuluq, kəsmə-biçmə, qoruma hər nə haqqında soruşmaq istədiyin bir şey varsa, Kevinlə, ordakı adamla danışmalısan. Çılğın adam. Hansı səbəbə görə kitab alacaqsan ki?
-         Aleks:Mən Alyaskaya gedirəm.
- Wayne:Bildiyimiz Alyaskamı? Yoxsa Alyaska şəhərinəmi? Çünki bildiyim qədəriylə Alyaskada bir sürü market var amma Alyaska şəhərində Alyaska market var, digərində yox.)))
-         Aleks:Xeyr cənab. Bildiyiniz Alyaskaya. Ta oralara gedəcəm. Uzaqlara. Sadəcə öz başıma. Yanımda saat istəmirəm, xəritə istəmirəm. Sadəcə orda özüm olmaq istəyirəm. Orda olmaq istəyirəm, yüksək dağlarda, çaylarda, göy üzündə, təbiətdə olmaq, vəhşi yaşamın içində olmaq istəyirəm.
-         Wayne:Vəhşi yaşam.
-         Aleks:Vəhşi yaşam.
- Wayne:Bəs yaxşı deyə bilərsən ora gedəndən sonra neyniyəcəksən?
-         Aleks:Sadəcə yaşadığını hiss edəcəksən. O xüsusi anda orada olub bunun ləzzətini çıxardmağa çalışacaqsan. Bəlkə geri döndükdən sonra bu səyahətinlə əlaqədar bir kitab belə yaza bilərsən....
-         Wayne:Niyə də olmasın.
-         Aleks:Cəmiyyətdən uzaqlaşmaq istəyirəm.
-        Wayne:Öhhööö öhhööö öhhööö. Cəmiyyət!!!
-         Aleks:Bəli cəmiyyət!!!
-         Wayne:Cəmiyyət!!!
-         Aleks:Cəmiyyət!!! Nəyi başa dümürəm bilirsən? Niyə hamı, niyə bu lənətə gəlmiş insanlar bir-birilərinə pis davranırlar?! Niyə bir-birilərinin quyusunu qazırlar. Mənim üçün bir mənası yoxdur: hökümlər, idarə bütün bunların hamısı mənim üçün izah edilməsi....
Barmen qız
-         Wayne:Hansı insanlardan bəhs edirsən?
-         Aleks:Bilirsən...ana və atalar, ikiüzlüllər, siyasətçilər, hər kəs.
-         Wayne:Yanlış edirsən.
-         Aleks:))))
-         Wayne:Belə mövzularda çox dərinə gedmək yaxşı deyil deyirlər. Həqiqətən çox əla oğlansan amma bir şeydən əminəm: sən hələ çox cavansan. Hər zaman düşünürsən. Qığılcımlar çıxardırsan. Təpədən dırnağa qədər fərqliləsn.
-          Barmen qız: Hey, sən nədən bəhs edirsən?
-         Wayne:Alovdan bəhs edirəm. Alovu necə ələ keçirə biləcəyimiz haqqında.
-         Barmen qız:Başqasına verəcək qədər bir məsləhətin var?
-         Wayne:Başqasına verəcək qədər məsləhətim var. Tanış olduğumuza şad oldum. Adım cənab xoşbəxt. Cənab xoşbəxt bəzən başqalarına verəcək məsləhətlərə sahib olur.
-         Barmen qız:Aleks xahiş edirəm.
-         Aleks:Çox təəssüf edirəm)))))
-         Wayne:Əslində cənab xoşbəxt hər zaman xoşbəxtdir.
-         Barmen qız:Aha
-         Wayne:Nə vaxt xoşbəxtdi bilirsən?
-         Barmen qız:Yox. Bilmirəm de.
-         Barmen qız:Nə vaxt xoşbəxtdi?
-         Wayne:Bir daha deyə bilərsən? Qulağıma deyə bilərsən?
-         Barmen qız:Nə vaxt xoş.....(bu məqamda qıza yaxınlaşır və onu dodaqlarından öpür)
-         Barmen qız:)))))))
-         Wayne:Əla
-         Barmen qız:Bir yerinə bir şey olmadan otur.
-         Wayne:Ok. Gözünü əsla ayırmayacağın şey nədir? 1940-cı illərdə Roksveldə olan hadisələr.

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə