Thursday, 30 August 2012

Riçard Bax - İllüziyalar


Biz kimik? Niyə varıq? Hardan gəlib hara gedirik? Bu həyatın mənası nədir? Ölüm nədir? Bu həyatın, kainatın qanunları nələrdir? Reallıq və illüziya nədir? Gələcək və keçmiş nədir? Dostluq nədir?....

İnternetdə diqqətimi cəlb edən İllusions, tam səmimi və inamla deyirəm, oxuduğum ən gözəl kitablardan oldu. Mövzusu, üslubu etibarıyla Paulo Ceolhonun Kimyəgar əsəri ilə müqayisə etmək olar. Fərqli cəhətləri odur ki, İllusions daha maraqlı, canlı, mistik, müəyyən qədər Kimyəgardan daha anlaşıqlı və ondan daha qəlizdir. Mistika, fəlsəfə, fantastika, drama və aviassiya. Bu dörd mövzu ideal proporsiyada qarışdırılmışdır.

Kitabı oxuduqdan sonra, öz dəyərlər sistemimi gözdən keçirdim, indiyə qədər necə davranış göstərdiyim haqqında düşünüb, dünyaya daha fərqli gözlərlə baxmağa başladım. Kitabda mənəvi motivasiyaya ehtiyacı olanlar üçün xüsusi faydalı olacağını rahatlıqla deyə bilərəm.

Əsər iki nəfərin münasibətindən bəhs edir. Belə ki, əsər özü iki nəfərdən ibarətdir. Bir tərəfdə məsih, digər tərəfdə də məsih olduğundan bixəbər, müəyyən mənada fərqli müəyyən mənada da eyni iki şəxs: Riçard və Donald Şmoda. Bu iki insanın arasında baş verən söhbətlərdə bax belə gözəl bir kitaba çevrilib (kitab tamamilə yazıçının təxəyyülünün məhsuludur). Donald Şmoda və Riçard adları bundan sonra mənə tamamilə fərqli mənaları verəcək və bir çox xatirələri xatırladacaq....

Sonda qəribə hisslər keçirdim. Biraz kədər, bir az razılıq, bir az optimizm, bir az da sevinc və s. Amma ən çox nədənsə kədərləndim. Nə isə qazanmış, əldə etmiş kimi hiss edirəm özümü. Bəli həqiqətən də qazandım. Çox qarışıq hisslər keçirdim. İstədiyim kimi bir kitab oldu. Buna ehtiyacım vardı. Ən azı 3 dəfə böyük həvəs, gözlənti və inamla bu kitabı yenə oxuyacam. Belə mistik mühiti olan kitabı oxuduğuma çox məmnun oldum.

Kitabdan sitatlar:
-       Sənin həyatında peyda olmuş hər bir insan, başına gələn bütün hadisələr ona görə baş verir ki, sən onları özünə cəlb etmisən. Daha sonra sən onlarla nə edəcəksən, bunu sən özün seçirsən.
-       Tırtılın dünyanın sonu adlandırdığı şeyə ustad kəpənək deyir.
-   Yalnızlığa öyrəşirsən amma onu bircə dəfə pozmaq kifayət edir ki, ona sonra yenidən, başdan öyrəşməyə məcbur olasan.
-       İnandıranda ki, sən nəyisə bacarmırsan, sən özünü ilahilikdən məhrum edirsən.
-       Dünyada missiyanın bitib bitmədiyini yoxlamaq çox asandır: əgər sağsansa deməli bitməyib.
-   Ən sadə suallar əslində ən çətinləridir: Sən kimsən? Hardan gəlib hara gedirsən? Niyə burdasan? və s.
-       Biz hamımız daha çox öyrənmək üçün yoldayıq.

Həyat sən bizə nəyi öyrədirsən? Sən hələ də başa düşməmisən ki, bunların hamısı illüziyadır?

Rusca adı: Ричард Бах - Иллюзии
İngiliscə adı: Richard Bach - İllusions



Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə  

Tuesday, 28 August 2012

Xəz Paltolu Madonna - Sabahattin Ali - Kürk Mantolu Madonna


"Her gün, daima öğleden sonra oraya gidiyor, koridorlardaki resimlere bakıyormuş gibi ağır ağır, fakat büyük bir sabırsızlıkla asıl hedefine varmak isteyen adımlarımı zorla zapt ederek geziniyor, rastgele gözüme çarpmış gibi önünde durduğum "Kürk Mantolu Madonna"yı seyre dalıyor, ta kapılar kapanıncaya kadar orada bekliyordum." 


Kimi tutkular rehberimiz olur yaşam boyunca. Kollarıyla bizi sarar. Sorgulamadan peşlerinden gideriz ve hiç pişman olmayacağımızı biliriz. Yapıtlarında insanların görünmeyen yüzlerini ortaya çıkaran Sabahattin Ali, bu kitabında güçlü bir tutku nun resmini çiziyor. Düzenin sildiği kişiliklere, yaşamın uçuculuğuna ve aşkın olanaksızlığına dair, yanıtlanması zor sorular soruyor

Əsərin mənim üçün xüsusi dəyəri var. Çünkü özümdən bəzi məqamlar gördüm. Olduqca maraqlı, düşündürücü və dramatik bir əsər. Başqa yollardan gedən iki insanın həyatları kəsişir və bu zaman həmişə yalnız olan Raif bəyin ruhu açığa çıxır. Raif bəy adi bir məmurdur və romanın məğzidir. Elə ilk dəqiqələrdən Raif bəylə maraqlanmağa başlayırsan. Heç kimin işinə qarışmayan, sakit, başıaşağı, səssis-səmirsiz, melanxolik bir insan. Həyatda bir çox şeyə boyun əymiş və başına gələn haqsızlıqlara qarşı gələ bilməmişdir. Sevmədiyi bir qadınla evlənmişdir. Evi və ailəsi var amma bu insanı ruhu hardadır? Daha sonra Raif bəyin dəftəri hər şeyi izah edir......

Platonik sevgidən həqiqi sevgiyə çevrilmə, bir ömür yalnızlıq, sevgidə əminsizlik, peşmançlıq və ağır drama.

Əlbəttə Raif obrazı məni çox düşündürdü. Bəli belə insanlar var və özümə sual veridəm ki, belə yaşamaq olar? Maria Puder obrazı əsərdə daha dominantdır. Dəlisov ruha sahibdir sanki. Yuxu kimi keçən sevgi macerası...

Yazıçı bizə dünyanın ən sadə, yazıq və axmaq bir insanın necə müthiş və qarmaşıq ruha sahib olacağını göstərmək istəyir. Niyə bunu anlamaqdan qaçır və insanın anlaşılması və hökm verilməsi asan olan şeylərdən biri hesab edirik?

Hayatta en güvendiğim insana karşı duyduğum kırgınlık, adeta bütün insanlara dağılmıştır; çünkü o benim için bütün insanlığın timsalidir.

P.S. Krili əlifbası ilə çap olunan bu kitab onu göstərir ki, əsərə maraq ölkəmizdə hələ əvvəldən olub. 

P.S. Yazının hazırlanmasında wikipedia.org saytından istifadə etilmişdir. 

Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu: Əsas səhifə  

Monday, 27 August 2012

Təkamülün Sirləri - Mixail Boçkaryov (fantastik hekayə)

Orijinal adı: "Секреты эволюции" Михаил Бочкарёв


Həcmcə kiçik olan bu hekayəni uzun-uzun yazılan və ciddi əhəmiyyəti olmayan fantastik əsərlərdən üstün gördüm. İnsanın özü və özündən əvvəlki hadisələr haqqında tısbağanın dilindən eşitməsi konsepsiya olaraq əladır. Əlbəttə çatışmayan cəhətlər, boşluqlar və zəiflik var idi amma maraqlısı da burasıdır ki, mövzud zəif məqamlar və qeyri-müəyyənliklər çox böyük narahatlıq yaratmır. Hekayəyə açıq-aşkar Hind, yəni Şərq fəlsəfəsi hakimlik edir. Yazıçı insan həyatını digər bir canlının gözü ilə sanki bizə çatdırır. İnsan həyatı tənqid olunur – insanın bu planetin harmoniyasını necə pozduğu bir daha xatırladılır, digər canlılarla insan tərəziyə qoyulur. Əsər fantastika, fəlsəfə və az doza da olsa da drama janrındadır. Hekayənin adı Təkamülün sirləridir. Əvvəlcə elə bildim elmi-araştırma tipində bir şeydi amma fantastika olduğunu gördüm.

İnsan unutmamalıdır ki, təbiəti korlayaraq əslində o özü-özünü korlayır. Bir təbiət harmoniyada yaşamalıyıq, buna məhkumuq. İnsan süniliyə meyl edir. Digər canlıların da bizimlə paralel yaşamağına haqqı var. İnsan nə qədər təbiəti korlayıbsa, onu gözəlləşdirə də bilər.

Son olaraq onu deyim ki, belə bir hekayə yazmaq çətin bir iş deyil. Çünki yazıçı prinsip etibariylə yeni heç nə etmiyib. Şərq fəlsəfəsini və soft fantastikanı birləşdirib. Onsuz da həcmcə də kiçikdir. Buna baxmayaraq diqqətə layiqdir, maraqlıdır. Hekayəni rus dilində dinləmək istəyənlər üçün aşağıda link yerləşdirdim.

Keçidlər:     Hekayəni online dinləmək üçün tıkla
                    Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu 

Sunday, 26 August 2012

Kəpənək - Kelebek


Doğru bak. Aslında gerçekten de 11 eylülü Amerikalılar düzenlemiş ola..... Allahım sen bizi affet...”

İnsan kainatın özetidir. Tıpkı bir ağacın çekirdeği gibi. Ağaçta ne varsa çekirdekte de o vardır. Çekirdekte ne saklıysa ağaç ancak o olur. Bundandır ki, kainatı anlatan insanı anlatır. İnsanı anlayan ise aslında bütün bir kainatı anlar.

Sema ise ikisini birlikte anlatır. Bir birinden ayırmadan. Kimi semada kainatı bulur, kimi de kendini. Fakat kim ne bulursa bulsun, neticede herkes aynı yere varır. Çünki sema bir rehberdir ve onu takip eden herkes aynı dört duraktan geçip gider: 1.durak – kainatın oluşumu. 2.durak – Diriliş. 3.durak – Aşkla harekete geçmek. 4.durak – İnsan-ı Kamil.

Filmin ilk dəqiqələrində Buşun: “Əgər bizim tərəfimizdə deyilsinizsə, terorçuların tərəfindəsiniz” video fraqmentini görürük. 11 sentyabr zənnimcə dünya tarixinə istiqamət verəcək hadisə oldu. ABŞ-ın əl-qolu açıldı amma bu hələ hamısı deyil. Şübhəsiz gələcəkdə çox daha fərqli şeylərlə qarşılaşacağımıza inanıram.

Daha sonra filmin baş obrazı olan Yusufun keçmişi ilə olan problemləri əks olunub. Deyərdim ki, film vicdan əzabı tərənnüm edir və olduqca gözəl alınıb. Biz insanlar bir-birimizə qarşı bu qədər laqeyd olarkən, könüllü humanitar yardımda iştirak etmədiyi üçün vicdan əzabı çəkən insanlar var. Filmdə olan Sufi məqamlar da xüsusi diqqətə layiqdir.

Maraqlı filmdi izləyin.

Keçidlər: Digər filmlər haqqında yazdıqlarıma da bax
                    Xoşuna gəldisə əsas səhifəyə keç və digər yazılarımı oxu 

Thursday, 23 August 2012

Oşo - Seksdən Ali Təfəkkürə - От секса к сверхсознанию


Sek oyundur və insanlar böyük məmnuniyyətlə bu oyunu oynayırlar.

Bu kitabında Oşo bizlərə insanın həyatında vacib rol oynayan əks cinslə olan cinsi əlaqədən söhbət açır. Bir çoxları bunu hərfi mənada başa düşür. Oşo bu kitabında deyir ki, ailə həyatı ruhi bir şeydi və insanın aydınlanmasında rol oynayır. İnsanın intim həyatı onu yeni mərhələyə yüksəldir. Əlbəttə boş yerə demirlər ki, ölüm və orqazm kiçik ölümdür. Yüksək səviyyəli meditasiyanı da buna əlavə etməliyik. Oşo dünyada bir enerji növünün olduğunu – bunun da cinsi enerji olduğunu deyir. Digər hər şey: açılan çiçəklər, dünyaya gələn yeni həyatlar bunun nəticəsidir.
Kitabda əvvəlcədən özümün də bir xeyli müddət üzərində düşündüyüm məqam öz yerini tapıb. Ailə həyatı və seks. Seksə görə ailə quranları qısa müddət ərzində peşmançılıq gözləyir. Çünki cinsi enerji özünü başqa formaya transformasiya etməlidir. Yəni daima bununla məşğul olmaq olmur. Ən azından belə düşünək ki, bununla məşğul olanlar sonlu varlıqlardır və prosesin özü də sonlu olmalıdır.

Kitab olduqca kiçik həcmlidir və qısa müddət rəzində oxuyub bitirmək olur. Kitab “Sex Matters: From Sex to Superconsciousness” kitabının bir hissəsidir. Orijinal kitab 416 səhifədir. Oşonun kitabları şəxsən mənə çox böyük təsir göstərdi (hərgah hələ ki sadəcə iki kitabını oxumuşam). Dəyərli kitablardır. 

Çox bəyəndim. Digər kitablarını oxuyacam. Hamıya məsləhət görürəm.

Faydalı linklər:     Oşo kimdir?
                                     Oşo Wikipedia
                                     Oşodan sitatlar
                                     Oşo Facebook Azərbaycan
                                     Oşo Rəsmi Facebook səhifəsi

                                Albert Camus - Sizif haqqında əfsanə
                                Jan-Pol Sartr - Ürəkbulanma
                               Bütövlük Yanılqısı   
                               Məni düşündürənlərdən - Harry Escott - Unravelling
                               Albert Camus - Yad

Wednesday, 22 August 2012

Oşo - Ölüm - Möhtəşəm yalan - Смерть - величайший обман


Sevimli Oşo, ölümdən sonra ruhun itmədiyinə necə inanmaq olar? Ruh başqa həyat formasına çevrilir? Və ya kainata qərq olur?

Mən heç vaxt sizdən nəyəsə inanmağı istəməmişəm. Mənim şəxsi təcrübəm mənə deyir ki, ruh ölümdən sonra başqa həyat formalarına çevrilərək yaşamağa davam edir. Nə vaxt ki, öyrənməyə bir şey yoxdur, nə vaxt ki, bütün suallara cavab tapılıb, nə vaxt ki, axtarış dayanır, nə vaxt ki, arzular aradan qalxır, aydınlanma, işıqlanma baş verir. Bu vaxt ruh sadəcə kainata qarışır. Ruhun başqa formaya keçməsi üçün həyata istiqamətlənmək lazımdır. Sən özün müstəqil ölüb doğulmursan.

Mən istəmirəm ki, sən inanasan. Mən istəyirəm ki, sən axtarasan. Mənim dinim əbədi həqiqəti axtarmaqdır.

Oşonun böyük ustad olduğunu bilirdim. Facebookda onun nitqlərindən müxtəlif sitatlar mənə kifayət etdi ki, mən belə bir qənaətə gəlim. Krishnamurtidən fərqli olaraq Oşonun dilini daha rahat başa düşdüm. Sanki qarşı-qarşıya oturub söhbət etdim. Youtube-də videoları da var. maraqlananlar izləyə bilər.

Oşo bu kitabında meditasiyanı xüsusi önəmlə vurğuladı. Onu ölmədən öncə ölmək adlandırdı. İnsanların həyata həddindən artıq bağlandıqlarını, əslində isə çoxlarının adını eşidərkən dizlərinin titrədiyi ölümün qorxulu bir şey olmadığını, həyatımızın pik nöqtəsi olduğunu dedi. Qərb və şərq insanını, varlı və kasıbı, dindar ilə psevdo-dindarı (yalançı dindarı), inancla axtarışı müqayisə etdi.

Çox bəyəndim. Digər kitablarını oxuyacam. Hamıya məsləhət görürəm.

Faydalı linklər:     Oşo kimdir?
                                     Oşo Wikipedia
                                     Oşodan sitatlar
                                     Oşo Facebook Azərbaycan
                                     Oşo Rəsmi Facebook səhifəsi

                                Albert Camus - Sizif haqqında əfsanə
                                Jan-Pol Sartr - Ürəkbulanma
                               Bütövlük Yanılqısı   
                               Məni düşündürənlərdən - Harry Escott - Unravelling
                               Albert Camus - Yad

Monday, 20 August 2012

Zehni qurtuluş - Zihinsel Kurtuluş - J.Krishnamurti


Jiddu Krishnamurti – 13 yaşında dünya müəllimi seçilən Krishnamurti, həyatını dünyanı gəzərək, insanlarla, həyata və dünyaya aid söhbət edərək keçirdi. Ona Məsihlik yaraşdırılsa da  o, heç vaxt bunu qəbul etmədi. Onun üçün qarşılaşdığı hər kəs özü-özlüyündə bir şəxsiyyətdir. Bu səbəbə görə öyrətməkdən daha çox bölüşməyi prinsipi etdi. Yenə də dünyada milyonlarla insan ondan çox şey öyrəndi.

İnsan həqiqətləri tapmaq istəyirsə, bütün doqmalardan, bütün şərtləndirmələrdən, bütün inanclardan, boyun əydirən bütün avtoritetlərdən arınmış olmalıdır. Əslində tam mənasıyla müstəqil olmalıdır və bu çox çətin şeydir. Bu ağacların altında oturub axmaq söhbətlərə qulaq asmaq üçün maşınla çıxdığınız səhər gəzintisi deyil. Həqiqəti tapmaq böyük bir səbr, mülayimlik və tərəddütlər tələb edir. Sadəcə kitab oxumağın bir dəyəri yoxdur amma əgər dinlərkən diqqətinizi bütünüylə toplaya bilsəniz, o diqqətin sizi çabalamaqdan xilas etdiyini görəcəksiniz və zehnin heç bir istiqamətə hərəkət etmədən fövqəladə gözəllikdə və yaradıcıllıqda olanı, elmlə, keçmişlə ölçüləməyəcək olanı qavramağa qadir olduğunu görəcəksiniz. Həqiqi inqilabçı və dindar olan belə bir insandır çünki o artıq cəmiyyətin bir parçası deyil. İnsan hirsli, rəqabətcil olduğu müddətdə cəmiyyətin özüdür. İnsan xilas olmanın belə çətin olduğu zehniyyətlə tanrını axtarır amma bu axtarışın heç bir mənası yoxdur çünki bu bir şey olmaq, bir şey əldə etmək üçün göstərilən çabadan başqa bir şey deyil.

Jiddu Krishnamurti kitablarının yeddinci cildi olan Zehhi Qurtuluş, yuxarıdakı cümlələr haqqındadır. Krishnamurtinin kitabları cildlərlədir və sanki addım-addım insanı ali təfəkkürə, idraka, bir sözlə yeni mərhələyə hazırlayır. Jiddu Krishnamurtini bir filosof olaraq çox bəyəndim. Oxuyanda çətinlik çəkdim amma yenə də bəyəndim. Digər kitablarını da böyük həvəs və istəklə oxuyardım.

Sunday, 19 August 2012

Empati - Empathy - Adam Fawer


Qısaca mövzusu: Beyin strukturunda fərqlilikləri olan bir neçə uşağın dövlətin məxfi məqsədləri üçün empatiya bacarıqlarının istifadə olunmasından bəhs edilir. Daha sonra bu uşaqlar bu vəziyyətdən qurtulub bacarıqlarını istifadə edə bilməyəcək proseslərə məruz qalırlar. Kitab da bu bacarıqlarına yenidən qovuşmalarının təsviri ilə başlayır.
Qulaq asmadan eşitmək, baxmadan görmək, toxunmadan hiss etmək...Özüylə eyni taleni yaşayan kor bir müəllim, fövqəladə güclərindən xəbərsiz həyata tutunmaya çalışan gənc ürəklər, güclərini pis məqsədlər, niyyətlər üçün istifadə edən şeytani insanlar....Həyacan verici, maraqlı və düşüncə dəyişdirici, öyrədici roman.

Bəyəndiyim cəhətlər:                                       Bəyənmədiyim cəhətlər:
1)Orijinal süjet xətti və motivlər.              1)Təsvrilər çox uzun uzadı və xırdaçıdır.
2)Elmi üslubda yazılıb.                            2)Rahatıqla romanın nə ilə bitəcəyini sezmək olur.                                                                             3)Xüsusiylə fəlsəfəyə aid qisimləri gərək iki
3)Paranormal hadisələr yoxdur.                   
dəfə oxuyasan. Çətin dili var.                 
4)Fəlsəfəyə aid gözəl məqamlar var.                   
5)Psixologiyaya aid məqamlara                     
    rast gəmək olar.  
6)Real hadisələrə əsaslanması.
7)Romanın sonluğu əla oldu.

Olasılıksız (İmprobable) romanı ilə oxşar və fərqli cəhətlər: Olasılıksız romanı ilə oxşar cəhət üslublarının eyni olmasıdır. Yəni hər ikisi elmi, fəlsəfi ədəbi əsərdir. Əslində süjet xətləri də müəyyən mənada eynidir: Beyin dalğaları. Əlbəttə fərqli cəhətlər də var. Empati romanında  hadisələrin təsviri ədəbi olaraq çox uzun-uzadıdır. Xırdalanma çoxdur. Başqa sözlə söz oyunları. Başımı ağrıtdı. Kitabın axırlarına gələndə sonluğun necə olacağı mənə bəlli olduğundan heç sona qədər oxumaq istəmədim amma nəysə deyib səbr etdim. Olasılıksız romanında nə uzatma və xırdalamalar var idi nə də romanın necə qurtaracağı bəlli idi. Bu da romanı çox daha maraqlı edirdi. Hər iki əsərdə də maraqlı məlumatlar zəngindir. Bu məlumatlar tamamilə elmi olub, uydurma deyil və çox faydalıdır. 

Nəticə olaraq Empati romanı mənə yeni bir şey vermədi. Olasılıksız birinci, empati ikinci yerdədi. Elə hesab edirəm ki, oxucu birinci Empatini, ikinci Olasılıksızı oxuduqda, ikisini də eyni dərəcədə maraqlı hesab edəcək. Yox əgər birinci Olasılıksızı ikinci Empatini oxusa, məncə Olasılıksızı daha çox sevəcək (məndə olduğu kimi). Nəticə olaraq, insanlar, məlumatlar və xəyallar...və hamısı bir yerdə gözəl bir miks (mix). Həqiqətən də belədir. Həyat özü bir empatik situasiyadır. Nə verərsənsə ya da nə verməyə/almağa ümid edərsənsə onunla rastlaşarsan. Qiymətləndirmə: 6.5/10 


                       Əsas səhifəyə keç

Friday, 17 August 2012

Paylaşılmış Hekayələr - Asım Yıldırım


“Merheba Yenigün” verlişi ilə səhərlər izləyicilərinin görüşünə gələn Asim Yıldırım bu dəfə də öz hekayə kitabları ilə oxucuların görüşünə gəlir. Bir çoxlarımız yəqin ki, onu tanıyırıq.Bu kitabda müxtəlif mövzulara aid kiçik həcmli, maraqlı, düşündürücü və ibrətamiz hekayələr yer alıb. Həcmcə kiçik olan bu kitabda həmişəlik yaddaşıma həkk olunan hekayələr oldu. Kitabı uzun əsərlər oxumağı sevməyənlər, ibtidai sinif şagirdləri və ümumiyyətlə dini, düşündürücü hekayələri sevənlərə məsləhət görürəm. İşdə, məktəbdə, universitetdə, evdə - qısaca 5-10 dəqiqəlik mütaliə etmək istəyənlərə bu və bu kimi kitabları çox məsləhət görürəm. Bənzəri kitablar sırasına İbrahim Refik kitablarını, Monteignenin “Denemeler” əsərini və Nihalə - İşdə Meditasiya kitabını nümunə vermək olar. Demək istədiyim odur ki, şərt deyil siz oturub saatlarla kitab oxuyasınız. Şərt deyil anlamaqda çətinlik çəkdiyiniz əsərləri, dişinizi dişinizə sıxıb, “mütləq bitirməliyəm” fikrinin hakimliyi ilə oxuyasınız. Belə sadə kitablar da var və siz ondan günün müxtəlif hissələrində istifadə edib, sanki ruhi qida əldə edə bilərsiz. Əlbəttə ki, əsas məsələ maraq dairəniz və dəyərlərinizə uyğun kitabları axtarıb tapmaqdır. 

                                                                 Əsas səhifə

Wednesday, 15 August 2012

Waiting for "Superman" - Supermeni gözləyərkən


Ümumi olaraq: Təhsli sistemi nədir? Yəni o nə işə yarayır? Kimə xidmət edir? Əslində asan görünən bu suallar ən çətin olanlardır. Bu sənədli filmi izləmək mənim sanki gözlərimi açdı. Niyə? Çünki bir tərəfdə ABŞ təhsil sistemi (və onun timsalında digərləri) digər tərəfdə isə sadə insanlar var. Övladına yaxşı təhsil vermək üçün dəridən qabıqdan çıxan insanlar var. Bu dünyanın hər yerində belədir. Valideynlər uşaqlarının bu həyata yaxşı yerləşmələrini istəyirlər. Əmin olmaq istəyirlər ki, övladları bu qəddar dünyada yaşaya biləcək. Bunun üçün bu günkü dövrdə bu arzuya, istəyə gedən yol yaxşı təhsildən keçir və bu sənədli film bizə sadə insanların təhsil sistemində qazandıqları təcrübələri nümayiş elətdirir. Sənədli film sadə insanların həyatnı əks etdirir və Bill Gates kimi şəxsiyyətlərin də fikirlərindən bəhrələnir. Yaxşı təhsil əlbəttə ki vacibdir. Ona görə ki, elmlə, ədəbiyyatla işıqlandırılan beyinlər cəmiyyətin inkişafında yaxşı rol oynayırlar. Əlbəttə ki, cəmiyyətin inkişafı deyəndə sadəcə yaxşı həkimlər, vəkillər və ya iqtisadçılar nəzərdə tutmuram. Eyni zamanda cinayətkarlığın azalması (hətta heç olmaması), insanların bir-birilərini başa düşməsi, bir-birilərinə yaxınlaşması və insanların mənəvi olaraq zənginləşməyini nəzərdə tuturam.

             Geoffrey Canada

Kipp Academy: Bu məktəblər ABŞ-da kasıb məhəllələrdə açılıb və qısa müddətdə ölkənin bütün ştatlarına yayılaraq sayını 87-yə çatdırmışdır. Araşdırmalar göstərir ki, varlı ailələrlə kasıblar arasında təhsil səviyyəsində həmişə fərq olmuşdur və bir çoxlarına görə bu həmişə belə olacaq. Şübhəcilərin fikirlərinə qarşılıq Cefferi Kanada (wikipedia məlumat burada.) bu məktəblərin əsasını qoydu və effektiv üsullardan faydalanaraq ABŞ təhsil sisteminə yenilik gətirdi. Eyni zamanda varlı-kasıb təhsil səviyyəsini alt-üst etdi. Bu məktəblər müəyyən məhəllələrdə şagirdlərini yeni doğulduqları andan etibarən diqqətlərində saxlayırlar və inkişaflarının hər mərhələsində onları izləyirlər. Onlara doğru istiqaməti göstərirlər. Həqiqətən də təqdirə layiq faktdır.

Bizim təhsil sistemimiz: Təhsil sistemimiz güllük-gülüstanlıq deyil. Problemlər çoxdu. Bəlkə də sistem çöküb amma gözləyə bilmərik. Gələcəyimizi formalaşdırmaqdan imtina edə bilmərik. Yaxşı məktəbləri yaxşı müəllimlər əmələ gətirir. Təhsilin “supermen”-ləri müəllimlərdir. Bir çox məsələlərin həlli məhz onlardadır. Sənədli film müəllim anlayışınını necə vacib olduğunu bir daha göstərir.

Nəticə: Nəticə? Keçid ballarının 150-yə enməsi bir nəticədir. Orta məktəb imtahanlarındakı imtahan nəticələri, universitet imtahanlarının keçirilmə forması və göstəriciləri nəticədir. Özəl sektorda işə götürənlərin iş namizədlərinə verdikləri suallara cavablar bir digər nəticədir. Ümumiyyətlə orta məktəb və universitet məzunlarının ixtisas biliklərinin səviyyəsi və dünya görüşləri bir digər nəticə, rüşvət isə başqa bənzər nəticədir. İnsanların bir-biriləri ilə ünsiyyət qurmaları və şəxsiyyətləri də nəticədir. Sizdə bu nəticələri yaxşılaşdırmağın vaxtı gəlib çatmayıb?

Sənədli filmi çox bəyəndim və internetdən türk dilində baxa bilərsiz. Türk dilində adı: Supermeni Beklerken. Yazını aşağıdakı sitatla bitirirəm:

“Əgər dəyişməsək dəyişən dünya bizi qəbul etməyəcək” – Rafiq Əliyev

Saturday, 11 August 2012

Kağıt - Bir Sinan Çetin Filmi


-         Bir sabah uyandınız ve birileri diyor ki size: sabah kahvaltısında zeytin yemek yasak. Nolurdu?
-         Sabah kahvaltısına  zeytin yemeyiz.
-         Yanlış. Her yasak kendi isyancısını yaratır. Zeytin severler bir örgüt kurarlardı. Üzerinde zeytin amblemi olan br bayrakları da olurdu. “Zeytinlere özgürlük” diye bir marşları da olurdu belki. Şimdi soruyorum size: Zeytin severler ayaklanıp dağa çıksa, dağa çıkanlar mı suçlu yoksa zeytini yasaklayanlar mı?

Kağız bir çox şeyin simvolu ola bilər. Bu filmdə isə bu süründürməçi bürokratiyanın simvoludur. Bürokratiya isə dövlət deməkdir. Film bürokratik əngəllərin neçə - neçə insanı taleyini necə dəyişdirdiyi haqqıdadır. Yuxarıdakı cümlələr də çox maraqlıdır. Hər qadağa öz üsyançısını yaradar. Film də üsyanın üzərində qurulub.

Film məni aşağıdakı suallar ətrafında düşünməyə vadar etdi: Dövlət nədir? Bu qədər yalançı izah ola bilməzdi: “Dövlət xalqın təşkilatlanmış formasıdır“. Dövlət niyə bu qədər mücərrəd və qorxulu anlayışa çevrilib? Dövlət nə istəyir, insanlar nə istəyir? Dövlət insanlara dəyər verir yoxsa kağızlara? Aradakı uçurum böyükdür? Çıxış yolunu tapa bilərik? Axı biz şüurlu canlılarıq.

Film çox maraqlıdır və izləməyə dəyər. Dövlətin gücü bizik. Onun mövcudiyyətinin mənası bizim mövcudluğumuzdur. Biz bir çox şeyə qadirik. Sadəcə bizi yetişdirdikləri mühit vacibdir. Fil və dirək hekayəsini xatırladım: Bir gün birisi yolla gedir görür ki, bir fil balaca bir dirəyə bağlı olaraq qalıb. Fikirləşir ki, bu kiçik dirək bu böyüklükdə fil üçün heç nədir. Rahayca qırıb qaçıb gedə bilər. Sahibindən soruşur, sahibi də deyir ki, balaca vaxtında onun bu dirəyə gücü çatmazdı. Elə helə də beynində qalıb ona görə də bir yerə qaça bilmir.

Mən demirəm dövlətə qarşı çıxıb, özüvüzü oda-suya yaxın amma haqqınızı hər zaman tələb edin ki, başa düşsünlər ki, filin dirəyi rahatca sındırmaq gücü var. Ən yaxşı yol ortaq məxrəc tapmaqdır.

Friday, 10 August 2012

Həkimlər!

Yəqin ki, bir çoxlarımız müəyyən səbəblərə görə həkimlərə müraciət etmişik. Bir yerimiz ağrıyanda, nədənsə narahat olanda və ya əməliyyat olunanda. Köməyimizə isə həkimlər gəlir. Mən də həkim olmaq istəmişdim bir aralar. Həkimlərin vəzifəsi sadəcə resept yazmaq, kəsib doğramaqdır? Nə vaxtdan həkimlər insanların dostları olmaqdan çıxıblar? Nə vaxtdan həkimlər insanlardan fərqlənməyə başlayıblar? Palatada uzanan xəstənin bəlkə də dərmandan, əməliyyatdan çox gözəl bir söhbətə, inam aşılanmasına ehtiyacı var. Əslində həkim bizdən fərqli birisi deyil. “Bax qonşuluqdakı Məmməd həkimdi”. Mən də həkiməm. Sən də həkimsən. Biz həkimik. Öz həyatımızın həkimi bizim elə özümüzük. İnsanlar xəstələnirlər. Ya fiziki ya da mənəvi olaraq. Və onlar “xəstə” statusu qazanırlar. Eyni zamanda “həkim” statusunu da. Mənim həkimim sən ola bilərsən, ən azından mənə qulaq asmaqla. Yəni həkimlərin vəzifəsi insanlara kömək etməkdir. Təəssüf ki, bu günlərdə həkim sözünün dəyəri bir xeyli azalıb....

Müəyyən yerlərimiz ağrıya bilər. Müəyyən fiziki imkanlarımız olmaya bilər. Hətta ağır xəstəliyə belə düçar ola bilərik. Bəs yaxşı əgər bizim savadlı, inana biləcəyimiz dostumuz – həkimimiz yoxdursa, bu çətin yola necə davam edək? Bilin ki, kimyəvi dərmanlar bir şeyə xeyr edirsə digər bir yerə də zərər verir. Amma! Amma güvənə biləcəyimiz, inandığımız, sevdiyimiz, özümüzə dost hesab edə biləcəyimiz həkimlərin bizimlə ünsiyyəti bizə ancaq faydalı ola bilər. Həkim o kəs deyil ki, çənəsini yuxarı qaldırıb, özündən razı halda “xəstə”-lərin, tibb bacılarının yanından ayaqqabılarını taqqıldadaraq keçib gedsin. Dediyim kimi, həkim bizim dostumuz olmalıdır. Ən ağır xəstəliklərdən belə çıxış yolu tapmaq olur. Yetər ki, “həkim”-lər vəziyyəti çətinləşdirməsinlər.

Bu ümumibəşəri problemdir. Patch Adams filmini izləyin. Mən çoxdan izləmişəm. Hər dəfə izləyəndə kədərlənirəm. Mənim bu yazımda toxunduğum məsələlər orda da öz əksini tapıb. 

Monday, 6 August 2012

Karl Marks - Yahudi Sorunu - On The Jewish Question


Deməli belə. Erix Frommun “Marksın İnsan Konsepsiyası” kitabını oxuduqdan sonra Marksın şəxsiyyəti ilə maraqlanmağa başladım. Karl Marks bəşəriyyət üçün çox vacib şəxsiyyət olmuşdur. Bu qədər insan taleyinə təsir göstərmiş, yeni sistem üçün inşaat materialları qoyub gedmişdir. Heyif ki, bu inşaat materiallarından yaxşı istifadə olunmadı....

“Yahudi Sorunu”nu elektron kitab olaraq internetdən yüklədim və gördüm ki, 50 səhifəli bir şeydi və rahatca gözlərimi çox yormadan notebookdan oxuya biləcəm. Yanıldım. 50 səhifəlik olsa da heç nə başa düşmədim. Mənə çox uzaq mövzu oldu. Yahudilərin Alman hökümətində yeri nə olmalıdır? Din və dövlət arasında sərhədlər necə olmalıdır? İnsan haqları nədir? kimi suallara çox qarma-qarışıq cavablar verib Marks. Bu kitabını əsasən Bruno Bauerin bənzər mövzuda əsərinə əlavə kimi yazılıb. Mən belə başa düşdüm ki, Marks insanın azadlığı üçün nəinki Yahudilərin ümumiyyətlə bütün bəşəriyyətin din adlanan anlayışdan imtina etməsini müdafiə edir. “Din insanlar üçün narkotikdir”  deyirdi Marks. Mən isə “Həddini aşmış din insanlar üçün narkotidir” deyirəm. Hərgah mən adi bir tələbəyəm amma bu mənim düşüncəmdir. Marks elə hesab edirdi ki, insan öz həyatının qurucusudur. Bu kitabı hüquq, fəlsəfə, siyasət və bənzəri yaxın mövzulardan yaxşı başı çıxan adamlara məsləhət görürəm. Mənim kimilər bu əsəri başa düşməyəcək və bunda tərcümənin rolu da az deyil. Tərcümə olduqca çətindir. 

Marksın bəzi fikirlərini bəyənirəm və buna Erix Frommun “Marksın İnsan Konsepsiyası” kitabında rast gəlmişəm. Bu kitab isə mənim üçün bir o qədər də faydalı olmadı. Müəyyən dərəcədə düşündürücüdür amma ciddi bir şey deyil. Eyni zamanda onu da deyim ki, yəqin ki, bu kitabı Marksın digər çox məşhur əsərlərini oxuyanlar daha yaxşı başa düşər. Kitabın tam olaraq bizə nələr çatdırdığını izah edə bilmirəm çünki başa düşməmişəm amma yenə də belə bir kitabın mövcud olduğu haqqında məlumat vermək istədim.

                                                   Digər yazılarım üçün tıkla