Posts

Showing posts from July, 2012

Gurbeti Ben Yaşadım - Ahmed Günbay Yıldız

Image
"Yüreğim baştan başa bir diyarı haraptır, Bağrımda can çekişen, bir avuç ızdıraptır.'' Kitab yuxarıdakı misralarla başlayır. Kitabı çoxdan oxusam da haqqında danışsam yaxşı olar. Osmanlıların son illərini roman kimi təsvir edən, maraqlı, real hadisələrə əsaslanan əsər. Osmanlıların sonu, çətin iqtisadi-siyasi, sosial durum və insanlar da gərginlik içində. Qürbəti mən yaşadım. Adını tamamilə doğruldan və insana maraqlı hisslər yaşadan roman. Qürbəti ayrılanlardan kim çəkir? Gedən yoxsa qalan? Qürbət nədir? Qürbət vətəndən kənardısa, vətən nədir? Haradır? Vətəndə ola-ola qürbəti yaşamaq olar? Əsərin baş qəhrəmanı birinci dünya müharibəsində ruslara əsir düşür və başına gələnlərə dözərək vətəninə geri dönür. Əsər Anadolu həyat tərzindən epizodlarla başlayır. Bildiyimiz kimi insan yaranandan sosial və digər bərabərsizliklər də yaranıb. Olub, var, olacaq. Ahmed bəy bunu orta səviyyədə olsa da təsvir edib və bunu bəyəndim. Romanın bəyənmədiyim və məncə bir çoxlarına da çə

Lewis Perdue - Kusursuz Katil - Perfect Killer

Image
Kitabı əsas adına görə bəyəndim. Həmişə dediyim fikri yenə də təkrarlamaq istəyirəm: bir romanda bir neçə janrın kəsişməsindən və maraqlı, elmi, intelektual məlumatların olmasını çox sevirəm. Bu romandan da bunu gözləyirdim halbuki oxuduqdan sonra sadəcə söz yığını olduğunu, vaxtına dəyər verən insanlara qəti məsləhət görmədiyim roman statusunu qazandı. Romanda tibb, kvant fizikası, biokimya, hərbi sahə və insan davranışlarına aid yaxşı məlumatlar olsa da bu romanı maraqlı və gözləntilərə cavab verən etmir. Yenə də roman insanı bəşər tarixinin ən vacib termini olan müharibə terminin təkamülünə diqqət etməyə dəvət edir. Bəli. Müharibələr formasını dəyişir və getdikcə daha da qəddarlaşır. Bu özünü sadəcə döyüş bölgəsində deyil, eyni zamanda sivil həyatda da göstərir, izlər qoyur. Mövzu genişdir və yaxşı söhbət mövzusudur. Aşağıda romanın bəyəndiyim və bəyənmədiyim cəhətlətini bəndlər formasında izah edirəm: Bəyənmədiyim cəhətlər : 1)     Qeyri-orijinal (banal) süjet xətti. Yeni

Glengarry Glen Ross - Amerikalılar

Image
Aldatmaq və fənd işlədmək onların peşəsidi və onlar bunu yaxşı etmək üçün çalışırlar. Sat  ya da satılmış ol!! David Memetin məşhur teatr pyesi əsasında çəkilmiş olan bir film. Film adətən bizə göstərilən kimsəsiz adada, meşədə yox, adicə ofisdə sağ qalmaq haqqındadır. Ancaq ki, bu ofisdə də sağ qalmaq kimsəsiz ada və meşədə sağ qalmaqdan heç də fərqli deyil. Uğurun, uğursuzluğun, eqoizmin, rəqabətin insanı necə dəyişdirdiyinin şahidi olmaq üçün bu film əla fürsətdi. Sizi inandırıram ki, filmi izlədikdən sonra siz satış işlərinə gedib gedməyəcəyiniz haqqında düşünməyə başlayacaqsınız (məni doğru başa düşün. Satış işinin yaxşı ya da pis olduğunu nəzərdə tutmuram. Olduqca güclü şəxsiyyət tələb etdiyini əminliklə vurğulayıram). Satış işində işləməsəm də mənlik olmadığını bilirəm və bu film bunu mənə bir daha göstərdi. Mövzusu etibariylə belə realistik film izləməmişdim. Bilirsiz nəyi xatırladım? Mən uşaq olanda atam o vaxtlar polis işləyirdi və məni hərdən iş yerinə aparardı. K

Güntay Gəncalp - Səfəvilər

Image
Bu kitab haqqında məlumatım var idi. Güntay Gəncalpın Yağız Qarışqalar romanını oxuduqdan sonra digər əsərlərinə də marağım yarandı. Kitabı almaq qərarına gəldikdə və aldıqdan sonra çox fikirləşdim ki, bu kitab verdiyim məbləğə (6 AZN) dəydi yoxsa yox. Kitabın daha ilk səhifələrindən kitabın mənim intelektuallığımda çox böyük rol oynayacağını sezdim. Bəli bu belə də oldu. Güntay müəllimin bal arısı kimi müxtəlif qaynaqladan toplanan məlumatlar və şəxsi fikirləri əsasında hazırladığı bu kitabı bəyəndim. Rahatlıqla deyə bilərəm ki, bizə orta məktəblərdə Səfəvilər tarixi haqqında öyrədilənlər o qədər azdı ki, heç bunu adını da tutmaq istəmirəm (demirəm yalandı! Sadəcə təhriflidi). Əlbəttə bəzi məlumatları orta məktəb şagirdlərinə çatdırmaq məktəbin elm və tərbiyə funksiyasına uyğun gəlmir. Ona görə də əslində olmaması lazımdır. Kitab haqqında çox söz deyə bilməyəcəm. Araşdırma – tarix üslubunda yazılan kitab üzərində də yazıldığı kimi Səfəvilər tarixinə fərqli baxış haqqındadır. Bu fə

The Man From Nowhere

Image
Lori dildə desək: “davalı film”ləri sevmirəm. The Matrix seriyasından olan üç hissəli film də “davalı” film olsa da onun maraqlı fəlsəfi ideyaları var. Ona görə o istisnadır. Bu istisnalar da həmişə işi korlayırlar. : ) Bu yaxınlarda “çoxdandı yapon filmləri izləmirəm” deyə fikirləşib bilgisayarda olan bəzi yapon filmlərini izlədim. Bloqumun daimi izləyicisi isən, əsasən yapon drama, melodrama, faciə, romantik və müxtəlif janrda (fantastik, elmi-fantastik, romantik və s.) animelərin həvəskarı olduğumu yəqin ki bilirsən. Di gəl ki, bu dəfə “davalı” film izlədim. Film digər “davalı” filmlərdən fərqlənir. İlk epizodlardan bunu rahatlıqla hiss etdim. Qaranlıq, kədərli keçmişi olan, asosyal birisinin gözdən uzaq yerdə “maskerovka” işdə işləyərək həyatını sürdürməsində çox böyük fərqlilik yoxdur. Filmin ilk dəqiqələri belə olsa da sonrasında olduqca maraqlı məqamlar əmələ gəldi. Süjet xəttini  bura yaza bilməsəm də, narkotik, orqan alveri, bir sözlə yapon mafiyasının hansı işlərlə məşğul o