Posts

Showing posts from June, 2012

Chinese Coffee - Çin Kofesi - Китайский кофе

Image
Çox maraqlı bir filmdi. Bəlkə də bir çoxları mənim bu yazıma görə filmi izləyəcək. Sonra da mənə hirslənəcəklər. Niyə? Çünkü özüm də filmin ilk dəqiqələrindən etibarən filmi çox da bəyənməmiş və başa düşməmişdim. Sonra nə oldu? Sonra bir az düşündüm. Daha dərindən analiz edib, real həyata uyğunlaşdırmağa çalışdım. Filmin özü də getdikcə daha da səmimiləşir.Film iki “dost”un söhbətindən və xatirələrindən ibarətdir: pul, insanın cəmiyyətdə yeri, sevgi, dostluq elə həyatın özü. Onlardan birisi – Harry, orta yaşın krizisini yaşayan, özünə verilənləri itirən uğursuz bir yazıçıdır (Drayzerin Kerri bacı əsərindəki Cənab Corc Qerstvudu xatırlatdı). Digəri Ceyk – inandırmağı bacaran və ətrafındakıları çox yüksək səviyyədə motivasiya etməyi bacaran kişidir. Onun da içində Harry də olduğu kimi boşluq var. Ceyk Harrydən də qarışıq şəxsiyyətə sahibdir. Bu ikisi bir gecə Ceykin evində görüşürlər. Bir tərəfdə yazıçı-uğursuz, digər tərəfdə fotoqraf-uğursuz. Bu ikisinin söhbəti bir-biri ilə döyüşən

Güntay Gəncalp - Yağız Qarışqalar

Image
Artıq Bakıda 5-ci kitabı ilə oxucuların görüşünə gələn Güntay Gəncalp Güney Azərbaycanda yetişən ünlü çağdaş yazarlarımızdan biridir.  Bu romanında o iddialı bir mövzuya toxunub: müəllifin düşüncəsinə görə “Yağız Qarışqalar” romanı Güney Azərbaycanın istiqlal kitabı olacaq. Romanın “anlatım” (“annotasiya”) bölümündə deyilir: Oğlumla ormanlıqda  gəzirdik. Qarışqanı ilk dəfə olaraq görən oğlum “Ata, bu nədir?” deyə sordu. “O, qarışqadır oğlum. Ana dilimizdə  ona  qarışqa deyirik” dedim. Gecələr yatdığımızda qarışqalar haqqında ona nağıl söyləməmi istədi. Oğluma uydurub söylədiyim  nağıl böyüyüb  kiçik  bir roman oldu.  Alpərənliyin yeddi quralı: 1- Dözgə. 2- Ərgə. 3- Sezgə. 4- Bilgə. 5- Birgə. 6- Sevgə. 7- Çözgə. Bir Alpərənlik romanı... Kitabın ilk səhifələrindən romanın Güney Azərbaycanda yaşayan həmvətənlərimizin verdiyi qurtuluş savaşı haqqında olduğunu başa düşdüm. Onların keçdiyi əzablı yollar çox yaxşı təsvir olunmuşdur. Bütün hadisələr qarışqaların timsalında verilmişd

Josephine Cox - Aşklar ve Yalanlar

Image
Kitabın arxa üzündən: Emily ile John, evlenme planları yapan iki aşıktır. Yaşadıkları köyde arzuladıkları hayata kavuşmaları mümkün değildir. Bu sebeple John'un uzak diyarlarda çalışması, para biriktirmesi gerekmetedir. Emily ise onu sadakatle bekleyecektir. Ne ki, hayat onlara iyi davranmaz. Emily, babasının terk ettiği çiftlikte kalır. Tüm zorluklara, sevgilisine kavuşacağı günü bekleyerek katlanır. Ancak bir tanesi var ki, onu katlanmak, azapların en büyüğüdür; Tecavüz! Kalbi ve onuru kırılır. Yeni doğan bebeği, hayatını allak bullak eder. Üstelik çocuğun babasını açıklayacak cesareti de yoktur. Ve bunun bedeli çok ağırdır…. Şəxsi fikirlərim: Mövzusu bəlkə də çox orijinal deyil. Bir-birini sevən, gələcəyə böyük ümidlərlə baxan, birlikdə olduqları zaman ilahi hisslər keçirdən iki gənc. İşləmək üçün şəhərə gedən oğlan və onu gözləməyi söz verən qız. Hələ ki hər şey standartdı. Əlbəttə şər bu iki gəncdən yan keçmədi. Təcavüzə uğrayan Emily sevgisinə yalanı yar edir. Sonluq i

Müasir nəşrlərə qısa baxış

Image
Son vaxtlar kitab oxumağı sevən dostlarımdan bir ağızdan kitablarda olan hərf səhvlərindən olan şikayətlərini eşidirəm. Mən özüm də bununla çox qarşılaşıram. Xüsusən Qanun nəşriyyatının yüksək sürətlə kitab tərcümə edib satışa çıxarma prosesinə başlamasında bunu çox əla izləmək olar. Bəs yaxşı dünya təcrübəsi necədi? Bildiyimiz kimi kitablar əksər hallarda Microsoft Worddə yığılır. İngilis, Rus və Türk dillərində bu ofis proqramı hərif səhvlərini avtomatik olaraq bildirir. Bu da həmin dillərdə wordun müəyyən bazaya sahib olduğunu göstərir. Adı çəkilən proqramın bizim dildə avtomatik olaraq hərif səhvlərini göstərməsi kimi funksiyası olmadığına görə bizim son vaxtlar çap olunan kitablarda hədsiz dərəcədə hərif səhvləri olur. Redaktorlar nə qədər yoxlasalar da gözdən qaçan məqamlar olur. Yenə bir dənə iki dənəni bağışlamaq olar amma Pişik Qız Minus və Ç.Abdullayevin Veneranın ikinci dəfə həyata gəlməsi kitabları mənim üçün hərif səhvlərinə görə ən yadda qalan kitablar olub. Ortalama

İnception - Başlanğıc

Image
-        Ən dözümlü parazit hansıdı?: Bakteriya? Virus? Bağırsaq çöpü? -        Cənab Kobe demək istəyir ki,.. -     İdeya. O çox dözümlüdür və olduqca yolxucudur. İdeyanın bircə dəfə beyin tərəfindən  sahiblənməyi kifaəyət edir ki, ondan can qurtarmaq praktiki olaraq mümkün olmur. Mən tam  olaraq dərk edilmiş və formalaşmış ideyanı nəzərdə tuturam. Hansı ki, beyində formalaşır. -        Kimsə onu oğurlaya bilməz? -     Bəli yuxuda şüuraltının müdafiəsi zəifləyir. Sizin fikirləriniz də kifaəyt qədər zəifləyir...... Kristofer Nolan yaradıcıllığı....Deyilənə görə yalnız ikinci (üçüncü, dördüncü dəfə də olar) dəfə baxdıqdan sonra rejisorun filmdə nə demək istədiyini başa düşmək olur. Mən ikinci dəfə baxmamışam və  baxmaq da istəmirəm. Çünkü çox da bəyənmədim və vaxt itkisi hesab edirəm. Vaxtımla ediləsi daha vacib və dəyərli işlərim var.Buna baxmayaraq filmi izləyib bəyənənlərin sayı olduqca çoxdur. Aktyor kontingenti və performansına söz olmasa da və bəzi epizodlarda maraql

Çingiz Mehbaliyev - Miras: Bakının Sirri

Image
Çingiz Mehbaliyevlə tanış olaq: Çingiz Mehbaliyev 1986 – cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1993-2004 – cü illərdə Binəqədri rayonundakı 283 nömrəli məktəbi əla qiymətlərlə bitirərək BDU-da beynəlxalq hüquq üzrə təhsil alıb. 2012-ci ilin fevral ayında BDU-da beynəlxalq hüquq üzrə magistr elmi dərəcəsinə yiyələnib. Hal-hazırda hüquqşünas olaraq işləyir. Tələbəlik illərində ictimai fəaliyyətlə məşğul olub, Azərbaycan Gənclər Parlamentinin üzvü seçilib. Eyni zamanda rəssamlığa da maraq göstərib və bir sıra beynəlxalq rəsm sərgilərində iştirak edib. Azərbaycan və Türkiyə rəssamlar təşkilatının üzvüdür. Kitabın üz qabığından: Biliklər bizə səpinti halında verilir. Əgər o bilikləri düzgün şəkildə sistemləşdirsək, onda dünyanın əsl mənzərəsini almış olarıq. Mən sənə dünyanın əsl mənzərəsini göstərəcəm. Artıq yüz illərdi ki, bütün dünya iki yerə bölünüb: Bakının sirrini ələ keçirmək istəyənlərə və bu sirri qoruyub saxlamaq istəyənlərə. Sadə insanlar isə bu mübari

The Truman Show

Image
-           Bəs sizcə niyə hələ də Truman böyük bir şounun ulduzu olduğunu başa düşməyib? -          Bu çox sadədir. Biz reallığı bizə təqdim olunan kimi qəbul edirik. -          Dahiyanədir..... “Bu çox sadədir. Biz reallığı bizə təqdim olunan kimi qəbul edirik” – bu cümlə haqqında həddindən artıq çox düşünmüşəm. Bəs necə olar ki, bizi əhatə edən dünya: ev, iş, səma, ən yaxın adamlar sadəcə xırdalığına qədər düşünülmüş uydurmadır? Yox bu deyəsən mümkünsüz görsənir.... Film, bir insanın körpəlikdən televiziya şousuna ulduz (baş qəhrəman) edilərək həyatının on-line rejimdə bütün dünyaya izlədilməsini təsvir edən kədərli hekayədir. Filmi izlərkən öz-özünə varlığım barəsində çoxlu suallar verirdim. Bəlkə biz də böyük bir şounun iştirakçılarıyıq? Filmin baş obrazının timsalında bir daha başa düşürsən ki, heç kimin sənin həyatını modelləşdirməyə, formalaşdırmağa ixtiyarı yoxdur. Sən özün zəhmət çəkərək, düşünərək öz həyatını qurmalısan (sözsüz ki, insanın böyüyüb

Ray Bradbury - Fahrenheit 451

Image
“ Bir problemle yüzleşme, onu yak......” “ Kitab yandırmaqla başlayanlar sonunda insan da yandırarlar....” “ Bilmiyorum mutlu olmak için her şeye sahibiz, fakat mutlu değiliz. Kayıp olan bir şeyler var. Çevreme bakdım. Gördüğüm tek şey, yıllardan beri yaktığım kitaplardan kalan artıklar. Bu bakımdan kitapların yardımcı olabileceklerini düşündüm....” Ray Bradbury kimdir?: Ray Douglas Bradbury 22 avqust 1920 – ci ildə anadan olan yazıçı ABŞda elmi fantastika, qorxu və elmi əsərləri ilə çox məşhurdur. Ən çox tanınan kitabı Farenheyt 451 romanıdır. 5 iyun 2012 – ci ildə dünyasını dəyişmişdir. Dünyada ən məşhur yazıçılar avqustda anadan olub, iyunda dünyalarını dəyişirlər. Ray Bradburydən də bu fakt yan keçmədi. The Martian Chronicles (1950) və The Illustrated Man (1951) onun ən çox tanınan əsərləridir. Əsərlərinin bir çoxu filmlərə çəkilmişdir. Romanın mövzusu: 1951 – ci ildə yazılmış olan bu əsər kitabların qadağan olunduğu gələcək dünyanın təsvirini əks etdirir. Yanğın

İlk Kitabım.......

Image
İndiyə kimi yadımdadı… ilk kitabım. .... 4 yaşım olardı səhv eləmirəmsə. O vaxtlar yasamalda qalırdıq və ölkəmizin kifayət qədər çətin vaxtları idi. Binamızın altında kitabxana var idi. Eyni zamanda satışda da olan kitablar var idi. Anamla kitablara baxmağı xoşlayardım. Elə günlərin birində maqazinə daxil olduq və müxtəlif kitablara baxmağa başladıq. Mənim diqqətimi üzərində yaşlı rus kişisi və dovşanlar olan nazik, uzun kitab (səhifə sayı az idi. Daha çox kiçik həcmli jurnala bənzəyirdi) cəlb etdi. Əlimi uzatdım və bununla da bunu istəyirəm işarəsini verdim. Anam da heyvan sevər olduğundan məhz dovşanlara görə kitabı aldı. Bax beləcə də mən ilk kitabım olan - Н. А. Некрасов - Дедушка Мазай и зайцы (Mazay baba və dovşanlar) kitabımı aldım. İlk oxuduğum kitab rus dilində oldu. O dövrdə kitabların, filmlərin böyük əksəriyyətu rus dilində idi. Eyni zamanda özüm də rus bağçasına getmişəm. Qısaca kitab haqqında demək lazımdırsa, çayın bir tərəfindən o biri tərəfinə keçməyə dovşanlar

Herbert George "H.G." Wells - İnvisible Man - Görünməz Adam

Image
Herbert George Wells i yaxşı tanıyıram. Bir əsərini oxumuş, bir digər əsəri əsasında çəkilmiş bir filmə baxmışam. Özünəməxsus üslubu olan bu yazıçı Sci Fi janrında, yəni elmi fantastika janrında yazıb yaratmışdır. Yazdığı əsərlər çox maraqlı, həyəcanverici, düşündürücü və yadda qalandır.  Kitabın arxa üzündən:  Soğuk bir kış günü,kimselerin uğramadığı Iping Kasabasına karlar arasından,sargılar içinde en ufak yeri bile görünmeyen tuhaf bir yabancı çıkagelir.Kimdir bu yabancı?Kendi halinde deneyleriyle uğraşan bir bilimadamı mı,polisten kaçmaya çalışan bir kanun kaçağı mı,yoksa bütün o giysilerin altında bombalar taşıyan bir şüpheli mi?...Hem bilim kugu hem de Wells'in başyapıtlarından biri... Fikirlərim:  Məncə klassik olan bu əsəri elmi-fantastik ədəbiyyatla maraqlanan, ona yüksək dəyər verən hamı oxumalıdır. Yazıçının uğuru insanın gizlətməyi bacardığı hisslərin və psixologiyanın oxuyuculara böyük ustalıqla çatdırmasıdır. Ona görə də onun əsərlərini psixolojik də hesab etmək

Albert Camus - Sizif haqqında əfsanə

Image
Tanrılar ittihamdan sonra Sizifə böyük bir qaya parçasını dağın zirvəsinə doğru diyirləməyi hökm verdilər. Daş hər dəfə zirvəyə çatanda öz ağırlığı ilə oradan yerə düşəcəkdi. Onlar (yəni Tanrılar – tər.) bu cəzanı ona görə fikirləşmişdilər ki, faydasız və ümidsiz əməkdən daha dəhşətli cəza tanımırdılar. Əgər Homerə inansaq, demək, Sizif ölümə məhkum edilmişlərin ən zirəyi və ağıllısıdır. Buna baxmayaraq, digər populyar bir ənənəyə əsasən, o quldurun, oğrunun vəzifəsini təcrübədən keçirmək üçün bu cəzaya məhkum edilmişdir, heç də ağıllı olduğuna görə deyil. Amma mən bunda heç bir ziddiyyət və ya fərq görmürəm. Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır. Asopun qızı Aegina Yupiter tərəfindən qaçırılır. Bu qaçırılmadan sarsılmış ata

Kasudzo Nişi - Dünyanı başına toplayan sağlamlıq təlimi

Image
“ ...Bu sistem həkimlərin və dərmanların köməyi olmadan sağlamlığı bərpa etməkdə və yaşamaqda mənə kömək etdi. Mən insan orqanizmini sağlamlaşdırmaqla bağlı bəşəriyyətə məlum olan yaxşı nə varsa öyrəndim və sistemləşdirdim.” Sağlam insanların sayı getdikcə azalır. Artıq uşaqlıqdan etibarən bir çox insan bir çox xəstəliyə tutulur və bir ömür onunla yaşayır. Eyni zamanda bir çox xəstəlik cavanlaşır. 40 yaşında insanlarda olan xəstəliklər 15 yaşında uşaqlarda da olur. Gərgin sosioloji və psixoloji mühit, pis ekologiya bunları labüd edir. İnsan yaşamaq istəyir. Sağlam yaşamaq istəyir. Bu isə hər zaman mümkün olmur. Bu gün biz qərbin çox güclü inkişaf etdiyi söyləsək də, qərb tibbi simptomatikdir. Yəni əgər adamın ayağı ağrıyırsa adətən qərb tibbi diqqətini ağrını aradan qaldırmağa cəmləyəcək (əslində qərb tibbi deyə bir şey yoxdu. Qərb tibbi özü şərqin böyük loğmanlarının əsərləri əsasında formalaşsa da bu gün həyat qüvvəsinə malik vasitələrdən uzaqlaşıb). Halbuki onun bir səbəbi

Çingiz Abdullayev - Veneranın ikinci dəfə həyata gəlməsi

Image
Ölülərdən oğurlamaq, dirilərdən oğurlamaqdan daha qorxuludur... "Qadın bəzən öz günahlarını etiraf edə bilər, amma mən öz zəif nöqtələrini etiraf edən qadın tanımıram”  - Bernard Şou Kitabın arxa üzündən: Qadınlar hiyləgər və qeyri-adidilər. Madeyrada olan, ekspert-analitik Dronqo buna əmin oldu. Elə alındı ki, onun qaldığı otelin sakinlərinin əksəriyyəti qadınlar idi. Özü də necə qadınlar! Onların hamısı feministkaların konfransına gəlmişdilər...Konfransın bağlanma gecəsi baronessa Hilberq öz nömrəsində vəfat etmişdi. Qoca qadının ölümü heç bir şübhə doğurmazdı, əgər: həmin gecə, baronessanın, məşhur usta tərəfindən hazırlanmış kuklası itməsəydi. Oyuncağın qiyməti beş milyon dollar idi...Adanın üzərində fırtına qopur, bütün aviareyslər təxirə salınır. Dronqo işi araşdırmağa çalışır, lakin gözəl qadınların əhatəsi onu işdən yayındırır. Onun otağında gecə iki gözəl və sərbəst qadın peyda olanda, o , gec də olsa anlayır ki, bütün bu vaxtı onun üzərində iş aparırdılar...

Patrik Züskind – “Ətriyatçı: Bir qatilin tarixçəsi”

Image
     Bu əsər Avropada səs salmış əsərdi. Həm filmi həm də kitabı var və kifayət qədər maraqlı və fərqli ideyası var. Əsərin baş qəhrəmanı Jan-Batist Qrenuy xüsusi istedada sahibdir. Belə ki, o anadangəlmə bütün qoxuları hiss edə bilir və adi insandan fərqlənir. Baş qəhrəmanın psixoloji portreti xüsusi marağıma səbəb oldu. Belə ki, İstedad + Əxlaqi zədələnmə + Yüksək intelekt bizə əsərin baş qəhrəmanını izah edir. Əsərdə insan ətrinin üzərində xüsusiylə dayanılır. Diqqət edək. Biz daha çox gül – çiçək, ot, meyvə və ya bənzəri qoxulara meyl edirik. İnsanlar öz qoxularını bunlarla maskalamağa çalışırlar. Amma hər bir insanın özünəməxsus ətri var. Bu onun sağlamlığından, qidalanmasından, cinsindən, yaşından, boyundan, çəkisindən, tənəffüs etdiyi havadan, təmizliyə meyilliliyindən aslıdır. Filmdə insan qoxusunun və xüsusiylə qadın qoxusunun qabardılması məncə diqqəti cəlb edən ən vacib və digər epizodların hamsının ətrafında toplayan başlıca elementdir. Filmi izləyib və ya əsəri oxuy

Jan-Pol Sartr - Ürəkbulanma

Image
Kitabın arxa üzündən : Əsərin qəhrəmanı həqiqət axtarır, dünyanın xaosu, həyatın absurdluğu və çıxılmazlığı içində öz mövcudluğunun mənasını anlamağa çalışır...Sartr bu xaos içində insan azadlığının, onun şərəf və ləyaqətinin qorunmasının mühümlüyünü qabardır...“Ürəkbulanma” (fr. La Nausée, ilk adı “Melanxoliya” olub) XX əsrin ən böyük filosoflarından biri, yazıçı və markisist, ateist ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanıdır. Sartrı bütün dünya 1938-ci ildə məhz bu romanla tanıdı. Əsər Antuan Rokentinin gündəlikləri əsasında qurulub.“Ürəkbulanma” romanı öz gücü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərib. Nə düşünürəm?: Kitabı oxumağa başlarkən adi, yalnız, bezmiş və axtarışda olan, analitik insanla qarşı – qarşıya olduğumu başa düşdüm. Əslində kitabı almağıma səbəb də məhz yuxarıdakı “Əsərin qəhrəmanı həqiqət axtarır” – cümləsi oldu. Mənə yaxın bir şey olduğundan dedim ki, bu kitabı mütləq oxumalıyam. Oxuduqda sonra gördüm k

Hafıza Teknikleri ile Beyin Gücünü Geliştirme

Image
Kitabın arxa üzündən: Hər insanın anadangəlmə böyük zehni potensialı vardır. Alimlərin araşdırmalarına görə isə insanlar bunun çox az hissəsini istifadə edirlər. Amma günümüzdə bunu artırmaq üçün müxtəlif üsullar mövcuddur. Bu kitab yaddaş təlimçisi Oğuz Saygın və bu üsulları həyatlarında uğurla tətbiq edən 13 və 15 yaşlarındakı iki şagirdinin ortaq işidir. Beyni effektiv istifadə etmək, sözlər, uzun mətnlər, adlar, simalar və çox sayıda telefon nömrələrini yaddaşda saxlanılmasının sirlərini əldə etməklə əlaqədar və daha bir çox maraqlı məlumatlar vardır. Kitabda eyni zamanda bu üç yaddaş təlimçisinin müxtəlif seminar və televiziya proqramlarında qarşılaşdıqları maraqlı və heyrətamiz hadisələrə də yer verilmişdir. Şəxsi fikirlərim: Kitabı indiki NT (əvvəlki NİL) kitab və məktəb ləvazimatları mağazasından almışam. Arxa üzünə və kitabın adına aldanıb aldığım çox az kitablardan biridi. Kitabın arxa üzündə deyilənlərin çox az hissəsi var kitabın içində. Kitabın böyük qismi əsasən be