Posts

Showing posts from January, 2012

Vicdanlı İşğal - Biznes Maceraları

Image
Dürüst iş adamı rəqiblərinin işini  ələ keçirməməlidir . Bəs yaxşı, əgər sənə qarşı haqsız oyun oynanılırsa dürüst olmaq sərfəlidir?

Polkovnikə məktub yoxdur - Q.Q Markes

Image
“Polkovnikə məktub yoxdur” – şübhəsiz mənim ən yaxşı əsərimdir. Hətta sizə deyim “Yüz ilin tənhalığı”nı mən o səbəbdən yazmağı lazım bildim ki, camaat “Polkovmikə məktub yoxdur” povestini oxusun.  Bu cümlələrin müəllifi, müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özünün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan, magik realizmin ən məşhur nümayəndəsi Qabriel Qarsia Markezdir. O bu barədə deyir: “Polkovnikə məktub yoxdur” povestində gözümün qabağında gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim. O həsrətlə limanda gəmilərə baxırdı. Bir neçə il sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim...”

Happy Feet

Image
Onun atası və anası necə lazımdırsa elə də tanış oldular. Musiqidən sevgi, sevgidənsə yumurta əmələ gəldi. Hər şeyin normal olacağını hesab etdilər. Yaxşı normal nə deməkdir? Mən normalam, sən normalsan. Normadan fərqlənmək nə deməkdir? Məncə animasiya bunu çatdırmaq istəyir. Biz bəlkə də həddindən artıq stereotipli yaşayırıq. Animasiyada pinqvinlər musiqi vasitəsiylə özlərinə tay tapırlar. Amma Mablın səsi bərbaddır. Uşaqlıqdan hamıdan fərqlənir. Daxili aləmini ritmik rəqs hərəkətləri ilə bildirir.   Fərqlilik:  Olur. Olur ki, cəmiyyətə çox fərqli bir üzv gəlir. O fərqlidir sadəcə. Belə üzvlər tarix boyu olub və olacaq. Yaxşı biz bu zaman nə etməliyik? Onu hamıdan təcrid etmək, təzyiq göstərmək nə dərəcədə doğru və ədalətlidir? Başqa çıxış yolu yoxdur?  Deyirəm bəlkə o fərqlilikdən faydalanaq? Bilirəm ki, fərqlilik və yenilik hər zaman qorxuludur və özü ilə bərabər risk də gətirir. Riskin və qorxunun nisbətləri fərqlidir yəni bu dəyişimdən aslıdır. Ən əsası isə cəmiyyəti form

Biznes Məktəbləri Tibb İxtisasından Nə öyrənə Bilər?

Image
Bir neçə il bundan öncə Hindistandan gələn ailə üzvüm xəstələndi. Bir müddət sonra o, klinika xərəyində çox təcrübəsiz, ağ xalatlı insanlar tərəfindən əhatəyə alındı. Bu Bostonda adi bir şeydir. Bizim bir çox xəstəxanalarımız tibb məktəbləri ilə əməkdaşlıq edir və ona görə də onlar həkim olmaq üçün çalışan tələbələrlə doludur. Hələ öz ixtisasını öyrənməyə başlayanlara sağlamlığını tapşırmaq narahat edici və bəzən isə qorxuludur. Buna baxmayaraq bu vəziyyətdə olsam da, xatırlayıram ki, bizim gələcək nəsilləri yetişdirmək kimi məsuliyyətimiz var. Eyni zamanda onu da unutmuram ki, tibb öz tələbələrini müşahidə edir və onlara xəstələrə minimum dərəcədə zərər vurmaqla müstəqillik verir. Təcrübəsiz həkimlər tərəfindən toplanılan təcrübə, nəzəriyyə - tətbiq prosesinin profesional məktəblər tərəfindən necə tətbiq olunduğunu göstərir.

Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho

Image
Arzularımızı öldürməyin 3 əlaməti - Pau lo Ceolho Arzularımızı öldürməyin  birinci əlaməti  vaxt çatışmazlığlıdır. Həyatımda tanıdığım ən məşğul insanların istədiklərini etmək üçün kifayət qədər vaxtları olmuşdur. Heç bir şey etməyənlər həmişə yorğundurlar və onlardan tələb olunan kiçik miqdarlı işlərə də fikir vermirlər. Onlar həmişə günün qısa olduğundan şikayətlənirlər. Həqiqət ondan ibarətdir ki, onlar yaxşı mənada döyüşməkdən qorxurlar.

Where the Wild Things Are ( Arkadaşım Canavar )

Image
Uşaqlar üçündür. Nağıldır. Boş şeydir. Vaxt itkisidir....Bəlkə yanaşma tərzini dəyişək? Başqa prizmadan baxaq? Bəlkə pəncərənin üzərində olan buxarı silib, mənzərəyə tamaşa edib həzz alaq? İstəyirsiz? Yox? Onda oxumağa davam eləmə. Axı sən böyüksən. Davam eliyirsən? Ok onda mən də davam eliyirəm. :) Nağıllar üçün darıxanlara.....

Şeytanın Vəkili

Image
Bu filmdə olan hər şeydən xoşuma gəldi. Çox gözəl çəkilib. Çoxdanın filmi olsa da bu yaxınlarda baxdım.  Film heç vaxt məğlub olmayan vəkil haqqındadır. Onun üçün fərqi yoxdur ki, müdafiə etdiyi şəxs günahkardır yoxsa yox. Onun üçün əsas olan onun karyerasıdır, şöhrətdir. Heç vaxt da məğlub olmaq istəmir. Haqsızlığı müdafiə etdiyini bilsə belə.... << Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> - Şeytan

Liderin Edə Biləcəyi Ən Böyük Səhvlər

Image
Liderlərin Edə biləcəyi Ən Böyük Səhv Nədir? Harvard Biznes Məktəbi - Simpozyum Liderin edə biləcəyi ən böyük səhv nədir? sualını Harvard Biznes Məktəbinin professor heyəti cavablandırır: Bill George, Harvard Biznes Məktəbi,  Professor: Son iyirmi ildə liderlərin etdiyi və tez-tez rast gəlinən və məni məyus edən ən böyük səhv, idarə etdikləri təşkilatlarda öz şəxsi maraqlarını, təşkilatın maraqlarına qurban vermələridir. Onlar öz maraqlarını şəxsi məşhurluq, çoxlu pul və güc üçün təşkilatın maraqlarının üstünə qoyurlar. Peter Druckerin dediyi kimi, liderlik bunlarla ( şəxsi güc, pul və populyarlıq ) əlaqədar deyil. Liderlik məsuliyyətdir. Mən fikirləşirəm ki, bu sizin işçilərinizə, müştərilərinizə, hissədarlarınıza qarşı  olan ən dərin məsuliyyətinizdir və onların inamını  qazanmaq yaxşı liderliyin əsasıdır.

Üçlü Beyin Nəzəriyyəsi

Image
İnsan beyni ilə əlaqədar araşdırmalar bizə hər keçən il müxtəlif yeni məlumatlar verir. Beyin, hələ də tam araşdırılmamış müəmmadır. Bu məqaləmdə Mümin Sekmanın – Hər Şey Beyinde Başlar adlı kitabında olan 3-lü beyin nəzəriyyəsini və onunla əlqədar baza məlunatlarını sizinlə bölüşəcəm. İnsan beyni ilə əlaqədar ən məşhur qruplaşdırma, 1960 - cı ildə Amerikalı psixoloq və nevropotoloq, Dr. Paul Mcleana aiddir. Belə ki, o ortaya maraqlı fikir qoyaraq, beyni qatlardan ibarət olduğunu söyləmişdir. Bununla ortaya insan yaranandan bu yana inkişaf edərək gələn 3 qat olduğunu müəyyənləş-dirilmişdir. Bunlar aşağıdakı kimidir: Alt Beyin → R - Kompleks → Sürüngən Beyin Orta beyin → Limbik sistem → Duyğusal beyin Üst beyin → Neo – Korteks → Düşünsəl beyin ( Məntiqli beyin )                                               

Brain Music

Image
Səs qeyri-adi enerji mənbəyi ola bilər Alimlər gözlənilməyən nəticəyə gəlmişlər: musiqi beynin yaradıcı sahələrini «oyadır» və onları enerjiylə qidalandırır.  Eşitmə qabiliyyətinin öyrənilməsi sahəsinin mütəxəssisi Alfred Tomatis deyirdi: «Bəzi səslər bir fincan qəhvədən heç də pis təsir etmir»   Tomatis  belə bir kəşf edir : «Qulaq təkcə eşitmək üçün deyil, həm də beyni və bədəni enerjiylə təmin etmək üçün yaradılmışdır. Beyin hüceyrələri kiçik akkumulyator kimi işləyirlər. Onlar orqanizmin maddələr mübadiləsinin vasitəsilə deyil, səslərin köməyilə enerji yığırlar» . 

Paulo Keolyo - Rio Pyedranın Sahilində Oturdum və Ağladım

Image
Paulo Ceolhonun Əlkimyagər romanından sonra oxuduğum ikinci kitabı. Təəsüratlar normal və gözlədiyim kimi.. Öz mədəniyyətinin əfsanələrindən də bəhrələnərək yazıçının yazmış olduğu bu roman dünyanın 23 dilinə tərcümə olunub və 4 milyon oxucuya çatdırılıb.  Paulo Keolyanunromanlarında elə gözəl fikirlər var ki, ömürlük yadımda qalıb. Kimyəgar romanıyla oxşarlığı var. Yəni xəyallarımız və məqsədlərimiz olmalıdır və mütləq onların arxasınca getməliyik. Roman uşaqlıq eşqi və Tanrısal gücə varma arasında qalmış birisinin həyatı haqqındadır. Paulo Ceolhonun romanlarını oxuyanda məndə elə hisslər yaranır ki, sanki bunları yaşamışam. Roman sevginin həyat mərkəzinə çevrilməsi, inamını itirən insanın inamının, sevdiyi şəxs tərəfindən geri qaytarılması haqqındadır.  Vacib həyat dərsi çıxır əslində bu romandan. Sevgini göstərmək üçün təkcə bir yol yoxdur. Sadəcə müəyyən hərəkətlər yoxdur. Sevgi qəlbdədir və mütləq digərlərinə təsir edir.  Elə ona görə həmin şəxs ( romanda adı verilmiyib, əlbə

Panait İstrati - Perlmutter Ailəsi

Image
Ümumiyyətlə o yazıçının romanı uğurlu olur ki, yazıçı romanında qələmə aldığı problemləri , hadisələri yaşasın. Daha sonra isə sözlərin köməkliyi ilə başına gələn hadisələri digər insanlarla bölüşsün. Panait İstrati əslən Rumuniyalı olub, həyatının çox hissəsini müxtəlif ölkələrdə olaraq,müxtəlif millətlərdən insanlarla dostluq edərək keçirmişdir. Görünür dostları arasında yahudilər kifayət qədər olub ya da ən yaxın dostlarından biri Yahudi olub. Çünki bu romanı o bir Yahudi dostunun köməkliyi ilə onunla birlikdə yazmışdır. Müxtələif səbəblərdən dolayı Yahudilər uzun müddət dünyanın çox ölkəsində sevilməmişdir. Bir çox çətinlilərlə qarşılaşmışlar. Əlbəttə hər şeyin bir səbəbi vardır ( Sigmound Freud ). Səbəblər ayrı mövzudur artıq....

John Verdon - Aklından Bir Sayı Tut

Image
Aklından Bir Sayı Tut....kim bu istəyə qarşı dura bilər?  Bəli hər şey Mark Melleriyə göndərilmiş bir məktubla başladı. Məktubda ağlına gələn ilk rəqəmi tutmaq daha sonra zərfi açmaq yazılmışdı. Mark 658 tutdu və sonra bunu məktubda gördü. Mark çox qorxdu. Onun yerinə kim olsaydı ölümünə qorxardı. Axı  kim onun nə düşündüyünü bilə bilərdi? Məktub davam edərək “ Sənin nə düşündüyünü, nə etdiyini, hara getdiyini biləcək qədər çox yaxşı tanıyıram ”....David Gurney isə təqaüdə çıxmış,çıxmazdan əvvəl isə inanılmaz qətl hadisələrinin həllini tapmış dedektivdir. Özünü bu oyunun içində tapır. Çünki Mark onun ən yaxın dostudur və müraciət edəcək ilk adam onunçun o olur.  

Elif Şafak - Bit Palas

Image
Yenə də öz otağıma çəkilib atamın “ Fasilə ver ! Gözün xarab olacaq ! ” məzəmməti altında,Çingiz Aytmatovdan sonra ən sevdiyim yazıçı – Elif Şafakın “ Bit Palas ” romanını oxudum. Bəzən yaxınlarım, dostlarım məndən soruşurlar ki, niyə bu qədər roman oxuyuram. Deyim də...Çünki romanlar məni gerçək həyatdan uzaqlaşdırır...qaldırır göylərə. Narkomanlarda bunu narkotik edir amma mənim vəziyyətimdə bunu romanlar edir. Bu roman da məni öz rəngarəng dünyasına qonaq etdi. Mən isə sakit və ədəbli qonaq kimi mənə nə təklif olundusa onu da qəbul etdim. Qonaq getməyi sevirəm. Yaxın dostlarımın evlərinə getməkdən də utanıb çəkinmirəm. Aşk romanı elə ilk cümləsiylə,yox yox ilk cümləsinin sözləri ilə məndə dərin təəsüratlar buraxıb öz sehirli,rəngarəng dünyasına ilk addımını atmağa utanan,çəkinən və qorxan bu oğlanı alıb aparmışdı. Hələ uzun müddət o dünyada ( roman dünyasında ) səyahət edtim.  Odur ki, qərar qəbul etdim. Inşallah Elif Şafakın bütün romanlarını oxuyacam. Roman haqqında çox yüksə

ŞEMS-İ TEBRİZİ 40 KURAL

Image
GÖNLÜ GENİŞ VE RUHU GEZGİN SUFİ MEŞREPLİLERİN KIRK KURALI Birinci Kural: Yaradanı hangi kelimerle tanımladığımız, kendimizi nasıl gördüğümüze ayna tutar. Şayet Tanrı dendi mi öncelikle korkulacak, utanılacak bir varlık geliyorsa aklına, demek ki sen de korku ve utanç içindesin çoğunlukla. Yok eğer, Tanrı dendi mi evvela aşk, merhamet ve şefkat anlıyorsan, sende de bu vasıflardan bolca mevcut demektir.

Hævnen - In a Better World

Image
Film məni o qədər heyran etdi ki, mən monitora baxdığımı belə unutdum  filmə baxarkən. Sanki kənarda durub izləyirəm. Aktyorların performansı mənim çox xoşuma gəldi. Baş rolda iki oğlan uşağı olsa da, performansları superdir. Uşaqların aktyorluq performanslarının bu dərəcəcə yüksək olduğu az film tanıyıram. Filmin başqa adını “Qisas”dır ki, bu da onun süjet xəttinə tamamilə uyğundur. 

L.A Weatherly - Melek ( Angel )

Image
Fantastik roman olmasına baxmayaraq diqqətimi cəlb etdi. Çünki indiyə qədər bir çox fantastik roman oxusam da içərisində ən rahatı bu oldu. Çünki bu romanda hər şey çox sadədir və eyni zamanda ifratdan qaçılmışdır:  1. Mələklər insan enerjisiylə bəslənirlər. 2. Bu zaman insanlara xələl gəlir.  3. Digər cəbhədə mələk qatilləri var  4. Amma onları mələklər artıq aradan qaldırıblar.  5. Bir anda ortaya Willows çıxır və yarı insan yarı mələk olduğu anlaşılır. 

Exam Psixoloji Trilleri

Image
Bir böyük şirkət boş bir vakansiyaya işə qəbul elan edir. Bu iş elə belə adi bir iş deyil. Çünki şirkət özü adi şirkət deyil. “Əgər şirkəti ölkə kimi təsəvvür etsək, o dünyanın səkkizinci böyük iqtisadiyyatı ola bilər” deyir imtahan verənlərdən biri. Əslində burdakı mesaj aydındır. Şirkət sağlamlıq şirkətidir və dünyada tibb sənayesi qədər gəlir gətirən sahələr azdır. Uğur qazanmışlar əvvəlki sınaqları keçdilər və son imtahana girirlər. 80 dəqiqə və sadəcə 1 sual var. Kağıza zərər vermək, otaqda olan silahlı polis və ya imtahan nəzarətçisi ilə əlaqə yaradmaq qəti qadağandır. Bunu etməklə özlərini diskvalifikasiya etmiş olurlar. Kağızda isə sual görsənmir. Başqa sözlə sual yoxdu amma eyni zamanda da var.....

Albert Camus - Yad

Image
Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqca keşməkeşli uşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır. Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.