Posts

Showing posts from December, 2011

Yes Man

Image
Bu yaxınlarda Yes Man filminə baxdım. Jim Kerrinin iştirak etdiyi bütün filmləri sevirəm. Filmin süjet xətti mənə bəzi şeyləri öyrətdi. Açığı deyim filmdən öyrəndiklərimi hətta tətbiq də etdim. Film həyatı monoton, darıxdırıcı, ətrafına qapalı, fürsətlərdən qaçan, sadəcə evdən işə, işdən evə getməklə məşğul olan bir standart Amerikan insanı haqqındadır. Qəlbinin dərinliklərində o da bu vəziyyətdən məmnun deyil. Çıxış yolunu bilmir sadəcə. Elə insanlar var ki onlar yox deyə bilmir, elələri də var ki, hə deyə bilmir. Hər ikisində də insan müxtəlif problemlərlə rastlaşır. İdeal olan hər ikisini bacarmaq və hər ikisini lazımınca istifadə etməkdir.

" A Beautiful Mind - Ağıl Oyunları "

Image
“Hep sayılara inandım. İçinde mantık ve hesap olan denklemlere. Ancak hayatım boyunca onlarla uğraştıktan sonra, mantık nedir diye soruyorum. Buna kim karar veriyor? Araştırmalarım sırasında fizik, metafizik ve hayal alemlerine gidiyordum. Geri döndüm ve kariyerimin en büyük buluşunu keşfettim. Mantıklı nedenler yalnızca ve yalnızca sevginin gizemli denkleminde bulunabilir. Bu gece burda olmamı sana borçluyum. Var olmamın nedeni sensin. Sen benim mantığımsın.” Yuxarıdaki cümlələr A Beautiful Mind filminin baş qəhramanı və reallıqda da mövcud olmuş, dahi riyaziyyatçı John Neş ( John Nash ) tərəfindən, nobel mükafatı alarkən həyat yoldaşına dediyi cümlələrdir. Dəlilik. Bu həqiqətən bir xəstəlikdir yoxsa ağlın, idrakın yeni mərhələsi? Sirr deyil ki, cəmiyyət belə insanları təhlükə kimi qəbul edir. Nə dərəcədə ədalətlidir? Bu suallara cavab vermək üçün helə insanların həyat tərzlərinin araşdırılması və motivlərinin müəyyənləşdirilməsi lazımdır. Bu cürə riskli davranışa is

John Steinbek - Fareler ve Insanlar

Image
Romanı oxquduqdan sonra adın romanın mövzusuna nə dəxli var deyə fikirləşdim. Bir az internetdə araşdırma apardıqdan sonra  Robert Burns adlı bir Şotlandiyalı şairin “ To a mice ” şeirində olan  – “İnsanlar və farelerin ən yaxşı planları tez-tez tərs alınar (alınmaz)” sitatından ilham alaraq yazıçının bu novellanı yazmış olduğunu gördüm.  Yalnız (tək)insanların həyatlarını təsvir edən Fareler ve  İnsanlar, John Steinbeckin ən məşhur və ən çox oxunan əsərlərindən biridir.  Insan münasibətləri, dostluq hisslərinə yanaşma tərzi nöqteyi nəzərindən olduqca maraqlı əsərdir.

Zülfü Livaneli - Serenad

Image
Güneş topla benim için...Zülfü Livanelini bu mahnıdan tanıyırdım. Yazıçı olduğunu bilmədiyimdən, Serenad romanını əlimə alanda məni nə gözlədiyini bilmirdim. Romanda bir neçə tale dil, din, irq , millət fərqi olmadan bir biri ilə görüşür və ayrılır. Biri alman əsilli Amerikalı Professor Maximilian wagner və digəri İstanbul universitetində ictimaiətlə əlaqələr şöbəsinin işçisi olan Maya Duran. Romanın baş qəhrəmanları bunlardır. Romanların yazılmasını da elə əsl məqsədi təsirli, nümunə ola biləcək, yaddaşlardan silinməyəcək obrazlar yaratmaq olduğunu deyən yazıçı bu romanında buna müəyyən qədər nail olmuşdur. Baş qəhramanı qadın olaraq yaratması diqqətəlayiqdir. Maya İstanbulun burulğanlı havasında, bircə oğlunu yetişdirib boya başa gətirmək üçün hər gün gündəlik işinə gedib gələn dul anadır. Maximilianın Mayanın həyatına girməsiylə Mayanın həyatı alt üst olur. Buna baxmayaraq o yeni həyata başlayır.  Başqa sözlə professor Mayanın həyatını kökündən dəyişir. Bu iki insanın mənəvi yaxı

Ayşe Kulin - Köprü

Image
Su kimi axıb gedən bir digər roman. Ayşe Kulinin oxuduğum ilk romanı və təəsüratlarım çox superdir. Köprü romanı mənim qəlbimə, Türkiyənin yaxın tarixi və şərq bölgələrində olan adi həyat tərzini təsvir edərək bir çox problemi göstərməsiylə körpü çəkə bildi. Roman Anadoluda yaşanan tragik həyat hekayasi üzərinə qurulmuşdur. Roman Türkiyə və eləcə də bizim cəmiyyətimizin bir güzgüsüdür. Bu əsərdə Türkiyənin şərq bölgəsinin tarixi, mədəniyyəti, insanlar arası münasibəti öz əksini tapmışdır.

Elif Şafak - Araf

Image
Elif Şafakın oxuduğum dördüncü romanı. Ümumiyyətlə Elif Şafaqın kitablarının satılması “Aşk” romanının sayəsindədir. O romanı oxuduqdan sonra “görəsən o birisilərində nə var” deyə bir maraq hissi oyanır adamda və fikirləşmədən alırsan. Aldığıma peşman deyiləm əsla. Çünki bu roman da mənə müəyyən şeyləri öyrətdi və göstərdi.

Turğay Güler - Mehdix

Image
Fantaziyası zəngin olan insanlardan xoşum gəlir. Başda Jül Vern olmaqla bir çox fantastik roman oxumuşam və həmişə fantastik film və oyunlara üstünlük vrmişəm. Kitablar və ədəbiyyat insana həyatda enerji, güc verməlidir. Başqa sözlə nə isə öyrənməlisən bunlardan. Buna baxmayaraq ciddi nə isə öyrənməyib amma yüksək dərəcədə zövq ala biləcəyin kitablar da var. Mehdix məhz elə bu cür romanlardandır. Qeyri-adi, öyrədici, fəlsəfi və ya buna bənzər üslubda deyil. Sadəcə çox gözəl fantaziyanın məhsuldur.

Wall-E Animasiyası

Image
Pixar hansı ki, əsasını Stiv Cobs qoyub, növbəti bir şedevrini yaradıb. Animasiya 2008 – ci ildə çəkilsə də mən gec baxmışam. Filmlər və animasiyalara internetdən yükləyib baxmaq həvəsi məndə yenidir. Pixar studiyasının çəkdiyi animasiyaları səmimi qəbul edirəm. Bəlkə də elə Pixar studiyasının uğurunun kökündə bu durur. Dreamworks studiyası artıq çəkdiyi animasiyaları uğurla izlədə və ya sata bilmir. Ümumiyyətlə belə optimistik və müsbət enerjini hər animasiya velə bilməz. Animasiya bir çox mesajlar ötürür bizə. Əlbəttə balaca uşaqların buna baxb o mesajları başa düşməkləri çətin məsələdir amma mənim kimi yarı uşaq yarı yetkin adam bəzi şeyləri başa düşür.:)