Posts

Showing posts from May, 2016

2016-cı ilin may ayının icmalı (audio bloq)

Image

Martin Paj - Mən necə idiot oldum

Image
Martin Pajın "Mən necə idiot oldum" adlı debüt romanı, dünyanın bir çox dillərinə tərcümə edilərək kifayət qədər məhşurluq qazanan populyar ədəbiyyat nümunəsidir. Bu "axmaqlığa olan səyahət" həmyaşıdlarından fərqli olarq ictimai həyata yovuşmayan 25 yaşlı Antuanın hekayəsidir. Qəhrəmanımız hesab edir ki, dərrakə, sahibini bədbəxt, yalnız və yoxsul edir. Halbuki ağlın imitasiyası,  oxuyub hər şeyə inanan kütlənin gözündə  əbədi məhşurluq və  qəzetlərin birinci səhifəsində fəxri məqam təmin edə bilər. "Mən necə idiot oldum" öz əbədi mövzusu ilə gəncləri hədəfləyən və müasir oxucularla müasir dildə dialoq yaradan xəfif üslublu romandır. 

13-cü mərtəbə - Тринадцатый этаж - The Thirteenth Floor

Image
Biz böyük tələdəyik elə deyilmi? Reallıqla uydurmanın fərqləndirə bilməmək tələsində. Nəticədə görünməyən aləm bizimlə oyuncaq kimi oynayır. Biz isə allahın varlığına və talenin qaçılmazlığına aşiqik. Axı nə qədərdir? Bizim dünyalarımız, imitasiyalarımız, oyunlarımız nə qədərdir? Qaynaq haradadır? Nə dəyişir, nə dəyişmir? Dəyişən çox şey olsa da, dəyişməyən sevgi, dostluq və sadiqlikdir. Kompüter sahəsi üzrə alim Hennon Fuller nə isə möhtəşəm dərəcədə mühüm bir şey kəşf edib. Kəşfindən xəbər tutulduğunu və güdüldüyünü bilən alim, həmkarı Duqlas Hola vacib məktub yazır və şirkəti tərəfindən yaradılan 30-cu illərin simulyasiya dünyasında yerləşdirir. Duqlas isə xatırlaya bilmədiyi gecənin səhəri günü evində qanlı köynək və qan izləri tapır. Hər şey ani döngələrlə dəyişir və möhtəşəm həqiqət üzə çıxır, dünyalar bir-birinə qovuşur. Həqiqəti öyrənənlər təhlükəyə çevrilir...

İlk qar - First Snow - До первого снега

Image
Uğurlu satış işçisi olan Cimmi Starksın taleyi qəribə falçı tərəfindən özünə deyiləndə, Cimmi bunu zarafat kimi qəbul edir. Addım-addım gerçəkləşən proqnozlar  "İlk qardan sonra mən daha yol görmürəm" mərhələsinə çatanda Cimmni əməlli-başlı paranoyaya düçar edir və bütün keçmişini qurdalayıb oyadır. "İlk qar" ilk baxışda sadə görünən, lakin olduqca maraqlı və dərinmənalı mövzulardan bəhs edən filmdir. 

Ernest Heminquey - Qoca və dəniz

Image
Bu hekayə Santiyaqo adlı qoca kubalı bir balıqçının Qolfstrim cərəyanında nəhəng balıqla olan mübarizəsini nəql edir. İyirminci əsrin Heminquey klassikası adlandırılan əsər 1954-cü ildə "müasir üslubda təsiretmə"-yə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 

12 meymun - Twelve Monkeys - 12 обезьян

Image
2035-ci il. Dəhşətli virus Yer planetinin 99% əhalisini əmələ gətirən 5 milyard insanı məhv edib. Sağ qalanlar yerin altında yaşamağa məcburdurlar. Dünyanı heyvanlar idarə edir. Məhkum Ceyms Kool isə zaman maşınında təhlükəli səyahətlərə çıxaraq, alimlərə dünyanı məhv edən virusu aradan qaldırmaq üçün köməklik edəcək dəyərli məlumatlar əldə etməli, eyni zamanda əfsanəvi "12 meymun" ordusunu ifşa etməlidir.

Artur Şopenhauer - Sevginin metafizikası

Image
D ünya fəlsəfə tarixinə çox böyük tövhələr verən alman filosofu Artur Şo penhauerin " Dünya, iradə və təsəvvür kimi " əsərini Avropa fəlsəfəsinin və ümumi olaraq dünya fəlsəfəsinin çox böyük neməti kimi dəyərləndirə bilərik. Filosof bu əsəri ilə həyatımızda çox böyük rol oynayan ö lüm , sevgi, insan iradəsi , onun daxili aləmi , qorxular, yaşamaq yanğısı, reallıq və illzüziyalar haqda özünə məxsus tərzdə möhtəşəm etik mühakimələr irəli s ürür . Bu qəbildən yazılar siya hısına daxil olan "Sevginin metafizikası" qa dınlar, instinktlər və ü mumilikdə sevginin özü haqda olduqca dəyərli fik irlərdən ibarətdir. 

Anton Çexov - 6 nömrəli palata/ Антон Чехов - Палата № 6

Image
Çexovun "6 nömrəli palata" əsəri ictimai-fəlsəfi problemləri iti şəkildə işıqlandıran xarakter daşıyır. Əsər vasitəsi ilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək, cəmiyyəti dağıdan ən əsas qüvvə olan insan şəxsiyyəti üzərində zorakılıq, hörmətsizlik, ona qarşı olan haqsızlıq və bəraət və cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsi kimi mühüm problemləri aydınlaşdırmağa çalışır. 

Maykl Mikalko - Yaradıcı düşüncə yöntəmləri üçün əl kitabı

Image