Posts

Showing posts from March, 2016

Betmen Supermenə qarşı: ədalət çağında

Image

Aclıq oyunları, yoxsa evdar qadının bir müddətlik macəraları?

Image
Kitniss Everdin və Pit Mellark, qəddar Kapitoli ilə mübarizə apararaq, istismar olunan və totalitar cəmiyyətdə yaşayan Panem distriktlərini bu zülümdən xilas etmək üçün vətəndaş müharibəsində qələbə qazanmağa çalışır.

Keti Merkur ilə kiçik müsahibə - A little interview with Kathy Mercure

Image
Dostlar, bloqumda ilk dəfə olaraq video-bloq bölməsini açıq elan edərək ilk işimi ortaya qoyuram. Belə ki, zamanla müxtəlif maraqlı videolarla qarşınıza çıxacam. Bunu etməkdə əsas səbəb vizual kontentin getdikcə daha çox rəğbət qazanması və izləyici və yeni dostlar qazanmaqda daha böyük potensiala sahib olmasıdır. 

Kris Anderson - Pulsuz. Radikal qiymətlərin gələcəyi

Image
Ümumiyyətlə 20-ci əsr bir çox sahələrin çiçəklənmə dövrü oldu. Bunu həm də marketinq və biznes sahəsinə də aid etmək olar. Müasir günümüzdə biz daha da sürət qazansaq da, məktəbimiz iyirminci əsrdir. Başqa sözlə marketinq və biznes kommunikasiyanın günümüzdəki taktikaları iyirminci əsrdə qazanılan zəngin təcrübə üzərində qurulub. Onu da qeyd etmək yerinə düşərdi ki, həmin üsul və yöntəmlər öz növbələrində olduqca uğurlu olmaları ilə bərabər, həm də mahiyyətcə sadədirlər. Bəzi məsələlər isə texnologiyanın və paradiqmaların inkişafının təbii nəticəsi olaraq iyirmi birinci əsrdə aktuallığını itirəcək. Kris Anderson öz "Pulsuz. Radikal qiymətlərin gələcəyi" kitabı ilə müasir marketinq dünyamızın hansı istiqamətdə hərəkət etdiyini göstərməyə çalışır. 

Bələdçili yazı təcrübəm

Image
Artıq bir neçə aydır ki, uzaq Kanadada yaşayan, lakin mənə qəlbən yaxın olan Keti adlı bir insanla dostlaşmışam. Onunla tanışlığım tamamilə təsadüfən, udemy.com adlı onlayn kurs platforması vasitəsi ilə olsa da, səmimi bir dost qazandığımı və ehtiyacım olarkən kömək aldığımı qeyd etməkdə özümü borclu hiss edirəm. Onun "Ürəkdən yazmaq" ( Writing from heart ) adlı pulsuz kursunu keçdikdən sonra digər kurslarına da abunə oldum və bir qədər gec olsa da, bu gün uğurla tamamladım. Deyərdim ki, bu altı hissəli master-klass mənə yaradıcı yazıçılıq sahəsi ilə əlaqədar olduqca maraqlı qabiliyyətlər qazandırdı və yazmağa olan yanaşmamı dəyişdirdi. Gəlin ilk öncə sizə Keti haqda elə Ketinin öz dilindən məlumat verim: "Mən kanadalıyam və Kanadanın şərq sahilində yerləşən kiçik şəhərcik - Morktonda (Morcton) yoldaşım, pudl itim və yeni dostum pişiyimlə birlikdə yaşayıram. Artıq 7 ildir ki, bu şəhərdəyəm. Əvvəllər Kanadanın bir çox digər şəhərlərində yaşamışam. Bütün həyatım boyu

Maksimum özünəinam!

Image
Bu yaxınlarda Phd Mişel Poffun mentorluğu altında "Maksimum özünəinam: sübut olunmuş elmi üsullar" ( Maximum Confidence: Proven Scientific Techniques ) adlı onlayn kurs ilə qarşılaşdım. Kursa başlayan kimi kursun müəyyən fərqlərinin olduğunu gördüm. İndiyə qədər iştirak etdiyim kurslardan fərqli olaraq bu kurs Kosta-Rikanın gözəl mənzərəli yerlərində çəkilib. Mühazirələr zamanı müxtəlif heyvanlardan və mentorun əyləncəli anlarından epziodlar göstərilir. Başqa sözlə, bu formatlı onlayn kurs öz innovativliyi ilə diqqətimi cəlb etdi. Gəlin qısaca kursun məğzinə toxunaq. 

Qanlı almaz - Blood diamond - Кровавый алмаз

Image
1999-cu il, Syerra-Leon, vətəndaş müharibəsi, qan və xaos. Belə bir şəraitdə almaz üzrə çevik və diribaş qaçaqmalçı fəaliyyət göstərir. Onun üçün əsas olan sadəcə bu qiymətli daşların lazım olan ünvana çatmasıdır. Bu cəhənnəmdən xilas olmaq üçün bir gün o oğlunu itirmiş balıqçının köməkliyi ilə möhtəşəm nəhənglikdə qiymətli daşın sorağına düşür. Bu yol ona bir çox həqiqətləri öyrədir. Sonunda tamam başqa insana çevrilən Denni Arçer, heç də belə sonluq gözləmirdi. Sadəcə süjeti ilə deyil, ümumilikdə bütün xüsusiyyətləri ilə analoqu olmayan "Qanlı almaz" bizə bildiyimiz, lakin hər dəfə yenidən eşitmək istədiyimiz məsələləri çatdırır: acgözlük, qəddarlıq, əclaflıq, şərəfsizlik və digər ümumbəşəri insan şəri. 

Əziz blogerlər, dəyişmək vaxtıdır!

Image
Son zamanlar ölkəmizin internet məkanında blogerlərin və bloq resurslarının sayında artım müşahidə olunur. Bir çox sahədə yerli və xarici təhsil almış gənclər öz bilik və savadlarını geniş oxucu kütləsi ilə bölüşərək, Azərbaycandilli kontentin şaxələndirilməsində aktiv iştirak edirlər. Bütün bu hallar olduqca gözəl olsa da, müşahidə olunan bəzi problemlər və nöqsanlar heç də hər zaman kompromisə getməyə zəmin yaratmır. Bəzən qarşımıza çıxan hansısa təsadüfi bloq-post öz kələ-kötür təhkiyəsi, stilistikası, yazı üslubu, orfoqrafik və leksik səhvlərlə zəngin elementləri ilə bizi həmin resursu qara siyahıya salmağa məcbur edir. Bəzi blogerlər bu nöqsanları şüursuz olaraq icra etsələr də, bəziləri hər dəfə eyni səhvləri təkrar edirlər.