Emil Bertram - Şəxsi maqnitizm və hipnotizm

Эмиль Бертрам Личный магнетизм и гипнотизм Развитие силы воли и укрепление памяти

Bu yaxınlarda mənim üçün problemli sayıla biləcək "iradə" məsələləri ilə əlaqədar müvafiq kitab axtarışında idim. Axtarışlarım məni Emil Bertramın "Şəxsi maqnitizm və hipnotizm" kitabı ilə qarşılaşdırdı. Kitabın ilk cümlələrindən maraqlı məlumatlar və ən əsası sırf praktiki biliklərlə rastlaşmağım məni sevindirdi. Cari mövzuya uyğun müxtəlif kitablarla tanış olmağa imkanlarım olduğundan, mənə yaxşı bəllidir ki, bu formatlı kitablar adətən oxuculara böyük nailiyyətlərə nail olmaq üçün biliklər təqdim etmirlər. Buna baxmayaraq, şəxsi inkişaf və psixologiyaya aid kitablar kitab bazarından kifayət qədər yaxşı yerə və gəlirə sahibdirlər. 

"Emil Bertram - Şəxsi maqnitizm və hipnotizm" bizə iradə gücünü artırmağa yardımçı olacaq bəzi məşqlər haqqında yaxşı məlumatlar təqdim edir. Günümüzün reallıqlarını nəzərə alaraq rahatlıqla bu məsələnin çox vacib olduğunu demək olar. Belə ki, ilk öncə hipnotizmə diqqət ayrılır, onun tarixi inkişaf yolu və praktiki istifadə sahələri göstərilir. Öz-özünə hipnozun faydaları dəfələrlə vurğulanır. Hipnoza gedən yol isə onu tətbiq edən insanın iradə gücü və maqnitizm bacarıqlarından asılır. Maqnitizm haqqında ümumiyyətlə mən heç bir şey bilmirdim. Əldə etdiyim məlumatlardan sonra insan orqanizminin elektrik və maqnit sahələri, bu sahələrin insanın həyatına, onun uğuruna, xoşbəxtliyinə və sağlamlığına necə təsir göstərdiyini öyrəndim. 

Aşağıda bəzi qeydlər vardır ki, bu qeydləri kitabdan seçmişəm və bölüşməyə çalışmışam. Seçilmiş konspektlərin özləri elə kitab haqqında təsəvvür yaratmağa kifayət qədər yardımçı olacaq. 

  • Kitabın ilk cümlələrində insanın uğur qazanmağının onun psixoloji xüsusiyyətlərindən tamamilə asılı olduğu izah olunur. Bu yolda maqnitizm və hipnozun əvəzsizliyi vurğulanır. Müasir həyatımızda NLP haqqında çox eşidirik. Kitab NLP haqqında olmasa da, NLP-yə qədərki hipnoz məktəbinin insan iradəsinə xidməti haqqında yaxşı məsələlərə toxunur. 
  • Keçmiş dövrlərdə maqnitizmlə əlaqədar kifayət qədər biliklər yaranmağa başlamışdır. İnsanları rahatlıqla maqnitik güzgülər vasitəsiylə hipnotik vəziyyətlərə salmaq mümkün olurdu. Odur ki, elmin bu günkü inkişafının buna necə rahatlıqla nail ola biləcəyinə inanmaq çətin deyil. Odur ki, davranışlarınızın iradəizin məhsulu olub olmadığı barəsində düşünün.
  • Letargiya, katelepsiya və somnabulizm haqqında təsnifatlar olduqca maraqlıdır.
  • Xüsusilə hipnoz. Hipnozun həqiqi real təbiəti haqqında tam məlumat sahibi olmasaq da, onun praktiki dəyəri çox yüksəkdir. Hipnoz son dövrlərdə olduqca marağımdadır. Bir şeyi isə unutmamaq lazımdır: hipnoz bizim bədənimizdən yayılan iradə gücümüzlə kənardakı insana, yaxud da öz-özümüzə təsir göstərə bildiyimiz iradə gücümüzdən başqa bir şey deyil. 
  • Avstryalı alim, kimyagər və baron Reyhenbax insan bədənin eynilə fiziki maqnit kimi cəlb etmə və itələmə xüsusiyyətlərinə malik olduğunu sübut etmişdir. İnsan hipnozdan öncə özündə maqnitizmi inkişaf etdirməlidir. İradə gücünü bədəninin hansısa nahiyəsinə toplamağı öyrənməli və maqnitik baxışla baxmağı öyrənməlidir. Bununla əlaqədar praktiki məşğələlər kitabda təsvir olunmuşdur. Onlar heç də çətin deyil. Şəxsən sınamasam da planlaşdırıram. 
  • Bizim qorxularımızın, arzu və istəklərimizin, şüurlu və şüursuz davranışlarımızın təbiəti ilə əlaqədar maraqlı və uzun olmayan praktiki məlumatlar var. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi