Oldboy

Gül və bütün dünya səninlə birlikdə güləcək. Ağla və sən tənhalıqda ağlayacaqsan. - Смейся, и весь мир будет смеяться вместе с тобой. Заплачь — и ты заплачешь в одиночестве

Yəni insanın nə vaxtsa yol verdiyi bircə səhv onun həyatını məhv edəcək rezonans doğura bilərmi? Yaxud da, bu səhv həqiqətənmi qisas almaq üçün bu dərəcədə əhəmiyyətli ola bilər? Hər şey səhvin kimə qarşı edildiyindən asılıdır. Hər şey səhvin digərinin həyatını, mənliyini necə dəyişdirdiyindən asılıdır. Ümumiyyətlə hər şey asılıdır. Əgər insan qisas almaq qərarını vermiş, bu yolda öz fantaziyalarını və ruhunun qaranlığını istifadə edibsə, qisas alacağı insan üçün işgəncələr qaçılmaz olacaq. Filmdə bir insanın digər insanın həyatını necə də tamamilə idarə edə biləcəyinin şahidi oldum. İnsan başına gələ biləcək bədbəxtliklərdən qorunmayıb. Sərhədlər isə çox nazikdir. Hətta aldığımız nəfəsin belə kainatda bizə qarşı doğurduğu müəyyən rezonansı vardır. Heç nə itmir, məhv olmur. Bütün bu dəhşətləri daha da dəhşətli edən unutqan olmağımızdır. Biz səhv edirik və sonra da onu unuduruq. 

Qum da, qaya parçası da, suya qərq olur. 
Ovçunun əlindən canını qurtarmış ceyran və ya quş kimi, sən də özün özünü azad etməlisən. 
Bəyəm mən hansı heyvandan pisəm? Yaşamağa haqqım yoxdu?  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi