Stethemmaniya #3

Ölümcül yarış - Смертельная гонка - Death Race Üçqat dünya çempionu Censen Eyms törətmədiyi cinayətə görə həbsxanaya salınıb. Qısa müddət ərzində həbsxana rəhbərliyinin niyyətləri aşkara çıxır: onlar Censeni digər qəddar cinayətkarla birlikdə ölümcül maşın yarışlarında iştirak etməyə məcbur etmək istəyirlər. Bu bir növ avto-qladiator yarışlarıdır. Müxtəlif odlu silahlarla və zirehlə təchiz olunmuş maşının arxasında oturduqdan sonra Censen azadlığına qovuşmaq üçün qarşısına çıxan hər şeyi məhv etməyə hazır olur. Amma o, bilir ki, ona söz verilən azadlıq sadəcə xülyadır. 

"Ölümcül yarış" başgicəlləndirən ekşn dərəcəsi, maraqlı personajları, qanlı atışmaları və güclü çəkiliş (rejissor, ssenari və operator işləri) işləri ilə özünə layiqli yer tutur. Bu filmi bir çox digər yadplanetli və texnoloji fantastika-kabus janrındakı kolleqa filmlərindən qat-qat yaxşı hesab etmək olar. Filmi sadəcə onun süjet və motivlərinə görə baxası olsaq, əlbəttə ki, darıxmış olardıq. Ona görə də bu filmi qanlı yarışlar, atışmalar, əlbəyaxa döyüşlər xatirinə baxmaq lazımdır. Çünki süjetin banallığı daha sonra nəyin olacağını təxmin etməyə imkan verir (sonluq istisna olmaq şərtilə). 

Ceyson Stethem film üçün ondan tələb olunanları artıqlaması ilə yerinə yetirir: onun ailəsini qətlə yetirmiş insanlara qarşı amansız qisas hissi ilə alışıb yanan və ona verilən sözlərə aldanmayaraq xilas üçün özü tədbir görən əzələ dağı. Filmin baş rola tələb etdiyi obrazın qeyri-bəsitliyi Ceysonu film üçün ideal edir.  

Digər maraqlı məqam isə filmin ilk dəqiqələrindəki mesajlardır: bütün dünya insan haqları uğrunda aparılan mübarizədən ibarət kolizeyə çevrilib; dünyanı iri şirkətlər və sıravi insanlardan pul qazanan həbsxana rəhbərləri-biznesmenlər idarə edir; insanlar hər dəqiqə sosial iztirablara qarşı etirazlar nümayişlər edirlər. Bu gələcək haqqında təsəvvürlərin klassik təzahür formasıdır və "Ölümcül yarış" filmində də iştirak edir. 

Maraqlı məlumatlar: 1) Filmin rejissoru Pol.U.S.Anderson və Ceyson Stethem filmin daha realistik alınması üçün ciddi rejimli cəzaçəkmə müəssisə olan Korkoranı ziyarət etmiş və oranın bəzi elementlərindən istifadə etmişlər. 2) 80-ci illərin sonlarında "Ölümcül yarış" adlı kompüter oyunu çox məşhur idi. Oyunun məqsədi mütəlif yarış zolaqlarında qalib gəlmək idi. Avtomobillər filmdəki kimi silahlara sahib idilər - pulemyot, odpüskürən, raketlər, minalar, "kirpi"lər, maşın-terminatorlar". 

Müharibə - Война - War - Qorxunun idarə etdiyi dünyada həyatı haqq-ədalət xilas edə bilər. Federal Təhlükəsizlik İdarəsinin əməkdaşı olan Kroufordun adında zərərsizləşdirilmiş quldurların sayı heç də az deyil. Buna baxmayaraq naməlum və çox güclü intellektə sahib qatil onlara müharibə elan etdikdən sonra təhlükəsizlik orqanları aciz vəziyyətə düşürlər. Həmin andan ibarət olaraq agent Kroufordun həyatı  ölümlə olan fasiləsiz oyunlara çevrilir. Bu elə bir oyundur ki, insan həyatı dəyərsiz hesab  olunur və ən yaxın dostlar qatı düşmənə çevrilir. 

Qarşımızda kifayət qədər keyfiyyətli, maraqlı süjet xəttinə sahib kriminal döyüş filmi var. Ən əsası isə Jet Li və Ceyson Stethem kimi iki böyük döyüş aktyorunu görürük. Stethem sərt polis obrazını yaratmağa müvəffəq olmuş və 

Maraqlı məlumatlar: 1) Ceyson Stetham Jet Linin iştirakını öyrəndikdən sonra filmdə iştirak etmək qərarını qətiləşdirmişdir; 2) Filmin ilkin adı "Rogue" olmuşdur, lakin sonrada onun "Rogue Assassin" adlı analogiyası ilə qarışıqlarının yaranmaması üçün adı dəyişdirilmişdir. 

13 - Vins adlı gənc təsadüf nəticəsində sürətli pul qazanmaq yolunu öyrənir. Özünün də xəbəri olmada rus ruletkası adlı təhlükəli oyunda iştirakçıya çevrilir. O, dəhşətli dərəcədə qəddar və qeyri-insani proseslərdə iştirak etməli olur. Bu tamam ayrı aləmdi: burada insanlar pul uğrunda öldürülür. Açılan hər atəşdən sonra həyatda qalmaq şansı və istəyi azalır. Hamını öldürüb sağ qalsan belə bu o demək deyil ki, sağ qalacaqsan. 

Ceyson Stethem bu filmdə baş rolda iştirak etmir. Tamamilə epizodik rol olsa da, filmin süjet xəttini başa düşmək üçün açar personajdır. Qeyd etmək lazımdır ki, filmdə Stethemin hər hansısa qatqısı haqqında danışmaq mümkün deyil. Sadəcə xarici görünüşü diqqət cəlb edir. Eleqant və ciddi kostyum və xüsusilə də şlyapa onu qanqsterə bənzətsə də, yaraşır. Hər halda Stethemi görməyə öyrəşdiyimiz kimi görmürük. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi