Posts

Showing posts from February, 2014

Cim Lesinski - ZMOT

Image
Müəllif haqqında – Cim Lesinski Google şirkətinin  Çikaqoda yerləşən ofisində  “U.S Sales & Service” şöbəsinin müdiri vəzifəsində çalışır və 20 illik inteqral marketinq təcrübəsi var. Google-a gəlməmişdən öncə “DDB”, “marchfirst”, “Young & Rubicam” və “EuroRSCG” şirkətlərində rəhbər vəzifələrdə işləmişdir. Cim bu gün brend marketinq, data analizi, onlayn müştəri ehtiyaclarının müəyyənləşdirilməsi kimi müxtəlif marketinq sferalarında minlərlə çalışanlara yardım edir. Müəllifi tez-tez bir çox tədbirlərə, konfranslara və universitetlərə öz təcrübəsini və zəngin biliyini bölüşmək üçün dəvət edirlər. Müəllif incəsənət sahəsi üzrə Notrdamda bakalavr, İllinoys universitetində isə MBA üzrə magistr dərəsələrini almışdır. Cim sadəcə marketinqlə deyil, ifa etdiyi və ehtirasla sevdiyi cazla da məşğul olur. Onun cazz sahəsində zəngin kolleksiyası var və müxtəlif bloqlarda, müxtəlif insanlarla hobbisi ilə müzakirələr aparır və informasiya mübadiləsi edir. Gördüyümüz kimi bu insanın zəngin

Rey Bredberi - Mars Xronikaları - Рэй Брэдбери - Марсианские хроники

Image
         “Mars xronikaları” yazıçının 40-cı illərin ilk yarısında müxtəlif jurnallarda işıq üzü görən elmi-fantastik-fəlsəfi hekayələr toplusudur. Əsərdə 50-illərin ilk illərinə qədər amerikan cəmiyyətini narahat edən atom müharibəsi, daha prestijli həyat şərtləri arzusu, rasizm və senzuraya qarşı olan reaksiyalar, illər keçdikcə cəmiyyət üzvlərinin bir-birindən ayrılması kimi problemlər, elmi-fantastikanın dili ilə olduqca aktual və canlı üslubda yazılıb. Bredberi bizi gələcəkdə baş verəcək fəsadların qarşısını almağa çağırır. Bunu edərkən oxucuları öz təxəyyül gücünə heyran qoyur. Beləliklə, “Mars Xronikaları” Yerdə baş verən üçüncü dünya müharibəsi, Marsın insanlar tərəfindən kolonizasiyası, məskunlaşma zamanı aborigenlərin (marslıların) müqaviməti hekayələr toplusunun süjetini əmələ gətirir. Əlbəttə, süjetin konkretliliyi yoxdur, amma ingilislərin vəhşi amerikan torpaqlarını özününkiləşdirməsi zamanı amerikan hinduları ilə olan mübarizəsinə bənzər mövzular var və hekayələr bir-

Qravitasiya - Gravity - Гравитация

Image
          Doktor Rayn Stoun tibb mühəndisliyi sahəsi üzrə gözəl mütəxəssisdir. Leytenant Mett Kovalski adlı veteran astronavtın rəhbərliyi altında kosmosa yola düşən doktor, çıxılmaz vəziyyətlərə düşür. Kovalski üçün bu missiya təxrisdən qabaq son missiya olacaqdı. Lakin baş verən zəncirvari qəzalar onları soyuq, qaranlıq və nəhəng açıq kosmosda yalnız qoyur. Yerlə əlaqə itir. Çıxış yolları axtaran doktor Stoun inanılmaz hərəkətlər edir. Özünü toplayır və içindəki həyatın çığırtısına, yaşamaq hayqırtısına qulaq verir. Bütün bunları izləmək istərdinizmi? Bu yazılanlar sadə görsənə bilər, amma mükəmməl vizualizasiya izləyicini son anadək qəhrəmanların talelərinə görə qorxu və həyəcanda saxlaya bilir ki, bu da uğurlu nəticədən xəbər verir.

Frank Pavloff - Qəhvəyi Səhər - Франк Павлофф - Коричневое утро

Image
         “Qəhvəyi Səhər” Frank Pavloff tərəfindən 1998-ci ilin dekabrında yazılıb. Süjet və üslub olduqca sadədir: İki dost qəhvəyilərin formalaşan hakimiyyətini görə-görə laqeyd qalmağı seçirlər. Qəhrəmanlarımız heç nə hiss etməsələr də nəticələri görürlər: itlər, pişiklər, qəzetlər, kitablar və mediya rəngini dəyişib qəhvəyi olur. Qəhrəmanlarımız belə qərara gəlirlər ki, narahatçılığa heç bir lüzum yoxdur. Sadəcə qaydalara əməl etmək lazımdır. Yaxşı bəs qəhvəyilər dayanacaqlarmı, yoxsa daha da irəli gedəcəklər?

Oblivion

Image
Filmin süjet xətti belədir: insanlarla yadplanetli gəlmələr arasında baş vermiş müharibədən sonra yaranmış postapokaliptik dünyada öz missiyalarıı yerinə yetirən texnik Cek (Tom Kruz) və onun “komanda yoldaşı” Vika (Andrea Rayzboro) Yer planetində yaşayan axrıncı insan-işçilərdir. Onlar planetdən enerji əldə edən Ted adlı kosmik stansiyanın terminal keşikçiləri olan Dronların qayğısına qalırlar. Çünki Dronlar tez-tez hücumlara məruz qalırlar. Bir müddət sonra isə həqiqət üzə çıxır. Həqiqət isə həmişəki kimi acı tamlıdır.

Corc Oruell - 1984

Image
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ