Rameş Balsekar - Aydınlanmışlar üçün soraq kitabçası

 Kitabın rus dilində adı: Справочник для просветленных -  Рамеш Балсекар

Rameş Balsekar kimdir? - Rameş Balsekar uşaq yaşlarından Braxmanın real, bu dünyanın isə mücərrəd olduğunu özündə ehtiva edən Advayta-vedanta fəlsəfəsi ilə maraqlanmışdır. Şri Nisarqadatta Maxaracanın şagirdi olmuşdur. O, 20-dən çox kitabın müəllifidir. London İqtisadiyyat Məktəbinin uğurlu və ən parlaq məzunu olan Rameş Balsekar, Hindistan bankında icraçı direktor vəzifəsində də çalışmışdır. Mumbayidəki evində isə ömrünün son günlərinədək çoxsaylı qonaq qəbul edərək, müxtəlif təlimlərdən məlumat vermiş və öz yolunu izah etməyə çalışmışdır. 


Ramen Advaytanın ənənələrini təbliğ edirdi. Onun təlimi "absolyut" anlayışını ifadə edən və hər şeyin Braxmadan başlanğıcını götürdüyünü deyən fəlsəfi yanaşmalardan başlayır. Bu təlimdə azad iradənin tamamilə illüziya olduğunu və azad seçimin olmadığını görə bilərsiz. Tərtəmiz şüur seçim etmək bacarığına malik ola bilmir. "Mən" anlayışı isə təmizlik - aydınlanma halına varmağa imkan vermir. Balsekar deyirdi ki, həyat mövcuddur, amma fərdi iştirakçılar yoxdur. 

Aydınlanmışlar üçün soraq kitabçası - Düşündüm ki, maraqlı olar, lakin oxuduqdan sonra hər şeyin çox mürəkkəb və xaotik olduğunu gördüm. Rameş Balsekarı Oşoyla müqayisə etmək olar, amma Oşonun yazılarında az-çox sistem var. Müəyyən fəlsəfi yanaşmalar kontekst çərçivəsində qarşıdakı insana çatdırılır. Rameş Balsekarı başa düşmək isə yüksək təsəvvür qabiliyyəti və təcrübə tələb edir. Bu səbəbdən yolun başlanğıcında olan səyyahlar üçün bu kitab qeyri-müəyyən qala bilər və bu qeyri-müəyyənlikdə kitabın qısaca sitat formatında yazılmasının da payı var. 

Kitabda Rameş Balsekarın bütün həyatı boyunca görmək istəmədiyi "mən", başqa sözlə, eqo anlayışı, bu anlayışın edə bildikləri və edə bilmədikləri haqqında fikirlər var. Yüksək səviyyədə olan fatalizm məni çox təəccübləndirdi. Bu dərəcədə yüksək fatalizmə nə ehtiyac var? Bəlkə də, tale, qismət, alın yazısı və sairə kimi o romantik anlayışlar mövcuddu və həqiqətən də həyat sadəcə əvvəlcədən cizilmiş çoxstandartlı oyundur, amma hər halda mən bu yanaşmalardan qaçıram. Ona görə də Rameş Balsekarın yazdığı bu kitab mənim üçün heç də asan anlaşılan olmadı. Heç faydalı da hesab etmirəm. 

Sinopsis - Aydınlanmış şüur. Eqo. Mən. Mən illüziyadır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi