M.L. Abramoviç - Yəhudisayağı biznes. 67 qızıl qayda

Orijinal ad:  Михаил Леонидович Абрамович Бизнес по-еврейски. 67 золотых правил

Uzun müddət öncə gördüyüm bu kitab məndə böyük maraq oyatmışdı. Ən əsası isə beynimdə olan bir çox suallara cavabın olduğunu düşünmüşdüm: Niyə yəhudilər bu dərəcədə uğur qazanırlar. Onların müəyyən üsulları və sirləri olmalıdır axı. Sonunda oxumağa nail oldum. Oxuduqdan sonra özümə sual verdim: nə dəyişdi? Cavab: çox az şey. Çünki kitabın ilk səhifələri yəhudilərin eramızdan əvvəlki və orta əsrlərdəki tarixinin ultra-qısa tərzdəki icmalı oldu. Daha sonra mənə elə gəldi ki, sanki, hansısa dini kitabı oxuyuram. Tövrat və Talmud kimi kitablardan çoxlu dini rəvayətlər, əfsanələr və onların dini personajlarla olan qısa hekəyələri əks olunub. Bu prinsip kitabın sonuna qədər özünü qoruyub saxlayır. Müəllif bütün bu əxlaqi-etik normaları, qayda-qanunları iş həyatına tətbiq etməyə çalışsa da, bu onda çox zəif alınıb. Oğurluq etmək, yalan danışmaq, dilənçilərə pul vermək və sair kimi bu motivli anlayışların hər nə qədər sosial-iqtisadi həyatla sıx əlaqəsi olsa da, kitabın adındakı biznes sözünü doğrultmur. Biznes konkretlik sevir. Ona görə əslində dezinformasiya kitabın adından başlayır. 


Yəhudilərin uğurları haqqında başqa biliklərim də var və onları kitabla müqayisə etdikdə, onların bu kitabda çox səthi tərzdə yer aldığını gördüm. Bəzi məqamları həqiqətən də iş həyatı ilə əlaqəsini görmək olurdu. Əslində bu kitabın özünəməxsusluğudur. Çünki iqtisadiyyat və ya biznes əslində mahiyyət etibariylə sadə anlayışlardır: insanların gündəlik həyatlarında qurduqları sosial-iqtisadi əlaqələr məcmusu. Odur ki, biznesdə uğura gedən yol gündəlik anlayışlara fərqli yanaşmaların tətbiqi ilə mümkün ola bilər. Yəhudilər digər millətlərdən fərqləndirən də məhz bu xüsusiyyətdir: onlar dini və digər əxali-etik prinsipləri özlərinin gündəlik həyat tərzinə çeviriblər. Bu bizim üçün hər nə qədər uzaq və sirli proses kimi görünsə də, əslində mahiyyət sadədir. 

Yəhudilərdə istər iş həyatında, istərsə də gündəlik həyatda digər qeyri-yəhudilərə qarşı olan aşağılayıcı və düşmən münasibətləri isə təqdirəlayiq deyil. Bu onların ruhi bazisdə geriliklərini göstərir. Geniş mövzudur.

Hər halda kitab adını hərfi mənada doğrultmur. Çox dinilik də

oxucuya darıxdırıcı gələ bilər. Təkrar edirəm, hərdən mənə elə gəlirdi ki, mən sadəcə hansısa dini kitab oxuyuram. Bir çox məşhurların adları kitabın əvvəlində çəkilir və sonra onlardan əsər-əlamət olmur. Halbuki bir yəhudi təfəkkürünün, mədəniyyətinin nümayəndəsi kimi hadisələrə fərqli yanaşdıqlarının ətraflı təhlilini vermək mümkün idi.

Bu formatda kitab yazmaq çətin deyil. Çətin olan mövcud vəziyyətə bilavasitə tövhə verəcək formada elmi dəyərə malik təhlillər ortaya qoymaqdır. Görünür müəllif özünü əziyyətə verməyərək maraqlı adı olan kitab nəşr etdirmək istəyib. Diqqəti cəlb edən, lakin özünü doğrultmayan kitab kimi qiymətləndirərdim. Kitabın sonlarında müəllif, sanki, yuxudan oyanır və primitiv konkret iş həyatı məsləhətləri verməyə cəhd edir. Əgər sizin az da olsa iş təcrübəniz varsa, bütün bu yazılanlar banal olacaq. Başqa sözlə, oxumağa bir o qədər də dəymir.

P.S. Qaldı ki 67 qızıl qayda. Bu say sadəcə paraqrafların sayıdır. Həqiqi qaydalar sadədir. Müəllif isə öz aləmindədir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi