Stethammania #1

Kolibri effekti - Эффект колибри - Hummingbird - Keçmiş xüsusi təyiatlı Coe Cons yeni həyat qurmağa çalışır. O, Çin mafiyasına işləməyə razılıq versə də, doğma şəhərinin kriminal dünyasının dərinliklərinə qərq olduqca başa düşür ki, baş verən özbaşınalıqlara sakitcə dayanıb baxa bilməz. Coe ədaləti bərpa etməyə qərar verir. Araşdırmaları isə cinayətkar aləmin zirvəsinə gətirib çıxarır. 

Pis oğlanları cəzalandıra-cəzalandıra müasir kinematoqrafiyada öz sözünü deyən Ceyson Stetham, bu dəfə dramatik rolda özünü göstərdi. 

Filmin ilk dəqiqələri izləyicidə yüksək təəssüratlar yaratmır. Hərbi kontuziyalar və yaratdığı qorxulu, əzablı halüsinasiyalardan əziyyət çəkən səfil Coe, ağrılarını kütləşdirmək üçün içki və küçələrə sığınıb. 15 dəqiqə keçəndən sonra isə hər şey öz yerinə oturur. O, ayağa qalxmağa qərar verir. Klassik kostyum və həmişəki Stetham dəsti-xətti öz sözünü deyir. 

Nəticə etibariylə bu Coe adlı keçmiş hərbiçinin psixoloji problemlərindən ibarət filmdir. Ceyson Stetham üçün dramatik rolların ifası heç də asan deyil. O, silahlardan atəş açan və pis oğlanların ağız-burunlarını əzən ölüm maşınıdır. Buna baxmayaraq, Cou başa düşdü ki, insanlar sadəcə döyüş bölgələrində həyat uğrunda mübarizə aparmırlar. Mülki həyat da hərbi həyatdan heç də geri qalmır. Tələbləri yüksək olan insan cəmiyyətinin öz balalarına qarşı necə qəddar münasibət bəslədiyini gözəl təsvir edən film, məndə yaxşı təəssüratlar yaratdı. Bu filmdə "Adrenalin"-də olduğu kimi silahlı, "Daşıyıcı"-dakı kimi döyüşlü səhnələr yoxdur. Bununla bərabər Stethamda pis alınmayıb. Aktyor kiçik bir müddətlik olsa da, daxili ağrılar və onların fəsadlarını istiqamətləndirərək onları yaxşı təsvir edib. Qiymətləndirmə: 7/10

Müdafiəçi - Safe - Защитник - Yenə də Stetham çiçəklənir, süqut edir və çiçəklənir. "Müdafiəçi" filmi Stethamın sonuncu filmlərindəndir və onun sonuncu filmlərində oxşar tendensiyalar var. Daha "Daşıyıcı", Adrenalin" və onlara bənzər filmlərdəki kimi tam və dolğun döyüş səhnələri yoxdu. Görünür ssenari zəifliyindəndir. Sadəcə ssenari zəifliyi də deyil. "Müdafiəçi" filmində problemli, yersiz, və Stethamlik olmayan epizodlar var. Bu da avtomatik olaraq filmin dəyərini aşağı salır və izləyicilərin rəğbətini qazanmağa imkan vermir. 

Filmdə qeyri-müəyyən qalan məqamlar çoxdu. Suallar yaranır və cavablanmamış qalır. Məsələn filmin ilk dəqiqələrində Lyukum arvadını rus mafiyası öldürür. Lyuk şübhəsiz əzab çəkir, amma nə isə qisas haqqında düşünmür. O, qisasını almağa imkan əldə edəndə isə, sadəcə hədə-qorxu gəlir. Qisas üçün planlar qurmur, qisas hissi ilə alışıb yanmır. Nəticədə isə zəif süjet alınır. Qiymətləndirmə - 6/10

Parker - Паркер - Parker filmi olduqca sadə oğruluq, satqınlıq və qisas kimi motivlərə əsaslanır. Ceyson Stethamın son filmlərində ən
çox qanla rastlaşdığım film məhz "Parker" oldu. Çünki digər filmlərdə qan və deyərdim ki, atışma da azalıb. "Parker"-də isə nə vaxt baxsan Stetham qanlar içində zülüm çəkir və planlar qurur. 

"Parker"-i digər filmlərdən fərqləndirən cəhət əla strategiyanın mövcudluğudur. Məhz Parker tərəfindən addım-addım hazırlanan qisas strategiyası filmə həyəcan qatır və sona qədər maraqla izləməyə vadar edir. Digər vadaredici element isə Cenifer Lopezin mükəmməl canlandırdığı obrazdı. Mənfi obrazlar da vəzifələrinin öhdəsindən mükəmməl gəlirlər. Entuziyazm yüksək səviyyədədir. Çox razı qaldım. Qiymətləndirmə: 9/10

Məğubedilməzlər 1,2,3 - Неудержимые 1,2,3, - The Expendables 1,2,3 - Məğlubedilməzlər filmində Stethamın canlandırdığı obraz
filmin hərəkəteverici iki ən əsas obrazından birisidir. Barninin ən yaxın dostu və silahdaşı. Həm filmdə, həm də real həyatda. Bir-birilərini yaxından tanıyan və öyrənməyə davam edən iki yaxın dost. Hər çətinlikdə birlikdə. Stetham birinci seriyada uğursuz romantik kimi təsvir olunub. Fərqli kaloritdir. Döyüş səhnələri isə qane edir. Eyni zamanda onu da qeyd etməliyəm ki, məhz "Məğlubedilməzlər" sayəsində məndə Ceyson Stethama fövqəl-maraq yarandı.  Qiymətləndirmə - 9/10

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi