K-PEKS planeti - K-PAX - Планета Ка-Пэкс

Manhetten Psixiatriya Xəstəxanasına qara eynəkli qəribə adam gətirirlər. O, özünə Prot adı qoyub və iddia edir ki, işıq sürətindən də sürətli işıq şüalarında, bir göz qırpımında Yer planetinə gəlib. Təcrübəli həkim Pauell onun sirrini çox çətinliklə öyrənə bilir. Prot inandırıcı şəkildə K-PEKS planetindən gəldiyini iddia edir. Bir müddət sonra Mark Pauelli bəzi suallar maraqlandırır: bəlkə də Prot həqiqətən də yadplanetlidir. Əgər o, yadplanetlidirsə, bu bəşəriyyət üçün böyük imkanlar söz verir. K-PEKS planeti hər bir elementin yerli yerində istifadə edilərək, izləyiciyə böyük mesajlar çatdıran möhtəşəm filmdir. 

Aktyorlar - Kevin Speysi və Djef Bridcs filmin hərəkətverici qüvvələridirlər və möhtəşəm ifa yerinə yetiriblər. Bu iki obrazın və aktyorun bir-biri ilə münasibəti məni çox düşündürdü və bir çox hisslər oyatdı. Bu münasibətlər yüklü olaraq həkim pasiyent münasibətləri olsa da, həqiqət axtrışı prinsipinə əsaslanır. Prot hər nə qədər inkişaf etmiş cəmiyyətin üzvü olsa da, həkim Pauell də dərin zəka sahibidir və insan psixologiyasının sirrlərini öyrənmək istəyir. Həkim Pauellə biz birlikdə Protun sirlərini öyrənməyə çalışırıq. 

Psixologiya Psixoloji çalarları başa düşərək filmin "şəxsiyyət" haqqında olduğunu görürük. Hər şey hipnoz zamanı ortaya çıxır. Sözün düzü, hipnozun bu dərəcədə imkanlar yaratdığını göstərən çox film yoxdu. Prot o qədər sirlərlə dolu varlıqdır ki, Pauell məcbur qalır ki, onu hipnoz etsin və maraqlı da orasıdır ki, hətta hipnoz vasitəsilə olsa da, Prot öz sirlərini qoruyur. Pauell başa düşür ki, bu şəxsiyyət inanılmaz dərəcədə dəhşətli psixoloji travmalar alıb. Belə travmalar insan şəxsiyyətini tamamilə dağıtmaq gücünə malikdir. Buna baxmayaraq düşünmək olar ki, Prot yadplanetlidir və onun inkişaf etmiş şüuru hipnoza tabe olmamalıdır, lakin nəzərə almalıyıq ki, Prot insan bədənindədir və yer planetində insana aid olan bütün xüsusiyyətlərə sahibdir. Əlavə olaraq isə Prot fövləq-istedadlara da sahibdir (ultrabənövşəyi şüaların adi gözlə görmək və kosmik hesablamalar apararaq yeni uluduz yollarının kəşfi). 

Protun şüuraltı fəzasına keçid əldə etdikdə biz onun həqiqi şəxsiyyəti ilə yanaşı, eyni zamanda ideal dost olduğunu başa düşürük. Onu Yerə gətirən məhz onun yerli dostu və onu iztirabları olub. Bu məqamlar çox maraqlı və müəmmalıdır. Digər tərəfdən isə əazba kainatdan verilən əks-sədadır. Ümumi mənzərə çox təsiredicidir. 

Digər - Rejissor və operator işləri də məni çox qane etdi. Bu analiz müstəvisini izlədiyim filmlərdə az nəzərə alsam da, bütün rakurslar və səhnələr bir-birini tamamlayır və izləyicini filmin sonuna qədər ekrana bağlayır. Musiqi isə, rahatlıq və mehribanlıq dalğaları ötürür. Ən əsas məsələ isə filmin fantastika yoxsa drama olduğunun müəyyənləşdirilməsidir. Ən maraqlısı da orasıdır ki, bu film həm drama janrına, həm də fantastika janrına yeni baxış bucağı bəxş edir. Hər şey izləyicinin niyyətindən asılı olaraq dəyişir. Hər iki janrın elementləri minimalistcəsinə iştirak edir və deyərdim ki, çox gözəl kombinasiya yaradıb. (Super soundtracklər: burada

Film haqqında yazmaq və yazmaq olar. Çünki filmi hiss edirəm. Sadəcə epizodlarını yaddaşımda saxlamıram, onu hiss edirəm. Prot ideal insan, onun gəldiyi cəmiyyət isə ideal cəmiyyətdir. Belə utopiyalar hər zaman məndə xoş hisslər oyadır. Onun insan cəmiyyətində ötürdüyü mesajlar çoxdur. Filmin dünyasına tam daxil ola bildikdə, unudulmaz filmə çevrilir. 

Sitatlar:

       - Hökümət?
       - Ona ehtiyac yoxdur.
       - Qanunlar?
       - Nə qanunlar, nə də hüquqşünaslar yoxdur.
       - Bəs xeyirlə şəri necə bir-birindən fərqləndirirsiniz?        
       - Kainatda istənilən canlı xeyiri şərdən ayırmağı bacarır.
  • Biz kapeksianlılar uzun ömür yaşayırıq və artıq bunu başa düşmüşük. Kainat genişlənir, sonra daralır, sonra yenə genişlənir. Bu əbədi olaraq belə olacaq. Bilirsiz, kainat yenə genişlənəndə, hər şey eynilə indiki kimi olacaq. Həmin vaxt siz etdiyiniz səhvləri yenə də edəcəksiniz. Eyni səhvləri eynən və eynən edəcəksiniz, əbədi olaraq. Ona görə də məsləhət görərdim ki, bu həyatda doğru olanı edərdiniz, çünki sadəcə başqa şansınız olamayacaq. 
    - Mənim başım qarışdı. Bəlkə izah edəsiniz, niyə görə kosmosdan gələn yadplanetli,          mənə və mənim kimi digər insanlara bu dərəcədə oxşayır? 
    - Bəs yaxşı niyə görə sabun köpüyü yumrudur?
    - Niyə görə sabun köpüyü yumrudur?
    - Bilirsiz, savadlı insana görə siz həmsöhbətinizin sözlərini çox təkrar edirsiz. 
   - Sabun köpüyü yumrudur, ona görə ki, o energetik olaraq idealdır. Bu səbəbdən mən      Yerdə insan kimi, K-PEKS-də isə kapeksianlı kimi görünürəm. 





























Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi