Amerikalının ermənistandakı inanılmaz maceraları - Lost and found in armenia - Невероятные приключения американца в Армении

Sakitcə gündəmdə izləməyə nəyin olduğuna baxırdım ki, "Lost and found in armenia" (Невероятные приключения американца в армении) adlı filmə rast gəldim. Filmin təqdimatı isə belə idi: Günəşli Türkiyə sahillərində amerikalılar qayğısızcasına əylənirdilər. Onlardan biri isə bədbəxt sevginin fəsadlarını yaşayırdı. Nə gözəl qızlar, nə dəniz, nə də dostlar ona həyat eşqini qaytara bilmirdi. Anidən "xəfif külək" onun türk-azərbaycanlı cəsus kimi qəbul edildiyi dağlıq erməni kəndinə aparır. Burda insanlar onunla bilinməyən dildə danışırlar və ona qarşı çox qəddardırlar. Bu yazıq və özündənrazı amerikalı bir gün əvvəl heç ağlına da gətirə bilməzdi ki, onu atışmalarla, təqiblərlə, romantika və bir çox digər maceralarla zəngin gün gözləyir.

Hadisələrin bir qismi Türkiyədə, böyük hissəsi isə ya Qarabağda, ya da Azərbaycanla sərhəddə olan hansısa dağlıq ermənistan kəndində baş verir. Filmin ilk dəqiqələrindən amerikalıların meksikalı və türkləri təhqir etməsi ilə başlandığını rahatca görürük. Təhqirlə başlayan filmin sonrası necə olar? Daha sonra isə doğma əbədi problemlər ortaya çıxır. Absurd-süjetə əsasən Billini külək paraşütlə hansısa dağlıq erməni kəndinə aparır. Bu kənddə cammat qayğısız əyləncə içində yaşayıb gedirlər. Billini görəndə onu Azərbaycan cəsusu adlandırırlar və dərhal zəncirlə bağlayıb əsir alırlar. Daha sonra başlayırlar onun dindirməyə. "Ay baran", "Ay qoyun" deyib təhqir eləməyə cəhd edirlər. 

Film açıq-aşkar Azərbaycanı hədəf alsa da, bilmirəm bəlkə də qeyri-iradi olaraq amerikalıları da mənfi obrazda təqdim ediblər. Filmdə 90-cı illər xatırlanılır. Baş obraz Ani deyir ki, atası müharibədə "torpaqlarını" müdafiə edərkən şəhid olmuşdur. Daha sonra bir-bir obrazların verdikləri qurbanlar haqqında məlumat verir. Azərbaycanlılar bütün problemlərin kökü kimi qələmə verilir. Bizim amerikalı dostumuz da bütün bu nağıllara diqqətlə qulaq asır. Daha sonra Anini həmkəndçisi qaçırdarkən Azərbaycan əsgərlərinə əsir düşür. 2 nəfər Azərbaycan əsgəri isə zorakılıq və qəddarlıq nümayiş etdirərək onları əsir götürürlər. Billi isə (Amerika) onları xilas edir. Filmin sonunda müharibə pislənir. Məna isə belə çıxır ki, bu Azərbaycanlılar imkan versə biz müharibəsiz öz doğma və tarixi torpaqlarımızda rahat yaşayardıq. 

Bill azərbaycanlı kimi qəbul olunub əsir saxlanıldıqda Masax adlı erməni ona belə deyir: "Əşşi bəsdirin də, hələ bəs deyil ki, Stalinin hesabına bizim torpaqları zəbt edib, adını da Azərbaycan qoymusuz, hələ üstəlik qan da tökürsüz, amma sizdə o, müğənni var idiye, nəydi adı, hə Rəşid Behbudov. Çox gözəl oxuyurdu". Elə bunu deyəndə başa düşür ki, öz-özünü ifşa etdi.

Ermənistan cəmiyyəti filmdən böyük zövq alır. Fəxr edərək deyirlər ki, film tamamilə ABŞ tərəfindən rəsmiləşdirilib, qəbul olunub və "Oscar", "Sundance" və Golden Globe" kimi mükafatlara layiq bilinir. Filmi maliyyə cəhətdən dəstəkləyənlər ABŞ-a miqrasiya etmiş ermənilərdir (başqa sözlə erməni lobbisi). Yenə öz dünyalarının uydurma məlumatları, yenə mənasız milliyətçi düşmənçilik. Bu problem heç vaxt tam həll olunmayacaq. 

Film haqqında çox danışmağa dəyməz. Aburd. Hətta Antalya da erməni torpağı adlandırılır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi