Təcili foto - One Hour Photo - Фото за час

Foto-şəkillərdə çox vaxt xoşbəxtlik öz əksini tapır: doğum günləri, bayramlar və hər hansısa yığıncaqlar. Ailəvi albomumuza baxanda bizə elə gələ bilər ki, biz bütün ömrü boyu qəm-qüssə olmadan, qayğısız həyat yaşamışıq. Heç kim unutmaq istədiyinin şəklini çəkməz. 

Mən foto-atelyedə arıtq 20 ildir ki işləyirəm. Bu işi vacib hesab edirəm. İnsanlar yanğın zamanı ailəvi şəkillərini xilas etməyə hər şeydən öncə can atırlar. Bəziləri isə hesab edirlər ki, bu iş kontora işi kimidir. İstənilən axmaq 2 günə süni şəkilləri çap etməyi öyrənə bilər. Lakin bir çox iş kimi bu iş də göründüyü kimi sadə deyil. Mən şəkilləri, sanki, özümə çap edirəmmişcəsinə çap edirəm. İnsanlara xidmət edərkən onlara hörmət etmək lazımdır. Yoxsa indi çox yerdə aşağı keyfiyyətdə iyrənc formatda şəkillər çap edirlər. 

Yuxarıdakı sitatlar "Təcili foto" filmindədir. Robin uilyamsın baş rolda iştiakı ilə çəkilən film bizə adət etdiyimiz mövzulara tamam başqa rakursdan baxmağa imkan yaradır. Eyni zamanda dünyasını bu yaxınlarda dəyişən aktyoru bir daha tanımağa və yada salmağa vadar edir. 

"SavMart" adlı supermarketdə artıq 11 ildir ki, Say Perriş foto-atelyedə çalışır. Onun nə ailəsi, nə dostları, nə də qohumları var. Bütün həyatı səhər tezdən işə gedmək üçün yuxudan qalxmaq və işdən sonra televizora baxmaqdan ibarətdir. Bütün bunlarla yanaşı o pataloji perfeksionistdir. Evdə də, iş yerində də hər şeyin idealını istəyir.ş Həyatında yeganə əyləncə, körpəliyindən bu yana ailəvi fotolarını çap edə-edə özünə oğlu etdiyi Ceyk və onun anası Ninadır. Say özünü Ceykin əmisi hesab edir. Onun hər bir günü təsəvvüründəki ailə obrazını canlandırmaqla keçir. Bir gün öyrənir ki, Ceykin atası həyat yoldaşına xəyanət edir və Say buna dözə bilmir. İş orasındadır ki, Say özünü Yorkinlər ailəsinin qoruyucu mələyi kimi təsəvvür edir. Onların xoşbəxtliyi üçün müdaxiləyə özünə haqq qazandırır, buna son ana qədər inanır. 

Say Perriş adlı soft-manyakı canlandıran Robin Uilyams sadəcə möhtəşəm nəticələr ortaya qoyub. Filmi izlədikdən sonra məndə "soft-manyak" termini öz-özünə yarandı. Biz filmlərdə adətən manyakları müxtəlif kriteriyalar əsasında cinayət əməlləri törədən subyektlər kimi görmüşük, amma bu filmdə nə qan var, nə də ölüm. Filmdə, sanki, susmuş vicdanın və haqqın insan halında varlığı var. Hər nə qədər bu kənardan manyaklıq kimi görünsə də, Say fərqli birisidir. Onun psixoloji travması var. bunu filmin sonunda onun polis dedektivi ilə olan söhbətindən də açıq-aydın başa düşmək olur. O, orada izah edir ki, o, niyə hamıdan fərqli şəxsiyyət kimi yetişib. buna baxmayaraq o, hər hansıa qəddar seksual-manyak olmayıb. o. prinsipcə zərərsizdir. Onun istəyi sadəcə Yorkinlər ailəsnin xoşbəxt olmağıdır. Artıq 9 ildir ki, o, bu ailənin əbədiləşdirdiyi hər anı özündə də qoruyub saxlayır. 

Foto-şəkillər olduqca vacib əşyadırlar. Çünki onlarda bir an üçün həyatımızı əmələ gətirən hər bir şey sığışır. Xüsusilə xoşbəxtlik. Şəkillərdə xoşbəxt olmağa üstünlük veririk. Bu da öz növbəsində özünəməxsus üsulla özümüzü özünüməhvdən qorumaq üçün istifadə etdiyimiz yöntəmdir. Yalnızlığımızı məhv etmək, onu kiminləsə bölmək üçün biz foto-şəkillərdən istifadə edirik. Hər kəs özünəməxsus tərzdə yalnızlığının qiymətini ödəyir. 

Filmi triller kimi dəyərləndirmək olar. Ən əsası isə Robin Uilyams fanatlarına birmənalı şəkildə məsləhət görürəm. Filmin psixoloji fundamenti izləyicini sona qədər filmdən ayrılmağı irreal edir. İdeya sadədir: əlinizdə olanları itirməmiş dəyərləndirin. Psixoterapevtik seans effekti verir. Ona görə də filmi izlədikdən sonra xüsusilə ailəniz haqqında düşünəcəksiz. 

Yalnızlıq ümumi taledir,
Hamı onu dərk etmir,
Sən özünü aldatmaq istəmədin,
O da sənə cəhənnəm kimidir. 

(Fyodr Soloqub)


Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi