Largo Winch - Ларго Винч: Начало

Mən uğura inanmıram, təsadüfə də inanmıram. Mən inanıram ki, insan özü öz həyatının sahibidir. 

Larqo Uinç məşhur milyarder tərəfindən oğulluğa götürülən yetim uşaq idi. 26 yaşında Larqo atasının milyarlarda dollar dəyərində olan şirkətini miras alır. Böyük pullar eyni zamanda böyük problemlər deməkdir. O, Forbesin siyahısına düşsə də, dişlərini onun üzərinə qıcayan rəqbilərinin və yaxın dostlarının da siyahısına düşür. İndi onu hətta ən yaxın dostları belə satmağa hazırdır. Larqo döyüşü qəbul etməyə hazırdır. Yaraşıqlı və tənha döyüşçü oddan da sudan da keçməyə hazırdır ki, haqq-ədaləti bərpa etsin və şərin hücumlarını dəf etsin. 

Nəhəng şirkətləri ələ keçirmək və ya idarə etmək heç də asan məsələ deyil. Bu səbəbdən bütün vasitələr məqbuldur: satın almaq, cəsusluq, hətta qətl. Düşmənlər isə qeyri-müəyyəndir. Hətta Nerio Uinç də bu oyunlara qurban gedir, lakin onun düşmənləri bixəbərdirlər ki, Nerio hələ 26 il bundan öncə varis problemini həll edərək bəzi şeylərin qeydinə qalıb. 

Süjet izləyicini darıxmağa qoymasa da, nağılvaridir. Filmdə yer alan oyunları izləmək və onlar haqqında düşünmək maraqlıdır. Larqonun hərəkətləri Ceyms Bondu çox xatırladırdı və izləyəndə heç bir təbiilik hissi yaratmırdı. Bütün bu ssenari banal olsa da, ən azından təbiilik üçün kifayət qədər cəhd etmək lazımdır. Bu filmdə isə bunu görmədim. Sanki, ifrat dərəcə artistlik var. Mövzuları bir kənara qoysaq, izləyici dərhal başa düşür ki, növbəti addım nə olacaq və o addımlar da təbii ki yaxşıca ölçülüb biçilib. Operator işi və musiqi əladır. Aktyor komandası da pis deyil. 

Mövzular isə karyerizmin fəsadı olan və filmlərə, kitablara hər zaman mövzu olan ailəyə vaxt ayıra bilməmək, qisas və haqq-ədalət bərpası, satqınlar və onların ifşası və s. kimi mövzulardır. Mövzularda yeni bir şey olmadığından izləyici aktyor performansına, ssenariyə və digər buna bənzər məsələlər diqqət etməyə başlayır. 

Bir şeyi də qeyd edim ki, müxtəlif kino saytlarında bu film haqqında sistemli, maraqlı, faydalı və analitik resenziya tapmaqda çətinlik çəkdim. İzləyicilər film haqqında rahat fikir bildirə bilmirlər. Bəzi məqamlar var ki, elə ancaq onun üzərində dayanaraq nə isə yazmaq istəyiblər, nəticədə isə sadəcə dairənin çevrəsində hərlənə-hərlənə qalıblar. Bu da təkrarçılığa səbəb olub. Belə ümumilikdə isə izləməyə dəyərli filmdir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi