Ceyms Uayt - İnsansız həyat - Рэт Джеймс Уайт - Жизнь без людей

Təsəvvür edin ki, ən çox maraqlandığınız mövzuya aid bir kitab qarşınıza çıxır. Nə edərdiniz? Həmin dəqiqəcə oxumağa başlardınız? Şəxsən mən elə də etdim.

   “İnsanların sayının artması və bunun nəticəsi olaraq ekoloji böhranların və qlobal problemlərin yaranması” mövzusu məni həmişə düşündürür. Say dayanmadan artır. Sıxlığı bir kənara qoysaq, əsas məsələ məhz ekoloji müstəvidə özünü biruzə verir.

     James White 

Planetimizin ekoloji problemləri nə qədər aktuallaşırsa, bunun nəticələrini təsəvvürünə gətirməyi bacaran və onunla mübarizə aparmaq istəyən insanların da mövzu haqqında təcrübələri artır. Hər zaman qlobal problemləri gündəlik həyatıma daşımışam. Təbii ki düşüncələrimdə. Əslində bunu çox insan etsə bəlkə də nəyəsə ümid etmək olar. Romanımızın qəhrəmanı Todd isə konkret addımlar atmağa başlayır. Qısaca məlumat versəm məqbul olar: Todd sosial təminat departamentində çalışır və işsiz və hamilə qadınlara dövlət tərəfindən yardımın verilməsi üzrə mütəxəssisdir. İnsanların sayının sürətlə artmasına, planetin resurslarının istismarına və ekoloji problemlərin yaradılmasında insanı günahlandıran Todd radikal addımlar atır. O, ekoloji tarazlığın bərpası üçün insanların sayının azalmasını zəruri hesab edir. Qarşısında müftəxor hamilə qadınları görəndə çox əsəbiləşir və onlara abort, hamilə olmayan qadınlara və müraciət edən kişilərə isə sterilizasiya (sonsuz olmağı) təklif etməyə başlayır. İdeyaya özünü o qədər təslim edir ki, qısa müddət ərzində psix-manyak-qatilə çevrilir. Sonradan Toddun keçimişində psixoloji travmaların olduğu açığa çıxır və fanatikliyinin ağır nəticələrinə görə neçə-neçə günahsız insan əziyyət çəkir.

Roman bizə bir neçə şeyi göstərir: Fanatik olmağın insanın həm özü, həm də ətrafı üçün necə mənfi bir şey olduğunu, əsaslanmamış özbaşına hərəkətlərin fəsadlarını, uşaqlıq dövrünün travmalarının əslində heç zaman keçib getmədiyini, qlobal problemlərin həllində elmi yöntəmlərin tətbiqini nümunə göstərmək olar. Razıyam ki, bəzən insan bezir və radikallaşır – öz emosionallığını uzun zaman kəsiyində itirir. Belə olduğu təqdirdə həmin insan cəmiyyət üçün potensial təhlükə mənbəyidir.

Nə demək olar. Həqiqətən də insan faktoru planetimizin hər bir yerində özünü qabarıq formada göstərir. Ümid edirəm ki, say artımı ailə planlaşdırılması kimi qanuni və əsaslı yöntəmlərlə tənzim olunacaq. Bu lazımdır və vacibdir. Yoxsa Todd kimi planetin xilası üçün manyak-qatilə çevrilmək lazım deyil. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi