Posts

Showing posts from January, 2013

Çöküş - Bunker - Downfall - Der Untergang

Image
            Təqdimat: 1945-ci ilin apreli. Sovet qoşunları Berlində Üçüncü Reyxi mühasirəyə alırlar. Faşistlər, Fürerin bunkerində, gözlənilməz məğlubiyyətdən çıxış yolu axtarırlar. Hitler qaçış təkliflərini rədd edir və iddia edir ki, qələbə çox yaxındır. Bir qədər sonra isə o, artıq intihar ilə əlaqədar detalları düşünür. Cəlladların axrıncı sığınacağı, Sovet qoşunları ilə yanaşı, aqoniya və qorxu ilə də əhatələnib. Bunkeri tərk etməyə müvəffəq olanlar, başçıların və onların rejimlərinin çöküşünü izləyə biləcəklər. Təəssüratlarım: Adolf Hitleri hamı tanıyır, amma necə tanıyır? Bax sual budur. Filmin ən əsas özünəməxsus xüsusiyyəti, Hitlerin bir insan olaraq müharibədə məğlub olduğu zamanda nələr hiss etdiyini və nələr düşündüyünü bizlərə göstərməsidir - yazıq, xəstə, reallıqla xəyal dünyası arasında fərqi hiss etməyən, əlləri əsən və arxasında generalları bir-bir satqınlıq edən yorğun qoca, hansı ki, 50 milyon insanın ölümü onun adına yazılıb.

Tomas De Kvinsi - Tiryək Qəbul Edən Bir İngilisin Etirafları

Image
Əsərin ingiliscə adı: Confessions   of   an English Opium-Eater        Əsərin rusca adı: Исповедь англичанина, употреблявшего опиум Təqdimat: Bu kitabda romantizm epoxasının seçilən nümayəndələrindən olan Tomas De Kvinsinin, ən tanınmış əsəri yer alıb. Tomas De Kvinsi (16.08.1785-08.12.1859) ədəbiyyat və estetika üzrə bir çox tənqidlərin müəllifi və 18-ci əsrin ikinci yarısı, 19-cu əsrin birinci yarısının tanınmış şairlərindəndir. Əsər avropanın mədəniyyətində və 19-cu əsrdən etibarən rus ədəbiyyatında yadda qalan iz buraxmışdır. Üslub baxımından roman yazıçının avtobioqrafik portreti və fəlsəfi düşüncələridir.

Skafandr və Kəpənək

Image
  Filmin ingiliscə adı: The Diving Bell and the                              Butterfly Filmin fransızca adı: Le scaphandre et le papillon Filmin türkcə adı: Dalgıç ve Kelebek Filmin rusca adı: Скафандр и бабочка İnsan gözünü açır, o, xəstəxanadadır, ətrafında həkimlər var, onlar xəstənin ayıldığından xəbər tuturlar, yaxın gəlib çoxlu suallar verirlər. Pasiyent «mən hardayam?» sualını veirir. Yalnızca müəyyən müddətdən sonra başa düşür ki, o, öz bədəninin skafanrdında məhkumdur... tamamilə iflicdir... Dünya ilə əlaqəsi yalnızca bir gözü ilə gerçəkləşir (elə bu vaxt bədənimdən üşütmə keçir).

Janrlar və mən

Image
        Drama və Tragediya: Bu janrda kitablar çox oxumasam da, oxumağı niyə məqbul görürəm: əvvəla belə janrda daha çox film izləmişəm. Xüsusiylə də yapon filmləri. Aralarında eləsi olub ki, sözün həqiqi mənasında mənə əməlli başlı təsir edib. Məsələn Kuklalar filmini izlədikdən sonra 3-4 gün hipnoz olunmuş kimi gəzmişəm. Bu vəziyyət yadımdan çıxmaz. Ailə və sevgi dramları janrı əslində öyrədicidirsə, olduqca lazımlıdır. Əlbəttə yazıçının ya da rejissorun ustalığından aslıdır ki, müxtəlif insan simalarını yaratdığı əsərdə ifadə edə bilsin. Drama və tragediyalar bizə izdirab çəkən insanları göstərir. Freud demişkən biz film, teatr və kitabların vasitəsiylə normal həyatda hiss edə bilmədikərimizi hiss edə bilirik. Bu da bizim kifayət qədər xoşumuza gəlir.

Jean-Paul Sartr - Aydınlar Üzerine

Image
  Təqdimat: Aydın kimdir? Kendisini ilgilendirmeyen şeylere burnunu sokan, küresel insan ve toplum kavramı adına kabullenilmiş gerçeklerin ve bundan kaynaklanan davranışların tümünü sorgulama iddiasında olan biri midir? Bir işlevi var mı? Bu işlevini yerine getirmek için kim görevlendiriyor onu? Onun özelliği, hiç kimse tarafından görevlendirilmemiş olması, konumundan dolayı da kimseye borçlu olmamasıdır. Bu özelliğiyle o, canavarlaşmış toplumların ürünü bir canavardır. Onu hiç kimse istememekte, hiç kimse tanımamaktadır; söylediklerine duyarlı olunabilir, ama varoluşuna aldırılmaz. Ünlü filozof ve yazar Jean-Paul Sartre, üç konferans ve bir söyleşiden oluşan Aydınlar Üzerine başlıklı incelemesinde aydınları her yönüyle irdeliyor

Anatomiya və Anatomiya - 2

Image
Morqa xoş gəlmişsiniz xanımlar və cənablar! Anatomy – Süjet: Tibb sahəsində tələbə olan Paula Henning, Heydelberqdə çox məşhur universiteti qazanır. Orada isə praktika zamanı qatarda gördüyü oğlanın bədənini əməliyyat stolunda görəndə dəhşətə gəlir. Beləcə də Antihippokratlar təşkilatının izinə düşür. Elə onlar da onun izinə düşürlər... Təəssüratlarım: Tamamilə təsadüfən belə bir filmin varlığı haqqında məlumat aldım və hərgah ki, mən ujas və ya triller sevən adam deyiləm, baxmaq qərarına gəldim. Hannibal Lekter seriyası mənə daha çox cəlbedici gəlir. «Alman anatomiya»sı isə heç də pis təəssüratlar yaratmadı. Filmdə bəyəndiklərim bunlar oldu: 1) Anatomiya ilə əlaqədar bütün aspektlər yaxşı təsvir olunub. Almanlar bunu yaxşı bacarıblar. Tibblə əlaqədar tutorları, görünür ki, yaxşıdır. 2) Araşdırmalarım təsdiq etdi ki, bir çox tibb işçiləri filmi izləmiş və filmin, tibb işçilərini - əsasən cərrahları -  olduqca yaxşı təsvir etdiyini deyirlər. 3) İnsanları öldürən gizli tibbi

Çevrə - The Circle - Круг - Dayereh

Image
          Cəfər Pənahinin izlədiyim ikinci filmi. Cəfər Pənahi, kolleqaları Mahbalbaf və Kirostamidən fərqli olaraq, birmənalı şəkildə, heç bir qərb vasitələrini işə qarışdırmayaraq, İranda çəkilişlər edir. Bu filmdə bir çox İran filmi kimi sadə, amma dərin mənalıdır. Bu film başlanğıcından sonuna qədər İranda və İranın timsalında bütün Şərqdə qadına qarşı olan alçaldıcı hərəkətləri və düşüncələri bizlərə göstərir. Film müddətində bir obrazdan digər obraza keçərək – sanki çevrə üzrə hərəkət edərək – rejissor kiçik də olsa müəyyən bir qrupun iztirablarını bizlərə göstərib. Qız uşağı doğduğuna görə bədbəxtliyə məhkum olanlar çevrənin bir tərəfində, hansısa səhvlərinə görə azadqlıqdan məhrum olmuş, amma azadlığa yenidən qovuşmuş qadınların, azadlıqda «kişilərin» təzyiqlərinə məruz qalması, övladına yaxşı həyat tərzi verə bilmədiyinə görə ondan imtina edən kim, küçədə fahişəlik edən kim. Bu qadınların ortaq cəhəti odur ki, onlar hamısı «kişi»lərin təzyiqləri, düşüncəsizlikləri, mənəviy

Dahilik Parıltısı - Flash of Genius - Проблеск гениальности

Image
O, pul üçün mübarizə aparmırdı. O, haqq-ədalət, şərəf, ləyəqət üçün mübarizə aparırdı. Özünə və bu  mübarizəyə inandı. Ömür gün yoldaşı onu yalnız qoysa da, Bob (reallıqdakı adı Robert)  ideallarından əl çəkmədi. Əgər o, satılsaydı, ömrünün sonuna qədər narahat ruhla, başqa sözlə, vicdan əzabı ilə yaşayacaqdı. Çünki haqq-ədalət uğrunda aparılmış mübarizə doğru yoldur. Vicdanlı insan isə doğru yola xəyanət etməz. Bob kimi doğru yolda irəlilədiyinə inananlar sırasında mən bu dəqiqə ən əsas canlı örnək peyğəmbərləri gətirə bilərəm. Onlar bir dəqiqə belə ədalətə şübhə etməmişlər. Bu filmdən çıxaracağımız ən əsas nəticə bundan ibarətdir ki, əgər biz doğru yolda irəliləyiriksə, bilməliyik ki, bunun nəticəsi gec ya da tez ədalət olacaq! Bu çox çətin yoldur. Özünə inanmayacaqsansa sadəcə kənarda qalmalısan. Robert isə...

Liderlik yoxsa menecment? - köhnə söhbət

Image
Bu dəfəki yazımda, idarəetmə elmində çox məşhur bir mübahisə və ya müzakirə ilə əlaqədar fikrimi bildirməyi məqsəd qəbul etmişəm. Belə ki, idarəetmə elmində liderlik və menecmentin bir-biri ilə olan əlaqəsi çox böyük diqqət mərkəzindədir. Məşhur bir sual vardır: Hər lider menecerdirmi? Hər menecer liderdirmi? Hər ikisi eyni zamanda mövcud ola bilərmi?

Deadfall - Черный дрозд

Image
Süjet:  Bacı-qardaş olan Edisson və Liza, kazinodan oğurladıqları ilə birlikdə qaçışdadırlar. İşlər heç yaxşı getmir və onlar qəzaya düşürlər. Buna paralel olaraq eks-boksyor Cey (Jay) həbsxanadan çıxıb valideynləri ilə, şükranlıq günü üçün görüşə gəlməyə çalışır. Digər tərəfdə isə polislər bundan xəbər tuturlar və axtarışlara başlayırlar. Bəs yaxşı onların dünyası kəsişəndə nə baş verəcək? Janr etibariylə kriminal, dram və trillerdir.

L.Tolstoy - Yeniyetməlik - Л.Толстой - Отрочество

Image
           Tolstoyun «Uşaqlıq, Yeniyetməlik və Gənclik» (Детство. Отрочество. Юност) triologiyasının ikincisi «Yeniyetməlik»dir (Отрочествa). Burada da «Uşaqlıq» əsərində olduğu kimi insan qəlbinin analizindən söhbət gedir. Çox yazıçılar məhz bu mövzuya müraciət etmişlər, amma Tolstoy öz dəst-xətti ilə insan zəkasını qanadlandırır.

Ağ Şar - The White Balloon - Badkonake Sefid

Image
        Ağ şar – The White Ballon , Cəfər Pənahinin debütüdür. Azərbaycanın istedadlı oğlu Cəfər Pənahi, İranın ən məşhur rejissoru Abbas Kiarostaminin şagirdidir. Təəccüblü deyil ki, belə bir rejissorun şagirdi dünyaca məşhurdur. Bu filmlə C.Pənahi kinematoqrafiyaya uğurlu addımlarla daxil olmuşdur. Doğrudur, bu filmə qədər rejissor bir çox qısa metrajlı filmlər çəkmişdir. Rejissor İranda bir çox istedadlı Azərbaycan türkləri kimi təqiblərə məruz qalmış və zindanda olmuşdur. Rejissor haqqında ətraflı wkipedia məlumat üçün: buraya tıkla

Ray Kurzweil - Ruhi Maşınlar Dövrü - The Age of Spiritual Machines

Image
         Çarlz Babbage 1821-ci ildə Kembricdə öz otağında, qarşısında loqarifma cədvəlləri ilə yarı-yuxulu oturmuşdu. Başqa bir Kembric üzvü ondan nə fikirləşdiyini soruşdu. «Bütün bu sxemlərin maşınlar tərəfindən hesablanmalı olduğunu düşünürəm.» - deyə cavab verdi. Bundan sonra Babbage vaxtının çox böyük hissəsini proqramlaşdırıla bilən kompyuterin hazırlanmasına ayırdı. Tamamilə 19-cu əsrin mexaniki texnologiyasına əsaslanaraq hazırlansa da, Babbagein «Analytical Engine»-ni müasir kompyuterlərin əcdadı hesab edilir. Bax beləcə bəşəriyyətin yeni inkişaf erası başlamış oldu və hələ də davam edir.

Xalid Hüseyni - Min Möhtəşəm Günəş

Image
Kitabın ingiliscə adı: Khaled Hosseini - A Thousand Splendid Suns Kitabın rusca adı: Халед Хоссейни - Тысяча сияющих солнц       Kitabın türkcə adı: Khaled Hosseini - Bin Muhteşem Güneş             Təqdimat: Sevgi – böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq... Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan «Min möhtəşəm günəş » məhz bu mövzuya aiddir.

Federiko Andaxazi - Şəfqətlilər - Федерико Андахази - Милосердные

Image
  Fereriko Andaxazinin «Anatom» əsərini oxumuşam. Başqa sözlə, yazıçının ülubuna bələdəm. Təəssürat cəhətdən isə, yadımda qalan həm orijinal ideya həm də romanın dilidir. Hətta ideyadan da çox əsas, məncə, dil, «Anatom» əsərini tanıtdıra bildi. Sadəcə Federiko, bir az «dəcəl» yazıçıdır. O, əsasən +18 motivlərə üstünlük verir. Nəticələri isə kifayət qədər uğurlu alınır, mükafatlara layiq görülür və polemikalara səbəb olur. Müasir yazıçılar arasında, həqiqətən də sayılan, seçilən yazıçılardandır. Üslub etibariylə, qat-qat üstün olsa da, müəyyən mənada Andaxaziyə yaxın olan yazıçı Patrik Züskinddir (Andaxazi Züskinddən üstündür). Sadəcə yazıçının mənfi cəhətlərindən onu deyərdim ki, yazıçı ortaya ideya qoyub ətrafına çox söz yığır. Əlbəttə bunu pis və təcrübəsiz formada etmir, amma yenə də söz oyunu ki söz oyunu. Çox vaxt bunu sevmirəm. Böyüklər üçün nəzərdə tutulan horror, ujas, erotik və psixolojik   janra aid edilən bu kitab, yazıçının ikinci yaradıcıllıq nümunəsidir.

Viktor Pelevin - Empire "V" - Виктор Пелевин - Ампир "В"

Image
            Sinopsis: Qaranlıq otaq. Yarı-yuxulu vəziyyət. Bağlı əl-ayaq. Maskalı şəxs. «Mübadilə». Atəş. Çoxlu suallar. Təhsil. Yeni həyat. Sosial pillələr. Mənzərənin aydınlaşmağı. Acı həqiqət. Fəth. Oyunlar, oyunlar, oyunlar...... Süjet: Baş qəhrəman həyatının heç də yaxşı olmayan zamanında vampirə çevrilir. Vampirliyi ona öyrədirlər. Vampirlər belə düşünürlər ki, onlar insanları qidalanmaq məqsədi ilə yaratmışar. Bəs onlar doğrumu düşünürlər? Qəhrəmanımız isə dağlar-dərələr aşır (Герой попадает, как говорится, из грязи (человека) в князи (становится вампиром, наилучшим)). Kitabın mənası insanın pul, materialsit istəklərin arxasında necə qaçdığını və sosial pillələri göstərməsindədir.

Arizona arzusu - Arizona Dream

Image
             Bu film haqqında yazmamaq mən tərəfdən yolverilməz bir şey olardı. Hər epizodunu böyük maraqla və diqqətlə izlədiyim bu film məndə çox böyük təəssüratlar dənizi yaradıb. İzləyənlərə bu film haqqında oxumaq, məncə, pis olmaz. İzləməyənlər də filmi izləsələr və ən əsası anlasalar, çox şey əldə etmiş olarlar. Qısaca süjet, sonra isə anladıqlarımı yazım. Əlbəttə ki, ən əsası sizin bilavasitə filmi izləməyinizdir. Bilirsiz, Norveç meşəsində də (Haruki Murakami) belə bir vəziyyət var idi. Bu filmi də izləyib bəyənədiyimə görə belə bir nəticəyə gəlirəm: nə istədiyini bilməyən, bir limandan o birisinə üzən sərxoş gəmi kimi qalmış insanlar və onların dramları mənim diqqətimi cəlb edir. Biri var, tragediya, faciə, yəni sonu çox kədərli və ürəkparçalayan film və ya kitablar, biri də var bir az daha yumşaq dram. Mən Aksellə birlikdə kədərləndim, dərdinə şərik oldum, sevindim, öyrəndim. Arizona arzusu məhz belə bir şeydi.

Xalid Hüseyni - Çərpələng Uçuran

Image
Kitabın ingiliscə adı: Khaled Hosseini - The Kite Runner Kitabın türkcə adı:  Khaled Hosseini - Uçurtma Avcısı Kitabın rusca adı: Бегущий за ветром - Халед Хоссейни Təqdimat: Xalid Hüseyninin başgicəlləndirici romanı - «Çərpələng Uçuran» 21-ci əsrin ən əsas romanlarından hesab olunur. Yazıçı isə canlı klassik hesab edilir. «Çərpələng uçuran» dostluq və sadiqlik, satqınlıq və günah yumaqla əlaqədar gözəl bir əsərdir. Bu zərif əsərlə yazıçı elə bir sənət əsəri yaratmışdır ki, insan bu mənzərəyə daima baxmaq istəyir.