Michael J. Behe - Darvinin Qara Qutusu - Darwin's Black Box


1996-ci ildə Michael Behe, Darvinə qarşı “ağıllı dizayn” hərəkatını başlatdı. Darvinin qara qutusu kitabı National Review tərəfindən, 20-ci əsrin ən yaxşı 100 kitabı siyahısına daxil edildi. Təkamülə qarşı bir çox elmi işləriylə bu anlayışı işfa etməsinə baxmayaraq, sonradan təkamülün geçərliliyini qəbul etdi.
Çarlz Darvin haqqında çox eşitsəm də, onun haqqında və nəinki onun haqqında, ümumiyyətlə biologiya elminin əsrarəngizliyinin 11-ci sinifdə oxuyarkən, mərkəzləşdirilmiş imtahana xalamla (xalam biologiya müəlliməsidir) birlikdə hazırlaşarkən fərqinə vardım. Həmin dövrdə öyrəndiyim bəzi sadə və eyni zamanda da mürəkkəb məlumatlar mənim üçün çox vacib yenilik oldu. Mən bu gün dünya haqqında məhz həmin dövrdə əldə etdiyim biliklər çərçivəsində dəyərləndirmələr edir və yeni şeylər öyrənməyə can atıram. Elə buna görə də orta məktəb təhsili insan şəxsiyyətinin formalaşmasında inanılmaz dərəcədə əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin müqabilində isə hal-hazırdakı vəziyyət heç də ürəkaçan deyil. Bu artıq ayrı mövzudur.

Çarlz Darvin dünyada ən tanınmış insanlardan birisidir. O, dünyada ən çox tənqid olunan və eyni zamanda da, bir çox yeni elm sahələri və adamlarının yetişməsində vacib rol oynayan şəxsiyyət olmuşdur. İstər dindar olun, istərsə də olmayın, məncə, Darvinizm haqqında araşdırma aparıb haqqında öyrənmək maraqlı olar. Darvini hər nə qədər dindarlar sevməsələr də, eyni zamanda Darvinin hesabına öz mövhumatlarını insanlara yeridən insanları az görümürəm (yəni günümüz dünyasında). Çox maraqlıdır ki, dindarlar bəlkə də elm adamlarının özlərindən çox Darvindən faydalanırlar. Bəs yaxşı Darvin öz nəzəriyyələrini irəli sürərkən haqlı idimi? Bilirsiz bu suala hətta illərlərlə təcrübəsi olan biyoloqlar və elm adamları belə cavab verməyə cəsarət tapa bilmirlər, qaldı ki, mən buna cavab verim. Biz bilirik ki, Darvin öz nəzəriyyəsini ortaya atandan sonra mütəmmadi olaraq tənqidlərə məruz qaldı. Bu tənqidlərin mənbəyi sadəcə din xadimləri deyillər. Bir çox elm adamları da ona qarşı öz arqumentlərini təqdim edirdilər. Darvinizmin cavablaya bilmədiyi çox suallar var, amma sırf buna görə onun aşağılanmasını qəbuledilməzdir. Əgər siz XY adlı şəxs haqqında bir şey bilmirsinizsə, onun olmadığını deyə bilrəsinizmi? Bəyəm din hər şeyi izah edə bilir??
Michael Behe
Biz hamımız bu möhtəşəm sistemin necə yarandığının sirrini öyrənmək üçün alışıb yanırıq. Bir tərəfdə yaradılış nəzəriyyəsi, digər tərəfdə isə Darvinin nəzəriyyəsi var (prinsipcə ikisi də nəzəriyyədir). Bu nəzəriyyələrdən biri olan yaradılış nəzəriyyəsi deyir ki, hər şey anidən, birdən, Tanrı tərəfindən yaradılıb. Darvinizm isə deyir ki, hər şey mərhələ-mərhələ yaranıb, birləşdirilib, təbii seşmə vasitəsiylə güclülər həyatda qalır və canlılar şəraitə uyğunlaşırlar. İnsanlar adətən bu iki nəzəriyyədən birisinin tərəfində olurlar. Bəs yaxşı, belə düşünsək necə olar: bütün canlılar ali şüur tərəfindən dizayn edilərək, müəyyən mənada hissə-hissə birləşdirilmiş, başqa sözlə, yaradılmışdır. Əslində labaratoriyalarda gecə-gündüz ailəsini və özünü unudaraq çalışsan minlərlə elm adamı hüceyrələrin sirrini açmağa yaxınlaşa-yaxınlaşa bir az daha da əmin olurlar ki, canlılar ali qüvvə tərəfindən dizayn edilib  və dünyada və kainatda baş verən hər şey nizam-intizama tabedir və heç bir şey təsadüfi deyil (elə bu dəm, sevimli yazıçım Viktor Pelevini xatırlayıram: hər bir qanunauyğunluq təsadüfidir, hər bir təsadüf qanunauyğundur!). Anti-maddənin kəşfi bu məsələdə öz sözünü deyir. İntelektual təbəqənin yaradılış nəzəriyyəsini qəbul etməməkdə ən vacib səbəbləri şovenizmdir. Bundan əlavə səbəblər arasında tarixi və fəlsəfi nüanslar da var. Əslində intelektual təbəqənin yaradılışı qəbul etməməkdə göstərə biləcək əsaslı səbəbləri yoxdur. 
Bu abzasda təkamül termininə toxunmaq istərdim. Təkamül terminini bəzi insanlar “şeytan əməli” və ya çox təhlükəli bir şey kimi başa düşürlər. Halbuki, Darvin Qalapaqos adalarında Birəbitdənlər və onların dimdikləri üzərində apardığı müşahidələrdən belə bir nəticəyə gəldi ki, onlar vaxt keçdikcə dəyişilirlər və onların vahid bir atası var. Bunu bu günün elm də təsdiq edir. Darvin mikro təkamül terminini irəli sürməklə yenilik etmiş oldu. Mikro təkamül konsepsiyası prinsipcə sadədir. Bu ideya onu deyir ki, canlı orqanizmlərdə dəyişikliklər hiss edilməyəcək formada baş verir. Təkamül əslində inkişaf sözünün sinonimidir. Bir də makro təkamül var ki, şəxsən mən bunu elə başa düşürəm ki, bu mikro təkamüllərin birləşməsi və nəticədə də böyük fərqlər yaranmasıdır. Başqa bir olduqca maraqlı bir faktı nəzərinizə çatdırım: QİÇS virusları illər keçdikcə təkamül edərək, insanların dərmanlarına qarşı imunitet qazanırlar. Biokimya Darvinizmi ifşa etməyə çalışsa da, bu fakt, təkamülün hüceyrə bazisində olduğunu sübut edir. Əlbəttə, biokimya Darvinizmin hüceyrə bazisində yanıldığını sübut edən təcrübələrə də imza atmışdır. Diqqətlə baxsaq, Darvinin vəziyyəti bu gün heç də yaxşı deyil. Sadəcə Darvin də deyil. Elm irəliləyir və irəlilədikcə də müəyyən mənada tupikə dirənir, çünki molekulyar dərəcədə aparılan araşdırmalar bir çox şeyi izah etməkdə həm elmə həm də Darvinizmə şans tanımır.
Nə isə. Uzun sözün qısası, dünyada yaşayan insanlar tabularını dağıda-dağıda irəli gedirlər. Əvvəlcə arxeoloji qazıntılarla hal-hazırdakı canlılardan fərqli canlıların izləri tapıldı, bizdən milyonlarla il öncə nəhəng canlıların bu planetdə yaşadığı müəyyən oldu. Sonra Darvin gəldi və dedi ki, həyat insan ağlının qavraya bilməyəcəyi zamandan bəri mövcud olan bir həyatdan əmələ gəlmişdir. Sonra Enşteyn kainatın dəyirmi olduğunu  və zamanın nisbiliyini izah etdi. Müasir fizika bizə əşyaların boşluqdan ibarət olduğunu və kainatın müəyyən başlanğıcının olduğunu iddia edir. İndi isə Biokimya ilə dünyanın sarsılmasının vaxtı gəlib çatdı (müəllif biokimyaya çox böyük əhəmiyyət verir). Bu gün insan kosmosa çıxaraq günəş sistemini tərk edib, ondan kənarda nələrin olduğuna göz gəzdirə bilir. Bu gün elm sübut edib ki, kainat ucsuz-bucaqsız deyil. İnsan hələ yolun başlanğıcındadır. Biz daha hələ çox şoklar yaşayacağıq. Vaxt gələcək Darvinin də qara qutusunu dərk edəcəyik. İstənilən halda isə əsas məsələ etika və əxlaqdır. Elmi əxlaqsızca istifadə etdiyimiz müddətcə (ən azından Xirosiman və Naqasakini xatırlayaq) bəşəriyyət öz məqsədinə çatmayacaq (bəşəriyyətin məqsədi nədir?). Nəticədə biz insanlar, digər canlılarla bu qədər oxşar və bu qədər də fərqliyik. Baxaq görək tendensiyalar bizə nə göstərəcək.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi