Posts

Showing posts from August, 2012

Riçard Bax - İllüziyalar

Image
Biz kimik? Niyə varıq? Hardan gəlib hara gedirik? Bu həyatın mənası nədir? Ölüm nədir? Bu həyatın, kainatın qanunları nələrdir? Reallıq və illüziya nədir? Gələcək və keçmiş nədir? Dostluq nədir?.... İnternetdə diqqətimi cəlb edən İllusions, tam səmimi və inamla deyirəm, oxuduğum ən gözəl kitablardan oldu. Mövzusu, üslubu etibarıyla Paulo Ceolhonun Kimyəgar əsəri ilə müqayisə etmək olar. Fərqli cəhətləri odur ki, İllusions daha maraqlı, canlı, mistik, müəyyən qədər Kimyəgardan daha anlaşıqlı və ondan daha qəlizdir. Mistika, fəlsəfə, fantastika, drama və aviassiya. Bu dörd mövzu ideal proporsiyada qarışdırılmışdır. Kitabı oxuduqdan sonra, öz dəyərlər sistemimi gözdən keçirdim, indiyə qədər necə davranış göstərdiyim haqqında düşünüb, dünyaya daha fərqli gözlərlə baxmağa başladım. Kitabda mənəvi motivasiyaya ehtiyacı olanlar üçün xüsusi faydalı olacağını rahatlıqla deyə bilərəm. Əsər iki nəfərin münasibətindən bəhs edir. Belə ki, əsər özü iki nəfərdən ibarətdir. Bir tərəfdə

Xəz Paltolu Madonna - Sabahattin Ali - Kürk Mantolu Madonna

Image
"Her gün, daima öğleden sonra oraya gidiyor, koridorlardaki resimlere bakıyormuş gibi ağır ağır, fakat büyük bir sabırsızlıkla asıl hedefine varmak isteyen adımlarımı zorla zapt ederek geziniyor, rastgele gözüme çarpmış gibi önünde durduğum "Kürk Mantolu Madonna"yı seyre dalıyor, ta kapılar kapanıncaya kadar orada bekliyordum."   Kimi tutkular rehberimiz olur yaşam boyunca. Kollarıyla bizi sarar. Sorgulamadan peşlerinden gideriz ve hiç pişman olmayacağımızı biliriz. Yapıtlarında insanların görünmeyen yüzlerini ortaya çıkaran Sabahattin Ali, bu kitabında güçlü bir tutku nun resmini çiziyor. Düzenin sildiği kişiliklere, yaşamın uçuculuğuna ve aşkın olanaksızlığına dair, yanıtlanması zor sorular soruyor Əsərin mənim üçün xüsusi dəyəri var. Çünkü özümdən bəzi məqamlar gördüm. Olduqca maraqlı, düşündürücü və dramatik bir əsər. Başqa yollardan gedən iki insanın həyatları kəsişir və bu zaman həmişə yalnız olan Raif bəyin ruhu açığa çıxır. Raif bəy adi bir məmur

Təkamülün Sirləri - Mixail Boçkaryov (fantastik hekayə)

Image
Orijinal adı:  "Секреты эволюции" Михаил Бочкарёв Həcmcə kiçik olan bu hekayəni uzun-uzun yazılan və ciddi əhəmiyyəti olmayan fantastik əsərlərdən üstün gördüm. İnsanın özü və özündən əvvəlki hadisələr haqqında tısbağanın dilindən eşitməsi konsepsiya olaraq əladır. Əlbəttə çatışmayan cəhətlər, boşluqlar və zəiflik var idi amma maraqlısı da burasıdır ki, mövzud zəif məqamlar və qeyri-müəyyənliklər çox böyük narahatlıq yaratmır. Hekayəyə açıq-aşkar Hind, yəni Şərq fəlsəfəsi hakimlik edir. Yazıçı insan həyatını digər bir canlının gözü ilə sanki bizə çatdırır. İnsan həyatı tənqid olunur – insanın bu planetin harmoniyasını necə pozduğu bir daha xatırladılır, digər canlılarla insan tərəziyə qoyulur. Əsər fantastika, fəlsəfə və az doza da olsa da drama janrındadır. Hekayənin adı Təkamülün sirləridir. Əvvəlcə elə bildim elmi-araştırma tipində bir şeydi amma fantastika olduğunu gördüm. İnsan unutmamalıdır ki, təbiəti korlayaraq əslində o özü-özünü korlayır. Bir təbiət harmoni

Kəpənək - Kelebek

Image
“ Doğru bak. Aslında gerçekten de 11 eylülü Amerikalılar düzenlemiş ola..... Allahım sen bizi affet...” İnsan kainatın özetidir. Tıpkı bir ağacın çekirdeği gibi. Ağaçta ne varsa çekirdekte de o vardır. Çekirdekte ne saklıysa ağaç ancak o olur. Bundandır ki, kainatı anlatan insanı anlatır. İnsanı anlayan ise aslında bütün bir kainatı anlar. Sema ise ikisini birlikte anlatır. Bir birinden ayırmadan. Kimi semada kainatı bulur, kimi de kendini. Fakat kim ne bulursa bulsun, neticede herkes aynı yere varır. Çünki sema bir rehberdir ve onu takip eden herkes aynı dört duraktan geçip gider: 1.durak – kainatın oluşumu. 2.durak – Diriliş. 3.durak – Aşkla harekete geçmek. 4.durak – İnsan-ı Kamil. Filmin ilk dəqiqələrində Buşun: “Əgər bizim tərəfimizdə deyilsinizsə, terorçuların tərəfindəsiniz” video fraqmentini görürük. 11 sentyabr zənnimcə dünya tarixinə istiqamət verəcək hadisə oldu. ABŞ-ın əl-qolu açıldı amma bu hələ hamısı deyil. Şübhəsiz gələcəkdə çox daha fərqli şeylərlə qarşıl

Oşo - Seksdən Ali Təfəkkürə - От секса к сверхсознанию

Image
Sek oyundur və insanlar böyük məmnuniyyətlə bu oyunu oynayırlar. Bu kitabında Oşo bizlərə insanın həyatında vacib rol oynayan əks cinslə olan cinsi əlaqədən söhbət açır. Bir çoxları bunu hərfi mənada başa düşür. Oşo bu kitabında deyir ki, ailə həyatı ruhi bir şeydi və insanın aydınlanmasında rol oynayır. İnsanın intim həyatı onu yeni mərhələyə yüksəldir. Əlbəttə boş yerə demirlər ki, ölüm və orqazm kiçik ölümdür. Yüksək səviyyəli meditasiyanı da buna əlavə etməliyik. Oşo dünyada bir enerji növünün olduğunu – bunun da cinsi enerji olduğunu deyir. Digər hər şey: açılan çiçəklər, dünyaya gələn yeni həyatlar bunun nəticəsidir. Kitabda əvvəlcədən özümün də bir xeyli müddət üzərində düşündüyüm məqam öz yerini tapıb. Ailə həyatı və seks. Seksə görə ailə quranları qısa müddət ərzində peşmançılıq gözləyir. Çünki cinsi enerji özünü başqa formaya transformasiya etməlidir. Yəni daima bununla məşğul olmaq olmur. Ən azından belə düşünək ki, bununla məşğul olanlar sonlu varlıqlardır və prose

Oşo - Ölüm - Möhtəşəm yalan - Смерть - величайший обман

Image
Sevimli Oşo, ölümdən sonra ruhun itmədiyinə necə inanmaq olar? Ruh başqa həyat formasına çevrilir? Və ya kainata qərq olur? Mən heç vaxt sizdən nəyəsə inanmağı istəməmişəm. Mənim şəxsi təcrübəm mənə deyir ki, ruh ölümdən sonra başqa həyat formalarına çevrilərək yaşamağa davam edir. Nə vaxt ki, öyrənməyə bir şey yoxdur, nə vaxt ki, bütün suallara cavab tapılıb, nə vaxt ki, axtarış dayanır, nə vaxt ki, arzular aradan qalxır, aydınlanma, işıqlanma baş verir. Bu vaxt ruh sadəcə kainata qarışır. Ruhun başqa formaya keçməsi üçün həyata istiqamətlənmək lazımdır. Sən özün müstəqil ölüb doğulmursan. Mən istəmirəm ki, sən inanasan. Mən istəyirəm ki, sən axtarasan. Mənim dinim əbədi həqiqəti axtarmaqdır. Oşonun böyük ustad olduğunu bilirdim. Facebookda onun nitqlərindən müxtəlif sitatlar mənə kifayət etdi ki, mən belə bir qənaətə gəlim. Krishnamurtidən fərqli olaraq Oşonun dilini daha rahat başa düşdüm. Sanki qarşı-qarşıya oturub söhbət etdim. Youtube-də videoları da var. maraqlanan

Zehni qurtuluş - Zihinsel Kurtuluş - J.Krishnamurti

Image
Jiddu Krishnamurti – 13 yaşında dünya müəllimi seçilən Krishnamurti , həyatını dünyanı gəzərək, insanlarla, həyata və dünyaya aid söhbət edərək keçirdi. Ona Məsihlik yaraşdırılsa da  o, heç vaxt bunu qəbul etmədi. Onun üçün qarşılaşdığı hər kəs özü-özlüyündə bir şəxsiyyətdir. Bu səbəbə görə öyrətməkdən daha çox bölüşməyi prinsipi etdi. Yenə də dünyada milyonlarla insan ondan çox şey öyrəndi. İnsan həqiqətləri tapmaq istəyirsə, bütün doqmalardan, bütün şərtləndirmələrdən, bütün inanclardan, boyun əydirən bütün avtoritetlərdən arınmış olmalıdır. Əslində tam mənasıyla müstəqil olmalıdır və bu çox çətin şeydir. Bu ağacların altında oturub axmaq söhbətlərə qulaq asmaq üçün maşınla çıxdığınız səhər gəzintisi deyil. Həqiqəti tapmaq böyük bir səbr, mülayimlik və tərəddütlər tələb edir. Sadəcə kitab oxumağın bir dəyəri yoxdur amma əgər dinlərkən diqqətinizi bütünüylə toplaya bilsəniz, o diqqətin sizi çabalamaqdan xilas etdiyini görəcəksiniz və zehnin heç bir istiqamətə hərəkət etmədən

Empati - Empathy - Adam Fawer

Image
Qısaca mövzusu: Beyin strukturunda fərqlilikləri olan bir neçə uşağın dövlətin məxfi məqsədləri üçün empatiya bacarıqlarının istifadə olunmasından bəhs edilir. Daha sonra bu uşaqlar bu vəziyyətdən qurtulub bacarıqlarını istifadə edə bilməyəcək proseslərə məruz qalırlar. Kitab da bu bacarıqlarına yenidən qovuşmalarının təsviri ilə başlayır. Qulaq asmadan eşitmək, baxmadan görmək, toxunmadan hiss etmək...Özüylə eyni taleni yaşayan kor bir müəllim, fövqəladə güclərindən xəbərsiz həyata tutunmaya çalışan gənc ürəklər, güclərini pis məqsədlər, niyyətlər üçün istifadə edən şeytani insanlar....Həyacan verici, maraqlı və düşüncə dəyişdirici, öyrədici roman. Bəyəndiyim cəhətlər:                                         Bəyənmədiyim cəhətlər: 1)Orijinal süjet xətti və motivlər.              1)Təsvrilər çox uzun uzadı və xırdaçıdır. 2)Elmi üslubda yazılıb.                            2)Rahatıqla romanın nə ilə bitəcəyini sezmək olur.                                                       

Paylaşılmış Hekayələr - Asım Yıldırım

Image
“Merheba Yenigün” verlişi ilə səhərlər izləyicilərinin görüşünə gələn Asim Yıldırım bu dəfə də öz hekayə kitabları ilə oxucuların görüşünə gəlir. Bir çoxlarımız yəqin ki, onu tanıyırıq.Bu kitabda müxtəlif mövzulara aid kiçik həcmli, maraqlı, düşündürücü və ibrətamiz hekayələr yer alıb. Həcmcə kiçik olan bu kitabda həmişəlik yaddaşıma həkk olunan hekayələr oldu. Kitabı uzun əsərlər oxumağı sevməyənlər, ibtidai sinif şagirdləri və ümumiyyətlə dini, düşündürücü hekayələri sevənlərə məsləhət görürəm. İşdə, məktəbdə, universitetdə, evdə - qısaca 5-10 dəqiqəlik mütaliə etmək istəyənlərə bu və bu kimi kitabları çox məsləhət görürəm. Bənzəri kitablar sırasına İbrahim Refik kitablarını, Monteignenin “Denemeler” əsərini və Nihalə - İşdə Meditasiya kitabını nümunə vermək olar. Demək istədiyim odur ki, şərt deyil siz oturub saatlarla kitab oxuyasınız. Şərt deyil anlamaqda çətinlik çəkdiyiniz əsərləri, dişinizi dişinizə sıxıb, “mütləq bitirməliyəm” fikrinin hakimliyi ilə oxuyasınız. Belə

Waiting for "Superman" - Supermeni gözləyərkən

Image
Ümumi olaraq: Təhsli sistemi nədir? Yəni o nə işə yarayır? Kimə xidmət edir? Əslində asan görünən bu suallar ən çətin olanlardır. Bu sənədli filmi izləmək mənim sanki gözlərimi açdı. Niyə? Çünki bir tərəfdə ABŞ təhsil sistemi (və onun timsalında digərləri) digər tərəfdə isə sadə insanlar var. Övladına yaxşı təhsil vermək üçün dəridən qabıqdan çıxan insanlar var. Bu dünyanın hər yerində belədir. Valideynlər uşaqlarının bu həyata yaxşı yerləşmələrini istəyirlər. Əmin olmaq istəyirlər ki, övladları bu qəddar dünyada yaşaya biləcək. Bunun üçün bu günkü dövrdə bu arzuya, istəyə gedən yol yaxşı təhsildən keçir və bu sənədli film bizə sadə insanların təhsil sistemində qazandıqları təcrübələri nümayiş elətdirir. Sənədli film sadə insanların həyatnı əks etdirir və Bill Gates kimi şəxsiyyətlərin də fikirlərindən bəhrələnir. Yaxşı təhsil əlbəttə ki vacibdir. Ona görə ki, elmlə, ədəbiyyatla işıqlandırılan beyinlər cəmiyyətin inkişafında yaxşı rol oynayırlar. Əlbəttə ki, cəmiyyətin inkişafı deyən

Kağıt - Bir Sinan Çetin Filmi

Image
-          Bir sabah uyandınız ve birileri diyor ki size: sabah kahvaltısında zeytin yemek yasak. Nolurdu? -          Sabah kahvaltısına   zeytin yemeyiz. -          Yanlış. Her yasak kendi isyancısını yaratır. Zeytin severler bir örgüt kurarlardı. Üzerinde zeytin amblemi olan br bayrakları da olurdu. “Zeytinlere özgürlük” diye bir marşları da olurdu belki. Şimdi soruyorum size: Zeytin severler ayaklanıp dağa çıksa, dağa çıkanlar mı suçlu yoksa zeytini yasaklayanlar mı? Kağız bir çox şeyin simvolu ola bilər. Bu filmdə isə bu süründürməçi bürokratiyanın simvoludur. Bürokratiya isə dövlət deməkdir. Film bürokratik əngəllərin neçə - neçə insanı taleyini necə dəyişdirdiyi haqqıdadır. Yuxarıdakı cümlələr də çox maraqlıdır. Hər qadağa öz üsyançısını yaradar. Film də üsyanın üzərində qurulub. Film məni aşağıdakı suallar ətrafında düşünməyə vadar etdi: Dövlət nədir? Bu qədər yalançı izah ola bilməzdi: “Dövlət xalqın təşkilatlanmış formasıdır“. Dövlət niyə bu qədər mücərrəd və qor

Həkimlər!

Image
Yəqin ki, bir çoxlarımız müəyyən səbəblərə görə həkimlərə müraciət etmişik. Bir yerimiz ağrıyanda, nədənsə narahat olanda və ya əməliyyat olunanda. Köməyimizə isə həkimlər gəlir. Mən də həkim olmaq istəmişdim bir aralar. Həkimlərin vəzifəsi sadəcə resept yazmaq, kəsib doğramaqdır? Nə vaxtdan həkimlər insanların dostları olmaqdan çıxıblar? Nə vaxtdan həkimlər insanlardan fərqlənməyə başlayıblar? Palatada uzanan xəstənin bəlkə də dərmandan, əməliyyatdan çox gözəl bir söhbətə, inam aşılanmasına ehtiyacı var. Əslində həkim bizdən fərqli birisi deyil. “Bax qonşuluqdakı Məmməd həkimdi”. Mən də həkiməm. Sən də həkimsən. Biz həkimik. Öz həyatımızın həkimi bizim elə özümüzük. İnsanlar xəstələnirlər. Ya fiziki ya da mənəvi olaraq. Və onlar “xəstə” statusu qazanırlar. Eyni zamanda “həkim” statusunu da. Mənim həkimim sən ola bilərsən, ən azından mənə qulaq asmaqla. Yəni həkimlərin vəzifəsi insanlara kömək etməkdir. Təəssüf ki, bu günlərdə həkim sözünün dəyəri bir xeyli azalıb.... Müəyyən yerl