Posts

Showing posts from May, 2012

Tanış olaq: İndiqo uşaqlar

Image
Əvvəllcə İndiqo terminini izah edək – 1982 – ci ildə Nancy Ann Tappe “Həyatı rəng vasitəsiylə dərketmə” adlı kitabında bu termindən bəhs etdi. İlk dəfə bu kitabda uşaqların davranış formalarında sistemli olaraq izah edildi. Buna bənzər bir digər kitab da var – Lee Carroll və Jan Toberin müəllifləri olduqları “İndiqo uşaq – Yeni uşaqlar gəliblər” (ingiliscə adı: İndigo Child-The New Kids Have Arrived). Yazıçılar bu kitabı niyə yazdıqlarını belə izah edirlər: “ Biz valideyinlərdən yeni yeni problemlərin ortaya çıxdığını eşitməyə başladıq. Uşaqları çox qəribə davranışlar sərgiləyir və digərlərindən fərqlənirlər. Yaşlarına əks olaraq böyük insanlara xas təcrübələri bilirlər. Daha sonra mütəxəssislər də bu mövzuyla maraqlandılar və biz bu uşaqları araşdırma altına aldıq. Çünki onların başa düşülməyə ehtiyacları var. Gələcəyin ən parlaq şəxsiyyətləri onlar arasından çıxacaq” İndiqo uşaqlarının bir çox mənbələrdə bir çox izahı olsa da, əsas olan onların digər həmyaşıdlarından fə

İnsomnia - Yxusuzluq - Бессонница

Image
Dürüst polis yata bilmir çünki işdə aydın olmayan məqamlar var amma dürüst olmayan polis ona görə yata bilmir ki, vicdan əzabı çəkir. Məqsəd vasitəni təmizə çıxardır. Elə deyilmi? Alyaskada iki iki cür insan var. Burda doğulanlar və keçmişini unudmaq üçün bura gələnlər. Birinci aktyor tərkibindən başlayıram. Al Paçino + Robin Williams. Bəh bəh bəh. Elə filmə məhz bu aktyorlara görə baxdım. Filmin də bu dərəcədə yaxşı alınacağını zənn etmirdim. Bu iki aktyor sözün həqiqi mənasında möhtəşəm ekran əsəri yarada biləcək bacarıqdadırlar. Filmdə digər baş rolu Hilary Swank oynayır. Onun da performansını vurğulamaq lazımdır. Dedektiv, polis, qatil filmlərini çox sevmirəm. Çox vaxt ya başa düşmürəm ya da maraqsız gəlir. İnsomnia istisna oldu. Bu film inqilabi oldu mənim üçün. Bəli bundan sonra buna bənzər maraqlı və həyəcanlı filmləri axtarıb baxacam. Filmdə ən çox bəyəndiyim məqam bilirsiz nə oldu? Robbin Williamsın qatil rolunu oynaması. Adətən onu biz müsbət obrazlarda görm

Sweet Rain - Прекрасный дождь

Image
Ölüm bizə göstərəcək biz necə yaşamışıq... Yaponların baxdığım bir çox filmlərində çox güclü fatalizm var. Bəlkə də digər bir çox filmlərdə də bu var amma Yapon filmləri, animasiyalarında bu çox xüsusi olaraq vurğulanır. Bu filmi mən çox da bəyənmədim. Yeni bir şey də olmadı çünkü mən Meet Joe Black filmini izləmişəm. O çox daha maraqlı gəlmişdi mənə. Meet Joe Blacki film həvəskarları arasında geri salan bildiyim qədəriylə müddətidi (178 dəqiqə). Qaldı ki, bu filmə. Bəyəndiyim epizodlar oldu təbii ki amma o qədər də ürəyimə yatmadı. Meet Joe Balckin Yapon, şərq üsubunda olan oxşarı da adlandıra bilərəm (fərqlər var. olmaq məcburiyyətindədir amma onurğası eynidir). Filmdə həyat haqqında Yapon fəlsəvi düşüncələri və yüngül yumor var. Hər bir insan bu dünyaya müəyyən missiyanı yerinə yetirməyə gəlir və onu yerinə yetirdikdən sonra ölə bilər. Ölüm mələkləri var. Onlar gəlib insanları yoxlayırlar və bəzən güzəştə gedib ölümü təxir salırlar (qəribə və gülməli gəldi mənə). Filmdə Şi

Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)

Image
Kitabın arxa qapağından:  Maddi gözəlliyinizin arxasında gizlənən mənəvi möhtəşəm mənanızı kəşf ettinizmi? Görünməz bir əlin, bəxt, qəza, intuisiya, ilham görüntüsüylə həyatınızı istiqamətləndirdiyinin fərqindəsiz? Nə baş verir? Kainata hökm edən gizli bir əl damlalardan körpələr, kəpənəklər, çiçəklər, dağlar, dənizlər, gözlər dizayn edir. Onu tanıyırsınız? Həyata gülümsədiyiniz gündən bəri qəlbinizlə danışan o gizli əl sizə nə deyir görəsən? Ruhsal Zekayı oxuduqca, qəlbinizdə yüksələn günəş, ətrfınızda gülümsəyənləri gecənin qaranlığından xilas edəcək. Zəhmətkeş, ümidli, həyəcanlı, hüzurlu, qənaətcil, israrlı, ağıllı, sevimli bir sonsuzluk yolçusu olduğunu xatırlayacağsınız. İnancın, xoş niyyətin, müsbət hisslərin, israrın, qənaətgarlığın, ruhi münasibətlərin gücü və ilahi iradəni kəşf etmyə hazırsız? Ruhsal zeka, gizli bir əlin görünməz planının, maddəci elmin görə bilmədiyi sirrini açıqlayır. O gizli əl ilə dost olmağı seçərsəniz, kainatın qəlbinə daxil olarsınız. Kitab ha

Biutiful

Image
Xaviyer Bardem bəyəndiyim aktyorlardandır. Oynadığı rollar onu Hollivudun ən yaxşıları sırasına daxil edib. Filmi də ona görə izlədim. Razı qaldım. İlk dəqiqələrindən – “belə filmlər çoxdu da” fikri hakim olsa da ortalarına doğru fikrimi dəyişdim. Filmi bir neçə açar sözlə qısaca təsvir edsək: ölüm, vicdan əzabı, uğursuz həyat yoldaşı. 150 dəqiqəlik film olsa da sıxılmadım. Son vaxtlarda bir çox filmə baxmışam və bir çoxu da vaxt itkisi olub deyə bilərəm amma bunu bu filmə aid etmirəm. Yaxşı, dərin və tragik bir film. Filmin əsas obrazına diqqət etsək məncə filmlə maraqlananlara da yaxşı olar. Filmin baş obrazı qeyri-qanuni miqrantlardan pul toplayan və eyni zamanda onları polislərdən, dövlətdən, deportasiyadan qoruyan qoruyucu mələk, eyni zamanda adi insanlardan fərqlənən – ruhları görməyi bacaran Uqzbaldır. Filmin əsas motivlərindən biri də onun xərçəngə tutulmasıdır. İki az yaşlı uşağının olması vəziyyəti qəlizləşdirir və güclü finala səbəb olur. Finalda Uqzbalın qayğısına

Wall Street

Image
The mother of all evil is speculation. – Bütün şərin anası spekülyasiyadır (fırıldaq). Biz müxtəlif sistemlərin əhatəsindəyik. Biz bu sistemlərin kənardan görülə bilən qisimlərini görürük ki, bu belə də olmalıdır. Biz əsasən nəticələri görürük. Biz çox vaxt sistemin əmələ gətirən hissələri görmürük ki, bu belə də olmalıdır (görünməyən hissələri nəzərdə tuturam). Bəs bu sistemlər nəyi gizlədirlər? Əslində proses necə baş verir? Fikirləşdiyimizin tam əksi ola bilər? Ən əsası bu dünya necə bir yerdir? Böyük pullar və ortada olan insan taleləri. Filmdə birjaların necə işlədiyinə aid gözəl epizodlar var. Adi işçinin ağıllı strategiyası sayəsində ucalması və özünü çirkli mühitdə tapması təsvir olunub. Dəniz həyatında belə bir şey var : Böyük balıq kiçik balığı udur. İnsan həyatında hələ xüsusiylə maliyyə sistemlərində bu tamamilə özünü doğruldur.  Filmdə olan baş obrazlardan – Qordon Qekkonun hər jesti, reaksiyası və müxtəlif vəziyyətlərdə verdiyi qərarlar çox maraqlıdır. Əsl və qə

İnsan və ətraf mühit

Image
Doğumdan öncəki həyat –  hamıya aydın olan bir şeydi ki, insanın biyoloji inkişafı ana bətnində başlayır və bilavasitə ananın yaşadığı həyat təcrübələri ilə əlaqədardır. Başqa sözlə əgər ana stresli həyat tərzi keçirdirsə uşağın gələcəkdə müxtəlif aslılıqlara olan meyilliliyi də artır. Qan dövranı vasitəsiylə uşağa eyni zamanda müxtəlif informasiyalar da çatır. Məsələn qanda hormon miqdarı, qidalanma dərəcəsi və s. Tarixdə çox məşhur və yadda qalan bir nümunə var – 1944 Niderland qışı. 1944 – üncü ildə Faşistlər Niderlandda olan bütün qida ehtiyatını Almaniyaya göndərirlər və nəticədə 3 ay müddətində böyük aclıq olur. Yüzlərlə insan ölsə də, ən əsas nəticəsi o oldu ki, əgər körpə ikinci və ya üçüncü ay ərzində ana bətnində olubsa o zaman onun orqanizmi bəzi xüsusiyyətlər qazanıb. Dolayısıyla o dünyaya gəldikdən sonra müəyyən dərəcədə qlükoza və bənzəri digər qida maddələri çatışmazlığına hazır olur. Onların nəslindən olanlarda da yüksək qan təzyiqi, metobolizm problemləri olma ehtima

Kitablar və Marketinq

Image
Marketinq günümüzün ayrılmaz fəaliyyətlərində birinə çevrilmişdir. Əvvəllər bu sahə sadəcə məhsul və xidmət istehsal edən müəssisələr tərəfindən tətbiq edilirdisə bu gün bu fəaliyyət kitablarda (kitab da məhsuldur sadəcə əvvəllər kitablara tətbiq edilmirdi demək istəyirəm) daha da geniş vüsət alıb. Bu da bir çox insanda peşmançılıq hissinin yaranmasına səbəb olur (məndə belə hallar az olub).  Bu xüsusiylə xarici kitablara aiddir. Çünkü öz ökəmizdə hələ yeni yeni kitablar tərcümə olunur və yazılır. Hazırlanan kitablara da çox da iri həcimli marketinq fəaliyyəti lazım olmur. Tanınmış kitab evlərinə və internetə verilərək insanlara müəyyən qədər informasiya çatdırılır. Oysa xüsusən türk və xarici kitabların üz və arxa qapaqlarını reklam posterlərinə çeviriblər. Nə bilim New York Times mükəmməl dedi, filan yazar gecəni yatmadan bu əsəri oxudu, dünyanın 50 dilinə tərcümə olundu. Mənim sadaladığım cümlələrə qarşı ciddi bir antipatiyam yoxdur. Demək istədiyim əsas şey odur ki, hələ təzə təz

Bütövlük Yanılqısı

Image
Həyatımda tez-tez qarşılaşdığım bir vəziyyət var ki, bu yaxınlarda onu böyük filosof Albert Kamyunun fikirləri arasında gördüm: “ Başqaların həyatına qarşı hiss edilən həsəd. Kənardan baxdıqda başqalarının həyatı bütövdür. Öz həyatımıza baxdıqda isə dağılmış vəziyyətdə olduğunu görürük. Yenə də bir Bütövlük yanlıqısının arxasınca qaçırıq”- Albert Kamyu Yuxarıdakı cümlələr mənim fikirlərimi tamamilə əks etdirir. Ətrafımızda bir çox uğur qazanmış, tanınan insanlar var. Bizim kimi adi həyat tərzi olan gənclər də o insanlara baxıb düşünürük ki, hər şey necə də idealdır. O çox xoşbəxtdir. Görəsən mən elə ola biləcəm? Bəzən də ruh düşkünlüyü yaşayırıq. Belə hallar olur. Bir şeyi bilmək lazımdır ki, ətrafımızda olan həqiqi mənada uğur qazanmış insanlar çox böyük zəhmətin sayəsində bu gün tanınırlar. Sadə, hamının biləcəyi şeydi. Necə ki, doğru yolu bilməklə o yolda irəliləmək arasında dağlar qədər fərq var, burda da bənzəri vəziyyət var. Bir çoxlarımız bilir ki, onlar da əziyyət çək

Filmlərdə strategiya

Image
Elə filmlər var ki, biz orada çox yüksək strategiyalarla qarşılaşırıq. Aşağıdakı filmlərə baxarkən mən çox heyrətlənmişəm. “Artıq hər şey bitdi” fikrini beynimdə ora-bura çevirərkən, əslində hər şeyin böyük və çox ağıllı strategiyanın bir parçası olduğunu görürsən. Nəticə olaraq da bir xeyli müddət bunun haqqında düşünürsən. Aşağıdakı filmlər sadəcə mənim deyil, bir çox insanın bəyəndiyi və ən əsası çox əla düşünülmüş strategiyanın mövcud olduğu filmlərdir. Siz də əgər maraqlı və heyrətləndirici strategiyaları sevinirsinizsə məncə sadalanan filmlər sizə kömək olacaq. Sayıları çoxdur sadəcə mən ən çox bəyəndiklərimi yazıram. The İllusionist  –  Bu mənim “hamıyaməsləhətgördüklərim” kateqoriyasına daxil etdiyim filmlərdəndir. Sevgi,yalan, illuziya, yalan, illuziya və sevgi çəmbəri. Kifayət qədər çətin süjet xətti olsa da sonluq silkələyicidir. Strategiyanın gücü bax budur. Onun da təməlində yüksək zəka dayanır. Yaxşı düşünülmüş strategiya eyni zamanda tayı bərabəri olmayan illuziya