Posts

Showing posts from April, 2012

Məni düşündürənlərdən - Harry Escott - Unravelling

Image
Bu musiqi sanki məndən hesabat alır. Düşün. Fikirləş. Nələr etdin? Etdiklərinlə razısan? Etdiklərin kimlərə ziyan vurdu? Bəlkə bu vəziyyətdən çıxasan? Bir dəfə də cəhd elə. Digər tərəfdən də musiqi mənə sona çatan maceranı xatırladır. Son notlar, son ahənglər, son səslənmələr, son seçimlər. Musiqi mənə vicdan əzabını, təəssüf, məyusluq hissini xatırladır. Yalanlar haqqında düşünürəm. Bizə uşaqlıqdan bəri söylənilən yalanlar haqqında. Böyüdükcə formasını dəyişir, müxtəlif qılıqlarda qarşımıza çıxır. Təkcə belə olsaydı dərd yarı. Musiqi mənim özümü necə aldatdığım haqqında düşünməyə vadar edir. Necə özümü uyuşdurduğumu və ümid adlanan böyük güc və illuziya qaynağından imtina etdiyimi. Musiqi məni niyə iddialı olmadığım, niyə tez təslim olduğum və yorulduğum haqqında düşünməyə vadar edir. Sigmound Freud sevdiyimə görə tez-tez onun fikirlərini xatırlayıram (əlbəttə bütün fikirlərinə qatılmıram). “Hər şeyin bir səbəbi var” deyir Freud əmi. Yuxarıdakıların səbəbi nədir görəsən? Bu mu

Səndən yaxşıları və səndən pisləri

Image
Səndən yaxşıları həmişə olacaq narahat olma. Səndən pisləri də həmişə olacaq. Bu vəziyyətin elə özü yaxşı və pis terminlərini absurd edir. Əvəzinə nisbilik anlayışını sübut edir. Yenə də yaxşı və pis terminlərini istifadə etməyə davam edəcəm. Fikrimi izah etmək üçün. Standart insanların dilində danışmaq üçün. Bəs ən yaxşı olmaq olar? Üst sərdhəd. Şimal ucqar nöqtə? Məncə olar amma müvəqqəti. Sənin arxanca gələnlər də var. Onların da səni ötmək həvəsi, inamı və israrı var. Yolu yarıda buraxıb gedənlər də var sözsüz. Həmişə də olacaq. Qorxaqlar var xüsusiylə. Səndən yaxşıları həmişə olacaq. Bəs ruh düşkünlüyü yaradan faktorları, elementləri necə görməzdən gələk? Məncə nəticəni görməklə. Nə dərəcədə doğru fikirdir deyə bilmərəm amma uğur qazanmış insanların BİR ortaq cəhəti varsa, o da məhz budur. Onlar uğursuzluq dalınca uğursuzluq qazanıblar, ələ salınıblar, alçaldılıblar amma bu onlara nəticəni görməyə mane ola bilməyib. Onlar istədiklərinə hazırlaşıblar və hazır olduqlarında istədi

Erix Fromm - Marksın İnsan konsepsiyası

Image
Bu əsərdə Fromm marksın tarixi materializmini, Yadlaşma, sosializm, şüur və zorakılıqla bağlı ideyalarını analiz edir. Əsər tam diaqnostik cümlələrlə başlayır: “Tarixin ironiyasıdır ki, mənbələrin tamamilə əlçatan olmasına baxmayaraq, m üxtəlif nəzəriyyələrin təhrifi və səhv yozumları müasir dünyada sərhəd tanımır. Buna ən parlaq misal son onilliklərdə Marksın təliminin başına gələnlər sayıla bilər”. Frommun bu əsəri Azərbaycan üçün olduqca aktualdır. Həm də ona görə ki, təhrif amalqamalarına bürüdülmüş marksizmi çirkabdan təmizləyib geniş auditoriyaya təqdim edir. Frommun bu ideyalarının aktuallığını isə kitaba əlavə olunmuş digər mətn-Rusiya marksisti Aleksandr Tarasovun çox mükəmməl mühazirəsi gözəl əks etdirir. 

Shame - Utanc +18

Image
Əslində bu yazını yazmağıma bir az tərəddüt etdim amma “bəlkə də bu mövzuyla maraqlananlar var” fikri məni rahat buraxmadı. Dostlar, əgər +18 səhnələrindən narahat olursunuzsa, yəni belə şeylərə baxa bilmirsinizsə filmə baxmayın. Bunu normal qəbul edənlər isə filmin mənasına görə mütləq baxsınlar. Filmdə olan açıq-saçıq epizodlar şəhvətdən aslı insanın həyatını başa düşmək üçün vacibdir. Alışqanlıq  zəncirləri, əvvəl duyulmayacaq qədər xəfif ,sonra qırılmayacaq qədər güclü olur. - Arthur Schopenhauer Bu dərəcədə gözəl bir film. Treylerini bir saytda görən kimi, başa düşdüm ki, film müasir həyatımızın bəlalarından biri haqqındadır. Aslılıq: Narkotikdən, siqarətdən, spirtli içkilərdən, internetdən və seksdən. Film sonuncusu ilə əlaqədardır. Ən qəribə məqamlardan biri isə sadalanan xəstəliklərin müalicə üsulları prinsipcə eynidir. Bizim cəmiyyətimizə və mentalitetimizə yad mövzu olsa da, bu bunun mövcud olmadığı və olmayacağı demək deyil. Bəli, bizim cəmiyyətdə də narkomaniyanın

Good Will Hunting

Image
Riyaziyyatı yaxşı bacaran insanlara böyük hörmətim var. Əgər bunu bacaran insan üstəlik dahidirsə ondan soruşacağım çox şey olar. Will Hunting cəmiyyətdə mövcud olan bir çox avara adamlardandır. Buna baxmayaraq avaralardan fərqli olaraq onun ilahi vergisi var ki, bu da riyaziyyatdır. Film dahiyanədir. Bir tərəfdən o çox sadə digər tərəfdən çox mürəkkəbdir. Avara dahiyə necə kömək edəsən ki, o özünü həyatda itirməsin? Necə eliyəsən ki, o özündə bu vergini məhv etməsin? Ona müəllim, yol göstərən və dəstək verən lazımdır. Bunları isə mənim ən sevdiyim aktyor olan Robin Williamsın baş rolda canlandırdığı obraz  (Şon)yerinə yetirir. Ona kömək edir ki, öz yolunu tapsın.

The Five People People You Meet In Heaven

Image
“Bu Eddi adlı kişinin hekayəsidir amma onun həyatının sonu başlanğıc oldu” İnanılmaz, cəlbedici və dramatik bir hekayə. Bir şəxs ki, əslində ruhu bütün insanlarla əlaqəlidir. Bu böyüklüyünün isə fərqində deyil... Filmi çox bəyəndim. İnsana qarmaşıq hisslər yaradır. Filmə baxarkən eyni zamanda uşaqlıqda oxuduğum amma çox xoşuma gələn, araşdırma xüsusiyətli Raymond Moudinin – ölümdən sonrakı həyat kitabı yadıma düşdü. Kitab kliniki ölüm yaşamış insanlardan toplanmış məlumatlar əsasında hazırlanmışdır. Çatışmayan cəhəti isə sadəcə müəyyən qədər təsvirin olmasıdır (yəni natamamlıq var ki, əslində bu da normaldır). Film, əlbəttə ki yüz faizli olmasa da həyatda vicdanlı,dürüst, əxlaqlı yaşamış insanın ölümdən sorakı həyatının necə olacağını göstərir (bilinən bir şey olsa da). Beş nəfər var ki, Eddi onlarla görüşüb onlarla söhbət etməlidir. Onlar da onu orada gözləyirlər. 5 nəfər. Bəs olnlar kimlərdir? Eddinin həyatında çox mühim rol oynamış beş nəfər. Müəyyən qədər proqnoz vermək

Black Gold - Qara Qızıl

Image
Olduqca maraqlı bir film. Treylerin hələ Caspian Plazanın liftindəki monitorlardan görmüşdüm. Diqqətimi cəlb etsə də tapa bilməmişdim. Bu yaxınlarda internetdə rastıma çıxdı və düşünmədən yüklədim. Bir çox nüanslarla zəngin və düşündürücü filmdir: Qərb və şərq. Ata və oğul. Şükür və naşükürlük. Satqınlıq və sədaqət. Ağıl və qaba güc. Mənəviyyat və maddiyat. Çətinlik və mübarizə. Ölüm və doğum. Metomorfoz. Müharibə. Sevgi (mövzusu nə olursa olsun sevgi istənilən film və kitablar üçün təməl təşkil edir) və s. Ümumi süjet xətti kifayət qədər bilinən və ora-bura dalğalanmayandır. Əsas mövzu iki dünyanın – yeni və köhnə dünyanın qarşılaşması, iki müxtəlif həyata baxış tərzinin kəsişməsidir. Filmin mövzusu Şərq dünyasına qonaq gələn qərblilər olsa da, Qərblə Şərqin, İslamla Xristianlığın toqquşması deyil. Film sırf müxtəlif düşüncə tərzlərinin toqquşması və onun nəticələri haqqındadır. Əlbəttə ki, təəsüf hissinin müşayəti ilə. Bu qədər insan həyatına son qoyulması məndə təəsüf his

Saat

Image
İnsanlar saat adlanan cihaz kəşf ediblər. Hələ qədim dövrlərdən insanlar bu cihazla günün hansı hissəsi olduğunu rahatlıqla söyləyə bilirdilər. Qədim dövrləri deyə bilmərəm çünkü o dövrlərdə qum və günəş saatları var idi amma bu gün şükür Allaha hamının evində və qolunda olan saatları nədənsə mən elə insanların özlərinə bənzədirəm (Elektron saatları çıxmaq şərti ilə). Əsas oxşarlıq məncə həm insanlarda həm də saatlarda “Tik – Tak”ın olmasıdır. Ürək döyüntüləri tika-taka bənzəyir.Saat vasitəsiylə bizə lazım olan vaxta nə qədər zaman dilimin qaldığını öyrənə bilirik. Lazım olan vaxt çatanda vaxtdı deyirik. Tələsirik. Gecirik. Bəyəm biz özümüz elə saat deyilik? Biz də vaxtı göstəririk. Həyatımızın hansı zaman dilimində olduğunu göstəririk. Bəzən saatı tələsən bəzən isə saatı geri qalan insanlar görürəm. Bəzən otağımda sakitcə otururam və saat səsinin altında düşüncələrə dalıram. Saat səsi məni düşünməyə vadar edir hər zaman. Xüsusiylə balansımda nə qədər qalıb deyə düşünürəm. Nə qədər

Mübarizə aparmaq haqqında

Image
Bu yazını yazmağa məni soldan birinci gördüyünüz şəkil vadar etdi. Mənə o qədər təsir etdi ki, dayana bilmədim. Dedim şəkil haqqında nə düşünürəmsə, şəkil mənə nəyi xatırladırsa, şəkil məni digər hansı mövzular haqqında düşünməyə məcbur edirsə və ən nəhayət heç vaxt təslim olmamağın mənim həyatımda necə bir yer tutduğunu necə xatırlayıramsa onun haqqında bir iki şey deyim. Şəklə diqqətlə baxın. Quş (durnadı, pelikandı dəqiq bilmirəm) qurbağanı yemək istəyir. ok. No problem. Ovlayır və hazırlaşır yeməyə. Ancaq ki, yemək boğazdan keçir. Qurbağa isə onun boğazından tutmağa macal tapır. İş tamamdı. Artıq onu yeyə bilməyəcək. Yəni hamının zəif və stratejik yeri var. Sənə təhlükə yaranıbsa ya da mübarizə aparmalısansa doğru nişan almalısan. Bunu iş həyatından ailə həyatına, dost – tanış çevrəsindən təhsil həyatına qədər geniş tətbiq sahəsi var. Mübarizə aparmaq bizim təbiətdən bizə bəxş edilən sərvətlərimizdəndir. Nə vaxt ki, sən “mən bunu edə bilmərəm” ,   “ etməməliyəm” , “çətind

Super Qəhrəmanların Dəyərləndirilməsi

Image
Super qəhrəmanlar – Superman, Spiderman, Batman, X-man. Yaşca böyük və ən məşhurları. Həvəskar olaraq, yəni öz şəxsi fikirləmi bölüşəcəm. Nədə olsa bu qəhrəmanlarla əlaqədar zəngin təcrübəm var. Uşaqlığımda cizgi filmlərinə, filmlərinə, komikslərinə və ən nəhaytət  SEGA və Sony Playstation oyunlarına  böyük həvəs göstərmişəm. Bu günkü uşaqlar da məndən geri qalmırlar. Hal-hazırda isə bu super qəhrəmanlara münasibətim yaxşı olmasa da bu yazımda sadəcə onları təhlil edəcəm. Ən sevimli super qəhrəmanımdan başlayaraq:  Batman  – İntelekt səviyyəsinə görə məncə birinci sıradadır. Superman, X-man kimi qaba gücə dayanaraq fəaliyyət göstərmir. Doğrudur hamısının özünə görə İQ – su var amma Batmanda daha yüksəkdir. Stretegiya – məqsədə çatmaq üçün hazırladığımız yoldur. Hərbi sahədə ilk dəfə istifadə olunsa da günümüzdə demək olar ki, bir çox yerdə istifadə olunub. Batman qısa müddət ərzində strategiya hazırlaya bilmə bacarığı ilə mənim çox xoşuma gəlir. Filmlərində bu bir az qaranlıq qalıb

Minus Pişik Qız - Annie M.G. Schmidt

Image
Şübhəsiz ki, “Pluk van de Petteflet” Annie M.G. Schmidtin ən məşhur əsəridir. Lakin dünyanın qalan hissəsi üçün bu, “Minus”dur : bu kitab katalon, alman, ingilis, fransız, yunan, italyan, norveç, ispan və isveç dillərinə tərcümə olunub.  Juffrau Minus keçmişdə pişik olub. O xoruldayır, cırmaqlayır, xumarlanır və hələ də quşcuğaz görəndə pişiksayağı xoşhallanır. Artıq adi bir qız olsa da, hələ də arabir Miyouv-miyouv mahnısını oxuyur və “pişik dilində” dil-dil ötür. Bu istedaı onun sahibi, qəzetçi Tibbenin olduqca karına gəlir. Pişik Mətbuat Xidməti sayəsində, o, bir çox gizli və məxfi məsələlər haqqında məlumatlar alır. Düzdür, bu işlər ona müəyyən çətinliklər yaradır amma Minusun və onun çoxlu pişik dostlarının köməyilə hər şey əla qurtarır.  Kees Veens “ De Volkskrant” qəzetindən: “Minus şübhəsiz ki, gözəl kompozisiyaya malikdir. Kitabın əvvəlindən personajların, hadisələrin, məsələlərin verəcəyi bütün imkanlardan çox gözəl istifadə olunur. Hər şey bir-birilə sıx surətdə bağl

Adam Fawer - Olasılıksız - Improbable

Image
“Tale həyatımızın öncədən cizilmiş olması demək deyildir. Yolun tamamını deyil sadəcə yol ayrıclarını verir. İstiqamət bəllidir amma bütün döngələr bizə aiddir” Bir sabah, yıllardır görmediğiniz bir arkadaşınızı düşünerek uyandınız. Bir saat sonra, onunla sokakta karşılaştınız. Sizce bu sadece bir tesadüf mü, yoksa çok daha farklı anlamı olabilir mi? Siz hiç Loto'da büyük ikramiye kazanmadınız. Ama birileri kazanıyor. Hem de sürekli! Onlar sizden daha mı şanslılar? Şans nedir gerçekten? İçinizde bütün paranızı kırmızıya yatırmanız gerektiğini söyleyen bir his var. Bu his bir öngörü müdür? Yoksa daha fazlası mı? Yolda gidiyorsunuz. Kafanızı çevirip yandaki küçük parka baktınız ve bir anda bu anı daha önce de yaşamış olduğunuzu hissettiniz. Evet, Deja Vu. Sizce nedir Deja Vu; Geçmiş mi, rüya mı, yoksa geleceği mi görüyorsunuz?  Eğer siz de kontrölün kimde olduğunu merak ediyorsanız, 'Olasılıksız' tam size göre bir roman.  Kitabı oxumağımdan bir il keçməsinə baxmyar

Üstün Dökmen - Yaşama Yerleşmek

Image
Bəziləri bəzən dörd əllə sarılır həyata  Fərqinə vararaq, hiss edərək, anı yaşayaraq,  Bəziləri isə barmaq ucuyla tutur həyatı. Türkiyə və bizim ölkədə kifayət qədər tanınan Üstün Dökmen cənablarının Yaşama Yerşelmek (Küçük Şeyler silsiləsinin üçüncü kitabıdır) kitabı bir çox maraqlı və vacib məsələlərlə əlaqədar çox yaxşı məlumatlar çatdırır bizlərə. Yazarın TRT kanalında “Küçük Şeyler” başlığı altında verlişi də olub. Üstün bəy o səmimi üslubuya bizim millət olaraq həyatı nə qədər sahibləndiyimizdən , özümüzü həyatın hansı yerinə qoyduğumuzdan bəhs etmiş. Bunu edərkən də çox sadə üsuldan istifadə etmiş: Oturarkən stula necə oturursuz? Stula tam otura bilməyənlər eyni zamanda həyata da tam otura, yerləşə bilməyənlərdir. Problemləri olanlar və bu problemləri tam həll edə bilməyənlərdir. Əlbəttə istər yüzlərlə kitab oxu yenə də problemin həlli sənin özündədir amma yenə də belə kitablar bir təkandır, düşüncə tərzinin müəyyən dərəcədə inkişafıdır. Kitabı oxuduqca “Çox doğru”

Conversations With God - Allahla söhbətlər

Image
Və Tanrı ol dedi.... Kainatın bir sözlə ətrafımızın sirləri həmişə bizi düşündürüb. Hətta ibtidai icma quruluşunda ovdan qayıdmış, od qarşısında dincələrək səmada parlayan ulduzlara baxan kişiləri və evdarlıq edən qadınları da. İnsan yıxılır, ayağa qalxır və bəzi hekayələrin bir parçası olur. Məna axtarır. Məntiq axtarır. Kainata səslənir. Uzaqlara baxır. Halbuki Allah bizə şahdamarıızdan da yaxınam deyir. Hər şeyin bir səbəbi vardır əlbəttə ki. Dərk etmək çətindi bəlkə də amma başqa çıxış yolu yoxdur. Məncə nə olursa olsun onun varlığını yəni sevginin varlığını hər zaman hiss edib ruhi, daxili sülhü qorumalıyıq. İnsan qəribə canlıdır. Şükürlər olsun ki təbiətdə həm fiziki həm də əqli cəhətdən ən güclü canlıyıq. Çatışmayan cəhətimiz isə məqsədlərimizi tapa, müəyyənləşdirə bilməməyimizdir. Niyyətimizi müəyyənləşdirməməyimizdir. Belə olduqda biz bütün resurslarımızı boşa xərcləyirik. Bəziləri həyatını elə yaşayır (bu onlar üçün problem yaratmır amma)))).  Film əla al

Psixologiya mənim gözümlə: Empatiya

Image
Empatiya nədir? Empatiya özümüzü qarşımızdakı bir və ya bir neçə insanın yerinə, mövqeyinə qoyub, onların keçirdikləri hisslərə və düşündükləri fikirlərə yaxınlaşmaq və özümüzlə müqayisə etməkdir.  Bu gün cəmiyyətimizi diqqətlə izlədikdə bu problemin, yəni empatiyanınn olmamağının olduğunu çox aydın görürük. Ağlıma gələn ilk nümunə isə gənc nəsillə köhnə nəslin arasında olan anlaşılmazlıqlardır. Paradoksaldır əslində. Yaşlılar da nə vaxtsa gənc olublar və odur ki, gənc insanları keçirdikləri hissləri və yaşadıqlarını müəyyən qədər bilməlidirlər (Başım bundan çox çəkir). Doğrudur dünya çox sürətlə dəyişir. 30-40 ilin dünyası bu günkü ilə müqayisədə fərqlidir amma yenə də insan insandır və bəzi şeyləri başa düşmək o qədər də çətin olmamlıdır məncə. Nəsillərarası münasibətlərdə empatiyanın rolu çox böyükdür. Yalnızca bu deyil. Cinslərarası, sağlam insanlarla sağlam olmayan insanlar arasındakı, sosial təbəqələrarası empatiya və s. Siyahını uzatmaq olar. Əsas olan isə empatiyanın köməkl

Konfutsi - İşıq saçan sözlər

Image
  Adalet kutup yıldızı gibi yerinde durur ve geri kalan her şey onun etrafında döner. Alkışı en sessiz şekilde karşılayan, alkışı hak etmiş demektir. Ne aradığını bilmeyen bulduğunu anlayamaz. Araştırma yapıldığı zaman ancak bilgi artırılabilir; bilgi artırıldığında ancak istek samimi olabilir; istek samimi olduğunda ancak akıl ıslah edilebilir; akıl ıslah edildiğinde ancak özel yaşam iyileştirilebilir; özel yaşam iyileştirildiğinde ancak aile yapısı düzeltilebilir. Aile yapısı düzeltildiğinde ancak devlet düzen içinde yönetilebilir. Aşk, dört nala giden at gibidir, ne dizginden anlar, ne söz dinler. Aç midenin cezasını yorgun ayaklar çeker. Asıl bilgi insanın cehaletini tanımasında yatar. Akıllı insan kimseyle yarışmaz, böylece kimse onunla yarışamaz. Bildiğini bilenin arkasından gidiniz, bildiğini bilmeyeni uyarınız, bilmediğini bilene öğretiniz, bilmediğini bilmeyenden kaçınız. Bilgi insanı şüpheden, iyilik acı çekmekten, kararlı olmak korkudan kurtarır. Bilgiy

Her İnsan Hükümdardır - Orison Swett Marden

Image
Düşüncə dünyadakı hər şeyin sükanıdır və bu düşüncə gəmisinin sükanının əlində tutan da gəminin kapitanıdır. Kapitan da şəxsin özüdür. Ruhi vəziyyət və düşüncə bədənə hakimdir. Bəşər övladı xarakterini və quruluşunu bu düşüncə gücüylə heyəltəraş kimi yonur və formaya salır. Nəfsinə düşüncə gücüylə hakim olan insan, uğur qazanmaq üçün lazım olanın elə özü olduğunun başa düşəcək və özünün hökümdarı olmaya başlayacaq. Bunu bacarmaq və düşüncə sükanına istiqamət vermək, bir neçə təməl həqiqəti bilmək və onlara əməl etməklə təmin edilir. Bu kitabın də əsas məqsədi budur. Kitab əlbəttə ki, bir neçə səhifədən ibarət olsa da məqsədi birdir: Düşüncələrimizi bizə  necə təsir etdiyini göstərmək. O qədər nümunələr var ki, bitirdikdən sonra düşüncənin bu dünyada hər şeydən güclü olduğuna şübhə qalmır. Əslində isə düşüncələrimizə hakim olmaq kifayət qədər çətin işdir. Televizoru açıb xəbərlərə baxmaq istəyirəm və filan yerdə teror hadisəsi oldu falan yerdə də etiraz aksiyası oldu deyə xəbərləri eş

Saniyədə 5 sm - 5 сантиметров в секунду - Byousoku 5 senchimetoru

Image
Bizim  hər birimiz ikiyə bölünmüş insanın yarısıyıq. Ona görə də biz həmişə digər yarını axtarmağa çalışırıq və buna görə də sevgi ona çatmaq üçün göstərdiyimiz cəhddir – Platon Əslində sevgi nədir? O nəyə qadirdir? O tamamilə müxtəlif insanları necə birləşdirə bilər? O bizim həyatımıza necə daxil olur? Özüylə bərabər nə gətirir? İnsan həqiqətən də ona ehtiyacı var? və s. Görün nə qədər sual var. Bir çoxları həyatlarında bu sualların bəzilərinə cavab tapırlar. Bir çoxları isə cavab tapmadan ölürlər. Bəziləri onu xəstəlik bəziləri isə insana Allah tərəfindən bəxş edilən bir nemət olduğunu düşünürlər. Əsas olansa sevgi sözünü hər kəs özünəməxsus şəkildə başa düşməsidir. Saniyədə 5 santimetr animesi insanların sevdikləri zaman hiss etdikləri, ayrılıqları, saflıqları haqqında animedir. Animeni izlərkən məni ülvi,təmiz,saf,rahatladıcı,kədərləndirici,xatırladıcı və başqa bənzəri bir çox hisslər bürüdü. Animenin baş qəhrəmanları adi məktəbli olaraq görünsələr də çox dərin düşüncəli