Posts

Showing posts from March, 2012

Kuklalar - Dolls - Куклы

Image
Kukla nədir? İnsanın müxtəlif tamaşaları göstərmək üçün istifadə etdiyi və özü hazırladığı alətdir. Kukla insan tərəfindən idarə oluna bilir. Yəni müstəqil deyil. Aslıdır. Bəs insan kukla vəziyyətinə düşə bilər? Düşə bilərmiş. Filmin məqsədi də bunu göstərməkdir. Acı taleyin kuklaları. Tamaşada rollarını oynayıb daha sonra digər kuklaların saxlandığı yerə qoyuldular. Nə idi bu tamaşanın məqsədi? Kuklaları oynadan nəyi göstərmək,çatdırmaq istəyrdi? Bilinmir...Özünü çox xoşbəxt insan olaraq da hiss edən insanlar da kukladırlar? Yəqin ki. Böyük bir tamaşa oynanılır. İzləyicilər necə? Bəyənirlər bu tamaşanı? O da bilinmir. Bilinməyən çox olsa da bilinən odur ki, əzab çəkənlər var. Həmişə də olacaqlar. Olmaması üçü insan insanlığını itirməlidir. Çünkü bəzi şeylər sadəcə olmalıdır (Fatalizm).  Aktyor performansı və filmin çəkiliş prinsipləri Asiya qitəsinə, daha doğrusu Yopaniyaya xarakterikdir və odur ki, qeyri-adi nə isə yenilik gözləmək və ya Yapon filmləri arasında ciddi fərqlənəcək

Ловцы забытых голосов - Hoshi o ou kodomo

Image
Hər millətin,sivilizasiyanın paralel dünyalar və ölümdən sonrakı həyat haqqında müəyyən qədər təsəvvürləri var. Dastanlar,əfsanələr,rəvayətlər və nağıllar bizə bunu deməyə əsas verir. Əlbəttə fərdlərin bu mövzular ətrafında düşüncələrini, təsəvvürlərini bilmək yaxşı bir şey olsa da bu heç də həmişə mümkün olmur. Fərdlər də müəyyən mədəniyyətlərin yetişdirmələri olduqlarından onların da fikirləri,düşüncələri maraqlıdır.  Yaponların xüsusiylə anime sahəsində zəngin təcrübələri var. Minlərlə animelər olsa da, mən yenicə baxdığım Makato Sinkayın – Unudulmuş Səs Ovçuları animesini bəyəndim. Makato Sinkay anime sahəsdə kifayət qədər tanınan birisidir. Mövzusu tamamilə nağılvari olsa da və ciddi mənası olmasa da xoşuma gələn ən əsas cəhəti, insanın istəkləri arxasınca bu qədər uzaqlara gedə biləcəyinin təsviridir. Mənə görə animenn kuliminasiya nöqtəsi Marisakinin qurbanlar vermə epizodudur. Arvadını o dünyadan geri gətirmək üçün Allahın gəmisini qarşısında şagirdini qurban verən müəllim

Haruki Murakami - Norwegian Wood - Norveç Meşəsi

Image
Elə mövzular, hadisələr var ki, onları yaşamasan onlar haqqında oxuyub başa düşə bilməzsən. Bu filmlərə də aiddir. Həyatı boyunca əyləncə, kef və s. görən insan həyatın mənasını, sevdiyini itirmək, ruhi xaos vəziyyətində olmağı başa düşə bilməz.... Kitabın yazarı 20 – inci əsrin böyük Yapon yazıçıları sırasındadır. Xüsusiylə ABŞ və Avropa ölkələrində geniş oxucu kütləsinə malikdir. Başqa əsərlərini oxumasam da, bu əsərini “ağır” əsər olaraq adlandırardım. Həssas insan deyiləm amma çox qəribə təsir elədiyini deyə bilərəm.  Romanın mövzusu 1960 – ci illərin sonlarında Tokyoda universitetdə oxuyan, bir az özünə inamı olmayan bir az da asosyal və bir az da özünü loser kimi hiss edən Toru Watanabın hekayəsidir.  Watanab uşaqlığını bir digər dostu olan Kidzuki və bir də Nauko adlı qızla keçirmişdir. Kidzukinin intiharından sonra Watanab Tokyoya gəlir və Nauko və universitetdə rastlaşdığı Midori ilə məhəbbət üçbucağı yaşayır. Romanın baş qəhrəmanı Watanab musiqiyə, ədəbiyyata, içməyə mara

Milan Kundera - Varolmanın Dayanılmaz Hafifliği - The Unbearable Lightness of Being

Image
"Şəhvət ehtirasdır, sevgi isə şəfqətdir. Şəhvət arzudur, sevgi isə arzusuzluqdur. Şəhvət acgözlükdür, sevgi isə paylaşmaqdır. Şəhvət başqasını bir vasitə olaraq istifadə edər, sevgi isə digərinə öz içində bir məqsəd olaraq hörmət edər. Şəhvət səni yer üzünə, palçığa bağlı saxlayar və əsla bir su zanbağı halına gələ bilməzsən. Sevgi səni bir su zanbağı edər. Sən ehtirasın, hirsin, acgözlüyün palçıqlı dünyasının üzərində yüksəlməyə başlayarsan. Sevgi enerjilərin çevrilməsidir. Filmi bir neçə başlıqaltında analiz edək: Xilas:  Thomas və Sabina cəhənnəmdə yaşayırlar. Onlar həqiqi sevgini hiss etməmiş, yaşamamışlar. Heç xilas da olmaq istəmədilər. Thomas bəlkə də məcburiyyətdən, Sabinanın çıxıb gedməsindən sonra tək qaldı amma Sabinanın özü xilas olmaq yolunun seçmədi. Bəli. Bizim qarşımızda seçimlər var. Tereza Thomasın, Franz isə Sabinanın xilaskarıdır.  Sevgi:  Xilaskarların arxa fonunda sevgidir. Dəyişmək olardı brat amma istəmədin. Qorxdun da. Amma normaldı onu da deyim. Sən

Le Jouet - Oyuncaq - Игрушка

Image
Oyuncaq filmi. Yəqin ki, bu o filmlərdəndir ki, proqramda və ya anonslarda görəndə yenə də baxmaq istəyirsən. Fransa öz filmləri ilə o qədər də məşhur olmasa da mən Pyer Rişardın iştirak etdiyi filmləri Hollywood filmlərindən üstün tuturam. 1976 ci ildə çəkilən amma vaxt keçdikcə dəyəri daha da artan filmlərdəndir. 19 yaşım var və demək olar ki hər yaşımda bu filmə baxmışam. Təxmini 20 dəfə deyək. Hər dəfə də müxtəlif mənalar verib mənə. Uşaq vaxtı baxarkən sadəcə əyləncə, 10 – 18 yaşlarında da müxtəlif suallar kimi. Azərbaycan TV kanallarında da məşhur filmidir. Çoxunuz yəqin ki, baxmısınız bu filmə. Çingiz Abdullayevin belə bir çox gözəl fikri var: Əgər həyatda bədbəxtlər varsa, eyni zamanda xoşbəxtlər də var. Əgər qullar varsa, quldarlar də var. Əgər zəiflər varsa güclülər də olmalıdır. Hər şeyi insanın iradəsi, onun məqsədə çatma istəyi və xarakteri müəyyənləşdirir.  Xarakter isə şəxsiyyətin əsasıdır. Xaraktersiz həyatda heç bir şey əldə etmək olmaz. (Qanın üç rəngi romanı). B

Enşteyndən 10 dərs

Image
1. Marağınızı izləyin  - Mənim xüsusi bacarığım yoxdur. Mən sadəcə ehtiraslı dərəcədə maraqlıyam. 2. Mətanət qiymətsizdir  - Bu o demək deyil ki, mən çox ağıllıyam. Bu o deməkdir ki, mən sadəcə problemlərlə     çox məşğul oluram 3. İndiki ana fokuslanın  - Gözəl bir qızı öpən və bununla da ehtiyatla maşın sürən sürücü həmin an öpüşə lazımi diqqəti verə bilmir. 4. Təsəvvür güclüdür  - Təsəvvür hər şeydir. O gələcək həyatımızın öncəbaxışıdır. Təsəvvür bilgidən önəmlidir.  5. Səhvlər edin  - Heç vaxt səhv etməmiş insan heç vaxt yeni bir şey etməyə can atmayandır. 6. Anda yaşayın  - Mən heç vaxt gələcək haqqında fikirləşməmişəm. Get- tez gələcək onsuz da. 7. Dəyər yaradın  - Uğurlu olmaq üçün deyil, dəyərli olmaq üçün çalışın. 8. Təkrarcı omayın  - Dəlilik nədir? Eyni şeyləri edib müxtəlif nəticələr gözləməkdir. 9. Bilik təcrübədən yaranır  - Məlumat elm,savad deyildir. Savadın yeganə mənbəyi təcrübədir. 10. qaydaları öyrən və daha yaxşı oyna  - Sən oyunun qaydalarını ö

Küçələrə Su Səpmişəm

Image
Film mənə çox təsir etdi. Kədərləndirdi,düşündürdü,məyus etdi. Həyatımız kiçik – kiçik anlardan,saniyələr və mikrosaniyələrdən ibarətdir, elə deyilmi? Təsəvvür edin ki, bir anda anidən hər şey dəyişə bilər. Hər şey! Daha heç nə əvvəlki kimi olmuyacaq. Dəhşətli vəziyyətdir. Axı sənin arzuların, sevdiklərin var idi, xəyallar qurmuşdun, ümidlə və inamla gələcəyin haqqında düşünürdün. Sən gənc və idealist idin. Bir an, o qəddar an isə sənin başına bunları gətirdi. Sənə qarşı vicdansızlıq edildi. Sən tək buraxıldın, haqsızlığa uğradın. Bir-iki nəfərdən başqa sənə inanan olmadı. Allaha dedin. Dedin ki, bəs sən bilirsən axı mən günhsızam amma səs gəlmədi həmişəki kimi. Amma sən yenə də onu illər sonra evinə buraxdın. Çalışdın. Çox çalışdın və hətta müəyyən qədər də bacardın ki, ona qarşı kin bəsləməyəsən. Axı bu insan həyatında ən vacib məsələlərdəndir: sevdiklərini xoşbəxt görmək. Onu xoşbəxt etmək üçün də özünü fəda etdin. Bax beləcə bir ömür keçdi. Bəlkə də dözməzdin amma o olmasaydı. Hə

Gotye - Somebody That I Used To Know (feat. Kimbra)

Image
Adətən kitab və filmlər haqqında yazıram. Hansısa klip haqqında yazmaq barədə düşünməmişdim amma gördüyünüz kimi yazıram. Bu klipə hər gün bir neçə dəfə qulaq asır və klipini izləyirəm. Bilmirəm nə vaxta qədər belə olacaq amma çox xoşuma gəldi. Həm sözləri həm də musiqisi. Klipi isə xüsusi olaraq maraqlı gəldi. Klipdən üstün bir şeydi. 4 dəqiqə 3 saniyəyə sanki kiçik bir film yerləşdirilib. Müxtəlif insanların eyni,ortaq problemi işıqlandırılıb. Ağrı çəkənlərə “siz yalnız deyilsiz” deyilib sanki. Keçmişə nəzər salmaq imkanı da verib. Bəlkə sizin də “Somebody taht i used to know” statusunda bildiyiniz birisi var. Qadın və kişi münasibətləri. Biz kimdənsə xoşlananda onu sanki öz rənglərimizə boyayırıq. Beləcə dəyişirik, meotmorfoz keçirdirik. Dəyişiklik isə hər zaman risklidir və hətta təhlükəlidir. Dəyişiklik çox böyük anlayışdır. Həm müsbətə doğru həm də mənfiyə doğru dəyişiklik ola bilər. Əlbəttə ki, hamının mübəti,mənfisi,doğrusu və yanlışı fərqlidir. Ehtiyatlı olun. Klip bəlkə d

Çarli və Şokolad Fabriki - Charlie and the Chocolate Factory

Image
Şokolad dadlı bir film. Villi Vonka haqqında olan bu film məncə bir çox insanı düşündürə biləcək dərəcədədir. Ən əsası isə böyükləri uşaqlıq aləminə geri döndürəcək. Sadə mənası olan film heç də sadə çəkilməyib. Müxtəli kino effektləri ilə film çox kreativ və zəngin alınıb. İstər uşaqların istərsə də böyüklərin zövqünü oxşayacaq və buna paralel olaraq da düşündürəcək. Film ilk baxışdan görünən uşaq nağılı deyil. Bu film hər yaş dövrünə xitab edəcək xüsusiyyətdədir. Uşaq tərbiyəsi, əsl ailə xoşbəxtliyi, sevgi və saflıq atmosferi. Filmdə bunlar var. Villi vonka özünə varis axtarır. Layiqli varis. Bunu etmək üçün isə bir çox mənfi xüsusiyyəti olan (məs: nəfs, eqoizm, dikbaşlıq və s.) uşaqların siyahıdan çıxartmaq üçün də ağıllı starategiya qurur. Bir-bir bunlar aradan çıxandan sonra sona bir nəfər qalır. Bu arada onu da deyim ki, Villi bütün bu sınaqları gerçəkləşdirəndə sanki o yolu keçmiş,bütün sadalanan hisslərə qalib gəlmiş birisi təəsüratını bağışladı mənə.  Çarli. Çarli isə mad

Answer This

Image
ABŞın bu gün çox mürəkkəb mədəni,dini və s. vəziyyəti var. İmmiqrantlar ölkəsi hər il milyonlarla insana qonaqpərvərlk göstərir. Buna baxmayaraq, ABŞın qurulmasında çox böyük fədakarlıqlar edilmiş, böyük işlər görülmüşdür. Bildiyimiz kimi torpaqsızlaşan dolayısıyla vəziyyəti ağırlaşan ingilis kəndliləri qərbə, yeni kəşf olunmuş yeni dünyanın uczus – bucaqsız torpaqlarına axın etmişlər. Ona görə də ABŞ adlandırdığımız ölkə mədəni,dini cəhətdən tamamən İngiltərənin, İngilislərin kopyası olmuşdur. Niyə bunları dedim? Çünkü filmdə İncilin dilini araşdıran professor və onun oğlu təsvir olunmuşdur. Yəni Xristiyan dini ilə əlaqədar dərsin professoru və onun oğlu. Paul (professorun oğlu və filmin baş qəhrəmanı) mənim çox xoşuma gəldi. Həm şəxsiyyət olaraq həm də başına gələn hadisələr cəhətdən. İstəmədiyi işi heç cürə axıra çatdıra bilməyən Paul, axırda yuxudan oyanır və istədiyinin ardınca gedərək ruhi sülh əldə edir ki, film də o yerində bitir. Filmin ümumi süjet xətti çox bəsitdir. İntele

Amy M. Homes - Bu Kitap Hayatınızı Kurtaracak - This Book Will Save Your Life

Image
Bir çox yazıçılar və şairlər yalnızlığa aid əsərlər yazmışlar. Siyahı uzundur sadalamaq istəmirəm. Mən də əlbəttə yalnızlığın cəhənnəm əzabı olduğunu bilirəm. Eyni zamanda yalnızlığı iyrənc birliklərdən üstün tuturam. Yalnız insanın hansı hisslər keçirdib, hansı vəziyyətlərə düşə biləcəyini isə bu kitabdan öyrəndim. Yalnızlıq anlayışını hər cəhətdən izah edib, müasir qərb həyatıyla əlaqələndirməklə bu kitab ortaya çıxmışdır. Ümumiyyətlə həyatda yaşamağın bərabərində gətirdiyi çətinliklər var. Bir də düşünsək ki, o insan yalnızdır. Amy Homes böyük şəhər həyatının içində itib batan şəxsin yalnızlığını nəql edir bizlərə. Bir axşam infakt keçirdən əlli yaşındaki çox varlı birja işçisi Richard Novak, xəstəxanada heç kimininin olmadığının şahidi olur. Böyük məyusluq hissi keçirdir. Daha əvvəl olduğu bu vəziyyətin üzərində heç düşünməyən Richard bunu dəyişdirmək üçün hərəkətə keçir. İtmiş insanın bu cürətkar hərəkəti kitabı böyük oxucu kütləsinə sevdirmişdir (eləcə də mənə). Oğluyla barışma

Жил-был пёс

Image
Anam həmişə Sovet dövrünün cizgi filmlərinə həvəslə və sevinclə baxır. 3-4 il bundan qabaq həmişə ondan soruşanda ki,  “Bu cizgi filmləri  niyə bu qədər səni sevindirir?” mənə cavab verərdi ki: “Sadəcə kefimi açır və ən əsası tərbiyəvi cəhətləri var. Bu günkülərdə nə var ki? Vurub dağıtmaq. Çox mənasızdır”. Başa düşməzdim onu.  Dan Brownun – Melekler ve Şeytanlar kitabında da bənzəri məqam var: Robert Langdondan soruşurlar ki, siz niyə cizgi filmlərini sevirsiniz? (Robert də Mickey Mousun lap köhnə versiyalarını sevərdi) cavabı isə belə olurdu: Ruhu cavan saxlayır. Sovet dövrünün filmləri və cizgi filmləri bu günkülərdən çox daha fərqli idi.

Ölümün Kimyası - The Chemistry of Death - Simon Beckett

Image
Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. Simon Beckett jurnalist olmasına baxmayaraq kriminal aləmin detalları və tibb dünyasının xırdalıqları ilə əlaqədar  verdiyi məlumatlar və təsvirlər insanı heyran edir. İnsanı yuxusuz qoya bilən kitabdır. Yəni növbəti səhifəsində nə var deyə maraqla, həyəcanla və böyük gözləntilərlə oxuduğum kitablardandır. Bu ayrıca kateqoriyadır mənim üçün. “Növbəti səhifədə nə var? və ya Növbəti səhifədə nə olacaq?” hissinin hakim olduğu qrup. Elə kitablar,romanlar var ki, sadəcə oxuyursan və insanı çox həyəcanlandırmır. Dedektiv və qorxunun birləşməsi isə Ölümün kimyasını bizlərə təqdim etmişdir. Siyasi dedektivləri sevmirəm amma məişət dedektivi + “korku gerilim” çox əla bir sintezdir mənim üçün. Tess Gerritsen kitabları ilə müqayisə etdiyimdə daha çox bəyəndiyimi deyə bilərəm. Düzdü Tess Gerritsenin üslubu Simon Becketdən müəyyən qədər fərqli və qorxuya meyillidir. Kitabın sonu isə xüsusi vurğulanmalıdır. Tam hər şey qurta

1778 Letters of me and my wife - Mənim və arvadımın 1778 hekayəsi

Image
“Həkim bizə bir il vaxt vermişdi amma biz birlikdə ikinci payızı qarşıladıq. O   proqnozlarında yanılmışdı. “ “Mən istəmirəm ki, sən mənim həyatımı uzadmaq üçün istəmədiyin işi görməyə məcbur olasan” “Mən yazmağı dayandıra bilmirəm. Bu gündəlik dua kimidir” “-Həkim, mənim arvadıma ağrı kəsicilər verin. O ağrılardan əziyyət çəkir.   -Ağrı kəsicilər onun ağrısını dayandıracaq amma o bütün günü yatmalı olacaq. Ona görə də yoldaşınız onlardan imtina edib.Çünkü bu zaman onun üçün çox dəyərli olan hekayələrinizi oxuya bilməyəcək” Yuxarıdakı sitatlar Mənim və arvadımın 1778 hekayəsi filmindəndir. Axır vaxtlar ancaq Yapon romantik,dramatik və melodramalarını yükləyib baxıram. Qərb romantikası və ya dramı artıq mənim üçün çox standartdı. Bir məsələ var ki, mən əvvəllər monqoloid irqini heç sevməzdim. Yapon filmləri bunu məndə dəyişdi. Filmdəki kişi qadın münasibətlərinə heyran qaldım. Əşşi filmdi də deyirsiz elə bil. Buna baxmayaraq bir-birini sözün həqiqi mənasında başa düşən iki