Posts

Showing posts from February, 2012

John Steinbeck - The Moon Is Down - Ay Battı

Image
John Steinbeck bu romanıyla fərqli mövzuyla qarşımıza çıxır. Müharibənin insanı həm fiziki həm də ruhi olaraq necə əridib, tükətdiyini böyük usdalıqla izah edir. Əsir götürənlərlə götürülünlərin niyə döyüşdüklərini, nə vaxta qədər döyüşəcəklərini təxmin edə bilməyən insanların düşdükləri müşgülü, başqa sözlə müharibədən çox döyüşçüləri insani yanaşma tərzi ilə araşdırır yazar. Ay batdı həcmcə kiçik kitab olsa da çatdırmaq istədikləri böyük olduğundan böyük romandır. Ay batdı,insan şərəfini, cəsarətini, sevgisini hər şeydən üstün tutan və sivil yaşam tərzinin vacibliyini vurğulayan bir əsərdir. Uzun müddət əsir götürülən və əsir götürən insanlar düşməncə hisslərlə yaşayırlar. Gün gəlir və əsir götürənlər öz əsirliklərinin fərqinə varırlar. Ətrafları düşməncə davranış və baxışlarla mühasirəyə alınmışdır. Ay batdı şərait nə olursa olsun insanın insansız və insanlıqsız ola bilməyəcəyini izah edən böyük bir romandır. Kitab Almanların Norveçin müharibə anlayışını unutduğu kəndi mühasirəy

Toki o kakeru shôjo - Zamanı fəth etmiş qız

Image
Qoy axrıncı gördüyün Sakura divarda çəkilmiş olmasın...      Bəşər övladı bu dünyaya gələndən bu yana hər zaman zamanda səyahət haqqında fantaziyalar qurmuşdur. Hər mədəniyyətin, millətin bu mövzuda özünəməxsus fikirləri, fantaziyaları var. İngilislərdə H.Wells bu mövzuda nəinki öz ölkəsində bütün dünyada ən məşhurlardandır. Hətta öz ölkəmizdə belə fantastikanın zamanda səyahət, zaman itkinləri mövzularında hekayələr və romanlara rast gələ bilərik (Namiq abdullayev,Fərhad Məmmədov və s.). Həqiqətən də insan keçmiş və gələcəklə yaşayır. Biz hər birimiz beləyik. Bu gün ali təhsil alırıq ki, sabah yaxşı bir yerdə işləyib həyatda özümüzə yer edək – Gələcəyə istiqamətlənmiş. Bəzi insanlar da keçmişlərində olan problemləriylə yaşayırlar (Hansısa uğursuzluqları, sevgililərindən ayrılmaları, taleyin acı həqiqətləri və s.) – keçmişə istiqamətlənmiş. Keçmişdə olan problemləri aradan qaldırmaq və gələcəyimizi sığortalamaq üçün zamanda səyahət pis olmazdı. Hə?    Filmə gəldikdə. Yapon

Leyla - Alexandra Cavelius

Image
Bir az isyan:  Bir çoxlarımız müharibə sözünü tarix kitablarında, xəbərlərdən, filmlərdən, oyunlardan və Qarabağdan bilirik. Bu kitab müharibə anlayışını adi, günahsız insanın timsalında bütün bəşəriyyətə çatdırmaq istəyir. Həssas insanlara məsləhət görmürəm bu kitabı. Ciddi təsir edə bilər. Belə ki, kitabı oxuduqca insan adlanan məxluqun bu qədər alçala biləcəyini və bu gedişlə heç vaxt düzəlməyəcəyini gördüm. İlahi, nə vaxt qurtaracaq bu zülüm? Kitabdakıları oxumaq, hadisələri təsəvvürə gətirmək belə insana mənəvi əziyyət, işgəncə verir. Qaldı ki, bunu reallıqda yaşamış insanlar var. Əlbəttə ermənilərin bizlərə etdikləri heç də kitabdakılardan geri qalmır. Buna baxmayaraq elə biliriəm ki Qarabağ müharibəsində əziyyət çəkmiş insanların həyatını xırdalığı ilə izah edən roman yoxdur. Kitabdakıları xatırlayıb evdə başımı itirmiş, şok vəziyyətində ora bura gəzirdim. İnsanın tarixi müharibə ilə yoğrulub. Axı biz niyə sülh içində, düşünərək yaşaya bilmirik? Yəni həqiqətən də bizi intuis

Черные небеса - L'autre monde

Image
Filmdə nə isə bir məna axtarmaq və ya mənalı sonluq gözləmək əhəmiyyətsizdir. Güya filmin rejisoru psevdo- fəlsəfi və sürrealist art – house yaratmaq istəyib. Film kim üçündür, nə üçündür, nə haqqındadır və ya ümumiyyətlə məna nədir? kimi sualların cavabı filmə baxdıqdan sonra belə qaranlıq qalır. Niyə qaranlıq qalır? Çünkü bizim üçün belə filmlərə baxmaq hələ tezdir. Filmin çəkildiyi Fransa və onun timsalında bir çox Avropa ölkələri və ABŞda bu mövzular normal və başa düşüləndir. Narkotik, virtual həyat və eyforiyaya düşmüş GƏNCLƏRin həyatla hesablaşmağı. Özümü nə qədər də məcbur etsəm də filmdə bunları gördüm: psixotrop maddələri qəbul edərək həyatın nəbzindən kənarda qalan insanın ölmək istəyi. Virtual və real həyatın bir – birinə paralelliyi. Virtual həyatın aslılıq yaratması və hətta formasını dəyişməsi.Xəstə psixologiyalı insanların davranışlarının bariz nümunəsi. Nəyin  yaxşı nəyin pis olduğunun fərqinə varılamamaq və s. Filmin ən əsas cəhəti virtual həyatın təsvir olunmasıd

Meet Joe Black - Tanış Olun. Cənab Black

Image
Filmin baş qəhrəmanı olan məşhur iş adamı, vicdanlı həyat yaşamış William Parrish (Antony Hopkins), çox maraqlı bir vəziyyətə düşür. Ona ölüm qonaq gəlir. Təsəvvür edin ki, evdəsiz, adi işlərinizlə məşğul olursunuz və birdən budur qapı döyülür ya da sadəcə otaqda ölüm peydə olur. Unutma  o səni səndən də yaxşı tanıyır. Ona görə dərhal doğru söylədiyini başa düşürsən. Maraqlıdır əslində. Görəsən sabah ölümün gələcəyini bilsəydik nə edərdik? Bəyəm ölüm bizi hər zaman müşayət etmir? Uzun vaxt idi ki, belə romantik, mistik,tragik amma ümumilikdə çox poetik nağıla baxmırdım.    Qeyri standart və yeni bir şey etmək istəyiblər. Nəticə olaraq da məncə uğurlu və maraqlı alınıb. Filmə baxmaq xoş, həyəcanvericidir. Dialoqlar düşündürücü, epizodlar gözəl,səmimi və emasionaldır. Məzuniyyət:  Ölüm insanların dünyasını öyrənmək üçün məzuniyyət götürmüşdür. Bunu Williama deyərkən William təəccüblənir: -         Bəs yaxşı sənin işini kim görür? -         Çoxlu hissələrimin olduğunu

Stefan Sveyq - Bəşəriyyətin Ulduzlu Saatları - Tarixi Miniatürlər

Image
Kitabda bizim tarix və coğrafiya kitablarından oxuduğumuz darıxdırıcı faktların bədii dillə və çox maraqlı formada çatdırılması ilə qarşılaşırıq. K.Kolumb, Napaleon, Skot, Lenin kimi tarixi şəxsiyyətlərin və İstanbulun fəthi, ABŞdan Avropaya okeanın altı ilə teleqraf xəttinin çəkilişi kimi bəşəriyyətin yaddaşında həmişəlik qalan hadisələrin haqqında kiçicik də olsa məlumat almaq mümkündür (kiçik həcmli olsa da məncə elə ən yaxşısı belədir). Həcmcə kiçik olan bu kitab məndə çox maraqlı və fərqli hisslər yaratdı. Adını bəşəriyyətin yaddaşına həkk etdirmiş bir çox insanın uğur qazanmalarında olan çətinliklər və keçirdikləri hisslər məncə hər bir insana maraqlı olardı. Bu kitabın bizim dilimizdə olmsaını buna görə yüksək dəyərləndirirəm. Ümumiyyətlə Sveyqin əsərləri bəzi dünya universitetlərində dərslik olaraq oxutdurulur. Əsərləri çox maraqlı və oxumağa dəyərlidir. Özünəməxsus üslubu var yazarın. İnsanlıq tarixinə fərqli yanaşma. Daha maraqlı və əyləncəli. Bu kitabında isə tarixin

Priceless - Qiymətsiz +16

Image
İnsannı həyatı bir anda dəyişə bilər? Dəyişə bilər. Tipik Fransız həyat tərzi. Adi barmen və sadəcə varlı kişilərin hesabına yaşayan “gənc qız”. Böyük bir yanlış anlaşılma və budur ciddi dəyişikliyin astanası. Budur Fransız şarmı. Bir birilərini qarşılıqlı razılaşma əsasında müvəqqəti “sevən”lər. Bəzi məzəli və ağıllı epizodlar. Əslində filmin hər bir obrazının öz romanı, taleyi var hansı ki, rejisor tərəfindən sıxışdırılıb. Süjet xətti sadə və öncədən bilinən olsa da hər halda ən bəyəndiyim cəhət, aktyorların performansı oldu. Səssiz epizodlar mənim ən sevdiyim epizodlardır. Burda da onlardan var. Sözə ehtiyac var ki? Pulla müvəqqəti xoşbəxtliyin alınması ilə özünü alçaltmaq. Frnasız ekleri kimi incə və zərif bir film. Romantika, Komediya.  Sən mənə layiq deyilsən. Hətta mən belə səni satın ala bilmədim. 

Ferens Molnar - Pal Küçəsinin Oğlanları - Tərcümə edən: Ramil Səfərov

Image
qurgen markanyanı öldürməklə Ramil elə bir zirvəyə ucaldı ki, sözlər köməyimə gəlmir izah etməyə. Vətənini sevən insan necə bir vəziyyətə düşürsə düşsün həmişə ona xeyirli olmaq üçün çalışır. Zindanda ömrünün geri qalanını yaşamaq taleyi ilə barışan Ramil, Pal Küçəsinin Oğlanları romanını tərcümə etməklə vətənimizə xidmət etməyə davam edir. Şübhəm yoxdur ki, bu roman onu oxuyan hər bir insanda (yaş məhdudiyyəti olmadan) vətənpərvərlik hissini alışdıracaq. Məktəb kitabxanalarına və eyni zamanda ədəbiyyat dərsiklərinə bu roman daxil ediməli və təbliğ edilməlidir (necə ki bunu Polşa və Macarıstan etmişdir). Ramilin ruhu bayrağımıza, vətənimizə, millətimizə, sənə, mənə olan təhqirə dözə bilməzdi! Necə ki, o ana qədər dözə bilməyib, gecəsini gündüzünü vətən xidmətinə ayırırdı. Yorulmadan! Qələbəni gözləyərək! Bu kitabı almağı özümə borc bildim. Kitabdan əldə olunan gəlir ramilin tərcümə edəcəyi növbəti kitabının nəşrinə sərf olunacaqdı. Həmişə də almağa hazıram. Uşaq və böyük. Aras

Ayşe Kulin - Güneşe Dön Yüzünü

Image
Ayşe Kulinin yazdığı bütün əsərləri oxumağa dəyərli hesab edirəm. Onun romanlarını oxumaqla əsla vaxt itirməzsiniz. Köprü romanından sonra oxuduğum ikinci əsəridir. Türkiyənin ictimai, siyasi, sosial həyatı haqqında bəhs edən bir roman. Ümumiyyətlə Ayşe Kulin əsərlərini oxuyaraq siz Türkiyəni siyasi,sosial, ictimai və s. cəhətlərdən yaxşıca öyrənə bilərsiz. Müəllifin fərdi üslubu, sənətkarlıq imkanları, yaradıcıllığının özünəməxsusluğu diqqəti cəlb edir və nəticə etibarıyla oxuyucu həm bədii ifadə zənginliyindən zövq alır həm də çoxlu informasiya qəbul edir.  Kitab nə haqqındadır?:1940 – cı illər. Türkiyənin ciddi dəyişikliklər keçirtdiyi illər. Əminə adında kiçik bir qız uşağının və onun babasının Türk cümhuriyyəti haqqındakı fikirlərini əks etdirən roman. Əlbəttə hamının öz ideologiyası var. Hamı düz hesab etdiyinin doğrultusunda hərəkət edir. Əminənin babası Osmanlı İmperatorluğu vaxtında doğulub böyümüş və məclisdə işləmişdir. Əminə isə müstəqil Türkiyə Cümhuriyyətinin vax

Close Encounters of the Third Kind (Üçüncü Türden Yakınlaşmalar)

Image
Spilberq klasikası. Bəlkə də bu gün film çox sadə,bəsit və primitiv görsənir amma 70 – ci illər üçün bu film əsl şedevr idi. Çünki kainatda tək olmadığımız fikrini bizə ən yaxşı kino effektləri ilə çatdıran film idi. Üstündən 40 il keçib və texnologiyanın inkişafı ilə yeni “speçeffekt”lər yaranıb. Artıq daha fərqli çəkilir belə filmlər. Buna baxmayaraq elə hesab edirəm ki, UFOlara maraq göstərənlər həmişə bu filmdən həzz alacaqlar. UFOlar var?:  Kim deyə bilər ki? Kimisi deyir ki bu anlayış ABŞın oyunudur, kimisi də deyir ki, yox onlar var və həmişə bizimlə əlaqədə olmuşlar. Bilirsiz, qədim Misir yazılı abidələrində səmada parlaq işığın içində indiki boşqablara bənzər obyektlərin içində uçan insan təsvirləri var. Yaxşı sual verirəm sizə: 4000 il ya da daha çox bundan öncə ABŞ var idi? Bəlkə də həm saxta həm də orijinal UFOlar var. Artıq onu deyə bilmərəm. Filmə gəldikdə isə film bunun haqqındadır və olduqca maraqlı məqamlar var. Təcrübə?:  Bilirsiz, insan o zaman müəyyən

Vatslav Havel - Gücsüzlərin Gücü

Image
Bu yaxınlarda dünyasını dəyişən və Çexiyanın ilk disident prezidenti olan, məhz bu kitabına görə 4 il həbs cəzası alan Vatslav Havel şəxsiyyətinə böyük hörmət edirəm. Bu əsər 70 – ci illərin sonunda nəinki Çexoslovakiyada eyni zamanda bütün Şərqi Avropada çox depressif bir mühitdə yazılmış bir sənət əsəridir. O dövrlərdə insanlar çox böyük məğlubiyyət sindromu ilə yaşayırdılar və bu esselər onlara çoxlu inam və güc verdi (Praqa Baharını yada salmaq yaxşı olardı). Çexoslovakiyanın dərin mənəvi böhran və siyası durğunluğunda (1960 – 70 – ci illər), Vastslav Havelin kitabı bir çoxlarına ruh yüksəkliyi verib. Yalan və həqiqətin insan kimliyinə təsiri, həqiqətin və ifadə azadlığının qapalı sistemlərdə yaratdığı təhlükələr kitabda yaxşı vurğulanmışdır. Kitab Sovet dövrünün son illərini təsvir edir. Onun zəifləməsi və bunda rolu olan insanların kimlər olduğunu izah edir. Kimlər disident sayıla bilər? Müxalifətlə disidentlərin  fərqi nədədir? Dəyişim hardan gələ bilər? kimi suallara to

Sefa Saygılı - Ruh Hastalıkları ve Korunma Yolları

Image
Adi oxucular üçün nəzərdə tutulmuş ixtisas kitabı da adlandırmaq olar. Kitabda ruh xəstəlikləri Nevroz və Psixoz olmaq üzərə iki böyük qrup altında araşdırılmış və bir çox digər mövzulara da toxunulmuşdur.Bu arada ruh anlayışının izahı verilməlidir. Tibbdə ruh deyərkən dini mənada, insanın ölümdən sonrakı forması nəzərdə tutulmur. Ruh deyərkən beyin və sinir sisteminin vəziyyəti nəzərədə tutulur. Ruh xəstəlikləri ilə ətraflı və sistemli məlumat almaq istəyənlər bu kitabı oxuya bilər. Dil etibarıyla mən daha çətin bir şey gözləsəm də, sanki yazar səninlə qarşı – qarşıya oturub söhbət etdiyini hiss edirəsən.Bu çox vacibdir və belə kitablar azdır. Çünkü belə kitabların tərcümə olması onların anlaşılmasını çətinləşdirir. Axı bizə prosesləri başa düşmək lazımdır. Kitab yazmaq xatirinə kitab yazan o qədər yazar tanıyıram ki. Sefa Saygılı isə onlardan deyil . Öz təcrübələrindən də vaxtaşırı nümunələr, misallar gətirərək hansı xəstəliyin hansı nəticələrə səbəb olduğunu və ümumi mənzərəni gör

Kemal Sayar - Her Şeyin Bir Anlamı Var

Image
İnsan yaşayır...Bu zaman bir çox hisslər keçirir, problemlər, hadisələr baş verir. Eyni zamanda insan bunların səbəbini də axtarır. Bununla da insan bir çox elmin əsasını qoyub. Hələ bundan sonra da insan bir çox yeniliklərə imza atacaq, varlığına əatrafını öyrənməklə təsəlli axtaracaq.“İnsan yaşayır”. Bu çox ümumi anlayışdır. O işləyir, ailə qurur, övlad yetişdirir, dünyanı öyrənir, cəmiyyətə faydalı olur ya da olmur. Sigmound Freud demişkən: “Hər şeyin bir səbəbi var”. İnsan yıxılır və ayağa qalxır. Özünə hekayələr uydurur. Ya da bir hekayənin bir hissəsi olur. Vaxt da su kimi axıb gedir.... Bu gün müasir həyatımızda insanların psixoloji problemləri həddindən artıq artıb. Sadəcə bu yox əlbəttə. İstehlak cəmiyyətinin özüylə bərabər gətirdiyi psixoloji, sosial və ictimai problemlər insanlara çox təsir edir. Bir çox həmyaşıdlarım həyatın mənasız olduğunu və yaşamağa bir əsaslarını olmadıalqrını deyirlər. Bu gün xüsusiylə bizim cəmiyyətdə ciddi bir məqsədsizlik var. Bunun da təməlind

Mümin Sekman - Her Şey Beyinde Başlar

Image
Her şey beyində başlar. Uğur, xobəxtlik, hüzur beyindən gəlir. İnsanın xarakteri, qərarları, taleyi başında formalaşır. Beyin orqanizmimizin 2 % - ni təşkil etsə də, geriyə qalan 98 % - ni idarə edir. Vacib bir iş gördüyündən başımız üstündə yeri var. Ağlımızın maşını olan beynimiz hamıya havayı verilir. Çoxumuz onu necə istifadə etmək lazım olduğnu öyrənmirik. O da başımızın içində özünə görə işləyir. İstehsal etdiyi hiss və düşüncələri isə biz yaşayırıq. Biz onu istifasdə etməsək o bizi istifadə edir. Nə düşünəcəyini nə edəcəyini müəyyənləşdirir. Bu kitab beyni beyinə izah edir. Kitabı ümumi üç hissəyə bölüb izah etmək istərdim: Vicdani Təzyiq:  Müəllif kitabın şərti olaraq vicadi təzyiq adlandırdığımız hissəsində sanki bizə beynimizin olduğunu və onu daha yaxşı istifadə edə biləcəyimizi bizə çatdırır. Bunu müxtəlif misallar verərək yaxşıca əsaslandırır. Bir çox suallar və onların cavabını bizə çatdırır. Ümumi olaraq bildiyimiz amma dəqiqliklə bilmədiyimiz nüansları qeyd ed

Qabriel Qarsiya Markes - Yüz İlin Tənhalığı

Image
Əsərin ilk səhifələrindən etibarən maraqlı, rəngarəng əhvalatlar və insanlar bir – birini əvəz edir. Makondo adlanan və əs ərin təməlini əmələ gətirən əraziyə isə rəğbət bəsləməyə başlamışdım. Romanda elə hadisələr təsvir olunmuşdur ki, həddindən artıq heyrətlə ndim, təəssüfləndim və məyus oldum. Düzdü razılaşıram ki, Qarsia üslubu özünün bu romanda kifayət qədər rəngarəng və əyləncəli formada öz əksini tapıb. Romana dünya şöhrəti gətirən də məhz budur. Bir çox məşhur insanlar bu romanı oxuduqları ən yaxşı roman belə adlandırmışlar. Obraz və hadisə zənginliyi bizə imkan verir ki, hər kəs özündən nə isə tapsın bu romanda. Makondonun əsasını qoyan nəsil Buendia nəslidir. Xose Buendia Makondonu səs – küylü dünya ilə bağlamağa çalışan ailə başçısıdır. Arzusunu isə arvadı reallaşdırır. Məncə Makondonun sehri, özünəməxsusluğu bu zaman qırılır. Qlobal dünyadan kənarda qalsa da sülh içində mövcudluğunu davam etdirən Makondo sonradan təəssüf ki, bunu itirir. Qaraçıların ora gəlməsinə

Kayıp Gül - Serdar Özkan

Image
“Möhtəşəm. Bu romanın elədiyi möhtəşəmdir. Bu kitabın bizi birləşdirməyə gücü var deyə  bilərik”  TVA televiziyası – Kanada “Kayıp Gül Şərqlə Qərb arasındakı körpüdür”  Vijesti – Serbiya   Qısaca Yazar Haqqında:  1975 – ci ildə anadan olan Serdar Özkan, mənim kimi bakalavr təhsilini Biznes inzibatçılığı üzrə, daha sonra magistraturanı psixologiya üzrə oxumuşdur. 2002 – ci ildən etibarən bütün vaxtını yalnız roman yazarlığına sərf edən Serdar Özkanım ilk romanı 43 dilə tərcümə olunan və dünyanı 50 ölkəsində işıq üzü görən Kayıp Güldür. Roman haqqında qısaca:  Bu roman haqqında elə ancaq qısaca danışmaq olar. Çünki romanı oxumaq hamısından yaxşıdır. Vardır elə romanlar ki, oxuyandan sonra çalışırsan dostlarına da oxutdurasan. Romandan əldə etdiklərini istəyirsən digərlərinə də çatdırasan. Çünki o səndə müəyyən qədər dəyişiklik etdi. Dəyişiklik nədir? İçimizdə bir gizli “MƏN” var. O “MƏN”i aşkara çıxartmaq üçün bir çoxlarımız çalışırıq. Bir çoxlarımız isə ondan